» » Tarixdə bu gün - 7 dekabr

Tarixdə bu gün - 7 dekabr

 

7 dekabr

İlin 341-ci günü (uzun illərdə 342-ci).
İlin sonuna 24 gün qalır.

Mühüm hadisələr:

1678 — Lui Hennepin Niaqara şəlaləsini kəşf edən ilk avropalı olub.
1877 — Tomas Edisonun fonoqrafı ilk dəfə nümayiş olunub.
1918 — Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti fəaliyyətə başlamışdır.
1922 — Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayəti Mərkəzi İcraiyyə Komitəsi (DQMV MİK) seçilib.
1988 — Ermənistanın şimalında baş verən güclü zəlzələ nəticəsində Leninakan, Kirovakan və Spitak şəhərləri yerlə yeksan olub. Rəsmi mənbələrə görə ölənlərin sayı 25 000 nəfəri keçib (məlumatlar ziddiyyətlidir). Təbii fəlakət zonasına ilk kömək Azərbaycandan gəlib.

Doğum günləri:

1875 —Azərbaycanlı siyasi xadim, Rusiya imperiyası II Dövlət Dumasının deputatı; Zaqafqaziya Komissarlığı (1917—1918) nəzdində xalq maarif 
Tarixdə bu gün - 7 dekabrZaqafqaziya Demokratik Federativ Respublikasının (1918) ədliyyə naziri. Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra ilk baş naziri və daxili işlər naziri (1918—1919) təyin edilmişdir, bundan başqa AXC-nin hərbi naziri, ədliyyə naziri (1918) və xarici işlər naziri (1918—1919 və 1919—1920) vəzifələrində çalışmış Fətəlixan İsgəndər oğlu Xoyski Nuxa şəhərində anadan olmuşdur. Atası İskəndər xan Xoyski Rusiya İmperiyasının Kazak leyb-qvardiya alayının general leytenantı idi, anası isə Şərəbanı-xanım Hacı Molla Zeynal qızı idi.
Fətəli xan Xoyski 1917-ci il Fevral inqilabından sonra 1-ci Qafqaz müsəlmanları qurultayının (aprel, Bakı) iştirakçısı idi; may ayında Moskvada keçirilən 1-ci Ümumrusiya müsəlman qurultayında Ümumrusiya müsəlman Şurasının İcraiyyə Komitəsinin üzvü oldu.
Fətəli xan Xoyski 19 iyun 1920-ci ildə Tiflisdə qətlə yetirildi, qatıllər "Daşnaksütun" partiyasının üzvləri Aram Erkanyan və Misak Qriqoryan idilər, onlar Tiflisdəki İrəvan meydanında Fətəli xan Xoyskiyə arxadan atəş açdılar. Fətəli xan Xoyski indiki Tbilisi botanika bağının ərazisində yerləşən köhnə müsəlman qəbirstanlığında dəfn edilmişdir. Onun dəfn mərasimini Tiflisdəki İran konsulluğu həyata keçirmişdir.
Fətəli xan Xoyskinin xatirəsi hər zaman uca tutulur.Bu gün Bakı şəhərin prospektlərindən biri Fətəli xan Xoyskinin adını daşıyır
1997-ci ildə Azərbaycanda Xoyskiyə həsr olunmuş poçt markası buraxılmışdır.
Dəfn olduğu yerdə yəni Tbilisi nəbatat bağının ərazisində qəbirüstü abidəsi ucaldılıb.
Bakıda (İstiqlaliyyət küçəsində) Fətəli xan Xoyskinin 1918-ci ildən 1920-ci ilədək yaşamış olduğu evin divarında, barelyef qoyulub.
Şəkidə əvvəllər Karl Marks adını daşımış küçəyə onun adı verilib.
 
Tarixdə bu gün - 7 dekabr1947 —Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi, sənətşünaslıq doktoru Cəmilə Həsənzadə
Bakı şəhərində anadan olub. 1968-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1973-ü ildə isə Leninqrad Rəssamlıq Akademiyasının nəzdində İ. Repin adına İnstitutu sənətşünaslıq fakültəsini bitirib. 1973-ci ildən Azərbaycan Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun elmi işçisidir, 1983-cü ildən N. Tusi adına pedaqoji Universitetinin bədii qrafika fakültəsində, İncəsənət və Mədəniyyət Universitetində və İncəsənət gimnaziyasında dərs deyir.
1976-ci ildən SSRİ Rəssamlar İttifaqının üzvüdür.
1983-cü ildə SSRİ toplularında XVI əsr Təbriz miniatür boyakarlığı” adlı namizədlilik dissertasiyasını, 2002-ci ildə "XIII əsrin sonu-XV əsrin əvvəllərində Təbriz miniatür məktəbinin yaranması və inkişafı” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Azərbaycan, rus, fransız, ingilis dillərini bilir.

1947 —"Qarabağ bülbülləri" ansamblının bədii rəhbəri Murad Yunis oğlu Rzayev Ağdam şəhərində ziyalı ailəsində anadan olub. Hələ balaca vaxtlarından Ağdam Tarixdə bu gün - 7 dekabrrayon Xalq Teatrında bir çox tamaşalarda rollar oynamış,Respublika"Teatr Cəmiyyəti"nin fəxri fərmanına və diplomlarına layiq görülmüşdür. 1964-cü ildə orta məktəbi bitirib və həmin il Üzeyir Hacıbəyov adına Ağdam Musiqi Texnikomunun xor-dirijorluğu şöbəsinə daxil olub.
1971-ci ilin may ayında Ağdam Rayon Komsomol Komitəsi bürosunun qərarına əsasən Ağdam Rayon Pioner və Məktəblilər Evinin (indiki Uşaq Yaradıcılıq Mərkəzi) müdiri vəzifəsinə təyin olunub. Hazırda da həmin vəzifədə çalışır. Məktəbin direktoru olmaqla yanaşı burada "Qarabağ bülbülləri" ansamblını yaradıb. Bədii rəhbəri olduğu "Qarabağ bülbülləri" ansamblı dünyanın əksər ölkələrində, Azərbaycanı Moskovada Kremlinin Qurultaylar sarayında,SSRİ-nin Böyük Teatrında,Xalq Təssərüfatı Naliyyətlər sərgisində, mahnı festivallarında təmsil edərək, 40 qızıl medal, 100-dən cox fəxri fərman almış, 12-sənədli və bədii filmlədə çəkilərək Zaqafqaziya Ümumittifaq və Beynəlxalq Festivallar Laureatı adına layiq görülmüşdür.
Murad müəllimin müəllifi olduğu onlarla mahnılar, rənglər respublikamızın görkəmli xanəndələrinin ifasında səslənmişdir. Azərbaycanın musiqi tarixində ilk dəfə "Bayatı Şiraz" muğamını improvizə edərək (Tacir Şahmalıoğlunun ifasında) tarixə düşmüşdür. Bu improvizə Qarabağa həsr olunan bütün film və verlişlərdədə istifadə olunur
1988-ci ildə Ağdam Rayon Mədəniyyət Sarayında Murad müəllimin 40-illik yubleyi, 2007ci-ildə isə Rəşid Behbutov adına Mahnı Teatırında Azərbaycanın görkəmli ziyalıları, millət vəkilləri, şairlər, yazıcı, mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə 60 illik yubleyi təntənəli şəkildə qeyd olunmuşdur.

Tarixdə bu gün - 7 dekabr1950 - Azərbaycan Respublikasının Əməkdar artisti Həsənağa Sadıqov Salyan şəhərində müğənni ailəsində dünyaya göz açıb. Atası və babası milli aşıq sənətinin bilicilərindən olub.
1986-cı ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin "Mədəni-marif işi” ixtisası üzrə bitirib. 1985-ci il H. Sadıqovun həyatında daha əlamətdar tarix olub. Həmin ildə Ümumdünya musiqi festivalında iştirak edən Həsənağa müəllim bacarıqlı musiqi istedadı ilə münsiflər heyətinin və tamaşaçıların dərin rəğbətini qazanıb, festivalın Qızıl medalı ilə təltif olunub. Həsənağa Sadıqov Amerika Birləşmiş Ştatlarında, Norveçdə, Vyetnamda, Almaniyada, eləcə də Afrika qitəsinin bir çox ölkələrində geniş konsert proqramı ilə çıxış edib.
1988-ci ildə Həsənağa Sadıqova Azərbaycan SSR əməkdar mədəniyyət işçisi fəxri adı verilib.
Onun təşəbbüsü ilə "Mahirlər” ailə ansamblı yaradılıb və bu gün də fəaliyyət göstərir.

1967
- Kaman ustası Məlikova Fəridə İsmayıl qızı Sumqayıt şəhərində fəhlə ailəsində dünyaya gəlib. 1975-ci ildə orta məktəbin I sinfinə, eləcə 2 saylı incəsənət Tarixdə bu gün - 7 dekabrməktəbinə daxil olub. 1983-cü ildə S.Hacıbəyov adına musiqi texnikumuna daxil olub və 1987-ci ildə buranı fərqlənmə diplomu ilə bitirib. Respublika musiqi ifaçıları müsabiqəsinin I dərəcəli, 1986-cı ildə Ü.Hacıbəyov adına birinci Respublikalararası müsabiqənin II dərəcli qalibi olub. 1987-1992-ci illərdə Ü. Hacıbəyov adına Bakı Musiqi Akademiyasında Ü. Hacıbəyov təqaüdçüsü kimi təhsil alaraq fərqlənmə diplomu ilə bu təhsil ocağını bitirib.
1988-ci ildə ilk dəfə qadın üçlüyündə respublikanın xalq artisti Gülyaz Məmmədovanı müşayiət edib və qadın üçlüyünün ilk üzvlərindən biri olub.

Vəfat etmişdir:

1900 - İbrahim bəy Allahverdi bəy oğlu Aslanbəyov Sank-Peterburqda vəfat etmişdir.
İbrahim bəy Aslanbəyov 1822-ci ildə Bakıda Mərdəkan qəsəbəsində anadan olmşdur.
Peterburqdakı dənizçilik məktəbində 3 il tərbiyə alan İbrahimbəy 1837-ci ildə oranı adı Qırmızı lövhəyə yazılmaqla bitirmişdir. Baltik dənizində "Aleksandr Nevski" Tarixdə bu gün - 7 dekabrvə "Prozerqin" hərbi freqatlarında üzən miçman Aslanbəyov iki il "İmperator I Pyotr" sürətli hərbi gəmisində Daqerord yaxınlığında keçirilən təlimlərdə iştirak etmişdir.
1842-ci ildə Dənizçilik Məktəbinin zabitlər sinfini bitirən İbrahim bəy Qara Dəniz Donanmasının hərbi nəzarət gəmilərində üzmüş, Qara dənizin şərq sahillərində baş verən toqquşmalarda iştirak etmişdir. Elbrus hərbi gəmisinə komandirlik edən leytenant Aslanbəyov 1854-cü ildə düşmənin ticarət "gəmilərini darmadağın etmək üçün dörd dəfə (30 iyun, 7 iyul, 3 və 6 avqust) dənizə çıxmış, avqust ayında isə desant gəmisinin döyüşən batareyasına komandirlik etmişdir. Bu xidmətinə görə ona kapitan-leytenant rütbəsi verilmişdir. Həmin il sentyabrın 13-dən müharibənin axırına kimi Sevastopol qarnizonunda olmuş, avqustun 27-də sonuncu hücumu dəf edərkən kontuziya almışdır. Şərq müharibəsindən sonra Nikolayev limanında 36-cı donanma ekipajına komandirlik etmişdir.
Aslanbəyov 1860-1861 ci illərdə Sokol pərli korvet gəmisinin komandiri kimi Aralıq dənizində üzmüş və həmin gəmini Kronştadta gətirmişdir. 1863-cü ildə həmin korvetlə Nikolayev şəhərinə qayıdan İbrahim bəy, iki ildən sonra Retvizan gəmisinə komandir təyin edilmişdir. Bir müddət məşhur vitse admiral Q.İ.Butakovun zirehli eskadrasında qərargah rəisi olmuşdur.
Aslanbəyov 1869-1872-ci illərdə dəfələrlə müxtəlif ümumdövlət əhəmiyyətli məsələləri öyrənmək üçün toplanmış komitələrə sədr təyin edilmişdir. Estoniyaya ezam olunan İbrahim bəy gəmiçilik məktəblərinin yaradılması və ticarət gəmilərinin düzəldilməsi üçün yaranan komitənin üzvü olmuşdur.

1956 – Məşhur türk yazıçısı Rəşad Nuri Güntəkin 67 yaşında Londonda vəfat etmişdir.
Rəşad Nuri Güntəkin 25 noyabr 1889-cu ildə İstanbulda doğulmuşdur. "Çalıquşu", "Dodaqdan qəlbə", "Yaşıl gecə", "Yarpaq tökümü" və "Anadolu qeydlər"i kimi Tarixdə bu gün - 7 dekabrəhəmiyyətli əsərləri vardır.
1889-cu ildə İstanbulda ordu zabiti Nuri bəy ilə Ərzurum valisi Yavər Paşanın qızı Lütfiyyə xanımın ailəsində anadan olmuşdur. İlk təhsilini Çanaqqala orta məktəbində alan Güntəkin daha sonra təhsilini İzmirdəki Frerler məktəbində davam etdirir. 1912-ci ildə isə İstanbul Universitetinin Ədəbiyat fakültəsini bitirir.
Güntəkin 1927-ci ilə qədər Sultanisi, İstanbul Beşiktaş İttihat və Tərəqqi Məktəbi, Fatih Vəqfi Kəbir Məktəbi, Ağşəmsəddin Məktəbi, Fənəryolu Muradı Hamis Məktəbi, Osman Qazi Paşa Məktəbi, Vəfa Sultanisi, İstanbul oğlanlar litseyi, Çamlıca qızlar litseyi, Kabataş oğlanlar litseyi, Qalatasaray Litseyi və Ərənköy qızlar litseyində fransız və türk dillərindən dərs deyir. 1927-ci ildə maarif müfəttişi vəzifəsinə təyin olunur və bu arada Dil Heyəti ilə birgə bəzı çalışmalarda bulunur. 1939-cu ildə Çanaqqaladan Türkiyə Böyük Millət Məclisinə millət vəkili seçilir. 1946-cı ilə qədər millət vəkili olur. 1947-ci ildə Cümhuriyyət Xalq Partiyasının Ankarada çap olunan "Ulus" qəzetinin İstanbul qolu olan "Məmləkət" qəzetini nəşr etdirir. Sonra yenidən müfəttiş kimi çalışır və 1950-ci ildə UNESCOnun Türkiyə təmsilçisi və tələbə müfəttişi olaraq Parisə gedir. 1954-cü ildə isə yaşı səbəbindən bu vəzifədən istefa verməli olur. Bundan sonra bir müddət İstanbul Şəhər Teatrlarının ədəbi şurasında fəaliyyət göstərir.
Ağciyər xərçəngi diaqnozu qoyulduqdan sonra yazıçı müalicə olunmaq üçün Londona yollanır və orada vəfat edir. R.N.Güntəkin 1956-cı il dekabr ayının 13-də Qaracamaat qəbristanlığında dəfn edilir.
Əsərlərində Anadoluda ki yaşamı və toplusal sorunlaru ələ almış insanı insan çevre ilişkisi içində yansıtmıştır. Romanlarında istifadə etdiyi dil və anlatım oldukca aydın, dialoqları isə canlıdır. Yazdığı, tərcümdə etdiyi, kitap halına sala bildiyi və ya dərgi, qəzet səhifələrində, teatr reperturlarında bulunan əsərlərinin sayı yüzə çatır.

1961 – İlk azərbaycanlı qadın alim, pedoqoq Zümrüd Qulam qızı Axundova 49 yaşında Bakıda vəfat etmişdir.
Tarixdə bu gün - 7 dekabrZümrüd Axundova 1912-ci il martın 1-də Şəkidə anadan olub. Orta təhsilini Bakı Pedaqoji texnikumunda alıb (1927-ci ildə bitirib).
itirib). Həmin ildən dərs deməyə başlayıb : 15 yaşından 5 nömrəli məktəbdə müəllimlik edib. 1929- cu ildə Xalq Maarif Komitəsi tərəfindən nümunəvi komsomol məktəbinə keçirilib. Eyni zamanda Azərbaycan Dövlət Ali Pedaqoji İnstitutunda oxuyub. 1931–ci ildə İnstitutu bitirib, aspiranturaya qəbul olunub. 1934-cü ildə aspirant kimi təhsilini Moskvada Ali Kommunist Maarifi İnstitutunda davam etdirib. Orada akademik Y.N. Medınskinin rəhbərliyi ilə 1 il çalışdıqdan sonra aspiranturanı bitirib. Bakının müxtəlif ali məktəbləri – Azərbaycan Pedaqoji İnstitutu, Xarici Dillər İnstitutu, Azərbaycan Dövlət Universitetində də pedoqoji fəaliyyətlə məşğul olub.
1943-1948-ci illərdə Qiyabi Pedaqoji İnstitutda pedaqogika kafedrasına rəhbərlik edib. 1948-ci ildən ömrünün sonuna kimi Azərbaycan Dövlət Universitetində çalışıb: 1951-ci ildə dosent elmi adını alıb.
Zümrüd Axundova həyat yoldaşı Məmməd Arif Dadaşzadə ilə 1949-cu ildə "Azərbaycanda qadın təhsili tarixindən. 1900-1914-ci illər” mövzusunda dissertasiya müdafiə edib. Pedaqoji elmlər namizədi elmi dərəcəsini almış ilk azərbaycanlı qadın alimdir . Akademik Y. Medınski Z. Axundovanın tədqiqatı haqqında rəyində yazırdı: "SSRİ-dəki qeyri-rus xalqlarının maarif tarixi məsələlərini öyrənmək tarixi-pedaqoji tədqiqatın ən mühüm vəzifələrindən biridir.
Z.Axundovanın əsəri bu cəhətdən xüsusilə qiymətlidir, çünki o, Azərbaycanda qadın təhsili tarixini ilk dəfə tədqiq etmişdir. Azərbaycan müəllimi qəzeti isə Zümrüd xanımın nailiyyətini belə dəyərləndirmişdir: "Bu, yalnız elm sahəsində müvəffəqiyyətlə çalışan Azərbaycan qadınlarının deyil, bütün Azərbaycan sovet mədəniyyətinin yeni nailiyyətidir”.

Fəaliyyət
Z.Axundova müxtəlif təhsil ocaqlarında məktəblilər, valideynlər qarşısında təlim-tərbiyə mövzularında mühazirələr oxuyub. Gənc Azərbaycan qadınlarının təhsilə cəlb olunmasında böyük rol oynayıb.
İkinci Dünya Müharibəsi dövründə ADU-da nəşr edilən qəzetin redaktoru olub, əhali arasında təşviqat aparıb.
Z.Axundovanın Azərbaycanda uşaq ədəbiyyatının inkişafına dair elmi araşdırmaları da maraq kəsb edir.
"Azərbaycan qadını" jurnalı ilə müntəzəm əməkdaşlıq etmişdir.

1999 —Azərbaycanlı tanınmış teatr və kino aktrisası,Azərbaycan SSR Əməkdar artisti Nəcibə Məcid qızı Behbudova ildə Tiflisdə anadan olub.Əslən qarabağlıdır. Tarixdə bu gün - 7 dekabrMəhşur müğənni Rəşid Behbudovun böyük bacısıdır. 1931-ci ildə Bakıya gəlib və burda Hidrologiya Texnikumuna daxil olub.Dinyəlici kimi Bülbülün Konservatoriyadakı sinifinə gedib və vokal ifaçılığının müəyyən peşəkarlıq xüsusiyyətlərinə yiyələnib.Səsinin messo-soprano idi.Hətta konsertlərdə müğənni kimi çıxış edib.Lakin 1933-cü ildə anası rəhmətə getdiyi üçün Tiflisə qayıdıb.Bir müddətdən sonra Mirzə Fətəli Axundzadə adına Tiflis Azərbaycan Teatrının truppasına daxil olub. 1 noyabr 1937-ci ildən artıq müxtəlif fasilələrlə teatrın aktyor ştatında olub.
1947-ci ildə Tiflis Dövlət Azərbaycan Teatrı bağlanıb. Nəcibə Behbudova Bakıya gəlib və Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına qəbul edilib.Dram teatrlarının səhnələrində kifayət qədər sənət təcrübəsi toplamış aktrisa truppanın yaradıcı heyətinə tez və uğurlu daxil olub.1949-cu ildə Musiqili Komediya Teatrı bağlananda ansamblında (15 may 1952 - 25 iyun 1953) və musiqili qiraət ansamblında (3 may 1958 - 26 noyabr 1961) çalışıb.Daha çox teatra bağlı olan Nəcibə Behbudova 26 noyabr 1961-ci ildə yenidən Musiqili Teatrına qayıdıb və ömrünün sonuna kimi bu teatrda çalışıb.
Tipik məşiət personajlarını xüsusi şövqlə oynayırdı.Bu baxımdan bədii-estetik səciyyələrinə,yumor təravətinə və ifa özəlliklərinə görə aktrisanın bütün rolları xarakterik təsir bağışlayır.
Nəcibə Behbudova "Ulduz”(Tamam),”Araqarışdıranlar”(Sona xala),”Bəyin oğurlanması” (Bibixanım),” Fəryad” (erməni axçısı) filmlərində çəkilib.
Teatr sənətdəki xidmətlərinə görə 1 iyun 1974-cü ildə Azərbaycan SSR Əməkdar artisti fəxri adı ilə təltif olunub.
Teatr rejissoru Ağaəli Məstanovla evli olan Nəcibə xanımın 2 övladı vardır. Oğlu Cəfər Behbudov 80-cı illərdə müğənni kimi populyar olmuşdur.

2006 – Tanınmış kinorejissoru, rejissor assistenti, Əməkdar incəsənət xadimi Gülbəniz Yusif qızı Əzimzadə 59 yaşında vəfat etmişdir.
Tarixdə bu gün - 7 dekabrGülbəniz Əzimzadə 1947-ci il aprel ayının 26-da Bakıda ziyalı ailəsində anadan olub. 1963-1968-ci illərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət rəssamlıq məktəbində oxuyub. 1969-1974-ci illərdə Moskvada ÜDKİ-nun rejissorluq fakültəsində təhsil almışdır. Azərbaycanın kino tarixində ilk qadın kinorejissorlardan biridir. Diplom işi "Nəğmə dərsi"dir. 1974-1998-ci illərdə "Azərbaycanfilm" kinostudiyasında quruluşçu-rejissor işləmişdir. Filmləri bir sıra kinofestivallarda mükafatlara layiq görülmüşdür. "Molodost-80", Kiyev şəhəri - priz və diplom, 1981 Yerevan şəhəri, lX Televiziya filmləri festivalı Baş priz. G.Əzimzadənin ilk mühüm ekran işi R.İbrahimbəyovun ssenarisi əsasında çəkdiyi "Nəğmə dərsi" qısametrajlı bədii filmdir
Anarın "Dantenin yubileyi" povesti əsasında quruluş verdiyi eyniadlı film 1978-ci ildə ekranlaşdırılıb və maraqla qarşılanıb. Onun "Təkcə adanı özünlə apara bilməzsə" adlı bədii filminin əsas mövzusunu insana və təbiətə məhəbbət təşkil edir. Rejissora böyük uğur qazandıran bu film 1980-1981-ci illərdə fəxri mükafatlara layiq görülüb. Bunlardan başqa, G.Əzimzadə "Qaladan tapılan mücrü", "Ötən ilin son gecəsi", "İmtahan", "Qətl günü" kimi maraqlı filmlərin də quruluşçu rejissorudur. Onun "Müqəddəs oda yanaram" və "Ümid" adlı yeni dövr filmlərində Qarabağ müharibəsinin gətirdiyi faciələr və insanın həyatda yerini tapması kimi mühüm mövzular öz əksini tapıb.
 

Tarixdə bu gün - 7 dekabr

 


Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz