» » Tarixdə bu gün - 23 dekabr

Tarixdə bu gün - 23 dekabr

Müəllif: Vüsal от 23-12-2017, 00:15
 
23 dekabr — Ilin 357-ci günü (uzun illərdə 358-ci). İlin sonuna 8 gün qalır.

Mühüm hadisələr:

1930 – Türkiyə və Yunanıstan arasında ərazi mübadiləsi həyata keçirilib.
1933 – Almaniyada Reyxstaq yandırılıb və bu böyük bir siyasi prosesin başlanğıcı olub.
1947 – SSRİ Nazirlər Soveti "Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar tədbirlər haqqında" 754 saylı qərar qəbul edib.
1953 – Hərbi məhkəmənin qərarı ilə uzun müddət SSRİ xüsusi xidmət orqanlarının rəhbəri olmuş Lavrenti Beriya güllələnib.
1979 – SSRİ ordu hissələri Əfqanıstana daxil olub.
1986 – Sovet dissidenti Andrey Saxarova Qorki şəhərindən siyasi sürgündən Moskvaya qayıdıb.
1989 – Azərbaycan Xalq Cəbhəsi Naxçıvan MSSR sərhəd dəstəsi komandirinə ultimatum verərək dekabrın 31-dək sərhəddən adamların müəyyən qayda ilə keçərək qohum əqrəbası ilə əlaqə saxlamasına imkan yaratmağı tələb edib. Ultimatum yerinə yetirilməyib.
1994 – Qaqauz türklərinə Moldovanın tərkibində muxtariyyat verilib.
2005 – Saat 22:19-da havaya qalxan Bakı aeroportundan AN-140 tipli sərnişin təyyarəsi təxminən 7 dəqiqədən sonra beynəlxalq hava limanından 18 kilometr aralıda, Nardaran qəsəbəsi yaxınlığında yerə düşmüş, təyyarədə olan 18 sərnişin və 5 heyət üzvü həlak olmuşdur.

Doğum günləri:
 
 
Tarixdə bu gün -  23 dekabr1913   — Teatr aktyoru, Əməkdar artist  İmamverdi Salman oğlu Bağırov   Bakıda doğulub.

Yeddillik təhsil aldıqdan sonra 1929-cu ildə yeni yaradılan İşçi Uşaq Teatrının (bugünkü GTT) truppasına götürülüb.

Müxtəlif vaxtlarda İrəvan Dövlət Azərbaycan Teatrında , Milli Dram Teatrında aktyorluq edib. Daha sonra  Qazax (1938) və Quba (1939) Kolxoz və Sovxoz Teatrında aktyor və rejissor kimi çalışıb. 1954-1956-cı illərdə Soltan Dadaşovun yaratdığı və dövlət statusu olmayan Musiqili Komediya Teatrında rollar oynayıb.

1956-cı ildən fasiləsiz olaraq 19 il Musiqili komediya Teatrında maraqlı yaradıcılıq yolu keçib. Mürəkkəb dramatik səciyyəli və satirik çalarlı, ictimai-sosial mahiyyət daşıyan personajların istedadlı ifaçılarından sayılıb.

 İmamverdi Bağırov 1964-cü il iyun ayının 29-da Azərbaycan Respublikasının əməkdar artisti fəxri adı ilə təltif olunub.

6 may 1985-ci ildə Bakıda vəfat edib.


Tarixdə bu gün -  23 dekabr1938 – Görkəmli nasir, tənqidçi, publisist, tərcüməçi, tanınmış ictimai xadim, filologiya еlmləri doktoru  Yasif Mirzə oğlu Nəsirli Cəbrayıl rayonunun Kavdar kəndində anadan olmuşdur.
1955-ci ildə  Soltanlı kənd orta məktəbini, 1958-ci ildə  Bakı Mədəni-Maarif texnikumunu və 1963-cü ildə  Azərbaycan Dövlət Universitetini  fərqlənmə diplomu ilə bitirmişdir.
Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunda, Ali Ədəbiyyat kurslarında (1968), ÜİLKGİ MK-nin Ali komsomol məktəbində (1964), SSRİ DTK-nin F.Dzerjinski adına Ali məktəbində (1975) təhsilini davam etdirmişdir.
Yazıçı Beynəlxalq mükafatı laureatı , "Qızıl qələm” mükafatı laureatı , "Əbədi prezident” qızıl döş nişanı , Əməkdar İncəsənət xadimi vəs. fəxri adlara layiq görülmüşdür.
Ədəbi yaradıcılığa tələbəlik illərində başlamışdır. Dövri mətbuatda vaxtaşırı çıxış edir.
Yаzıçının "Liftdə hadisə", "Təyyarə geri dönür", "Qan qardaşları", "Dirilən adam" pyeslərinin tamaşaları dəfələrlə Azərbaycan Dövlət televiziyası ilə nümayiş etdirilib.
Qarabağ müharibə veteranıdır. Respublika "Veteran" Xeyriyyə fondunun prezidenti, bir çox xarici ölkə universitetlərinin fəxri doktorudur. Azərbaycan yazıçılarının hərbi vətənpərvərlik komissiyası sədrinin müavinidir. 
"Azərbaycan Dünyası" Beynəlxalq Əlaqələr Mərkəzinin prezidentidir.
 

