» » Tarixdə bu gün - 26 dekabr

Tarixdə bu gün - 26 dekabr

Müəllif: Vüsal от 26-12-2017, 00:15
 
 
26 dekabr — İlin 360-cı günü (uzun illərdə 361-ci). İlin sonuna 5 gün qalır.

Mühüm hadisələr:

1991 — SSRİ süqut edib, Rusiya Federasiyası müstəqilliyini elan edib.
1991 — Xankəndi şəhəri və digər yaşayış məntəqələrinin tam işğalının və əhalinin deportasiya olunmasının başa çatması.
1991 — Misir və Birləşmiş Ərəb Əmirlikləri Azərbaycanın müstəqilliyini tanıyıb.
2003 — İranda şiddətli zəlzələ nəticəsində 30 000 nəfər həlak olub.
2005 — Dekabrın 23-də gecə Xəzər dənizi üzərində qəzaya uğrayan AN-140 sərnişin təyyarəsinin "qara qutu"su tapılıb.

Doğuml günləri:

Tarixdə bu gün - 26 dekabr1919 – Məşhur Azərbaycan rəqqasəsi, Xalq artisti Əminə Dilbazi Qazaxda anadan olub.
1935-ci ildə ilk dəfə səhnəyə çıxaraq Üzeyir Hacıbəyovun bəstələdiyi "Kolxoz çölləri" mahnısını ifa edib. Azərbaycan Dövlət Filarmoniyası Mahnı və Dövlət Rəqs ansamblının solisti (1936-1939), sonralar isə rəqs qrupunun rəhbəri olub. 1959-cu ildə Azərbaycan Tibb İnstitutunun yaratdığı "Çinar" tələbə rəqs kollektivinə rəhbərlik edib. 1967-ci ildə "Sevinc" qızlar ansamblını yaradıb. 1949-cu ildən Xoreoqrafiya Məktəbində pedaqoji fəaliyyət göstərib. 1957-ci ildə Moskvada tələbə və gənclərin 6-cı ümumdünya festivalında qızıl medala layiq görülüb.
Əminə Dilbazi bir çox filmlərdə rəqslərə quruluş verib. Onun oynadığı "İnnabı", "Tərəkəmə", "Vağzalı", "Turacı", "Naz eləmə" rəqsləri xüsusilə məşhurdur. Repertuarına rus rəqsləri, ukrayna rəqsləri, özbək rəqsləri, ərəb rəqsləri də daxil olan Əminə Dilbazi "Leyli və Məcnun" operasında, "Arşın Mal Alan" və "O olmasın bu olsun" komediyaları və sair əsərlərdə də rəqslərə quruluş verib.
2010-cu il aprelin 30-da Bakı şəhərində vəfat edib.
Bəstəkar Cövdət Hacıyevin həyat yoldaşıdır.

 

Tarixdə bu gün - 26 dekabr1931— Azərbaycanda kitabxanaşünaslıq elminin banisi, Birləşmiş Millətlər Təşkilatı yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının akademiki, Azərbaycan Respublikasının Əməkdar elm xadimi və Əməkdar mədəniyyət işçisi, Azərbaycan Kitabxanaçılar Cəmiyyətinin prezidenti, Bakı Dövlət Universitetinin Kitabxanaşünaslıq kafedrasının müdiri, tarix elmləri doktoru, professor Abuzər Alı oğlu Xələfov Göyçə mahalının Cil kəndində anadan olub.

1950-ci ildə Göyçənin Toğluca kəndində orta məktəbi bitirdikdən sonra indiki Bakı Dövlət Universitetinin filologiya fakültəsinin kitabxanaşünaslıq və biblioqrafiya şöbəsinə daxil olmuşdur. A.Xələfov ali təhsilini başa vuran il BDU-da müəllim saxlanmışdır. 1962-ci ildə A.Xələfovun fəal iştirakı ilə BDU-nun Kitabxanaçılıq şöbəsi müstəqil Kitabxanaçılıq fakültəsinə çevrilmiş, o, bu fakültənin ilk dekanı olmuş və 25 il bu vəzifədə səmərəli fəaliyyət göstərmişdir. 1963-cü ildən indiyədək Kitabxanaşünaslıq kafedrasının müdiridir.

A.Xələfov SSRİ məkanında kitabxana işinin tarixi sahəsində ilk elmlər doktoru kimi şöhrət qazanmış və Azərbaycan kitabxanaşünaslıq elmi məktəbinin əsasını qoymuşdur.

Professor A.Xələfov kitabxanaşünaslıq-biblioqrafiya elmi sahəsində mütəxəssis, elmi-pedaqoji kadrların hazırlığında da əvəzsiz rol oynamışdır. ümumiyyətlə, o, Azərbaycanda kitabxanaşünaslıq elmi sahəsində xüsusi elmi məktəb yaratmış, kitabxana işinin tarixi, nəzəriyyəsi, metodologiyası və aktual problemləri ilə bağlı geniş tədqiqatlar aparan 1 elmlər doktoru və 13 elmlər namizədi yetirmişdir. Tanınmış alim, eyni zamanda 25 nəfər elmlər namizədi və elmlər doktorunun hazırlanmasında elmi məsləhətçi və ya opponent kimi xüsusi fəallıq göstərmişdir.

 

Azərbaycanın müstəqilliyi dövründə 2 hissədən ibarət "Kitabxanaşünaslığa giriş" dərsliyinin çapdan çıxması A.Xələfovun elmi fəaliyyətinin zirvəsi sayıla bilər. Bu nəşr Azərbaycanda kitabxanaçılıq təhsili tarixində kitabxanaşünaslığa dair ilk dərslikdir.

 

Tarixdə bu gün - 26 dekabr1948 — Azərbaycanlı memar, Azərbaycan SSR Əməkdar memarı, "Şöhrət" ordeni laureatı Elbay Ənvər oğlu Qasımzadə Bakı şəhərində anadan olmuşdur.

1971-ci ildə Azərbaycan Politexnik İnstitutunun memarlıq fakültəsini bitirib.

1971-1975-ci illərdə landşaft memarlığı problemləri üzərində çalışmış, təbii landşaft, Bakı şəhərinin müxtəlif rayonlarında ucaldılan tikililərin harmonizasiyası və s. bu kimi məsələlərlə dərindən məşğul olmuşdur. 1976-cı ildə Azərbaycan Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun aspiranturasında şəhərsalma problemləri ilə məşğul olmuşdur.

1975–1989-cu illərdə Respublika Kənd ərazilərində İnşaatın layihələndirilməsi İnstitutunda işləmiş, bir sıra kiçik yaşayış məntəqələrinin baş planlarının müəllifi olmuşdur. Həmin dövrdə "Saman memarlığı" adlı Beynəlxalq proqramın problemləri ilə də sıx məşğul olmuşdur, bu sahədə həyata keçirilən müxtəlif layihələrin müəllifidir.

1989–2001-ci illərdə illərdə Bakı şəhərinin baş memarı, Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma üzrə Baş İdarəsinin rəisi vəzifələrində çalışıb.

Elbay Qasımzadə Azərbaycan Memarlıq və İnşaat Universitetinin memarlıq fakültəsininprofessorudur. "Azadlıq prospekti” metrostansiyasının memarıdır.

1998-ci ildə "El&En" memarlıq şirkətini təsis etmiş və hal-hazırda da ona başçılıq edir.

150-dən artıq layihənin, 80-dən artıq məqalənin və 8 kitabın müəllifidir.

 

Elbay Qasımzadə Şərq ölkələri Beynəlxalq Memarlıq Akademiyasının həqiqi üzvü və vitse-prezidenti, Beynəlxalq Memarlıq Akademiyasının (UNESKO) və Beynəlxalq Memarlar İttifaqının (UİA) professorudur. MDB ölkələrinin Memarlar İttifaqları Assosiasiyası tərəfindən keçirilən "İlin ən yaxşı layihəsi (tikilisi)" beynəlxalq baxış-müsabiqələrdə dəfələrlə iştirak etmiş və 34 diplomla təltif edilmişdir. MDB ölkələrinin paytaxtlarının baş memarları Şurasının ilkin sədri seçilmişdir.

 

Tarixdə bu gün - 26 dekabr1958—Əməkdar mədəniyyət işçisi, "Ozan dünyası" jurnalının baş redaktoru  Gürcüstan Respublikasının Bolnisi rayonunun Darvaz kəndində anadan olub.

1975-ci ildə həmin kənddəki orta məktəbi, 1980-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu (indiki ADPU) bitirib. İnstitutu bitirdikdən sonra Gürcüstan Maarif Nazirliyinin sərəncamına göndərilib və bu nazirliyin təyinatı ilə Zalqa rayonundakı Tecis kənd orta məktəbində müəllim, direktor müavini kimi fəaliyyət göstərib. 1986-1997-ci illərdə pedaqoji fəaliyyətini Darvaz kəndində davam etdirib.

Uzun illərdir ki, həm də jurnalistlik fəaliyyəti məşğul olur. O, pedaqoji fəaliyyətlə yanaşı Gürcüstanda Azərbaycan dilində nəşr olunan qəzetlərlə müntəzəm əməkdaşlıq edib, Gürcüstan Radiosunun Azərbaycan dilində verilişlər redaksiyasında çalışıb.

1997-ci ildən Bakıda yaşayıb fəaliyyət göstərən Musa Nəbioğlu bir sıra mətbuat orqanlarında çalışıb. 2003-cü ildən isə təsisçisi olduğu "Ulu körpü" qəzetinə redaktorluq edib. 2006-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Eyni zamanda Azərbaycan Jurnalistlər Birliyinin də üzvüdür.

 

2009-cu ildən Azərbaycan Aşıqlar Birliyinin katibi, "Ozan dünyası" jurnalının baş redaktorudur.


1965 – Azərbaycanın Milli Qəhrəmanı Eldar İsfəndiyar oğlu Həsənov Cəlilabad rayonunda anadan olmuşdur. 1984-cü ildə kənd Hərbi Komissarlığı tərəfindən ordu Tarixdə bu gün - 26 dekabrsırasına çağırılır. 1986-cı ildə xidmətini başa vurub Cəlilabad rayonunda sürücü işləyir. 1990-cı ildə Eldar Xüsusi Təyinatlı Polis Dəstəsinə üzv yazılır.
O, Azərbaycanın hər qarış torpağı uğrunda fədakarlıqla vuruşurdu. Eldar Laçın döyüşlərində mühasirəyə düşən əsgərləri itkisiz çıxarmağa müvəffəq olmuşdu.
 Ermənilər onun başına 50 min ABŞ dolları pul mükafatı qoymuşdular. 1994-cü ilin yanvar ayında onun ikinci cəbhə həyatı başlayır. Füzuli cəbhəsində düşmənin bir neçə zirehli texnikasını, onlarla canlı qüvvəsini məhv edən Eldarın adı daha da əfsanəyə döndü cəbhədə hər kəs onun şücaətindən danışırdı. 1994-cü il 12 may... Horadiz qəsəbəsi uğrunda gedən döyüşlərdə Eldar həmişəki kimi ön cərgədə idi. Qəfil atılan mərmi onun həyatına son qoydu.
Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə Həsənov Eldar İsfəndiyar oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.
Cəlilabad rayonunun Lallar kəndində dəfn edilmişdir.
Cəlilabad Rayon Polis İdarəsinin həyətində büstü qoyulmuşdur.

Tarixdə bu gün - 26 dekabr1971 – Xalq artisti, aktrisa Nuriyə Əhmədova Bakıda (bəzi mənbələrə görə Şəkidə) anadan olub.
1970–1974-cü illərdə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda aktyorluq fakültəsində təhsil alıb .
İlk əmək fəaliyyətinə 1968-ci ildə Musiqili Komediya Teatrında başlayıb.
Kinoya ilk gəlişi 1982–ci ildə "Mozalan" süjetlərində çəkildikdən sonra olub.
Nuriyyə Əhmədova 10 oktyabr 2015-ci ildə saat 04:30–da kəskin ürək tutmasından Bakıda vəfat etmişdir.
Vəsiyyətinə əsasən Şüvəlan qəbiristanlığında oğlunun və qızının məzarlarının yanında dəfn olunmuşdur.
İki övladı olub: ilk övladı olan qızı İlahə 20 yaşında 1996-cı ildə qətlə yetirilmiş, ikinci övladı olan oğlu Əli isə 2014-cü ildə 37 yaşında xərçəng
xəstəliyindən vəfat etmişdi
Qız övladından Faiq İbadzadə adlı nəvəsi var.

1956 — Azərbaycanın Milli Qəhrəmanı Vəzir Surxay oğlu Orucov Tərtər rayonunun Xoruzlu kəndində anadan olmuşdur. 1949-cu ildə atası Surxay ailəsi ilə birgə Tarixdə bu gün - 26 dekabrDərələyəz mahalından deportasiya olunmuşdu. Orta təhsilini Xoruzlu kənd orta məktəbində almış,
1975-77-ci illlərdə hərbi xidmətə çağrılmışdır.
1992-ci ildə Xocalı soyqırımını eşidib, Arxangelskdən Azərbaycana qayıdaraq Tərtər özünümüdafiə batalyonuna daxil olmuşdu. Orucov sıravi döyüşçü kimi mübarizəyə başlasa da komandirlik bacarığına görə qısa zamanda batalyon komandirinin müavini vəzifəsinə qədər yüksəlmişdi. O, gəldiyi gün Tərtər şəhərinə getmək adı ilə evdən çıxır. Şıxarx istiqamətində qarşısına çıxan bir nəfər yaralı polis əməkdaşının silahını götürüb, heç kimə heç nə demədən Ağdərə uğrunda gedən döyüşə qatılır. Həmin axşam bir diri erməni əsgərini və silahını götürüb, geri qayıdır. Əsiri yerli özünümüdafiə batalyonunun qərargahına təhvil verir, əmanət olan avtomatı isə, söz verdiyi kimi, sahibinə qaytarır.
Oradan isə birbaş evlərinə gəlir və anasına deyir ki, daha onun yolunu gözləməsin.
1992-ci ilin avqust ayında Orucov Sərsəng su anbarında kəşfiyyatda olmuşdur. Onun ətrafında 30 nəfər PK pulemyotu ilə silahlanmış kəşfiyyatçı var idi. Sərdar Həmidovun dəstəsi öndən, Orucovun isə kəşfiyyat qrupu ilə düşmənin arxasından hərəkətə keçmişdi. Ermənistanın "Arabo" batalyonu həmin gün böyük itkilər vermiş və bu uğurlu əməliyyatın nəticəsində "Arabo” batalyonunun qırılmasına görə Ermənistan 3 gün matəm elan etmişdi.
1993-cü ildə Ağdərənin Qlobus yüksəkliyi uğrunda gedən ağır döyüşdə qəhrəmancasına həlak olmuşdur.
Azərbaycan Respublikasın Prezidentinin 27 mart 1993-cü il tarixli 495 saylı Fərmanı ilə Orucov Vəzir Surxay oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir.
Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir:

Vəfat etmişdir:

Tarixdə bu gün - 26 dekabr2016 — AMEA-nın müxbir üzvü, tarix elmləri dokyoru, professor Məşədixanım Nemətova 92 yaşında vəafat etmişdir.
Məşədixanım Nemətova 1924-cü il yanvarın 5-də Bakının II Zabrat kəndində anadan olmuşdur.
1941-ci ildə orta məktəbi, 1948-ci ildə ADU-nun şərqşünaslıq fakültəsini bitirmişdir.
Elmi fəaliyyətinə 1953-cü ildən Azərbaycan SSR EA Tarix İnstitutunda başlamış, 1971-ci ildən epiqrafika qrupunun rəhbəri olmuşdur.
1993-cü ildən Arxeologiya İnstitutunda eyniadlı qrupun rəhbəridir. Azərbaycanın orta əsrlər epiqrafik abidələrini tədqiq edir. Ermənistan, Gürcüstan və Dağıstan ərazilərindəki müsəlman kitabələri haqqında da tədqiqatları var.
300-dən artıq elmi əsərin, o cümlədən 12 monoqrafiyanın müəllifidir.
M.Nemətin hazırladığı kadrlar epiqrafik abidələrin tədqiqi - kitabələrin aşkar edilməsi, estampı, fotosu, oxunması, tərcüməsi ilə yanaşı, problemlərin tədqiqi ilə də məşğuldurlar.
Məşədixanım Nemətin elmi fəaliyyəti respublikamızdan kənarlarda da dəyərləndirilib. 1991-ci ildə Tehranda təşkil olunmuş kitab sərgisində görkəmli alim kitabları ilə iştirak etmişdir.
2011-ci ildə Türkiyədə, Karsda keçirilmiş "Qazı Kars şehrengizi” simpoziumunda Məşədixanım Nemət türk-islam mədəniyyətinə xidmətə görə mükafatlandırılmışdır.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz