» » Tarixdə bu gün - 11 dekabr

Tarixdə bu gün - 11 dekabr

Müəllif: Vüsal от 11-12-2017, 00:15
11 dekabr

İlin 345-ci günü (uzun illərdə 346-cı).
İlin sonuna 20 gün qalır.

Mühüm hadisələr:

  

Tarixdə bu gün -  11 dekabr

 

1946 — UNİSEF təşkil edilib.
1988 — Ermənistandakı zəlzələ (7 dekabr) zonasına Azərbaycanlı xilasedicilərin ikinci dəstəsini aparan İl-76 təyyarəsi Leninakan yaxınlığında müəmmalı şəkildə qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olanlar hamısı (78 nəfər) həlak olub.
 

Tarixdə bu gün -  11 dekabr

1991 — Azərbaycan Respublikasının müstəqilliyi Rumıniya tərəfindən tanınmışdır.
1997 — Atmosferə buraxılan qazların miqdarının azaldılmasına dair Kyoto protokolu imzalanıb
2003 — Azərbaycan prezidenti ilk dəfə Ermənistan prezidenti Robert Köçəryanla Cenevrədə görüşüb. Görüşdə dövlət başçıları ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqları davam etdirməyi qərara alıblar.

Doğum günləri:

Tarixdə bu gün -  11 dekabr1918 —Azərbaycanın Xalq yazıçısı, Azərbaycan SSR dövlət mükafatı laureatı   Bayram Bayramov Ağdam rayonunun Şixavənd kəndində əkinçi ailəsində anadan olmuşdur.
Bədii yaradıcılığa 1950-ci ildə "Azərbaycan gəncləri" qəzetində çıxan "Körpü" adlı ilk hekayəsi ilə başlamışdır. Həmin vaxtdan dövri mətbuatda müntəzəm çıxış edib.
 
 Ədibin ilk povesti olan "Tək adam" 1954-cü ildə qələmə alınmışdır. Yazıçı povestin mövzusunu kənddən almışdır. Həmin povesti qələmə alanda bir neçə hekayəsi və oçerki çap edilmişdir. Ədibin ikinci povesti olan "Müqəddəs vəzifə" 1955-ci ildə qələmə alınıb. Kollektivləşmə dövrünün hadisələrindən bəhs edən "Yasəmən" povesti istisna olmaqla, ədibin, demək olar ki, bütün əsərlərinin mövzusu müasir həyatdan, əsasən, yazıçının şahidi olduğu hadisələrdən, yaxşı tanıdığı adamların həyatından alınmışdır.

Bayram Bayramovun "Karvan yolu" epopeyasında görkəmli yazıçı-demokrat Cəlil Məmmədquluzadənin həyatına müraciət edilmişdir. Ədib "Mən ki gözəl deyildim" povestində namuslu əməyin, halal zəhmətin və alıntəri ilə qazanılan çörəyin insana gətirdiyi sevinci və qürur hissini öz müsbət qəhrəmanlarının timsalında əks etdirmişdir.

Müəllifin 1960-cı ildə çap olunan "Gördüyümüz günlər" povestində sosializm mühitinin, onun bərqərar etdiyi birgəyaşayış prinsiplərinin müsbət,tərbiyəedici təsiri qabarıq göstərilmişdir. "Gördüyümüz günlər" povestində də "Mən ki gözəl deyildim..." və "Sənsz" povestlərindəki kimi konkret bir gəncin həyat tarixçəsi, daha doğrusu, həyatının bir mərhələsinin təsviri və tənqidi öz əksini tapmışdır. Povestdə hadisələr Böyük Vətən müharibəsi illərində Bakıda cərəyan edir. Həmçinin "Mən ki gözəl deyildim..." və "Sənsz" povestlərində də hadisələr müharibədən sonrakı ilk illərdə baş verir.

1957-ci ildə qələmə alınan "Onun gözləri" povestində Bayram Bayramov müasirlərin həyatını müxtəlif tərəflərdən və müxtəlif problemlər müstəvisində əks etdirmişdir. Müəllifin 1962-ci ildə qələmə aldığı "Sevirsə qayıdacaq" povestində əxlaqi-mənəvi məsələlərə toxunmuşdur. Nasirin 60-cı illərdə qələmə aldığı povestlərindən biri də "Qoz ağacı" povestidir. Həmin povestdə köhnə adət-ənənə, vaxtı keçmiş əxlaq normaları, "atalar və oğullar" problemindəki mühafizəkarlıq əleyhinə yazılmış əsərdir.

Bayram Bayramovun əsərlərində qadın surətləri xüsusi yer tutur. Yazıçı "Sərinlik" povestindəki Firəngiz surətində Azərbaycan sovet nəsrinin qadın surətlərinə münasibətdəki qırx illik təcrübəsini ümumiləşdirmişdir. Yazıçı həmçinin "Oğul həsrəti" əsərində Azərbaycan qadınlarının Böyük Vətən müharibəsində iştirakından bəhs edir.

1967-ci ildə çapdan çıxan "Üç gün, üç gecə" kitabına ilk dəfə daxil edilmiş eyniadlı povest Bayram Bayramovun yaradıclığında mövzu yeniliyi baxımından fərqlənir. Belə ki, Böyük Vətən müharibəsində alman faşizminə qarşı döyüşlərdə iştirak edən yazıçının "Üç gün, üç gecə" povestini istisna etməklə, demək olar ki, müharibə ilə bağlı mövzuya yaradıcılığında çox az rast gəlinir. "Üç gün, üç gecə" povestində Bayram Bayramov Azərbaycan nəsrinin müharibə ilə bağlı ənənələrini yaradıcılıqıa davam etdirmişdir. Povestdə yazıçı diqqəti, əsasən, iki gəncin taleyi üzərində cəmləşdirmişdir. Ədib onların çətin sınaqlardan necə çıxdıqlarını, vətənpərvərlik, mərdlik və igidlik nümunəsi göstərdiklərini müharibə səhnələri fonunda əks etdirməyə çalışmışdır.

Yazıçının 70-ci illərdə qələmə aldığı "Qaşsız üzük" əsəri müasir nəsrimizdə publisist povestin nümunələrindən biridir. Əsər on bir hekayədən ibarətdir. Bu hekayələrin hər birində müəllif konkret bir mövzunun üzərinə işıq salaraq, oxucuları ictimai və mənəvi həyatdakı ibrətamiz və üzərində düşünüb-danışmaq tələb olunan hadisələrlə tanış edir. Yazıçı "Oğul həsrəti" və "Sarı baba" povestlərində Böyük Vətən müharibəsi dövrünün hadisələrini diqqət mərkəzinə çəki

"Yarpaqlar”, "Onun gözləri”, "Xəzinə”, "Bəlalı sevgim”, "Arakəsmələr”, "Fəhlə qardaş”, "Karvan yolu” kimi məşhur romanların müəllifidir.
Əsərləri SSRİ-də, eyni zamanda xarici ölkələrdə tərcümə və nəşr olunmuşdur.
1994-cü il noyabrın 9-da Bakıda vəfat etmiş, II Fəxri Xiyabanda dəfn olunmuşdur.

Tarixdə bu gün -  11 dekabr1931– Azərbaycan jurnalistikasının görkəmli nümayəndəsi,   yazıçı,  milli mətbuat tarixi üzrə mütəxəssis-tədqiqatçı, Əməkdar jurnalist Əşrəf Əhmədpaşa oğlu Hacıyev  Bakıda anadan olmuşdur. Uşaqlığı Qutqaşen (indi Qəbələ) rayonunun Hacallı kəndində keçmişdir. 1949-cu ildə Qəbələ şəhər orta məktəbini əla qiymətlərlə bitirmişdir. Elə həmin il də  sənədlərini Azərbaycan Dövlət Universiteti (indi Bakı Dövlət Universiteti) filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyatı şöbəsinə verir. Lakin sərbəst mövzuda yazdığı inşa imtahan komissiyasının diqqətini cəlb etdiyindən xüsusi yazı istedadını nəzərə alıb, özündən də soruşmadan onu həmin fakültənin nəzdindəki jurnalistika şöbəsinə qəbul etmişlər. 1949-1954-cü illərdə universiteti jurnalistika ixtisası üzrə  bitirən Əşrəf  Hacıyev  ömrünü Azərbaycan ədəbiyyatı və mətbuatının inkişafına həsr etmişdir. Universiteti bitirən kimi –1954-cü ilin avqustunda onu Azərbaycan Komsomolu Mərkəzi Komitəsində (ALKGİ MK) təbliğat və təşviqat şöbəsinin mətbuat üzrə təlimatçı vəzifəsinə işə götürmüşlər (1954-1956). Həmin illərdən də onun respublikanın müxtəlif mətbuat orqanları ilə uzun illər davam edən əməkdaşlığının təməli qoyulmuşdur.   1956-cı ilin dekabrında :Azərbaycan gəncləri” qəzetinin redaksiyasına gətirmiş, 1956-1969-cu illərdə  o, qəzetin təbliğat və təşviqat şöbəsinin müdiri olmuşdur.  1969-1977-ci illərdə mətbuatdan uzaq düşməmişdir. 1977-ci ildə "Kommunist” qəzetində,   1991-ci ildən isə "Xalq qəzeti” ndə işləmişdir.   Əşrəf Hacıyev burada iyirmi il (1977-1997) işləmişdir.

 1990-1997-ci illərdə "Xalq qəzeti”nin Mingəçevir şəhəri mərkəz olmaqla Yevlax, Ağdaş, Göyçay, Qəbələ, Ucar, Zərdab rayonları üzrə bölgə müxbiri olmuşdur.

Ömrünün son illərində "Respublika” qəzetində şöbə müdiri, ədəbi redaktor (1997-2001) vəzifələrində çalışmışdır.

Əşrəf Hacıyev Azərbaycan jurnalistlərinin qurultaylarının nümayəndəsi olmuş, Azərbaycandan olan nümayəndə heyətlərinin tərkibində ümumittifaq səviyyəli  müxtəlif elmi və dövlət tədbirlərində iştirak etmişdir.

 2001-ci il iyulun 5-də Bakıda vəfat etmişdir.

 

Tarixdə bu gün -  11 dekabr1968 — AMEA Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent  Fəridə  Altay qızı Mir-Bağırzadə   Bakı şəhərində anadan olmuşdur. 1988-ci ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunu uşaq rəsm məktəbinin müəllimi ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 1993-ci ildə Ə.Hüseynzadə adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini mədəni-maarif işinin təşkilatçı-metodisti ixtisası üzrə bitirmiş, 1998-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət institutunun Təsviri incəsənət şöbəsinin aspiranturasını bitirmişdir.

2000-ci ildə "Azərbaycanın xalq rəssamı Toğrul Nərimanbəyovun yaradıcılığı” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, sənətşünaslıq namizədi alimlik dərəcəsini almışdır.

Fəridə Mir-Bağırzadə 1988-1993-cü illərdə 1 saylı Uşaq İncəsənət Məktəbində Təsviri incəsənətin tarixi və Təsviri sənət fənlərini, 1993–2001-ci illərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda Təsviri incəsənətin tarixi və Təsviri sənət fənlərini tədris etmişdir. 2001-2002 illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Təsviri incəsənətin tarixi fənnindən dərs demişdir. 2009-2011 illərdə Azərbaycan Dövlət İqtisad Universitetində "Dizayn” kafedrasında Təsviri incəsənətin tarixi fənnini tədris etmişdir.

Fəridə Mir-Bağırzadə 2002-ci ildən 2017-ci ilə qədər Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunda "Dinşünaslığın və mədəniyyətin fəlsəfi problemləri” şöbəsində aparıcı elmi işçi vəzifəsində işləmişdir 2010-ciu ildən Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun doktorantıdır. Fəridə Mir-Bağırzadə 03 aprel 2017-ci ildən AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun "Təsviri, dekorativ-tətbiqi sənətlər və heraldika" şöbəsində aparıcı elmi işçi, estetika ixtisası üzrə dosent vəzifəsində çalışır

70 qədər elmi məqalənin müəllifidir.


Tarixdə bu gün -  11 dekabr 1986—Azərbaycan Silahlı Qüvvələrinin Sərhəd Qoşunlarının kapitanı, Dövlət Sərhəd Xidmətinin yeganə qadın hərbi pilotu Dilarə Aydın qızı Babayeva Sumqayıt şəhərində anadan olub.

Dilarə Babayeva 1993-cü ildə Sumqayıt şəhəri "Təfəккür" liseyinin birinci sinfinə qəbul olub və 2004-cü ildə oranı bitirib. Orta təhsilini başa vurandan sonra sənədlərini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) verən Dilarə Babayeva, 2008-ci ildə oranı "Artilleriya heyətində hərbi qulluq üçün idarəetmə mühəndisliyi" ixtisası üzrə bitirdi.

Dilarə Babayeva 2012-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Sərhəd Qoşunlarının "N" saylı hərbi hissəsində "leytenant" hərbi rütbəsində xidmət edirdi.

Dövlət Sərhəd Xidmətinin rəisi general-leytenant Elçin Quliyevin 2014-cü ildə imzaladığı əmrə əsasən Dilarə Babayevaya "baş leytenant" hərbi rütbəsi verildi.

2015-ci ildə isə Dilarə Babayevaya "kapitan" hərbi rütbəsi verildi.

Dilarə Babayeva 2016-cı il avqustun 30-da qida zəhərlənməsi diaqnozu ilə 1 saylı Şəhər Xəstəxanasına yerləşdirilib və həmin gün vəfat edib.

 

 Tarixdə bu gün -  11 dekabr1990 — Vətən müharibəsində qəhrəmanlıq göstərən, torpaqlarımızın azadlığı uğrunda canından keçmiş mərd oğullarımızdan biri olan Cəfərli Cəfər Babacəfər oğlu   Yardımlı rayonunun Avun kəndində anadan olub.

2018-ci ildə Azərbaycan Ordusu sıralarına yazılan Cəfər Cəfərli hərbi xidmətini başa vurduqdan sonra, Xüsusi Təyinatlı Qüvvələrin tərkibində müddətdən artıq qulluq etməyə qərar verib.

O, Vətən Müharibəsinin ilk günlərindən döyüşlərdə iştirak edib. Kəlbəcər, Cəbrayıl, Füzuli və Xocavənd rayonlarının azadlığı uğrunda döyüşüb. Qubadlı uğrunda gedən döyüşdə yaralansa da, sağalandan sonra yenidən cəbhəyə qayıdıb.

Cəfər Cəfərli noyabrın 3-də Xocavənd uğrunda gedən döyüşlər zamanı şəhid olub. Nəşi şəhadətindən 40 gün sonra tapılan şəhid 14 dekabr, 2020-ci ildə doğulduğu Avun kəndində dəfn edilib.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Cəfər Cəfərli ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.


Vəfat etmişdir:

Tarixdə bu gün -  11 dekabr1993 — Azərbaycanın Milli Qəhrəmanı  Elşad Əhədov Vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.

Elşad Əhədov  4 mart 1968-ci ildə Masallı rayonunun Təzə Alvadı kəndində dünyaya gəlmişdir. Orta məktəbi burada oxumuş, Naxçıvanski adına Hərbi liseyə daxil olmuşdur. Sonra Ukraynanın Kamenets-Podolsk Ali komandirlər məktəbinin tələbəsi olmuşdur.    

Vətənə dönən Elşad əvvəlcə Bakının Güzdək qəsəbəsindəki, sonra Lənkəran rayonundakı  hərbi hissələrdə  rota komandiri kimi fəaliyyət göstərir. Erməni işğalçılarının hücumu zamanı Füzulidə, Aşağı Veysəllidə, Şişqayada və digər döyüş bölgələrində vuruşmuşdur. Son  döyüşü  11 dekabr 1993-cü ildə  Ağdaş yüksəkliyi uğrunda gedən döyüşdə  olub. Bu döyüşdə  Elşad   güllə yarası alaraq gözlərini əbədi yumur.

Ailəli idi.İki uşağı yadigar qalıb.

Azərbaycan Respublikası Prezidentinin 14 dekabr 1993-cü il tarixli fərmanı ilə Əhədov Elşad Saday oğlu ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmiş, 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə  Azərbaycanın Milli Qəhrəmanı  fəxri adına layiq görülmüşdür.

Təzə Alvadı kəndində dəfn edilmişdir.

Təzə Alvadı kənd orta məktəbi və parkı qəhrəmanın adını daşıyır.


Bayramlar və xüsusi günlər:


11  dekabr  Uşaqların Beynəlxalq Televiziya və Radio Verlişləri Günü kimi qeyd olunur.

 

Tarixdə bu gün -  11 dekabrÖtən əsrin sonlarından BMT tərəfindən hər il dekabrın 11-i Uşaqların Beynəlxalq Televiziya və Radio Günü kimi qeyd olunur. Ölkəmizdə də uşaqlara diqqət və qayğı getdikcə artmaqdadır. Ümummilli lider Heydər Əliyev tərəfindən 1998-ci il mayın 19-da imzalanmış "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində deyilir: "Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir". Uşaqlara göstərilən qayğının daha bir bariz nümunəsi 22 iyun 1999-cu il tarixdə qüvvəyə minmiş "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum uşuqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunudur.

 Təbii ki, uşaqların diqqətini çəkən, onların maraq dairəsinə daxil olan vərdişlərdən biri də televiziyadır. Hər bir kanalın uşaqlar üçün ayrıca redaksiyası var və mütləq də olmalıdır. Bu sarıdan Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin ənənələrə söykənərək uşaqlar üçün proqramlar hazırlanması diqqət çəkir. İstər AzTV-də, istərsə də onun "Mədəniyyət" kanalında uşaq və gənclərə həsr olunan verilişlərin təkcə adlarına fikir verək: "Təmas nöqtəsi", "Tələbə dünyası", "Mən də uşaq olmuşam", "Çoxbilmişlərdənsinizmi?", "Mən azərbaycanlıyam", "Müasir Azərbaycan gəncliyi", "Biləyən", "Bəbək", "Ana dili" və s. əlbəttə, bu verilişlərin hər biri haqqında ayrıca danışmaq da olar. Təqdir edəsi cəhət budur ki, hər bir verilişdə tamaşaçının yaşı nəzərə alınır. Çalışılır ki,fidanlara, onların dünyagörüşünə, təfəkkürünə uyğun mövzular seçilsin. Uşaq baxdığı hər bir şeydən mənəvi qida alsın. Öz yaşıdlarının uğurlarından, qabiliyyətlərindən xəbər tutsun. Nəticədə öz potensialına, marağına uyğun məşğuliyyət tapsın. Kimi müntəzəm kitab oxumağı ilə, kimi rəsm çəkməyi, kimi musiqi alətlərində ifa etmələri ilə fərqlənsin. Uşaqlar arasında aparılan yarışma və müsabiqələr də məhz bumənada maraqlı qurulur. Xüsusilə də verilən sualların cavabları hər bir uşağın təfəkkürünü, dünyagörüşünü, həyata baxışını əks etdirir.

(F.Xəlilzadə)

 

Beynəlxalq "Dağlar Günü"

BMT-nin qərarına əsasən 2002-ci il dünyada Beynəlxalq Dağlar ili adlandırılmışdır. Buna uyğun olaraq növbəti illərdə beynəlxalq səviyyədə dağlarla əlaqədar problemlərin həllinə diqqət artırılmışdır.
BMT-nin Baş Assambleyasının təşəbbüsünə əsasən 2003-cü ildən başlayaraq dünyada 11 dekabr Beynəlxalq  Dağlar Günü  kimi qeyd olunur. Dünyada hər il belə adlı günün keçirilməsinin məqsədi başlıca olaraq dağ sistemlərinin qlobal miqyaslı əhəmiyyətinin cəmiyyət qarşısında bir daha qaldırılmasıdır.
"Dağlar Günü" hər il bir başlıq altında qeyd olunur. 2007-2008-ci illərdə keçirilən dağlar günü dağlarda iqlim dəyişikliyinə və ərzaq təhlükəsizliyinə həsr olunmuşdur.
2009-cu il dekabrın 11-i "Dağlar fəlakət təhlükəsinin idarəedilməsi" adlandırılmışdır. Dağlarda kənd təsərrüfatı üçün yararlı otlaqların mövcudluğu və təbii fəlakət təhlükələrinin olması burada insan fəaliyyətinin tənzimlənməsini tələb edir. Təbii ki, bunu həyata keçirmək üçün milli səviyyədə müvafiq inkişaf strategiyası hazırlanmalıdır və ona əsasən mərhələlər üzrə tədbirlər planı tərtib olunmalıdır.

 

Tarixdə bu gün -  11 dekabr

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.