» » Tarixdə bu gün - 18 dekabr

Tarixdə bu gün - 18 dekabr

Müəllif: Vüsal от 18-12-2017, 00:15

18 dekabr


İlin 352-ci günü (uzun illərdə 353-cü).
İlin sonuna 13 gün qalır.

Mühüm hadisələr:

1917 — Türkiyə və Sovet Rusiyası arasında Ərzincan müqaviləsi imzalanır.
1940 — Hitler SSRİ-yə hücum barədə "Barbaros planı"nı təsdiq edir.
1946 — Beynəlxalq Valyuta Fondu (İMF) fəaliyyətə başlayır.
1953 — İlk rəngli televiziya yayımı həyata keçirilir.
1997 — Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında" fərman imzalayıb.

Tarixdə bu gün -  18 dekabr


Doğum günləri:

Tarixdə bu gün -  18 dekabr1928 — Azərbaycan müğənnisi, bəstəkarı; tanınmış xanəndə və pedaqoq Qulu Rüstəm oğlu Əsgərov 18 dekabr 1928-ci ildə Salyan şəhərində anadan olmuşdur.
Gənc yaşlarında rayon teatrında çıxış etmiş, Xalq Çalğı Alətləri ansamblına rəhbərlik etmişdir. 1953-cü ildə Gənc istetadların respublika olimpiyadasının qalibi olmuşdur. Qulu Əsgərov 1953-1958-ci illərdə Asəf Zeynallı adına Bakı Musiqi texnikumudə təhsil almışdır.
Burada Azərbaycanın görkəmli xanəndələrinin (Seyid Şuşinski, Nəriman Əliyev) ifaçılıq ənənələrini mənimsəmiş və muğamın sirlərinə dərindən yiyələnmişdir. Qulu Əsgərov bütün muğam dəstgahlarını yüksək peşəkarlıqla və ən incə cizgiləri ilə dinləyiciyə çatdıra bilirdi. Qulu Əsgərov yaradıcı xanəndə idi. O, xalq arasında dillər əzbəri olan bir sıra mahnı və təsniflərin müəllifidir.
Qulu Əsgərov xanəndəlik sənəti üzrə böyük bir ifaçı nəsli yetişdirən gözəl müəllim olmuşdur. Onun davamçıları olan xanəndələr (Mələkxanım Əyyubova və b.) muğam sənətində nailiyyətlər əldə edərək, ustadın ənənələrini yaşadırlar.
11 iyun 1987-ci ildə 58 yaşında vəfat etmişdir.

1930 — Tarix elmləri doktoru, professor Süleyman Sərdar oğlu Əliyarlı Karyagin (indi Beyləqan) rayonunun Şahsevən kəndində dünyaya Tarixdə bu gün -  18 dekabrgəlmişdir. Moskva Dövlət Universitetinin tam beşillik kursunu 1954 də "Fərqlənmə diplomu" ilə bitirdikdən sonra Azərbaycan MEA Tarix İnstitutunda 5 il çalışmışdır. Aspiranturanın son kursundan Bakı Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasına müəllim vəzifəsinə dəvət edilmiş və ömrünün sonunadək həmin kafedrada çalışmışdır.
May 1978-iyul 2001 illər kəsimində, yəni 23 il həmin kafedraya başçılıq etmişdir. Elmi işimi hər zaman konyukturadan uzaq tutmağa çalışıb 1969 tarixində Azərbaycanın Rusiyaya könüllü birləşməsi tezisinə qarşı çıxaraq, onun işğal edilməsini, Rusiya metropoliyasının iqtisadi müstəmləkəsinə çevrildiyini bəyan etmiş və nəticədə sovet rejiminin təqiblərinə məruz qalmışdır 1983-84 illərdə Azərbaycan etnogenezinin ümumtürk tarixi köklərə dayandığını araşdıraraq bir sıra elmi əsərlər çap etdirmiş, buna görə də Moskva və Bakı retroqradlarının hücumları ilə üzləşmişdir.
1989-2000 illərdə Azərbaycan Respublikası Milli Məclisinin Yer Adları (Toponimiya) Komissiyasına başçılıq etmiş; 1992-2001 illərdə Azərbaycan Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin üzvü olmuşdur. 1990 da "Azərbaycanın Əməkdar Elm Xadimi" adına layiq görülüb. 2000 ildə "Türk və Türkiye tarihi ile ilgili değerli araştırmalarından dolayı" Türk Tarix Kurumu Şərəf Üyəsi (fəxri üzvü) seçilib Adı çəkilən Türk Tarix Kurumu və Center For Balkan Turkology Researches kimi beynəlxalq elmi təşkilatlar ilə elmi əməkdaşlıq etmişdir və s.
150-dən çox elmi məqalə, 7 monoqrafiya və 8 kitab müəllifidir. 18 elmlər namizədi və 3 nəfər elmlər doktoru yetişdirib.

Tarixdə bu gün -  18 dekabr1934 — Tanınmış şair, dramaturq, publisist, Rəsul Rza mükafatı laureatı Qurban Teyyub Yarməmməd oğlu
dekabr ayının 18-də Bakının Bülbülə qəsəbəsində neftçi ailəsində anadan olmuşdur. 1954-cü ildə burada 208 saylı orta məktəbi bitirəndən sonra ADU-nun filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil almışdır.
Teyyub Qurbanov 1961-1963-cü illərdə ADU-nun jurnalistika kafedrasının aspirantı olmuş , Azərbaycan Xalq Nəzarəti Komitəsində tərcüməçilik etmiş , orada komitə təşkilat şöbəsinin təlimatçısı vəzifəsinə irəli çəkilmişdir , həm də ictimai əsaslarla metodika kabinetinə rəhbərlik etmişdir. (1992-1993-cü illərdə Suraxanı rayon icra hakimiyyəti başçısının birinci müavini olmuşdur.
Hazırda fərdi yaradıcılıqla məşğuldur.
Onun "Koreyalı döyüşçüyə" adlı ilk şeri 1950-ci ildə "Pioner" jurnalının 12-ci sayında çıxmışdır. Dövri mətbuatda müntəzəm çıxış etmişdir. Şerləri ayrı-ayrı xalqların dilində çap olunmuşdur.
T.Qurban "Mənim gəncliyim”, "Dostluğun gücü”, "Unudulmayan”, "Yanğı”, "El yolu”, "Gözəllik yarışı”, "Ömrün gənclik yazı”, "Dönməzlik”, "Sara”, "Məcra”, "Düşmənlərindən güclü şəxsiyyət”, "Müqəddəs məkanda Qüdsümüz vardır” və s. kitablarının müəllifidir
 

Tarixdə bu gün -  18 dekabr1953  Görkəmli  ədəbiyyatşünas alim, AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun sabiq direktoru, filologiya elmləri doktoru  Məmməd Musa oğlu Adilov Nuxa şəhərində anadan olmuşdur.

1971-1976-cı illərdə   Bakı Dövlət Universitetində təhsil almışdır..

1976-1977-ci illərdə Şəki şəhərindəki orta peşə məktəbində müəllim, 1977-1982-ci illərdə Azərbaycan Radiosunda və "Bakı" qəzetində müxbir, 1981-1989-cu illərdə Azərbaycan Xarici Dillər İnstitutunda ikiillik ərəb dili kurslarında müəllim vəzifəsində işləyib.

1982-1984-cü illərdə ordu sıralarında tərcüməçi zabit kimi xidmət etdikdən sonra 1984-cü ildə Azərbaycan EA Əsaslı Kitabxanasında baş direktor[1], elə həmin ildən Azərbaycan EA Əlyazmalar İnstitutunda baş laborant, daha sonralar kiçik elmi işçi, elmi işçi, elmi katib, direktor müavini vəzifələrində çalışıb. Həmçinin, 1993-1996-cı illərdə Lənkəran Dövlət Universitetində, 1995-1998-ci illərdə isə Bakı İslam Universiteti Sumqayıt filialında müəllimlik etmişdir. 2003-cü ildə Azərbaycan MEA Əlyazmalar İnstitutunun direktoru vəzifəsinə seçilmişdir.

1986-cı ildə "Azərbaycan dilində ixtisar sözlər" mövzusunda namizədlik, 2004-cü ildə "Azərbaycan paleoqrafiyası və tarixi orfoqrafiyası" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

İkisi xarici ölkədə olmaqla 170-ə yaxın elmi əsəri nəşr olunub, 100-dən artıq kitabın nəşrə hazırlanmasında iştrak etmişdir.

İSESKO-nun Rabatda (1993) və Qahirədə (1996) keçirilmiş simpoziumlarında iştirak etmiş, həmçinin, Moskvada, İstanbulda, Tehranda, Vilnüsdə, Aşqabadda, Məkkədə, Konyada, Urmiyada, Qazanda, Türküstanda elmi ezamiyyətlərdə olmuşdur.

1999-cu ildə "Kitabi-Dədə Qorqud"un yazıya alınmasının 1300 illik yubileyini, 2003-cü ildə isə Xacə Nəsirəddin Tusinin 800 illik yubileyini keçirən dövlət komissiyalarının üzvü olub.

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının filologiya elmləri üzrə ekspert şurasının üzvü və "Əlyazmalar xəzinəsində" jurnalının baş redaktoru idi.

Məmməd Adilov 16 oktyabr 2011-ci il tarixdə Şəki  şəhərində qəflətən dünyasını dəyişmişdir.


Tarixdə bu gün -  18 dekabr1954 — Tibb elmləri doktoru, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru Sənan Hüsi oğlu Kərimov Bakı şəhərində məşhur cərrah Kərimov Hüsi Məmmədxan oğlunun ailəsində anadan olub. 1972-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin "Müalicə işi” fakültəsinə daxil olub, 1978-ci ildə bitirib.
İnstitutu bitirdikdən sonra Xəzər Dəniz Gəmiçiliyində həkim dermatoveneroloq vəzifəsində işləmiş və dəfələrlə fəxri fərmanlarla təltif olunmuşdur.
1982-ci ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu tərəfindən Moskvaya, Mərkəzi Elmi-Tədqiqat Dəri-Zöhrəvi Xəstəlikləri İnstitutuna məqsədli aspiranturaya göndərilmişdir və burada "Sarkoma Kapoşi” mövzusunda elmi araşdırmalar apararaq 1985-ci ildə bu mövzu üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir.
1983-cü ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun dermatovenerologiya kafedrasının dosenti vəzifəsinə təyin olunmuşdur.
1999-cu ildə Moskva şəhərinin Rusiya Fedrasiyasının Tibb Akademiyasının Mərkəzi Elmi-Tədqiqat Dəri-Zöhrəvi Xəstəlikləri İnstitutunda "Psoriazın Azərbaycanda Epidemiologiyası” mövzusu üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir. Və həmin ildə t.e.d. alimlik dərəcəsinə layiq görülmüşdür.
2000-ci ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun I Prorektoru və 2001-ci ildə Dermatovenerologiya kafedrasının müdiri vəzifəsində işləyir.
Sənan Kərimov 80-dan çox elmi əsərin, o cümlədən 1 monoqrafiyanın, 1 dərsliyin, 4 metodik göstərişin müəllifidir. Onun rəhbərliyi altında 1 doktorluq və 3 namizədlik elmi işləri aparılır.
2009-cu ildən Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru vəzifəsində işləyir.

Tarixdə bu gün -  18 dekabr1959   Xalq artisti, müğənni Bilal Şahşirin oğlu Əliyev    Salyan rayonunun Kürqaraqaşlı kəndində anadan olub.

Bilal Şahşirin oğlu Əliyev 1982-ci ildə A.Zeynallı adına Musiqi Texnikumunun "Xanəndə" fakültəsinə daxil olmuş, 1986-cı ildə texnikumu , daha sonralar  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirmişdir.  

 Əmək fəaliyyətinə həmin ildən R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında vokalçı vəzifəsi ilə başlamışdır. 1990-cı ildən 1993-cü ilədək "Tərəqqi" mühəndis-kompüter mərkəzində, "İlkin" studiyasında vokalçı vəzifəsində çalışıb. 1993-cü ildən R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında vokalçı kimi fəaliyyət göstərir.

O, Türkiyənin Ankara, İstanbul, Kırıkkale və digər şəhərlərində keçirilən festivallarda, Avstriyanın Vyana şəhərində, Rusiya Federasiyasının bir çox şəhərlərində, Ukraynanın Kiyev şəhərində keçirilən "Azərbaycan Məd Almaniyanın yenidən birləşməsinin X ildönümünə həsr olunmuş EKSPO–2000 sərgisinin rəsmi dəvəti ilə Almaniyada, Azərbaycan Respublikasının Avropa Şurasına qəbul edilməsinin I ildönümü münasibəti ilə Fransanın Strassburq şəhərində keçirilən tədbirlərdə öz məlahətli səsi ilə Azərbaycan musiqisini yüksəklərə qaldırmışdır.

Son illərdə B.Əliyev Almaniyanın Mayns şəhərində və Moskvada "Azərbaycan Mədəniyyəti günləri"ndə, Yekaterinburqda Novruz Bayramı ilə əlaqədar keçirilən tədbirlərdə iştirak etmiş, Azərbaycan musiqisini tərənnüm etmişdir.


 Vəfat etmişdir:

1980 — SSRİ dövlət və partiya xadimi. İki dəfə Sosialist Əməyi Qəhrəmanı , 6 dəfə Lenin ordeni laureatı.
Sov.İKP MK Siyasi Bürosu üzvü, SSRİ Ali Sovetinin deputatı SSRİ Nazirlər Sovetinin Sədri Aleksey Nikolayeviç Kosıgin anadan olmuşdur.
21 fevral 1904-cü ildə Sank-Peterburqda anadan olmuşdur.
 

Tarixdə bu gün -  18 dekabr1994 – Tanınmış publisist, teatrşünas, salnaməçi, M.F.Axundov adına ədəbi mükafat laureatı Qulam (Qulaməli) Məmməd oğlu Məmmədli   97 yaşında vəfat etmişdir.

Qulam Məmmədli 1897-ci il martın 25-də Cənubi Azərbaycanın Təbriz şəhərində anadan olmuşdur. İbtidai təhsilini mollaxanada almışdır. Sonra Bakı teatr texnikumunda oxumuşdur (1924-1926). Əmək fəaliyyətinə Aşqabadda kustar emalatxanada dəmirçi kimi başlamışdır (1910-1914). Orada Nobel zavodunda fəhlə, İ.İ.Aleksandrov mətbəəsində mürəttib işləmişdir (1913-1919). 1923-cü ilin iyun ayında Bakıya köçüb "III İnternasional" mətbəəsində mürəttib, "Kommunist" qəzeti redaksiyasında şöbə müdiri, "Kəndli qəzeti"ndə redaktor müavini, "Azərbaycan kolxozçusu" qəzetinin redaktoru, Azərbaycan KP MK yanında "Kommunist" nəşriyyatının direktoru, "Yeni yol" qəzetinin redaktoru, "III İnternasional" mətbəəsinin sex müdiri, "Kommunist" qəzeti redaksiyasında kütləvi şöbə müdiri, respublika radio komitəsinin uşaq verilişləri redaksiyasında baş redaktor olmuşdur (1929-1941). İkinci Dünya müharibəsi dövrü səfərbərliyə alınmışdır: Tbilisidə Qafqaz cəbhəsi siyasi şöbəsində ədəbi işçi, Təbrizdə azərbaycanca buraxılan "Vətən yolunda" qəzeti redaksiyasında ədəbi işçi, Bakıda Azərbaycan SSR Radio Komitəsində xarici verilişlərin baş redaktoru, yenidən Təbrizdə çıxan "Vətən yolunda" qəzeti redaksiyasında müdir (1941-1946) vəzifələrində işləmişdir. Bakıya qayıdıb Birləşmiş Nəşriyyat İdarəsində redaktor, Azərbaycan kinostudiyasında ssenari şöbəsinin rəisi, "Kommunist" qəzeti redaksiyasında şöbə müdiri, "Kirpi" satirik jurnalı redaksiyasında məsul katib, sonra baş redaktor vəzifələrində çalışmışdır. 1959-cu ildə fərdi təqaüdə çıxmış, ikiillik fasilədən sonra Azərbaycan EA Tarix İnstitutunda kiçik elmi işçi (1961-1969), Azərbaycan Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət arxivində elmi məsələlər üzrə direktor müavini olmuşdur (1969-1975).

"Bilik" cəmiyyətində ateizm elmi-metodik sovetinin sədri (1952-1981), Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında mətbuat məsələləri heyətinin üzvü (1952-1983), Bakının Oktyabr rayonu xalq deputatları Sovetinin deputatı seçilmişdir (1935-1937). Azərbaycan KP MK nəzarət komissiyası rəyasət heyətinin üzvü (1928-1934), Azərbaycan KP MK plenumu üzvlüyünə namizəd olmuşdur (1934-1937).

 

Tarixdə bu gün -  18 dekabr2000 —Məşhur  Xalq artisti, bəstəkar Emin Sabit oğlu Mahmudov (Emin Sabitoğlu) 63 yaşında vəfat etmişdir.

Emin Sabitoğlu 2 noyabr 1937-ci ildə Bakı şəhərində yazıçı Sabit Rəhmanın ailəsində anadan olub. Musiqi məktəbindən sonra 1954-cü ildə Konservatoriyaya Qara Qarayevin sinfinə daxil olub. İki ildən sonra isə Çaykovski adına Moskva Dövlət Konservatoriyasına Yuri Şoporinin bəstəkarlıq sinifinə keçirilib (1956-1961).

Emin Sabitoğlunun 80 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalamışdır.

 1 dekabr 2017-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin "Emin Sabitoğlunun 80 illik yubileyinin keçirilməsi haqqında” 5 avqust 2017-ci il tarixli 3142 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə Azərbaycan Dövlət Akademik Filarmoniyasında musiqi sənətinin istedadlı nümayəndələrindən biri görkəmli bəstəkar, Xalq artisti, Dövlət mükafatı laureatı, "Şöhrət” ordenli Emin Sabitoğlunun 80 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilmişdir.

1961-ci ildə "Azərbaycanfilm" kinostudiyasında musiqi redaktoru vəzifəsində çalışıb. Sonrakı illərdə Dövlət Filarmoniyasında bədii rəhbər, Ü. Hacıbəyov adına Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) müəllim işləyib. Bir simfoniya, üç simfonik poema, üç kantata, simli kvartet, skripka və fortepiano üçün poema yazıb. Lakin bir neçə musiqi janrı onun yaradıcılığının əsasını, müəyyənedici hissəsini təşkil edir.

O, 600-dən artıq mahnı, 9 musiqili komediya, 40-a yaxın filmə musiqi bəstələyib. "Dərələr", "Bakı, sabahın xeyir", "Uzaq yaşıl ada", "Dağlar", "İnsaf da yaxşı şeydir" mahnıları çoxsaylı əsərlərindən bəziləridir. Tamaşalara yazdığı musiqilərsə o qədər çoxdur ki, sayını heç bəstəkarın özü də doğru-dürüst bilmirdi. Paytaxt teatrları ilə yanaşı Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Naxçıvan teatrlarının tamaşalarına musiqi bəstələyib.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.