Tarixdə bu gün - 13 dekabr
13 dekabr
İlin 347-ci günü (uzun illərdə 348-ci).
İlin sonuna 18 gün qalır.
Mühüm hadisələr:
1922 — Bakıda I Zaqafqaziya Sovetlər qurultayı başa çatmışdır. Qurultayda ZSFSR Konstitusiyasının qəbulu, Zaqafqaziya Sovet Federativ İtttifaqının "Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası şəklində yenidən təşkil edilməsi" qərara alınıb.
1983 — Turqut Özal Türkiyənin 45-ci hökumətini qurub
1991 — Pakistan Azərbaycan Respublikasının müstəqilliyini tanımışdır.
1992 — Azərbaycanın ilk səfiri etimadnaməsini İran prezidenti Haşimi Rəfsəncaniyə təqdim edib
1994 — Azərbaycan Respublikası Kolumbiya ilə diplomatik əlaqələr qurmuşdur.
1996 — Kofi Annan BMT baş katibi seçilmişdir.
2000 — Corc Buş ABŞ-ın 43-cü prezidenti seçilib
2003 — Koalisiya qüvvələri Səddam Hüseyni gizləndiyi Tikrit şəhərində ələ keçirib.
Doğum günləri:
1910 —Sovet İttifaqı Qəhrəmanı Aslan Fərhad oğlu Vəzirov Bərdə rayonunun Zümürxan kəndində mülkədar-ziyalı ailəsində doğulub.

20 aprel 1945-ci ildə ordu hissələrinin Oder çayını keçməsi əməliyyatına rəhbərlik etmişdir. Bu əməliyyat düşmənin güclü atəşi altında üç gün davam etdi və Aslan Vəzirovun böyük hərbi məharətini sübut etdi. Həmin əməliyyata rəhbərliyə görə ona 29 iyun 1945-ci ildə Sovet İttifaqı Qəhrəmanı adı verildi. 1947-ci ildə ordudan buraxılmış, 1948-ci ildən Kaunas, Voronej, Bakıda müxtəlif vəzifələrdə çalışmışdır. 1965-ci ildən ömrünün sonuna qədər Azərbaycan Respublika Müharibə Veteranları Komitəsinin sədri olmuş, eyni zamanda Aslan Vəzirov Ümumittifaq Müharibə Veteranları Komitəsinin Bakı şöbəsinə rəhbərlik etmiş, Azərbaycan Respublikası Ali Sovetinin deputatı seçilmişdir. Veteran polkovnik Aslan Vəzirov Dneprodjerjinsk və Mogilyov şəhərlərinin fəxri vətəndaşı adına layiq görülmüşdür.
Aslan Vəzirov 18 may 1987 –cı ildə 76 yaşında Bakıda vəfat etmişdir.

5 avqust 1977-ci ildən 21 iyun 1982-ci ilə kimi SSRİ Dövlət Tikinti Komitəsinin "Azərdövlətsənayelayihə" İnstitutunda baş mühəndisin müavini, 17 noyabr 1983-cü ilə qədər "Bakıbaştikinti"nin Layihə - Konstruktor Texnoloji Bürosunda direktor və 4 aprel 2007-ci ilə qədər isə Bakı Şəhər İcra Hakimiyyətinin Bakı Dövlət Layihə İnstitutunda direktor olmuşdur.
4 aprel 2007-ci ildən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsində çalışır.
7 sentyabr 2007-ci ildən 6 noyabr 2012-ci ilə qədər Azərbaycan Memarlar İttifaqının sədri olmuşdur.
1956— Azərbaycanın tanınmış şair və publisisti. Azərbaycan müəllimi
qəzetinin keçmiş baş redaktoru Mirzəyev
Valeh Əvəz oğlu (Valeh Mirzə) Cəlilabad
rayonun Ləkin kəndində anadan olub.
1974-cü ildə Ləkin kənd orta məktəbini bitirib.1976-cı ildə M.F.Axundzadə adına Rus dili və Ədəbiyyat İnstituna (indi ki,Bakı Slavyan Universiteti) daxil olub.1981-ci ildə İnstitunu bitirdikdən sonra Cəlilabad rayonun Xəlilli kənd 8-illik məktəbində rus dili və ədəbiyyat müəllimi çalışıb.1984-cü ildən 2000-ci ilədək "Azərbaycan pioneri " qəzetində müxbir,baş redaktor müavini və baş redaktor vəzifələrində çalışıb.2000-2001-ci illərdə "Bakı Post” qəzetində ,2001-2007-ci illərdə isə Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi orqanı olan "Azərbaycan müəllimi” qəzetində baş redaktor vəzifələrində çalışıb.
Valeh Mirzə şair kimi ”Azərbaycan gəncləri” qəzetlərində dərc olunub.2004-cü ildə Azərbaycan Respublikası Prezdenti İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunub.1997-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü olub " media mükafatlarına layiq olub.2005-ci ildə Avropa Nəşr və Mətbuat evi tərəfindən "İlin ən yaxşı vətənpərvər şairi” medalı ilə təltif olunub.Ulu öndər Heydər Əliyev haqqında iki eyni adlı "Azərbaycan dövlətçiliyinin qoşa qanadı" kitabına görə 27.12.2004-cü ildə Heydər Əliyev adına Beynəlxalq Forumun 1-ci diplomuna layiq görülmüşdü.Valeh Mirzə 15 kitab müəllifdi 9-cu "Söz ilə qazandın əbədiyyəti" kitabı görkəmli alim Mir Cəlal Paşayevin 100-illik yubileyinə həsr olunub

1964– Sevilən opera müğənnisi, Azərbaycanın və Dağıstanın
Xalq artisti, professor Azər Zeynalabdin oğlu Zeynalov Naxçıvan şəhərində ziyalı ailəsində anadan
olmuşdur. 1969-cu ildən Bakıda yaşayan Azər 1972-ci ildə 132 saylı orta məktəbə
və 12 saylı musiqi məktəbinin fortepiano sinfinə getmişdir. 1982-ci ildə Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram rejissorluğu şöbəsinə daxil
olmuş, arada 2 il hərbi xidmətə getmiş və 1989-cu ildə dram rejissoru ixtisası
ilə təhsilini başa vurmuşdur. 1990-cı ildə musiqiyə olan sevgisi onu Rəşid
Behbudov adına Dövlət Mahnı Teatrına gətirmiş və bir müğənni kimi o, ilk
addımlarını bu teatrın səhnəsində atmışdır. Bərabər olaraq Rafiq Babayevin
"Cəngi" ansamblında da fəaliyyət göstərmiş və həmin il "Odlar
Yurdu Bakı-90" mahnı müsabiqəsinin laureatı seçilmişdir. 1992-ci ildə 2-ci
təhsil almaq üçün Bakı Musiqi Akademiyasının vokal şöbəsinə daxil olmuşdur.
1994-cü ildə İtaliyada qəbul imtahanı verərək "Aqostino Steffani"
adına (Kastelfranko Veneto şəhəri) İtaliya Dövlət Konservatoriyasının vokal şöbəsinə
qəbul olmuş, orada dahi italyan müğənnisi Mario del Monakonun vaxtilə tələbəsi
və asistenti olmuş professor Alemanno Osvaldodan 2 il vokal dərsi almış,
1996-cı ildə "Opera ifaçısı" ixtisası ilə oranı bitirib Azərbaycana
dönmüş və Bakı Musiqi Akademiyasında yarımçıq qalmış təhsilini də başa
vurmuşdur. 1996-cı ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının
solistidir. "Liriko-dramatik tenor" səs tembrinə malik olan Azər
Zeynalov Avropanın və Azərbaycanın klassik operalarında baş rolların
ifaçısıdır. Azər Zeynalov tək opera ifaçısı kimi yox, həm də Azərbaycan bəstəkarlarının
mahnı və romanslarını, oda və oratoriyalarını da ifa edir. Buna Emin
Sabitoğlunun "Şükriyyə", "Gəncədən gəlirəm", Tofiq
Quliyevin "Bəxtəvər oldum", "Azərbaycan" ("Bəxtiyar"
filmindəki "Rusiya". Bu əsərin Azərbaycana həsr edilməsi ideyası və
onun ilk ifası Azər Zeynalova məxsusdur və mahnının ikinci bəndi müğənninin
atası şair Zeynal Vəfa tərəfindən qələmə alınıb), Rauf Hacıyevin
"Leyla" (sözləri öncədən rus dilində olan bu mahnıya ana dilində mətnin
yazılması A.Zeynalovun təşəbbüsüdür), Ramiz Mirişlinin "Vətən harayı, Ruhəngiz
Qasımovanın "Səninləyəm, Azərbaycan", Ramiz Mustafayevin "Məhəmməd
və Leyla", Vasif Adıgözəlovun "Qəm karvanı", "Təntənəli
kantata", "Çanaqqala", "Qarabağ şikəstəsi", Mobil
Babayevin "Ölüm-qara qarışqa", Azər Dadaşovun "Ana yurdu"
odası, Siyavuş Kəriminin "Ömrümün istəyi", "Sənsizləmişəm",
Sevil Əliyevanın "Əziz anam" və s. bu kimi əsərləri misal çəkmək
olar. Onun repertuarında xalq mahnıları da xüsusi yer tutur. "Şükriyyə"
adlanan ilk CD-albomu 1997-ci ildə Türkiyənin RAQS şirkəti tərəfindən işıq üzü
görmüşdür. Öz ifası ilə xarici dövlətlərin böyük konsert salonlarında, o cümlədən
İtaliya, Avstriya, İngiltərə, Fransa, İsveç, Almaniya, Çexiya, Hollandiya, Çin,
Türkiyə, ŞKTR, Rusiya, Belarus, Moldova, Qaqauz, Ukrayna, Dağıstan, Gürcüstan,
Tacikistan, Başqırdıstan, Qırğızıstan,Qazaxıstan, Tatarstan, Türkmənistan, Özbəkistan,
Macarıstan, Hindistan, Mərakeş, Misir, Səudiyyə Ərəbistanı, Vyetnam, ABŞ,
Kanada və s. ölkələrdə dəfələrlə çıxış etmişdir. 2007-ci ildə Azərbaycan zəvvarları
ilə Həcc ziyarətində olmuşdur. Azər Zeynalov bir çox mükafatlara layiq
görülmüşdür. 1995-ci ildə "Avropa Türk-İslam Kültür Cəmiyyəti" tərəfindən
qızıl medalla təltif olunmuşdur. Opera səhnəsində ifa etdiyi bir çox rollara
görə müxtəlif mükafatlar almışdır. 1998-ci ildə birbaşa olaraq Azərbaycan
Respublikasının Xalq artisti, 2008-ci ildə isə Dağıstan Respublikasının Xalq
artisti fəxri adına layiq görülmüşdür. 2013-cü ildə O, "Türksoy" təşkilatının
təsis etdiyi medalla təltif olunmuşdur. "A Classic vokal qrupu"-nu da
həmin ildə yaratmışdır. Azər Zeynalov 2001-ci ildən Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetində "Vokal" kafedrasının müdiri, 2015-ci ildən
isə "Musiqili teatr aktyoru" kafedrasının müdiri kimi pedaqoji fəaliyyətdə
olmuşdur. Həmçinin 2015-ci ildə O, Azərbaycan Milli Konsevatoriyasında yeni
yaradılmış "Milli Vokal” kafedrasınin quruculuq işlərini aparmaq məqsədilə
ictimai əsaslarla bu kafedraya müdir təyin olunmuş və beləliklə 2015-2016-cı tədris
illərində o, hər iki ali məktəbdə kafedra müdiri kimi fəaliyyət göstərmişdir.
2016-2017-ci tədris ilindən etibarən pedaqoji fəaliyyətini yalnız Azərbaycan
Milli Konservatoriyasında davam etdirərək burada Milli vokal kafedrasına rəhbərlik
edir. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən
2009-cu ildə ona Vokal kafedrası üzrə Dosent, 2013-cü ildə isə Professor elmi
adı verilmişdir. Vokal ifaçılığının tədrisi üzrə 2008-ci ildə maqistr, 2012 və
2016-cı illərdə isə bakalavr təhsil pilləsi üçün proqramlar tərtib etmişdir.
Onun 2012-ci ildə çapdan çıxardığı "Vokal ifaçılığı" kitabı Ali
musiqi məktəblərinin opera-vokal sinfində təhsil alan tələbələr üçün ana dilində
ilk dərslikdir.
2001-ci ildən indiyə kimi dəfələrlə Prezident Mükafatına layiq görülmüşdür.
Azərbaycanın dahi mütəfəkkiri Nəsrəddin Tusinin nəslindəndir.
1967— Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədr müavini Elsevər Zeynal oğlu Dünyamalıyev Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Keçili kəndində anadan olub.
1985-ci ildə Keçili kənd orta məktəbini, 1990-cı ildə Bakı Dövlət Universitetinin kitabxanaçılıq-biblioqrafiya fakültəsini fərqlənmə diplomu ilə bitirib.
1986-1988-ci illərdə Rusiyanın Kamçatka vilayətində hərbi xidmət keçib.
1997-ci ilin mayından etibarən Azərbaycan Televiziyasının Baş proqram direktorluğunda redaktor kimi fəaliyyətə başlayıb, daha sonra böyük redaktor, şöbə müdiri vəzifələrində çalışıb.
2009-cu il iyulun 24-də "İdman Azərbaycan" kanalının direktoru, 2015-ci ilin aprelində "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin Baş direktoru təyin edilib.
Dövlət başçısının 2015-ci il 5 may tarixli sərəncamı ilə "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin sədr müavini vəzifəsinə təyin olunub.
1956 — Görkəmli türk
yazıçısı Rəşad Nuri Güntəkin 67 yaşında vəfat etmişdir.
Rəşad Nuri Güntəkin 1889-cu ildə İstanbulda ordu zabiti Nuri bəy ilə Ərzurum valisi Yavər Paşanın qızı Lütfiyyə xanımın ailəsində anadan olmuşdur. İlk təhsilini Çanaqqala orta məktəbində alan Güntəkin daha sonra təhsilini İzmirdəki Frerler məktəbində davam etdirir. 1912-ci ildə isə İstanbul Universitetinin Ədəbiyat fakültəsini bitirir.
Güntəkin 1927-ci ilə qədər Sultanisi, İstanbul Beşiktaş İttihad və Tərəqqi Məktəbi, Fatih Vəqfi Kəbir Məktəbi, Ağşəmsəddin Məktəbi, Fənəryolu Muradı Hamis Məktəbi, Osman Qazi Paşa Məktəbi, Vəfa Sultanisi, İstanbul oğlanlar litseyi, Çamlıca qızlar litseyi, Kabataş oğlanlar litseyi, Qalatasaray Litseyi və Ərənköy qızlar litseyində fransız və türk dillərindən dərs deyir. 1927-ci ildə maarif müfəttişi vəzifəsinə təyin olunur və bu arada Dil Heyəti ilə birgə bəzı çalışmalarda bulunur. 1939-cu ildə Çanaqqaladan Türkiyə Böyük Millət Məclisinə millət vəkili seçilir. 1946-cı ilə qədər millət vəkili olur. 1947-ci ildə Cümhuriyyət Xalq Partiyasının Ankarada çap olunan "Ulus" qəzetinin İstanbul qolu olan "Məmləkət" qəzetini nəşr etdirir. Sonra yenidən müfəttiş kimi çalışır və 1950-ci ildə UNESCOnun Türkiyə təmsilçisi və tələbə müfəttişi olaraq Parisə gedir. 1954-cü ildə isə yaşı səbəbindən bu vəzifədən istefa verməli olur. Bundan sonra bir müddət İstanbul Şəhər Teatrlarının ədəbi şurasında fəaliyyət göstərir.
Ağciyər xərçəngi diaqnozu qoyulduqdan sonra yazıçı müalicə olunmaq üçün Londona yollanır və orada vəfat edir. R.N.Güntəkin 1956-cı il dekabr ayının 13-də Qaracamaat qəbristanlığında dəfn edilir.
"Çalıquşu”, "Dodaqdan qəlbə”, "Yaşıl Gecə”, "Yarpaq tökümü” və "Anadolu qeydləri” kimi məşhur əsərləri vardır.

Nofəl Zahid oğlu Quliyev az bir vaxtda Füzulidə, Goranboyda, Daglıq Qarabağda Ermənistan silahlı qüvvələri ilə mübarizədə fəqlənmişdir. Hər döyüşdə ən çətin mövqe seçər, düşmən üzərinə şığıyardı. Dostlarına nümunə olmağa çalışar, düşmənə amansız zərbələr vurardı. 1991-ci il iyul ayının 15-də ermənilər güclü qüvvə və texnika ilə Todan kəndinə hücuma keçdilər. Dinc sakinləri döyüş zonasından çıxarmaq lazım idi. Nofəl Quliyev kənd sakinlərini yağış kimi yağan güllələrin altından çıxarıb təhlükəsiz yerə aparırdı. Yorulsa da köməyə ehtiyac olduğundan yenə geri döndü. Bu vaxt düşmən tutduğu mövqedən irəliləmişdi. Nofəl burada da misilsiz qəhrəmanlıq göstərərək kənddə qalan köməksiz adamların xilası uğrunda düşmənlə ölüm-dirim mübarizəsinə girdi. Neçə-neçə adamı ölümün pəncəsindən qurtardı və həmin döyüşdə onun üçün son anlar oldu.
Ailəli idi. Bir oğlu yadigar qalmışdır.
Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə Nofəl Zahid oğlu Quliyevə Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir.
Vaxtı ilə təhsil aldığı Əli Bayramlı şəhər 9 saylı orta məktəbə onun adı verilmişdir və məktəbin həyətində büstü qoyulmuşdur.
2001 — Azərbaycan SSR xalq rəssamı Vidadi Yaqub-Fərman oğlu Nərimanbəyov Bakıda vəfat etmişdir.

V. Nərimanbəyov tələbə ikən "Düşmənin sevinci..." tablosu ilə ilk şöhrət qazandı.
Daha sonra 1963-cü ildə "Yolda" monumental, irihəcmli tablosu ilə şöhrət qazandı. Əsər R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyinin daimi eksponatıdır.
Vidadi Nərimanbəyovun yalnız keçmiş SSRİ məkanında deyil, Macarıstanda, Çexiyada, Bolqarıstanda, Rumıniyada, Əlcəzairdə, Finlandiyada, bütövlükdə dünyanın 20 xarici ölkəsində fərdi sərgisi olmuşdur.
Görkəmli təsviri sənət ustası fəal çalışır, bir-birindən baxımlı mənzərələr, obrazlar yaradırdı. 20 Yanvara həsr etdiyi "Qatillər" tablosu dünyanın bütün sərgi salonlarında nümayiş etdirilmiş, qəddar sovet rejiminə qarşı nifrət oyatmışdı. Milli dəyərləri daim uca tutan rəssam quduzlaşan ermənilərin ümumiləşmiş obrazını yaratmışdı.

Qiyasəddin Qeybullayev 13 mart 1934-cü ildə Quba rayonunun Rustov kəndində anadan olub.
1953-1958-ci illərdə Azərbaycan Dövlət Universitetinin tarix fakultəsində təhsil alıb, Cəlilabad rayonunun Sabirabad kənd orta məktəbində 2 il tarix muəllimi işləyib. 1960-cı ildə Azərbaycan Elmlər Akademiyası Tarix İnstititutunun nəzdində Azərbaycan etnografiyası ixtisası üzrə aspiranturada oxuyub və bütün həyatını Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunda elmi araşdırmalara həsr etmişdir.
1966-cı ildə tarix elmləri namizədi, 1995-ci ildə tarix elmləri doktoru elmi dərəcəsini almışdır. Q.Ə.Qeybullayev Azərbaycan Milli Məclisinin yanında Toponimiya Komissiyasının üzvü olmuş,10 monoqrafiya və 200-dən çox elmi məqalənin müəllifidir.
Q. Qeybullayev 1960-cı illərdə Azərbaycan toponomiyasının tədqiqinə başlamış, məhz alim ilk dəfə Azərbaycanın coğrafi adlarında müxtəlif tarixi dövrlərdə Azərbaycanda yaşamış çoxlu türk tayfalarının adlarını, hazırda dilimizdə qalmamış çoxlu qədim türk sözləri aşkarlanmışdir.
2005 — Əməkdar mədəniyyət işçisi, aktyor və rejissor Məmmədkamal Kazımov 77 yasinda Bakıda vəfat etmişdir.

Akademik Milli Dram Teatrda işlədiyi dövrdə M.Kazımov bir sıra yaddaqalan tamaşalar yaratmışdır.
1983-1988-ci illərdə Mədəniyyət Nazirliyinin rəsmi göndərişi ilə Məmmədkamal Kazımov Ağdam Dövlət Dram Teatrında baş rejissor vəzifəsində çalışmışdır. Orada işlədiyi müddətdə o, M.Hüseyn və İ.Əfəndiyevin "İntizar”, S.Rüstəmin "Qaçaq Nəbi”, Ə.Fərzəlinin "Yurdda km qaldı”, İ.Məlikzadənin "Son gecə”, S.Vurğunun "Fərhad və Şirin” və s. bu kimi müxtəlif janrlı pyeslərinə quruluş vermişdir.

1926-cı ildə Bakının Maştağa kəndində anadan olmuşdur.
1950-ci ildən Sov.İKP üzvü olmuşdur. AKP 28-ci qurultayında AKP MK-nın üzvü seçilmişdir. Sov.İKP 24-cü qurultayının nümayəndəsi, SSRİ Ali Sovetinin (V və VI çağırış) və Azərbaycan SSR Ali Sovetinin (VII və VIII çağırış) deputatı olmuşdur.
Oxşar postlar:
- Oxunub: 2 011
- Şərhlər: 0
- Bölmə: Tarixdə Bu Gün
Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.
Şərhlər:
Şərh YazQonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Ən çox oxunanlar
Yazarlar