» » Tarixdə bu gün - 29 noyabr

Tarixdə bu gün - 29 noyabr

Müəllif: Vüsal от 29-11-2017, 00:15
 
29 noyabr

İlin 333-cü günü (uzun illərdə 334-cü).
İlin sonuna 32 gün qalır.

Mühüm hadisələr:

1920 – Azərbaycan SSR İnqilab Komitəsinin qərarı ilə kənd və nahiyə inqilab komitələri ləğv edilmiş, onların yerində kənd və nahiyə yoxsul komitələri yaradılmışdır.
1920 – XI Qızıl Ordu İrəvana daxil olmuş, Ermənistanda sovet hakimiyyəti qurulmuşdur.
1929
– Amerikan təyyarəçi Riçard Bird ilk dəfə Cənub Qütbü üzərindən uçmuşdur.
1984 – BMT son bir ildə 300 000 efiopiyalının aclıqdan öldüyünü rəsmən açıqlamışdır.

Doğum günləri:

1919 - Azərbaycanın Xalq rəssamı və milli rəssamlıq sənətinin ən parlaq nümayəndələrindən biri olan Mustafayeva Güllü Hacı Naim Mustafa qızı Türkmənabad Tarixdə bu gün - 29 noyabrşəhərində anadan olmuşdur. G.Mustafayevanın anası Nabat xanım S.Ə.Şirvaninin nəslindən olub . 1902-ci il Şamaxı zəlzələsindən sonra G.Mustafayevanın atası Hacı Naim Mustafa ailəsi ilə Türkmənistanın Türkmənabad şəhərinə köçmüşdür. 1927-ci ildə Hacı Naim Mustafa ailəsi ilə Türkmənistandan Bakıya, İçərişəhərə köçmüşdür.
Güllü Mustafayeva 1938-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Texnikumunu bitirmişdir. Rəssam öz yaradıcılığında ən müxtəlif janrlara müraciət etmişdir. Tematik tablolar və portretlər yaratmışdır: "Leyli və Məcnun məktəbdə" (1941), "Professor Y. Musabəyovanın portreti" (1957), "Paris. Rəssamlar meydanı" (1961). Güllü Mustafayevanın peyzaj janrında çəkdiyi rəsmlər emosional ifadəliliyi ilə seçilir.
1947-ci ildə yaratdığı "Məhsəti Gəncəvi” portreti rəssamın yaradıcılığında xüsusi yer tutur. Güllü Mustafayeva bu əsərdə bir neçə məsələni ustalıqla həll etmişdir. Şairənin geyimi, otağın quruluşu, interyer ənənəvi şərq mədəniyyətini düzgün əks etdirir. Məhzəti Gəncəvinin duruşu, gərgin pozası, üzünün demək olar ki, üsyankar ifadəsi şairənin öz dövrü ilə müqayisədə yüksək intellektə və cürətə malik olduğunu biruzə verir. Bu obrazın xüsusiyyətləri ilə gənc rəssam ölkəsinin yaşadığı çox burulğanlı bir periodda sözlə ifadəsi olduqca təhlükəli olan fikirləri əks etdirə bilmişdir.
Güllü xanım Mustafayevanın yaradıcılığında uşaq portretləri xüsusi silsilə - (məsələn, "Bizim uşaqlar" silsiləsi) təşkil edir.
1973-cü ildə Azərbaycan SSR Əməkdar rəssamı adına layiq görülmüşdür.
Güllü Mustafayevanın əsərləri Azərbaycan Dövlət İncəsənət Muzeyində və Azərbaycan Dövlət Şəkil Qalereyasında saxlanılır.
18 may 1994-cü ildə 74 yaşında Bakıda vəfat etmişdir.

1928- Azərbaycanlı rəssam, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, SSRİ xalq rəssamı, Bakı Beynəlxalq Multikulturalizm
Tarixdə bu gün - 29 noyabrMərkəzi Himayəçilik Şurasının üzvü Tahir Teymur oğlu Salahov Bakı şəhərində anadan olub. 1957–ci ildə V.İ.Surikov adına Moskva Dövlət İncəsənət İnstitutunu rəssam–nəqqaş peşəsi üzrə bitirib.
1960–1961–ci illərdə Azərbaycan Rəssamlar İttifaqının məsul katib vəzifəsində, sonra 1963–74–cü illərdə isə M.Ə.Əliyev adına Azərbaycan Dövlət Teatr institutunda dosent, professor vəzifələrində çalışıb. Sənətkar 20 il Rəssamlıq Atelyesinə rəhbərlik edib, 1980–1992–ci illərdə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunun rəssamlıq və kompozisiya kafedrasının müdiri olub.
Onu müasir Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndəsi adlandırmaq daha düzgün olardı. Sevənləri, hər kəs onu realist rəssam kimi tanıyır. O elə bir sənətkardır ki, həyatın sərt və məsuliyyətli məqamlarını kətan üzərində böyük ustalıqla canlandıra bilir. T.Salahov seçdiyi sənətdə fikrin, düşüncənin sözsüz ifadəsinin qüdrətini yarada bilir.
Boyakarlıq sənətinin parlaq nümayəndəsi, mövzu və janr zənginliyi, bədii forma əlvanlığı və estetik kamilliyinə görə bütün zamanlarda öz fərqliliyi ilə seçilib. Təsadüfi deyildir ki, bu gün sənətkarın bacarıqlı əllərinin məhsulu olan əsərlər dünyanın mötəbər muzeylərində və qalereyalarında, şəxsi kolleksiyalarda saxlanılır.
Yaratdığı əsərlərlə milli mədəniyyətimizin təbliğinə özünəməxsus töhfələr verən görkəmli Azərbaycan rəssamı Tahir Salahovun 80 illik yubileyinin keçirilməsi haqqında bu yaxınlarda dövlət başçısı İlham Əliyev sərəncam imzalayıb.
 
Tarixdə bu gün - 29 noyabr
Sənətkarın fırçasının məhsulları olan "Səhər eşelonu" və "Rezervuar parkı" adlı sənaye peyzajları, "Abşeron qadınları" və "Aydan" tabloları, əsrin taleyinə görə məsuliyyət daşıyan insanın fəlsəfi portreti adlandırılan bəstəkar Dmitri Şostakoviçin, şair Rəsul Rzanın, bəstəkar Fikrət Əmirovun portretləri də istər peşəkarlar, istərsə də sənətsevərlər tərəfindən böyük maraqla qarşılanıb.
Bu əsərlərin hər birində qəhrəmanların mənəvi zənginliyi, tutduğu ustalıq zirvəsindən asılı olmayaraq bir sadəlövhlüyü əks olunur. Sənətkarın özünü rəssam kimi sınadığı ilk əsəri kətan üzərində əks etdirdiyi "Gecə növbəsindən qayıdanlar" adlı diplom işi olub. Sənətkarın məhz bu tablosu təsviri sənətdə "Sərt üslub" deyilən yeni istiqamətin ilk nümunələrindən biridir.
Tahir Salahov Azərbaycan Rəssamlıq Akademiyasında bakalavrlar və magistrlər buraxılışı üzrə dövlət komissiyasına sədrlik edir. Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi üzrə Dövlət Komissiyasının, Heydər Əliyev Mükafatı Komissiyasının üzvüdür. Azərbaycan Ensiklopediyasının redaksiya heyətinə də daxildir. Moskvada isə Rusiya Federal Məclisi Federasiya Şurasının sədri yanında Mədəniyyət Şurasının üzvü seçilib.
Azərbaycan Prezidenti İlham Əliyev 2008-ci il noyabrın 27-də Tahir Salahova "Heydər Əliyev" ordenini təqdim etmişdir.
8 iyul 2011-ci il tarixində Tahir Salahov Avropa Elm və İncəsənət Akademiyasının incəsənət bölməsi üzrə həqiqi üzvü seçilib

 

1965- Rus əsilli Azərbaycanın Milli Qəhrəman Yuri Petroviç Kovalyov Göyçay rayonunda rus ailəsində anadan olmuşdur. 1972-ci ildə ailəliklə Rusiyanın Krasnodar
Tarixdə bu gün - 29 noyabrvilayətinə köçmüş, 5 ildən sonra isə Bakıya qayıtmışlar. 11 yaşında olarkən idman ustası və Azərbaycanın əməkdar məşqçisi Ravil Cəlilovun rəhbərliyi ilə futbol məktəbinin ixtisaslaşdırılmış sinfində sevdiyi idman növünün sirlərinə yiyələnmişdi. Hələ futbol məktəbində oxuyarkən bacarıqlı qapıçı kimi formalaşan Yura öz çevikliyi ilə yoldaşları arasında fərqlənirdi O, iki dəfə Bakı çempionu olmuş, Respublika və Ümumittifaq turnirlərində Bakının gənclərindən ibarət yığma komandasının qapısını qorumuşdu.
1981-ci ildə Bakının Nizami rayonundakı 229 saylı orta məktəbi bitirmişdir.[1983-cü ildə Pribaltika hərbi dairəsinin sıralarına çağırılmış, hava desant qoşunlar xidmət etmiş və 1985-ci ildə ordudan tərxis olunmuşdur.
O, 1990-cı il sentyabr ayının 15-də Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Polis Dəstəsinə qəbul edilir, Azərbaycanın bir çox döyüş bölgələrində mərdliklə vuruşur. Kovalyov Goranboy rayonunun kəndlərinin azad edilməsində böyük şücaət göstərmişdir ] Düşmən tərəfindən "Əsədovun bandası” adlandırılan XTMD-nin əməkdaşları ilə düşmənin rahatlığını əlindən almışdı.Düşmən snayperləri onu dağlar, daşlar arasında da axtarırdı. Başına yüz min rubl qiymət qoyulmuşdu.
1991-ci ilin aprel ayıda döyüş zonalarında fərqlənmiş bir qrup OMON-çunu mükafatlandırmaq üçün Daxili İşlər Nazirinin müavini Rəhim Quliyev və nazirliyin şöbə rəisi Həmid Cəfərov XTMD-yə gəlmişdilər. Mərasimdə çıxış edən Həmid Cəfərov 1991-ci il aprel ayının 3-də respublikanın xalq deputatlarından Aydın Məmmədovun, Tamerlan Qarayevin, Ramiz Fətəliyevin və bir sıra rəsmi şəxslərin və özünün vertolyot qəzasına uğramalarından söhbət açaraq vertolyotdakıların xilas olmasında Yura Kovalyovun yüksək peşə səriştəliyi nümayiş etdirməsini xüsusilə qeyd etdi.
Yura Kovalyov Şuşanın Qaladərəsi kəndində Azərbaycan jurnalistlərini müşayiət edərkən, gözlənilmədən ora Ermənistan vertolyotu enmiş və vertolyotdakı xarici müxbirlər onunla görüşmək istəmişlər. Xarici jurnalistlər Kovalyovu suala tutmuşlar:
" — Siz russunuzmu?
— Bəli, mən rusam, Azərbaycan isə vətənimdir"
1991-ci il 3 oktyabrda digər OMO N-çu dostları: Sergey Barınin, Andrey Kudenin, Aleksandr Abramovla birlikdə Ağdam ərazisində Xocavənddən növbəti tapşırıqdan qayıdanda içində olduqları UAZ-ı ermənilər fasiləsiz olaraq atəşə tuturlar. Yura Kovalyov bu döyüşdə qəhrəmancasına həlak olur,
Qəhrəman tankçı Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Bakı şəhərindəki 229 saylı orta məktəb onun adını daşıyır.
  

Tarixdə bu gün - 29 noyabr


Vəfat etmişdir:


2010  — Azərbaycan diktoru, Azərbaycan respublikasının Xalq artisti Fatma Ağacabar qızı  Cabbarova 90 yaşında Bakıda vəfat etmişdir.

Fatma Cabbarova 7 noyabr 1920-ci ildə  Bakıda anadan olmuşdur.

 

 Azərbaycan Dövlət Pedaqoji İnstitutunu (1941) və Azərbaycan Dövlət İncəsənət İnstitutunu (1950) bitirmişdir. 1941-1991-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində işləmiş, Azərbaycan radiosunun diktoru olmuşdur.  İnformasiya, xəbərlər, siyasi və ədəbi mövzuda verilişlərin aparıcısı olmuşdur. Azərbaycan və dünya dramaturqlarının əsərlərini ilk dəfə radioda səsləndirmiş və radio kompozisiyalarında çıxış etmişdir.


Tarixdə bu gün - 29 noyabr

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz