» » Tarixdə bu gün - 27 dekabr

Tarixdə bu gün - 27 dekabr

Müəllif: Vüsal от 27-12-2017, 00:15
 
27 dekabr - lin 361-ci günü (uzun illərdə 362-ci). İlin sonuna 4 gün qalır.

Mühüm hadisələr:
1936 — Türk şairi Nazim Hikmət həbs edilib.
1939 — Ərzincanda baş vermiş zəlzələ 30000 nəfərin ölümünə səbəb olub.

Doğum günləri:
1867 — Azərbaycan siyasi xadimi Səməd ağa Ağamalıoğlu Qazax qəzasısının Qıraq Kəsəmən kəndində, ağa ailəsində anadan olmuşdur. Qori Seminariyasında təhsil almışdır.1887-ci ildə Vladiqafqaz hərbi progimnaziyasını bitirmişdir.
1930-cu ildə Moskvada vəfat edən Səməd ağa Ağamalıoğlu orada da dəfn olunmuş, sonradan cənazəsinin qalıqları Bakıya Fəxri Xiyabana köçürülmüşdür.

1832 — Eyfel qülləsinin yaradıcısı, fransız mühəndis və memarı Qustav Eyfel Fransada -Dijon şəhərində doğulmuşdur.
O, eyni zamanda Amerika Birləşmiş Ştatlarının simvolu olan Nyu-Yorkdakı Azadlıq heykəlinin dəmirdən olan hissələrini və dayaqverici karkaslarını hazırlamışdır.
1923-cü ildə Parisdə vəfat etmişdir.

1932 — Məşhur bəstəkar, Xalq artisti, Azərbaycanda ilk rok operettanın müəllifi  Oqtay Kazımi (tam adı: Oqtay Məmməd oğlu Kazımov
Tarixdə bu gün - 27 dekabr Astara şəhərində anadan olmuşdur.
O.Kazımi Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin xor-dirijorluq fakültəsinə daxil olmuş və Hacı Xanməmmədovun sinfində təhsil almışdır. Musiqi məktəbində oxuyarkən, "Bəxtəvər uşaqlar" adlı ilk mahnısını bəstələmişdir. O.Kazımi 1957-ci ildə Üzeyir Hacıbəyov adına Konservatoriyanın bəstəkarlıq fakültəsinə daxil olmuş və Cövdət Hacıyevin sinfində təhsil almışdır. 1966-1967-ci illərdə Sumqayıt musiqi texnikumunda müəllim, sonra isə dərs hissə müdiri kimi fəaliyyət göstərmişdir.
O.Kazıminin mahnıları uzun illər "Dan ulduzu" ansamblının repertuarında xüsusi yer almışdır. Görkəmli bəstəkarın mahnılarını Rəşid Behbudov, Zeynəb Xanlarova, Şövkət Ələkbərova, Eldar Axundov, Flora Kərimova, Yalçın Rzazadə, İlhamə Quliyeva, Oqtay Ağayev, Məmmədbağır Bağırzadə, Zümrüd Məmmədova və digər korifey müğənnilər ifa etmişlər.
O.Kazımi Azərbaycanda ilk rok operanın müəllifidir. Qeyd etmək lazımdır ki, görkəmli bəstəkarın əsərlərinin bir hissəsi hələ də geniş auditoriya kütləsinə təqdim edilməmişdir.
Ömrünü Azərbaycan musiqisinin inkişafına həsr etmiş xalq artisti, 77 yaşlı bəstəkar Oqtay Kazımi 9 avqust 2010-cu il tarixində vəfat etmişdir.

1934— Respublikanın tanınmış heykəltəraşı, Dövlət mükafatı laureatı, Əməkdar incəsənət xadimi, Xalq rəssamı  İbrahim İsmayıl oğlu Zeynalov Bakı şəhərində  Tarixdə bu gün - 27 dekabr  şəhərində anadan  olmuşdur.

 

Orta məktəbi bitirdikdən sonra 1951-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbinə daxil olmuş. 1956-cı ildə   heykəltəraşlıq şöbəsini  bitirmiş və həmin il də  Xarkov Rəssamlıq institutunda davam etdirmişdir.  

 1962-ci ildə institutun heykəltəraşlıq fakültəsində ali təhsilini başa vuraraq Bakıya qayıtmış və bütün ömrünü heykəltəraşlıq sənətinə həsr etmişdir.

1957-ci ildən etibarən ən müxtəlif respublika, ümumittifaq və beynəlxalq sərgilərin iştirakçısı olan İbrahim Zeynalov özünün sənətkarlıq fəaliyyətini pedaqoji işlə uğurla əlaqələndirmiş, 1971-1973-cü illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində müəllim, 1973-1993-cü illərdə Azərbaycan Pedaqoji İnstitutunda müəllim, baş müəllim, dosent, professor və kafedra müdiri vəzifələrində çalışmışdır. O, 1994-cü ildən 2003-cü ilədək Rüstəm Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyinin direktoru olmuşdur.

Azərbaycanda milli heykəltəraşlıq məktəbinin inkişaf etdirilməsində İbrahim Zeynalovun böyük xidmətləri olmuşdur. Onun monumental heykəl, büst-portret və digər heykəltəraşlıq janrlarında yaratdığı gözəl sənət əsərləri ölkəmizin zəngin ənənələrə malik heykəltəraşlıq mədəniyyətinin parlaq səhifələrindəndir.

İbrahim Zeynalov tarixi şəxsiyyətlərimizin, o cümlədən Mücirəddin Beyləqaninin, Əcəmi Naxçıvaninin, İmadəddin Nəsiminin, Şah İsmayıl Xətainin, İsmayıl bəy Qutqaşınlının, Mirzə Fətəli Axundovun, Mirzə Ələkbər Sabirin, Nəriman Nərimanovun və Hacı Zeynalabdin Tağıyevin unudulmaz obrazlarını gözəl abidələrə çevirərək mədəniyyət tariximizə həmişəlik həkk etmişdir. Yüksək bədii-estetik dəyəri, plastik forma rəngarəngliyi və milli koloriti ilə seçilən bu əsərlər Azərbaycan heykəltəraşlığının kamil nümunələri kimi təqdirəlayiqdir. Respublikamızın müxtəlif guşələrini bəzəyən həmin abidələr artıq şəhər və rayonlarımızın görkəminin ayrılmaz hissəsi olmuşdur.

2008-ci il martın 6-da ömrünün 74-cü ilində vəfat etmişdir.


1938 — Məşhur kino və teatr aktrisası Safurə Ağabala qız İbrahimova Bakıda doğulub.
Tarixdə bu gün - 27 dekabr1960-cı ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Birinci kursda onu Akademik Milli Dram
Teatrının repertuarında olan İslam Səfərlinin "Ana ürəyi" dramının tamaşasında Xatirə roluna dəvət ediblər. Bundan sonra daha bir neçə rol oynayan tələbə-aktrisa 1961-ci il noyabr ayının 1-də Akademik teatrın truppasına daxil olub. Həmin vaxtdan indiyə qədər bu kollektivdə çalışır.
Xaraktercə lirik-dramatik aktrisadır. Komik personajlarda da məharətlə oynaya bilir. Səhnədə səmimiyyəti, obrazın psixoloji xarakterini həssaslıqla duyması ilə seçilir. Mənalı sifət ifadələrindən və plastik emosional hərəkətlərdən istifadə etməkdə səriştəlidir. Safurə İbrahimova səhnədə Kamalə, İnci ("Toy" və "Xoşbəxtlər", Sabit Rəhman), Əsmər ("Alov", Mehdi Hüseyn), Fernando ("Dəlilər", Lope de Veqa), Gülnar və Tamara ("Vaqif", Səməd Vurğun), Nazlı ("Ölülər", Cəlil Məmmədquluzadə), Ofeliya ("Hamlet", Vilyam Şekspir), Hafizə ("Pəri cadu", Əbdürrəhim bəy Haqverdiyev), Karola ("Füsunkar qız", Mlkolaş Dyarfaş), Jasmen, Vəfa ("Knyaz" və "Xəyyam", Hüseyn Cavid), Daduno ("Darıxma, ana!", Nodar Dumbadze), Sona ("Xanuma", Avksenti Saqareli), Cen ("Mariya Tüdor", Viktor Hüqo), Maral ("Sənsiz", Şıxəli Qurbanov), Saşa ("Canlı meyit", Lev Tolstoy), Sevil ("Sevil", Cəfər Cabbarlı), Balaxanım ("Adamın adamı", Anar), Mədinə, Tubu xanım ("Sevgililərin cəhənnəmdə vüsalı" və "Hökmdar və qızı", İlyas Əfəndiyev), Durdensiya ("Dişi canavar", Federiko Qarsia Lorka), Zəhra bəyim ("Anamın kitabı", Cəlil Məmmədquluzadə), Mələk ("Köhnə ev", Əli Əmirli) rollarında daha çox sənət uğurları qazanıb.
Aktrisanın kino rolları arasında Telli ("Arşın mal alan"), Həbibə ("Qatır Məmməd"), Sevil ("Sevil"), Gülpəri ("Dərviş Parisi dağıdır"), Mədinə ("Alma almaya bənzər") obrazları daha məşhurdur.
Safurə İbrahimova 24 dekabr 2002 ci ildə Xalq artisti fəxri ada layıq görülüb.
Hüseyn Cavidin "İblis" faciəsindəki Rəna roluna görə Dövlət mükafatı laureatıdır.
SSRİ dövründə Novruz bayramı keçirilərkən,ilk bahar qızı məhz Səfurə İbrahimova olub.

Tarixdə bu gün - 27 dekabr1947 — Görkımli pianoçu, Xalq artisti, Azərbaycanın Dövlət mükafatı Laureatı, Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru.Xalq artisti Fərhəd Şəmsi oğlu Bakıda görkəmli rejissor, Azərbaycan Xalq artisti Şəmsi Bədəlbəylinin ailəsində anadan olmuşdur.
1965-1969-cu illərdə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında (professor M. R. Brennerin sinfində), 1969-1971-ci illərdə P. İ. Çaykovski adına Moskva Dövlət Konservatoriyasının aspiranturasında (dosent B. Davidoviçin sinfində) oxumuşdur.
Bu gün F. Bədəlbəyli fəal konsert yaradıcılığı ilə məşğuldur.
1995-ci ildən o, "Azərbaycan Mədəniyyətinin Dostları" fondunun üzvüdür. 1971-ci ildən F. Bədəlbəyli Azərbaycan Dövlət Konservatoriyasında dərs deyir .
1991-ci ildən F. Bədəlbəyli Ü. Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektorudur.

2017-ci il dekabrın 25-də  Azərbaycan  Respublikasının Prezidenti  İlham  Əliyev cənabları tərəfindən   musiqi mədəniyyətinin inkişafındakı xidmətləri yüksək qiymətləndirilərək    "İstiqla" ordeninə layiq görülmüşdür. 


1948 — Tanınmış şair, jurnalist Malik Fərrux Laçın şəhərində anadan olmuşdur. Şəhər orta məktəbini bitirdikdən sonra BDU-nın (Bakı Dövlət Universitetinin) Tarixdə bu gün - 27 dekabrjurnalistika fakültəsində təhsil almışdır (1966-1971). Ədəbi fəaliyyəti tələbəlik dövründə , "Ulduz” jurnalında çap etdirdiyi " Qartalli Dağlar” şeiri ilə başlamışdır. Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində, Azərbaycan Dövlət Televiziyasının "Elm və texnika verlişləri” redaksiyasinda redaktor, baş redaktor vəzfilərində çalışmışdır.
О, dörd il televiziyanın " Ekran” divar qazetinin redaktoru olmuşdur. Ömrünün sonuna qədər Azərbaycan Dövlət Televiziyasında çalışmışdır. Malik Fərrux 100-ə yaxın mahnının söz müəllifidir. Əfsanəvi "Karvan” qrupunun demək olar ki, bütün repertuarının sözləri Malik Fərruxa aiddir. "Qara gözlər”, "Sari güllər”, "Sən də tufanla oynama”, "Polismen”, "Qar yağır”, "Alabəzək yuxular” və sairə kimi unudulmaz hit mahnıların söz mətni Malik Fərruxa məxsusdur. Yaradıcılıq illərində Mikayil Vəkilov, Mobil Babayev, Cəmil Əmirov, Faiq Sücəddinov, Eldar Mansurov kimi bəstəkarlarla birgə çalışmışdır. "Qızıl Qələm" mükafatı ilə yanaşı bir çox ədəbi mükafatlara layiq görülmüşdür.
1998-ci il dekabrın 2-də vəfat etmişdir.
 
 

 1978 — Azərbaycanlı xanəndə və piano ifaçısı, Əməkdar artist  Qoçaq Məhərrəm oğlu Əsgərov Füzuli rayonunun Qoçəhmədli kəndində anadan olub.

Tarixdə bu gün - 27 dekabr  yaşından  o hər yerdə ifa edirdi - evdə və doğma kəndini əhatə edən meşə və dağlarda. ​​1992-ci ildə Qarabağın ermənilər tərəfindən işğalı, onun musiqi ilə məşğul olmasına maneəçilik törədir. Bütün bu əzablı illərə və çətinliklərə baxmayaraq, o,  heç  zaman  musiqidən, mahnı oxumaqdan uzaq düşməmişdir.

1998-ci ildə Qoçaq Əsgərov Bakı Musiqi Akademiyasının muğam vokal sinifinə qəbul edilmişdir. 2004-cü ildən - 2008-ci ilə qədər o, Azərbaycan Milli Konservatoriyasında musiqi və ənənəvi vokal fənlərini öyrənirdi. Gənc xanəndə titulunun sahibi olmaq məqsədilə, o, hələ tələbəlik dövründə, daha doğrusu 2006-cı ildə Birinci Muğam Milli Televiziya Yarışında iştirak edir və onun qaliblərindən biri olur.

Növbəti ildə o, Londonun məşhur "Brunei Gallery" teatrının səhnəsində çıxış etməsi üçün dəvət alır. Bu onun beynəlxalq debütü və eyni zamanda da onun birinci solo konserti idi. Həmin il ilk dəfə BBC Radio 3 özünün "World Routes" adlı proqramında gənc xanəndəni dinləyicilərə təqdim edir və o vaxtdan bəri bunu dəfələrlə təkrarlayır. 2009-cu ildə isə, BBC Radio 3 onu Londonun Çarlton-parkında düzənlənmiş WOMAD festivalının səhnəsində çıxış etməyə dəvət edir. Xüsusi olaraq festival üçün hazırlanmış bukletdə onun haqda belə bir məlumat yerləşdirilmişdir:

" Son 27 il ərzində, WOMAD komandası bir çox təəccüb hissi doğuran ifaçılar ilə rastlaşmışdır. Onlardan daha birisini bu siyahıya əlavə etmək olduqca zəruridir.

Qoçaq Əsgərov 2007-ci ildən başlayaraq, dünyanın bütün əhəmiyyətli beynəlxalq musiqi festivallarında uğurla çıxış etmişdir. Onun əsrarəngiz səsi Böyük Britaniyanın "ARC Music Production" və "Nascente Records", həmçinin İtaliyanın "Felmay Records" və digər səsyazma şirkətləri tərəfindən satışa çıxarılmışdır. Bundan başqa, tanınmış Folk World/Deutsche Rezensionen adlı onlayn musiqi jurnalı tərəfindən Qoçaq Əsgərovun "Felmay" albomuna kifayət qədər müsbət rəy verilmişdir; onlar albom barəsində "Gözəl albom və istedadlı musiqiçi" yazısını yerləşdirərək, sənətçiyə yüksək qiymət vermişdilər[2]. Məşhur Britaniya musiqi jurnalı olan Songlines "dünyanın zirvəsində" başlığı altında 2013-cü ildə buraxılmış Felmay albomu haqqında öz müsbət resenziyasını yerləşdirmişdir.

27 may 2018-ci ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülmüşdür.


Vəfat etmişdir:

1891— Polşa-Belarusiya şairi, məşhur şərqşünas və diplomat. Xodzko Aleksandr Leonardoviç vəfat etmişdir.
Xodzko 30 avqust 1804-cü ildə anadan olmuşdur. Xodzko
Peterburqda Mirzə Cəfər Topçubaşovdan Şərq dillərini öyrənmişdir.
1842-ci ildə "Koroğlu” dastanının Cənubi Azərbaycan aşıqlarından topladığı variantını tərcümə edib Londonda ingilis dilində nəşr etdirmişdir.
 

1975— Məşhur  tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, pedaqoq, nasir, filologiya elmləri doktoru , professor, Azərbaycan SSR EA həqiqi üzvü, Azərbaycanın Tarixdə bu gün - 27 dekabr elm xadimi, Dövlət mükafatı laureatı Məmməd Arif Məhərrəm oğlu Dadaşzadə71 yaşında vəfat etmişdir.

Məmməd Arif 1904-cü il iyun ayının 10-da Bakı şəhərində anadan olmuşdur. Əslən Xızı torpağının Bəylik adlanan ərazisindəndir.

Bakıdakı rus-tatar məktəbini bitirdikdən sonra Məmməd Arif 1920-1930-cu illərdə I dərəcəli 5-ci sovet məktəbində (direktor S.S.Axundov) müəllim işləmişdir. Eyni zamanda o, Xalq Maarifi İnstitutunda təhsil almış və 1925-ci ildə bu institutu bitirmişdir. 1925-1930-cu illərdə Azərbaycan Dövlət Universitetinin "Şərq” fakültəsində oxumuş, Universiteti bitirdikdən sonra 1930-1931-ci illərdə Moskvada Sovet Şərq Xalqları Elmi-Tədqiqat İnstitutunun aspiranturasında təhsil almışdır.

Məmməd Arif 1932-1941-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda baş müəllim, "Rus ədəbiyyatı” kafedrasının dosenti olmuşdur. Uzun illər Azərbaycan Dövlət Universitetində çalışmış, 1941-1950-ci illərdə burada "Rus ədəbiyyatı” kafedrasının müdiri olmuş, 1955-ci ildə professor elmi adını almışdır. Eyni zamanda o, 1930-1940-cı illərdə Azərbaycan Respublikası maarif nazirinin (komissarının) müavini vəzifəsini tutmuş, 1941-1947-ci illərdə "Vətən uğrunda” ("İnqilab və mədəniyyət”, yəni indiki "Azərbaycan”) jurnalının baş redaktoru işləmişdir.

Məmməd Arif 1944-cü ildə "Azərbaycan sovet ədəbiyyatının inkişafı yolları” mövzusunda namizədlik, 1954-cü ildə isə "Cəfər Cabbarlının yaradıcılıq yolu” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

Məmməd Arif Dadaşzadə görkəmli ictimai və dövlət xadimi idi. O, uzun müddət SSRİ-İran cəmiyyəti sədrinin müavini olmuşdur.

1963-1967-ci illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı və sədri olmuşdur.


2010 — Akademik Çəmil Quliyev 83 yaşında vəfat etmişdir.
Tarixdə bu gün - 27 dekabrCəmil Quliyev 16 dekabr 1927-ci ildə Ağdamda anadan olub. 1944-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsinə daxil olmuş, 1946-cı ildən təhsilini M.V.Lomonosov adına Moskva Dövlət Universitetində davam etdirmiş, 1949-cu ildə həmin universiteti bitirdikdən sonra aspiranturada saxlanılmışdır. C.B.Quliyev 1952-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək təyinatla Bakıya göndərilmişdir. 1952-ci ildən ADU-da müəllim, dosent 1958–1972-ci illərdə Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitutunda elmi işlər üzrə direktor müavini işləmişdir. 1971-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş və professor adını almışdır. Həmin ildən Azərbaycan EA-da fəaliyyətə başlamışdır. 1972–1978-ci illərdə o Azərbaycan EA Tarix İnstitutunun direktoru, 1981–1990-cı illərdə Azərbaycan EA-nın vitse-prezidenti, 1975–1988-ci illərdə Azərbaycan Sovet Ensiklopediyasının baş redaktoru, 1989–1990-cı illərdə Azərbaycan Dövlət Universitetinin rektoru olmuşdur. 1976–1991-ci illərdə və 1997-ci ildən 2001-ci ilədək AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın Rəyasət Heyətinin üzvü (1997-2007) üzvü olub. 1972-ci ildə Azərbaycan EA-nın müxbir üzvü, 1980-ci ildə isə həqiqi üzvü seçilmişdir. O, bir neçə sanballı monoqrafiyanın, 300-dən çox məqalənin müəllifidir.

1990 — Məşhur muğam ustası, Xalq artisti Əbülfət Əsəd oğlu Əliyev 63 yaşında vəfat etmişdir.
Tarixdə bu gün - 27 dekabrƏbülfət  Əliyev 30 dekabr 1926-cı ildə Şuşa şəhərində dünyaya göz açıb. Əbülfət 7 yaşında ikən atası dünyasını dəyişir. Ailənin güzəranı çətinləşdiyindən onlar Şuşadan köçmək məcburiyyətində qalırlar. Təxminən dörd il Füzuli rayonunda yaşayır, sonra Ağdamda yerləşirlər. O, təhsilini 1 nömrəli şəhər məktəbində davam etdirir. Burada musiqi dərnəyinə yazılır, məlahətli səsi ilə diqqəti çəkir, məktəbin ictimai tədbirlərinə qatılır. Qarabağın el şənliklərində oxuduğu "Ay bülbüllər”, "Kimə yalvarım”, "Uca barıdan aşaram mən”, "Uca dağlar” mahnıları musiqisevərlərin ruhunu oxşayır.
   Qısa müddətdə gənc musiqiçinin səs-sorağı rayon hüdudlarını aşır, Bakıdan dəvətlər alır. O, radioda ilk dəfə "Şuşanın dağları” mahnısını ifa edir. Beləliklə, 19 yaşlı Əbülfət taleyini birdəfəlik Bakıya bağlayır. Azərbaycan Dövlət Filarmoniyasının solisti olur, o dövrün tanınmış müğənniləri ilə birlikdə konsertlər verir. 
   Görkəmli xanəndənin repertuarında "Dinə bilmədim”, "Bu qala, daşlı qala”, "Ay Pəri”, "Endim bulaq başına”, "Bülbüllər gəzər bağı”, "Tel nazik”, "Saçları burma”, "Gəl-gəl”, "Xal yanağında”, "Qara gözlüm” kimi ümumilikdə 400-dən artıq xalq və bəstəkar mahnısı yer alıb. 
   Ə.Əliyev həm də opera səhnəmizin sevilən və arzulanan sənətkarlarından olub. Məcnun obrazını yaradan hər bir xanəndənin özünəməxsus ifası olub. Ə.Əliyev bu obrazda Leylinin həsrəti ilə yanan Məcnunun ah-fəğanlarını çox təsirli bir avazla dinləyiciyə çatdırmağa nail olub. Uzun müddət Opera və Balet Teatrında çalışan sənətkar Kərəm, Şah İsmayıl rollarını da ustalıqla ifa edib. 
   Ə.Əliyevin səsinin vurğunları Azərbaycanla yanaşı, onun hüdudlarından kənarda - İran, Misir, Hindistan, Almaniya və başqa ölkələrdə də çox olub. 1971-ci ildə Moskvada keçirilən Ümumdünya Musiqi Konqresində iştirak edən xanəndə yüksək ifaçılıq bacarığına görə UNESCO-nun döş nişanına və diplomuna layiq görülüb, ifası ümumittifaq radiosu ilə yayımlanıb.


Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz