» » Tarixdə bu gün - 10 dekabr

Tarixdə bu gün - 10 dekabr

Müəllif: Vüsal от 10-12-2017, 00:15
10 dekabr

İlin 344-cü günü (uzun illərdə 345-ci).
İlin sonuna 21 gün qalır.

Münüm hadisələr:

1901 — İlk dəfə Nobel mükafatları təqdim edilib. Nobelin vəsiyyətinə görə, bu mükafat elm adamlarından yalnız riyaziyyatçılara verilmir.
1922 — Birinci Zaqafqaziya Sovetlər qurultayı başlayıb
1933 — Mir Cəfər Bağırov Azərbaycan Kommunist (bolşevik) Partiyasının birinci katibi seçilib.
1958 — Moskvada Məhəmməd Füzulinin 400 illiyi keçirilib

Doğum günləri:

1821 — Görkəmli rus şairi Nekrasov Kaments-Podolsk quberniyasının Yüzvin (Nemirov) adlanan kiçik bir kənddə, mülkədar ailəsində anadan olmuşdu. Atası Alaksey Sergeyeviç hərbi xidmətdən mayor rütbəsində istefaya çıxmış qədim dədə-baba yurdu, şəxsi mülkü sayılan Yaroslavsk quberniyasının Qreşnev kəndinə köçmüşdü.
 Ədib 8 yanvar 1878-ci ildə vəfat etmişdir.

Tarixdə bu gün - 10 dekabr1918 — Xalq artisti Həsənova Gülxar İbrahim qızı Bayramlı (Şəmkir) kəndində anadan olmuşdur. 1935-1937-ci illərdə Bakı Teatr Texnikumunda oxumuş , 1959- cu ildə ADU-nu bitirmişdir.
G.Həsənova səhnə fəaliyyətinə Azərbaycan Gənc Tamaşaçılar Teatrında başlamışdır (1936-1942). O, Üzeyir Hacıbəyovun məsləhəti və köməkliyi ilə 1942-ci ildə Azərbaycan Dövlət Opera və Balet teatrına işə qəbul olunmuşdur. Melodik səsə malik istedadlı aktrisanın sonrakı taleyi Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsi ilə bağlı olmuşdur. O, burada parlaq, koloritli qadın obrazları yaratmışdır. 1980-cı ildən teatrın məşqçi pedaqoqu olmuşdur.
Onun ifasında Əsli, Xanəndə qız ("Əsli və Kərəm", "Koroğlu", Ü.Hacıbəyov), Şahsənəm ("Aşıq Qərib" Z.Hacıbəyov), Təravət xanım ("Bahadır və Sona", S.Ələsgərov), Anna ("Gəlin qayası", Ş.Axundova) və digər partiyalar böyük professionallığı, özünəməxsusluğu ilə seçilir. Onun yaradıcılığının zirvəsi Müslüm Maqomayevin "Şah İsmayıl" operasında yaratdığı güclü, cəsarətli Ərəbzəngi və Ü.Hacıbəyovun "Leyli və Məcnun" operasında Leyli, Leylinin anası partiyalarıdır. Səhnə fəaliyyətini bitirən G.Həsənova milli muğam operasında gənc xanəndələrə ifaçılıq sənətinin sirlərini öyrədirdi. G.Həsənova Azərbaycan Respublikasının "Şöhrət ordeni" ilə təltif edilmişdir. Gülxar Həsənova 2005-ci ildə vəfat etmişdir.

1924 — Görkəmli şair, nasir, dramaturq, publisist, tərcüməçi, ssenari müəllifi Nəbi Ələkbər oğlu (Nəbi Xəzri) 1924-cü il dekabrın 10-da Bakı şəhəri yaxınlığındakı Xırdalan kəndində tacir ailəsində anadan olmuşdur. Atası Kərbəlayi Ələkbər Baba oğlu (1873-1933) kəndin tanınmış tacirlərindən olub. Bir ilin içində üç oğlunun vəfatına dözməyib həmin il özü də dünyasını dəyişmişdir. Anası Pərixanım Cəfər qızı (1882-1969) evdar qadın idi. Orta məktəbi bitirib əmək fəaliyyətinə başlayan Nəbi Xəzri 1942–1943-cü illərdə İkinci dünya müharibəsində arxa cəbhədə iştirak etmiş, ordudan tərxis olunduqdan sonra isə 1943–1945-ci illərdə "Kommunist" qəzeti redaksiyasında korrektor və Azərbaycan radiosunda diktor vəzifələrində çalışmışdır. 20 yaşlı gənc şairin yaradıcılığı Səməd Vurğunun nəzərindən qaçmır və onu təkidlə 1945-ci ildə Yazıçılar İttifaqına üzvlüyə keçirir. "Çiçəklənən arzular" adlı ilk şerlər kitabı 1950-ci ildə çap olunmuşdur. O, 1945–1947-ci illərdə Azərbaycan Dövlət Universitetində, 1947–1949-cu illərdə Leninqrad Dövlət Universitetində, 1949–1952-ci illərdə Maksim Qorki adına Ədəbiyyat İnstitutunda ali təhsil almışdır. Dənizi hədsiz sevdiyindən, xəzri küləyinin də insanlara dəniz ətrini bəxş etdiyinə görə 1958-ci ildə "Xəzri" təxəllüsü götürmüşdür. 1952-ci ildə təhsilini başa vuran Nəbi Xəzri 1957-ci ilədək Azərbaycan Yazıçılar İttifaqında məsləhətçi, 1957–1958-ci illərdə "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında ədəbi işçi olmuşdur. O, 1958–1965-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının katibi, 1965–1971-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsi sədrinin, 1971–1974-cü illərdə isə Azərbaycan mədəniyyət nazirinin müavini vəzifələrində işləmişdir. 1974-cü ildən etibarən Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin rəyasət heyətinə sədrlik edən Nəbi Xəzri 1992-ci ildən "Azərbaycan Dünyası" Beynəlxalq Əlaqələr Mərkəzi adı altında fəaliyyət göstərən həmin təşkilatın prezidenti olmuşdur.
Nəbi Xəzri 2007-ci ilin yanvar ayının 15-də səhər saat 10:45-də kəskin işemik insultdan vəfat etmiş və 16 yanvar tarixində 1-ci Fəxri Xiyabanda dəfn edilmişdir. 

Tarixdə bu gün - 10 dekabr


Yaradıcılığı
Nəbi Xəzrinin yaradıcılığı müasir Azərbaycan poeziyasının parlaq səhifələrindən birini təşkil edir. Altmış ildən artıq ədəbiyyata xidmət etmiş şairin əsərləri mövzu dairəsinin genişliyi və rəngarəngliyi ilə səciyyələnir. İnsanın mənəvi aləmini, düşüncə və axtarışlarını yüksək bədiiliklə əks etdirən və bəşəriliklə milliliyi üzvi şəkildə birləşdirən Nəbi Xəzri poeziyası dünya, insan və təbiət haqqında fəlsəfi məzmunu, yüksək humanizmi, böyük vətəndaşlıq qayəsi və milli koloriti sayəsində geniş oxucu kütləsinin rəğbətini qazanmışdır. Şairin müasirlərimizin, eləcə də tarixi şəxsiyyətlərin həyatından bəhs edən, lirik-epik lövhələrlə zəngin poemaları özünün dərin lirizmi, emosionallığı, orijinal üslubu və obrazlılığı ilə seçilir.
Şair dilimizin poetik imkanlarından ustalıqla bəhrələnərək, poeziyanın gözəl nümunələrini yaratmaqla ədəbi dilimizin inkişafına töhfələr vermişdir. Poeziyasının dilinə xas olan şeriyyət, rəvanlıq və axıcılıq Nəbi Xəzri şeirlərinə bəstəkarların müraciət etmələri üçün zəmin yaratmışdır. Xalqımızın tanınmış sənət ustalarının repertuarında mühüm yer tutan bu əsərlər Azərbaycan musiqi mədəniyyətinin inciləri sırasına daxil olmuşdur.
Nəbi Xəzrinin şeir və poemaları dünya xalqlarının dillərinə tərcümə edilərək nəşr olunmuş, onun bədii tərcümələri sayəsində isə Azərbaycan oxucusu dünya poeziyası nümunələri ilə tanış olmaq imkanı əldə etmişdir. Nəbi Xəzri qələminin məhsulu olan dram əsərləri Azərbaycan teatrlarında uğurla tamaşaya qoyulmuş, müəllifinə dramaturq kimi də şöhrət qazandırmışdır.
Nəbi Xəzri ictimai xadim kimi səmərəli fəaliyyət göstərmiş, tutduğu bütün vəzifələrdə xalqımızın mədəniyyətinin inkişafı, milli sənət nümunələrinin dünyada tanıdılması naminə qüvvə və bacarığını əsirgəməmişdir. O, otuz ildən artıq Azərbaycan ədəbiyyatı və incəsənətinin xarici ölkələrdə təbliği istiqamətində təqdirəlayiq xidmətlər göstərmişdir.
Nəbi Xəzrinin ədəbi və ictimai fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, bir sıra orden və medallara, o cümlədən Azərbaycan Respublikasının ali dövlət təltiflərinə — "Şöhrət" və "İstiqlal" ordenlərinə layiq görülmüşdür.
"İllər və sahillər" (1969), "Ulduz karvanı" (1979), "Nəsillər-əsrlər" (1985), "Ağ şimşəklər" (1986), "Torpaq sənə and içirəm" (1989), "Ömür çinarından yarpaqlar" (1995), "Əsrin qanlı laləsi" (1996) və s. kitabların müəllifidir.
Həmçinin Nəbi Xəzrinin seçilmiş əsərlərindən ibarət bir kitab 1988-ci il Piruz Dilənçinin vasitəsi ilə ərəb əlifbasına köçürülərək, Tehranda nəşr edilmişdir.

 

1926 — Əməkdar elm xadimi, iqtisad elmləri doktoru, professor
Tarixdə bu gün - 10 dekabrAqil Əliyev (azərb. Aqil Əlirza oğlu Əliyev) Naxçıvan şəhərində anadan olmuşdur. Orta məktəbi Naxçıvan şəhərində bitirdikdən sonra, 1946-cı ildə Bakı Dövlət Universitetinə daxll olmuş və 1951-ci ildə oranı bitirmişdir. Sonra 1953-cü ilə qədər Azərbaycan SSRİ EA Tarix İnstitutunda elmi işçi vəzifəsində çalışmışdır.
İqtisad elminə böyük marağı olduğundan 1953-cü ilin may ayından Azərbaycan Tibb İnstitutunun "Siyasi iqtisad" kafedrasında işləməyə başlamışdır.
1970-ci ildə iqtisad elmləri namizədi, 1973-cü ildə dosent, 1979-cu ildə professor elmi adlarına layiq görülmüşdür,
1983-cü ildən iqtisad elmləri doktorudur.
Professor A.Ə.ƏIiyev yüksək ixtisaslı tibb kadrlarının hazırlanmasında xidmətlərinə görə 1982-ci ildə Əməkdar elm xadimi fəxri adına layyiq görülmüş, bir neçə orden və medallarla, "Səhiyyə əlaçısı" döş nişanı ilə təltif olunmuşdur.
A.Ə.ƏIiyev respublikanın, Tibb Universitetinin ictimai həyatında, yaxından iştirak edir. O, Azərbaycan Tibb Universitetinin və Azərbaycan Beynəlxalq Universitetinin elmi şurasının üzvü, Respublika Ziyalılar Cəmiyyəti idarə heyətinin üzvüdür.
2001 -ci ilin iyun ayında Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.
2006-cı il 7 martda dünyasını dəyişmişdir.

Vəfat etmişdir:

Tarixdə bu gün - 10 dekabr1974 — Məşhur yazıçı, jurnalist, tərcüməçi Məmməd Əkbər Əkbərov Məmməd Həmzə oğlu 65 yaşında Bakıda vəfat etmişdir.
Məmməd Əkbər 1909-cu il mayın 05-də Ordubad şəhərində ipəkçi ailəsində anadan olmuşdur. Atası əttarlıqla məşğul olduğundan, yəni bitkilərdən ətriyyat, ədviyyat hazırladığından, el arasında "Əttar Həmzə” kimi tanınmışdı. Məmmədin əmisi Axund Hacı Molla Hüseyn Bikəs şair idi, "Bikəs” təxəllüsü ilə klassik şer nümunələri yaradırdı. XIX əsr Ordubad ədəbi mühitinin formalaşmasında, "Əncüməni şüəra” ədəbi məclisinin fəaliyyətində Axund Hacı Molla Hüseyn Bikəsin böyük xidmətləri olub.
Məmməd Əkbər Azərbaycan mətbuatının sıravi əsgərlərindən biri idi. O, mətbuat aləminə ötən əsrin 20-ci illərində gəlmiş, 50 il fasiləsiz olaraq sevimli peşəsindən ayrılmamışdır.
Məmməd Əkbər Azərbaycan milli mətbuatında, xüsusilə "Ədəbiyyat” qəzetində gərgin əməyi, fədakar fəaliyyəti, nəsr və publisistikamıza verdiyi özünəməxsus töhfələri ilə, eləcə də yüksək mədəniyyəti, həqiqi vətənpərvərliyi ilə ədəbi ictimaiyyət, elm və sənət adamları arasında dərin hörmət və məhəbbət, həqiqi, halal nüfuz qazanmışdı.

Tarixdə bu gün - 10 dekabr1978 — Sovet İttifaqı Qəhrəmanı Bəkir Dursun oğlu Mustafayev 80 yaşında vəfat etmişdir.
1898-ci ildə Gürcüstanın Axaltsixe rayonunun Qlazar kəndində anadan olub.
1941-ci ildə Axaltsixe RHK-dan orduya getmişdir.
55-ci qvardiya atıcı divizyasının 164-cü atıcı alayının manqa komandiri olub.
Şimali Qafqazdan Krım vilayətinə kimi gedən döyüşlədə qəhrəmanlıq göstərib.
Kerç yarımadasının faşistlərdən azad edilməsində iştirak edib.
3 noyabr 1943-cü ildə Kerç uğrunda döyüşdə   Bəkir Mustafayev atəş altında  çox  hündürlükdə yerləşən bir bunkerə qədər sürünərək, 5 əsgərdən ibarət bir bunker garnizonunu məhv etmişdir: yaralansa da , döyüş meydanını i tərk etməmişdir. Kerç yarımadasında baş verən döyüşlərdə   Mustafayev ümumi olaraq  40-dan çox düşmən əsgərini və zabiti məhv etmişdir.
10 dekabr 1978-ci ildə  80 yaşında Özbəkistan Respublikasının Səmərqənd şəhərində  vəfat edib.
Lenin ordeni, "Qızıl Ulduz" medalı ilə təltif edilib.
Müharibədə göstərdiyi şücaətlərə görə starşina Bəkir Dursun oğlu Mustafayev  SSRİ Ali Soveti Rəyasət Heyətinin 1944-cü il 16 may (fevral) tarixli fərmanı ilə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.
 
1992 — "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuş Qarabağ müharibəsi şəhidi Həsənqulu Qaçay oğlu Qasımov və ya Həsən Qorxmaz Vətən uğrunda Tarixdə bu gün - 10 dekabrdöyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
Həsənqulu Qaçay oğlu Qasımov 1969-cu il iyunun 9-da Qubadlı rayonunun Qayalı kəndində anadan olmuşdu.
1984-cü ildə Qayalı səkkizillik, 1986-cı ildə Qubadlı qəsəbə orta məktəbini bitirmişdir. 1987-ci ildə ordu sıralarına çağrılaraq 1989-cu ilə qədər Almaniya Demokratik Respublikasında xidmət etmişdir.
Almaniyadan tərxis olunduqdan sonra Azərbaycanın müdafiəsinə qalxmış və döyüş yolu Şuşadan başlamış, Laçında davam etmiş, Qubadlıda isə sona çatmışdı. Qasımov Laçın şəhəri işğal olunarkən el arasında "Qorxmazçılar” adı qazanmış taqımı ilə köməyə gəlmiş və 108 nəfəri mühasirədən çıxarmışdır. Sonra Qasımovun başçılıq etdiyi taqım Qubadlı rayonuna göndərilmişdi. O, bunda sonra ömrünün sonuna qədər Ermənistanın sərhədində yerləşən Yuxarı Cibikli kəndi və onun ətrafını müdafiə etmişdir. Bununla belə onun taqımı nümunəvi taqımlardan olduğu üçün rayonun ən qaynar nöqtələrinə köməyə də göndərilirdi.
Qasımovun son döyüşü 1992-ci ilin dekabrın 10-da Yuxarı Cibiklidə oldu. Saat təxminən altı radələrində, qəflətən güclü artilleriya hücümu başladı. O, döyüşçülərə öz mövqelərinə çəkilməyə əmr verib, özü səngərə doğru qaçdı. Həmin vaxt düşmənlərin atdığları mərmilərdən biri onun yanında partladı. Onun yanına yetirən tibb bacısının səylərinə baxmayaraq, Həsənqulu Qasımov həlak oldu.
Cəsur döyüşçümüz Qubadlı Şəhidlər xiyabanında dəfn edilib.
Subay idi. Qarabağ müharibəsi zamanı alnına bağladığı yaşıl lentdə "Həsən Qorxmaz" yazısı var idi. Şəhid olan gününə kimi lenti alnından heç açmamışdır.
Həsən Qorxmaz ltəxəllüsünü böyük bir hadisə ilə bağlı olaraq özü qəbul etmişdir. 1992-ci il mayın 18-də 100 nəfərlik dəstə ilə Laçın şəhərinə girmək istəyən Qasımova qarşı təxribat törədilmiş və güllələr komandirini qoruyan cəsur Qorxmaz Baxşıyevin sinəsini yaralamışdır. Qasımov sürücü Qorxmaz Baxşıyevlə Şuşada tanış olmuşdur. Cəsurluğu və qorxmazlığı ilə öz adını doğruldan Qasımov komandirinin həyatını öz həyatı bahasına xilas etdiyindən, ona "Qorxmaz" ləqəbi verilmişdir.

1997 — Ukraynaəsilli Azərbaycan futbolçusu və məşqçisi.Anatoli Banişevski 51 yaşında Bakıda vəfat etmişdir.
Anatoli Andreyeviç Banişevski 23 fevral 1946 -cı ildə Bakıda anadan olmuşdur.
Anatoli Banişevski UEFA-nın versiyasına görə 2004-cü ildə Azərbaycanda son 50 ilin ən yaxşı futbolçusu seçilib.
Anatoli Banişevski 1946-cı il fevralın 23-də Bakıda kökü Polşaya gedib-çıxan ukraynalı ailəsində anadan olub.

Klub karyerası
Uşaq futboluna Bakının "Lokomotiv” klubunda başlayıb. Razində (indiki Bakıxanov qəsəbəsi) "Lenin komsomolu" adına stadionda "Lokomotiv"lə "Spartak"ın oyunu keçirilirdi. "Neftyanik" (indiki "Neftçi") baş məşqçisi Boris Arkadyev və Ələkbər Məmmədov da oyuna baxır, ən perspektivli oyunçuları seçirdilər. Lokomotiv 4:3 hesabı ilə qalib gəlsə də, rəqibin qapısına vurulan topun üçünü də Banişevski vurmuşdu.Banişevskinin böyük futbola sıçrayışı bax, həmin oyundan başladı. 16 yaşında "Neftyanik"ə cəlb olunan Banişevski 1963-cü ildə komandanın əsas heyətində debüt edib. O, peşəkar karyerası ərzində - 1963-cü ildən 1978-ci ilədək yalnız "Neftçi" klubunda çıxış edib. "Neftçi"nin 1966-cı ildə futbol üzrə SSRİ ççempionatının bürünc medalını qazanmasında onun böyük əməyi olub. 1966-cı ildə "Neftyanik” bürünc medal qazanandan sonra Heydər Əliyev ona ev vermişdi.
Ümumiyyətlə, Anatoli Banişevski SSRİ çempionatının güclülər dəstəsində 212 matçda (81 qol), birinci liqada isə 76 qarşılaşmada (40 qol) forma geyinib.

Milli komanda karyerası
Banişevski SSRİ yığmasının məşqçi korpusunun da diqqətindən kənarda qalmayıb. Parlaq oyun nümayiş etdirən hücumçu 19 yaşında Nikolay Morozov tərəfindən SSRİ yığma komandasına cəlb edilib.[3] 1965-ci ildə Moskvada keçirilən SSRİ – Braziliya oyununda Banişevski oyunun qurtarmasına 15 dəqiqə qalmış Valentin İvanovu əvəz elədi. Bu onun ilk debütü oldu.Tezliklə Banişevski məşqçilərin ümidlərini doğruldub və yığmada keçirdiyi 3-cü oyunda het-trikə imza atıb. Banişevski 1966-cı ildə İngiltərədə keçirilmiş 1966 FİFA Dünya Kubokunda da iştirak edib1968 və 1972-ci illərdə təşkil olunmuş Avropa çempionatlarına da qatılan Banişevski son yarışda gümüş mükafata layiq görülüb. SSRİ yığmasının heyətində 50 oyun keçirmiş hücumçu 19 dəfə fərqlənib.

Tarixdə bu gün - 10 dekabr

Məşqçi karyerası
Karyerasını başa vurduqdan sonra bir müddət işsiz qalan Banişevski 1981-ci ildə məşqçi fəaliyyətinə başlayıb Onun ilk klubu "Neftçi" olub. Keçmiş komandasına iki mövsüm rəhbərlik etmiş A.Banişevski 1983-cü ildə "Neftçi"dən ayrılmaq qərarına gəlib. O, 1984-1988-ci illərdə Burkina-Fasoda məşqçi vəzifəsində çalışıb.
1979-cu ildən başlayan şəkərli diabet ona çox əziyyət verirdi. 1988-ci ildə xəstəlik onda artıq kəskinləşdi. Hətta komaya da düşdüyü vaxtlar olurdu. O, iynədən dəhşətli dərəcədə qorxurdu. Ona spirtli, soyuq içkilər, yağlı və qızardılmış yeməklər olmazdı. Lakin, o, evdən kənarda bunlara nəzarət etmirdi.
1966-cı ildə Anatoli Banişevski İrina Banişevskaya ilə ailə həyatı qurmuş və 1996-cı ildə boşanmışdı.[2] Milena və Marina adlı qızları var.
Aktyor Andrey Mironov və müğənni Vladimir Vısotski ilə çox yaxın münasibətləri vardı

Tarixdə bu gün - 10 dekabr1998 — Azərbaycanın Xalq artisti Süleyman Ağababa oğlu Ələsgərov 83 yaşında vəfat etmişdir.
 Süleyman Ələsgərov 20 iyun 1915-ci ildə Bakıda doğulub. Yeddiillik təhsilini başa vuraraq Maliyyə Texnikumuna daxil olub. Orada üç il oxuyub və iqtisadçı diplomu alandan sonra Azərbaycan Dövlət Tibb İnstitutuna imtahan verib və üç il də orada oxuyub. O, səhnəyə 1933- cü ildə Dənizçilər Mədəniyyət Evinin dram dərnəyində çıxıb. Səhnə sənətinə bağlandığına görə təhsilini yarımçıq qoyub. 1936-cı ilin sentyabrında Süleyman Ələsgərov GTT-yə müsabiqə yolu ilə aktyor götürülüb.
Süleyman Ələsgərov "Azərbaycanfilm" kinostudiyasında istehsal olunan bir neçə kinolentlərində çox kiçik epizodlara çəkilib. Onun ən populyar və iri həcmli ekran obrazı "Bizim Cəbiş müəllim" filmində əsas qəhrəman olan Cəbiş müəllim roludur. Aktyor Gənc Tamaşaçılar Teatrının inkişafında xidmətlərinə görə 27 fevral 1954-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1 dekabr 1982-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb.
Süleyman Ələsgərov Gənc Tamaşaçılar Teatrında fasiləsiz olaraq altmış üç il səhnəyə çıxmışdır. Dramlarda, komediyalarda, faciələrdə, nağıllarda, nağıl-dastan süjetli pyeslərdə bir-birindən əlvan rollar yaradıb. Səksən üç yaşında da səhnədə canlı, dinamik və təravətli görünürdü. Səhnə məntiqini həmişə həssaslıqla gözləyib.
1961-ci ildə oynadığı Səməd Vurğun ("Komsomol poeması", İsgəndər Coşqun) roluna görə Respublika Lenin komsomolu mükafatı laureatı olub.
Yaradıcılığının özəyi, mayası əsasən realist aktyor məktəbinin estetik prinsipləri ilə yoğrulmuşdur. Qəhrəman perso-najlarının ifası psixoloji dramatizmi, komik və satirik rolları təbiiliyi, koloritli gülüşü, estetik zərifliyi ilə səciyyəvi idi.

Tarixdə bu gün - 10 dekabr

Bayramlar və xüsusi günlər:

Ümumdünya İnsan Hüquqları Günü
Tarixdə bu gün - 10 dekabr10 dekabr Ümumdünya İnsan Hüquqları Günüdür. Bu tarix bütün dünyada 1948-ci ildə BMT Baş Assambleyası tərəfindən İnsan Hüquqları üzrə Ümumi Bəyannamənin qəbul edilməsindən sonra qeyd edilir. BMT Baş katibi Pan Gi Munun Ümumdünya İnsan Hüquqları günü münasibətlə builki müraciətində BMT Baş Assambleyasının İnsan Hüquqları üzrə Ümumi Bəyannamənin zəmanəmizdəki əhəmiyyəti bir daha vurğulanır, qeyd olunur ki, Bəyannamə ilə qorunan ədalət, ləyaqət, bərabərlik, iştirak tələbləri dünyanın hər yerində insanları səfərbər edir. Müraciətdə indiyədək bu sahədə əldə olunan nailiyyətlərdən güc alaraq, yeni demokratik dəyişikliklərin həyata keçirilməsi, müharibə cinayətləri və insanlığa qarşı cinayət törədənlərin məsuliyyətə cəlb edilməsini təmin etmək üçün yeni addımların atılması, insan hüquqları haqqında yeni və daimi təbliğata başlanmasının zəruriliyi vurğulanır.

Ümumdünya Futbol Günü 
Hər il 10 dekabr Ümumdünya Futbol Günü kimi qeyd olunur. Bu bayram Birləşmiş Millətlər Təşkilatının qərarına əsasən təsis edilib. Bu, planetin ən populyar idman növü olan futbola hörmət əlaməti kimi qəbul olunub.
Futbol - "ayaqla top oyunu" haqqında ilk xatırlatmalara bizim eradan əvvəl ikinci minillikdə Çin mənbələrində rast gəlinib. O, "Çsu Çyu" adlandırılıb, mənası "ayaqla itələmək" deməkdi.
Bu oyunun ilk dəfə nə vaxt başlanması haqqında dəqiq məlumat yoxdu. Bəziləri iddia edir ki, futbolun ilk sələfləri VIII əsrdə İngiltərədə yaşayan saksonlar olub. 
Futbolu Qədim Yunanıstanda və Romada təxminən 2500 il bundan əvvəl oynayıblar. Yunanıstanda bu oyun "top uğrunda mübarizə" adlandırılıb.
Hazırda dünyada 120 milyondan çox insan futbol oynayır.
Azərbaycanda futbolun əsası 1911-ci ildə qoyulub, ilk çempion isə Bakının "Cənub inşaatçısı" komandası olub.
   
Tarixdə bu gün - 10 dekabr

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.