Tarixdə bu gün -  23 dekabr1938 - Riyaziyyat elmlər doktoru Nihan Əlipənah oğlu Əliyev -ci il dekabrın 22-də Baki şəhərinin II Zabrat kəndində anadan olub. Natamam orta təhsilini həmin kənddə 75 saylı orta məktəbdə almış, sonra isə orta təhsilini I Zabrat qəsəbəsindəki 73 saylı orta məktəbdə başa vurmuşdur.

 1958-1963-cü illərdə Bakı Dövlət Universitetinin "Mexanika riyaziyyat" fakultəsində təhsil alıb.

1963-66-cı illərdə BDU-nun "Riyazi fizika tənlikləri" kafedrasında aspiranturaya saxlanılıb.

1966-ci ildən əvvəlcə BDU-nun "Riyazi fizika tənlikləri" kafedrasında, sonra 1973-cü ildən "Tətbiqi riyaziyyat" kafedrasında, 1993-2006-cı illərdə İran İslam Respublikasında əvvəlcə Təbriz şəhərindəki Tərbiəti Müəllimi Təbriz, sonra Tehran şəhərindəki Tərbiəti Müdərris Universitetlərində işləmişdir. Nəhayət 2006-cı ildən indiyə qədər yenə də BDU-nun "Tətbiqi analizin riyazi üsulları" kafedrasında işləyir.

120-dən artıq elmi məqaləınin və fars dilində bir kitabın müəllifidir.

Dünya mətbuatında 50-yə qədər elmi məqalələr cap etdirmişdir.

 
Tarixdə bu gün -  23 dekabr
Tarixdə bu gün -  23 dekabr1944 - "İgidliyə görə" medalı ilə təltif olunmuş Qarabağ müharibəsi şəhidi  Şöhrət Usub oğlu Həsənov Xocalı şəhərində anadan olmuşdur.
Şöhrət Həsənov uzun müddət müxtəlif vəzifələrdə çalışıb.Xocalı soyqırımı baş verən zaman rayon icra hakimiyyəti başçısının birinci müavini olub.
Bakının Şəhidlər xiyabanında dəfn edilmişdir. on nəfəsinə və son gülləsinədək vuruşdu. Avtomat silahının darağında olan 30 güllənin hamısı artıq qurtarmışdı. Amma o, son ana kimi insanların sağ-salamat çayı keçməsinə çalışıb, erməni snayperinin gülləsinə də burada tuş gəlib. Ələ keçən qəhrəmanımızı işgəncə verərək öldürüblər. Əvvəlcə sağ qolunu və sağ qıçını kəsiblər, sonra sağ gözünü çıxarıblar və bu cür işgəncələri davam etdirərək onu qətlə yetiriblər. 
"Xocalının səsi" qəzetinin nəşr edilməsinə də böyük dəstək göstərirdi .
Bakının Şəhidlər Xiyabanında dəfn edilmişdir. 
Bu faciələr unudulmamalıdır...

Tarixdə bu gün -  23 dekabr1946 — Azərbaycan balet artisti , Xalq artisti ,  Azərbaycan SSR Dövlət mükafatı laureatı Çimnaz Məmməd qızı Babayeva Bakıda anadan olmuşdur.

1964-cü ildə Bakı Xoreoqrafiya məktəbini bitirmişdir . 1964-1977-ci illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olmuşdur.

Əsas partiyaları:

Şirin ("Məhəbbət əfsanəsi", A. Məlikov); Ayişə, Sari ("Yeddi gözəl", "İldırımlı yollarla", Q.Qarayev), Gülyanaq ("Qız qalası", Ə.Bədəlbəyli); qız, Nəsiminin sevgilisi ("Şur", "Nəsimi haqqında dastan", F.Əmirov); Kitri ("Don Kixot", L.Minkus); xanım ("Xanım və xuliqan", D.Şostakoviç) və s. 1977-ci ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının məşqçi baletmeysteridir.

 Teatrın balet truppası ilə xarici ölkələrdə (Fransa, İtaliya, Norveç, İsveç, Birma, Hindistan, Türkiyə və s.) çıxış etmişdir.

 

 Tarixdə bu gün -  23 dekabr1950 — Həyatdan vaxtsız köşmüş yazıçı Afaq Nəbiqızı (Afaq Nəbi qızı Cavadova) Ağcabədi rayonunda anadan olmuşdur.

Uşaq ikən ailəsi Beyləqan rayonuna köçmüşdür. Beyləqandakı 1 saylı şəhər orta məktəbi, 1975-ci ildə isə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir.
Beyləqan 1 saylı şəhər və Yardımlı rayonunun Hamarkənd kənd orta məktəbində ədəbiyyat müəllimi işləmişdir.
1983-cü il mayın 6-da Bakıda vəfat etmişdir. Beyləqan rayonunda dəfn olunmuşdur. Aynur və Ülkər adında iki qızı, Məhəmməd, Yağmur və Afaq adlı nəvəsi var.

Afaq Nəbiqızının sağlığında dövri mətbuatda cəmi bir neçə hekayəsi dərc olunmuşdur. "Acıbağırsaq" adlı ilk hekayəsi 1980-ci ildə "Ədəbiyyat qəzeti"ndə işıq üzü görmüşdür. "Qeybdən gələn səslər" adlı ilk kitabı 1990-cı ildə (ölümündən sonra) nəşr olunmuşdur. Kitaba "Həmin sentyabr səhəri" adlı povest və müxtəlif mövzularda yazılmış hekayələr daxil edilmişdir.
A. Nəbiqızı kiçik yaşlı məktəblilər üçün də xeyli maraqlı hekayə, nağıl, povest yazmışdır.

 

Tarixdə bu gün -  23 dekabr1961 – Tanınmış nasir, yazıçı-dramaturq, publisist Elçin Hüseynbəyli Cəbrayıl rayonunda anadan olub.
1989-cu ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirib.
1989-cu ildən müxtəlif KİV-də, o cümlədən "Azadlıq" radiosunda işləyib, radionun Baki bürosunu yaradıb. Azərbaycanda yeni informasiya modelini ilk təqdim edənlərdəndir.
E.Hüseynbəyli O kiçik hekayələrin böyük romanlarında ustasıdır ."Rəqs edən oğlan", "Balıq adam", "İki nəfər üçün oyun", "Cənab 21-ci əsr", "Yovşan qağayılar", "Tut ağacı boyunca", "On üçüncü həvari, 141-ci Don Juan", "Şah Abbas", "Metro vadisi", "Yolayrıcında qaçış", "Azıx", "Şimallı gəlin", "Kopelhausda bir axşam" kitablarının, səkkiz romanın, yüzə qədər hekayə, esse və bədii məqalənin müəllifidir.
Elçin Hüseyinbəylinin dil-üslub tərzində yenilikçi olduğunu bütun əsərlərində müşahidə etmək olar.

Vəfat etmişdir:

1991 – Milli Qəhrəman Faiq Ağayev Vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
Tarixdə bu gün -  23 dekabr1969-cu il iyun ayının 6-da Ağdam rayonunun Papravənd kəndində zəhmətkeş bir ailədə doğulmuşdur. 1986-cı ildə Papravənd kənd orta məktəbini bitirmiş, keçmiş Sovet ordusu sıralarında layiqli xidmət yolu keçmişdir. 1989-cu ildə ordu sıralarından tərxis olunduqdan sonra, Yevlax şəhərində əmək fəaliyyətinə başlamışdır. Torpaqlarımız erməni qəsbkarları tərəfindən zəbt olunanda Faiq də silaha sarılaraq, Vətənin müdafiəsinə yollanır. O, 1990-cı ilin sentyabr ayında Ağdam Rayon Polis İdarəsinin tərkibində yaranmış polis alayına yazılır. Elə həmin gündən də Faiqin şərəfli ömrünün ən narahat, ən yadda qalan və ən təşvişli günləri başlayır.
1991-ci il... Dekabr ayının 23-ü... Meşəli kəndi erməni yaraqlılarının hücumuna məruz qalmışdı. Düşmənin zirehli texnikası, onun arxasınca piyadalar tüstüyə bürünmüş meşədən kəndin üzərinə yeriyirdi. Güllələrdən, mərmilərdən evlər alovlanır, qocalar, qadınlar, uşaqlar həlak olurdular. Od alıb alovlanan evlərdə diri-diri yananlar da az deyildi. Özünü birtəhər bayıra atıb ölümdən can qurtarmağa cəhd edənləri erməni faşistləri xüsusi qəddarlıqla gülləbaran edirdilər.
Döyüşçülərimiz dinc əhalini təhlükəsiz yerə çıxarmağa çalışırdı. Vəziyyət son dərəcə ağır idi. Uçurulmuş evlərin birini istehkama çevirmiş Faiq sərrast atəşlə erməni yaraqlılarını yerə sərir, dinc əhalinin qaçıb meşədə daldalanması üçün imkan yaradırdı.
Düşmən atəşini özünə cəlb etməklə Faiq onlarla qadını, uşağı ölümdən xilas elədi. O, döyüş mövqeyini axıradək tərk etmədi, son nəfəsinə kimi vuruşdu. Qəhrəman Vətən oğlu başqalarının həyatını xilas edərkən öz həyatını qurban verdi.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Ağayev Faiq Alış oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir.
Ağdam rayonunun Papravənd kəndində dəfn edilmişdir.
 

Tarixdə bu gün -  23 dekabr1991 — Azərbaycanın Milli Qəhrəmanı  Hidayət Eldar oğlu Rüstəmov Vətən uğrunda döyüşlərdə həlak olmuşdur.

Hidayət Rüstəmova 19 avqust 1970-ci ildə Ağdam rayonunun Xıdırlı kəndində anadan olmuşdur. Burada orta məktəbi bitirən Hidayət daha sonra Ağdam 50 saylı texniki-peşə məktəbində təhsilini davam etdirib.

 1988-1990-cı illərdə Sovet Ordusunda hərbi xidmətdə olmuşdur. 1991-ci il Ağdam rayon Daxili İşlər Şöbəsinin post-patrul alayında xidmət etmişdir.

23 dekabr 1991-ci il erməni işğalçıları Meşəli kəndinə hücum edərək ağılasığmaz vəhşiliklər törədirdilər. Boş evlərin birini özünə istehkam seçən cəsur polis çavuşu Hidayət  sərrast atəşlə erməni quldurlarının xeyli  canlı qüvvəsini məhv etdi. Murdar erməni faşistləri evə od vurdular. Qorxunun nə olduğunu bilməyən Azərbaycan döyüşçüsü son nəfəsinə qədər vuruşdu və qəhrəmancasına həlak oldu.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Hidayət Eldar oğlu Rüstəmova ölümündən sonra  Azərbaycanın Milli Qəhrəmanı  fəxri adı verilmişdir.

Ağdam rayonunun Şəhidlər Xiyabanında dəfn edilib.

 

Tarixdə bu gün -  23 dekabr2003— Azərbaycan Respublikasının görkəmli dövlət xadimi, Əməkdar həkim Sərdar İsa oğlu Kərimov 50 yaşında vəfat etmişdir.

Sərdar Kərimli 1954-cü il Qərbi Azərbaycanın Göyçə mahalının Kəsəmən kəndində dünyaya göz açmışdı.

1-ci ildə Bakı şəhərində 30 saylı orta məktəbi bitirdikdən sonra, N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda preparatçı işləmiş, 1972-ci ildə müvəffəqiyyətlə imtahan verərək institutun 2-ci müalicə-profilaktika fakultəsinə daxil olmuş, 1978-ci ildə həmin ali məktəbi bitirmişdir.

1978-1980-cı illərdə Bakı zona tələbə inşaat dəstələrinin baş həkimi vəzifələrində işləmişdir.

1980-1983cü illərdə Bakı şəhər təcili və təxirəsalınmaz tibbi yardım stansiyasında əvvəlcə çağırışçı həkim, sonra böyük həkim vəzifələrində çalışmış, eyni vaxtda bir neçə il həmin stansiyanın ilk partiya təşkilatının katibi kimi işini davam etdirmişdir.

1985-ci ildə Bakı Ali Partiya məktəbini bitirmişdir.

Təhsili müddətində Bakı Ali Partiya Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsində işləmişdir.

1985-ci ildə təyinatla Azərbaycan KP Nəsimi Rayon Partiya komitəsində təlimatçı kimi çalışmışdır.

 Sərdar Kərimli 1990-cı ildə Səhiyyə Nazirliyinə işə keçmiş, İşlər idarəsinin 1-ci dərəcəli həkim-inspektoru, kadrlar və tədris müəssələri idarəsinin 1-ci dərəcəli həkim-inspektoru, aparıcı mütəxəssisi və rəisi, kadrlar, elm və təhsil baş idarəsinin rəisi, 1999-cu ildən ömrünün sonunadək Azərbaycan Respublikası Səhiyyə nazirinin 1-ci müavini vəzifəsində çalışmışdır. 

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.