» » Tarixdə bu gün - 25 sentyabr

Tarixdə bu gün - 25 sentyabr

Müəllif: Vüsal от 25-09-2016, 00:00
25 sentyabr

 İlin 268-ci günü

İlin sonuna 97 gün qalır.


Doğum günləri:


Tarixdə bu gün - 25 sentyabr1872- Görkəmli dövlət xadimi, alim, diplomat Adil xan Əbülfət ağa oğlu Ziyadxanov Gəncə şəhərində anadan olmuşdur.

1908-də Şərqi və Qərbi Avropa ölkələrinə səyahət edib və gördüklərini "Avropada üç aylıq bir səyahətim" adıyla Gəncədə nəşr etdirib. Azərbaycan Cümhuriyyəti qurulduqdan sonra xarici işlər nazirinin müavini təyin edilib. Xarici işlər naziri Ə.B.Topçubaşov İstanbulda olduğundan, A.Ziyadxanov  nazir vəzifəsini icra edib. 16.11.1918-də Bakıya gələn İngiltərə hərbi qüvvələrinin komandanı, general V.Tomsonu Azərbaycan hökuməti adından A.Z. qarşılayıb və onunla danışıqlar aparıb. Az sonra baş nazir və xarici işlər naziri təyin edilmiş Fətəli xan Xoyskinin müavini olan A.X.Ziyadxanov gənc dövlətin xarici siyasətinin formalaşmasında mühüm işlər görüb.

Qonşu ölkədə işlərkən çox məhsuldar diplomatik fəaliyyət göstərib 15 yanvar 1920-də Azərbaycan Cümhuriyyətinin ilk fövqəladə və səlahiyyətli səfiri kimi Tehrana ayaq basıb və bununla iki ölkə arasında diplomatik əlaqələr daha da genişlənib.

O, İranda olarkən özünün ana dilimizdəki "Azərbaycan: tarixi, ədəbiyyatı və siyasəti" adlı kitabını yerli soydaşlarımız arasında pulsuz payladıb, "Qələmin uçuşu" adlı iki hissəlik kitabınısa fars dilində nəşr etdirərək Azərbaycanın azadlıq uğrunda çarpışmasından ətraflı danışıb. Bu kitablar Şeyx Məhəmməd Xiyabaninin azadlıq hərəkatına (04-10.1920) səfirin çox incə töhfəsiydi.

Cümhuriyyət süquta uğradıqdan sonra Bakıya qayıtmayaraq Tehranda qalıb. 22 iyun 1921-də Sovet hökuməti onun diplomatik fəaliyyətini dayandırıb. Bundan sonra Tehran bələdiyyə idarəsində Sosial Təminat Nazirliyində, Təbrizdə dəmiryolu və gəmiçilik idarəsində müxtəlif vəzifələrdə çalışıb.

1934-də İstanbula köçüb və ömrünün qalan hissəsini Türkiyədə yaşayıb, İstanbul Universitetində dərs deyib. Adil xan Ziyadxanov 1954-cü ildə İstanbulda vəfat etmişdir.

Tarixdə bu gün - 25 sentyabr 1890 - Məşhur folklorçu Əbülqasım Hüseynzadə Bakıda anadan olmuşdur. 

Əbülqasım Hüseynzadənin Azərbaycan folklorunun toplanması və nəşri sahəsində mühim xidmətləri vardır. Onun "Atalar sözləri" kitabı Sovet hakimiyyəti illərində nəşr olunmuş ilk Azərbaycan atalar sözü kitabıdır. Sonrakı illərdə o, "Atalar sözü", "El sözləri", "Hikmətli sözlər", "Müdrik sözlər", "Müxtəsər rusca-azərbaycanca və azərbaycanca-rusca atalar sözü lüğəti" (B.Thirbəyovla birgə), "Atalar sözü və zərb-məsəllər" və başqa kitabları çapa hazırlayaraq nəşr etdirmişdir.

Onun topladığı atalar sözləri, məsəllər rus və Ukrayna dillərinə tərcümə olunmuşdur.

Azərbaycan folkloru sahəsində göstərdiyi xidmətə görə ona 1981-ci ildə Azərbaycanın Əməkdar mədəniyyət işçisi fəxri adı verilmişdir. Onun  böyük qayğıyla topladığı  folklor nümunələri rus və ukrayna dillırinə də tərcümə olunmuşdur.

Əbülqasım Hüseynzadə 2 sentyabr 1988-ci ildə Bakıda vəfat etmişdir.

 

 1928 - Azərbaycan kinorejissoru, televiziya rejissoru, aktyor, Əməkdar incəsənət xadimi Arif Hacı oğlu Babayev Bakı şəhərində - İçərişəhərdə anadan olmuşdur .

Arif Babayev 1947-1953-cü illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsində təhsil almışdır. 1956-1968-ci illərdə Azərbaycan Dövlət Teleradio Komitəsində, 1968-ci ildən Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında bir neçə bədii filmin quruluşunu vermişdir.

 Arif Babayev Azərbaycan kinosunda "müəllif" kinosunun nümayəndələrindəndir.

Arif Babayev 26 avqust 1983-cü ildə 54 yaşında vəfat etmişdir.

Rejissor Vasif Babayevin qardaşıdır.

Xalq şairi  Vaqif Səmədoğlu Arifin həm ən yaxın dostlarından biri,  həm də  onun rejissorluğu ilə səhnə həyatı qazanan  məşhur "Gün keçdi" filmindəki  məşhur mahnı mətnlərinin müəllifi idi. O, dostunun  vəfatından mütəssir olaraq demişdir:

- O, mənim üçün İçərişəhərin obrazı idi. Qəribə həssaslığı vardı. Kiməsə, xüsusən də dostlarına əl verməzdi. Bəlkə elə bu səbəbdən də düz-əməlli ayrıla bilmədik.

Əlimiz ona uzanılı qaldı. 

  

1935-Filosof, ruhaniyyatçı Əfəndiyev Asif Qasım oğlu (Asif Ata - İnam Ata) Qərbi Azərbaycanda anadan olmuşdur.

Mütləqə İnam dünyabaxışının, təliminin yaradıcısıdır.

M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunda, Dillər Universitetində, Bakı Musiqi Akademiyasında, Bakı Dövlət Universitetində Qərb ədəbiyyatı, rus ədəbiyyatı, estetika, fəlsəfə, incəsənət tarixi fənlərindən mühazirələr oxuyub. Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda baş elmi işçi vəzifəsində işləmişdir (1969-1975).

Mətbuatda ilk dəfə 1952-ci ildə "Azərbaycan pioneri" jurnalında dərc olunan "Məktəb xatirələri" şeiri ilə çıxış etmişdir. 1952-1957-ci illərdə Moskvadakı M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda oxuyub. Təhsil illərində müstəqil olaraq dünya tarixini, ədəbiyyatını, fəlsəfəsini, dinlərini, musiqisini, incəsənət tarixini – bir sözlə, özünəcən insanlığın yaradıb ortaya qoyduğu bütün dəyərli bilikləri mənimsəyib.

Asif Ata 1997-ci ildə vəfat etmişdir.

Məzarı Ağstafadadır.


1969- Millət vəkili Adil Abış oğlu Əliyev Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Maxta kəndində anadan olmuşdur.

2005-2010 - 2015-ci illərdə  Nəriman Nərimanov rayonu üzrə 20 saylı II seçki dairəsindən I, IV və V şağırış  Azərbaycan Respublikası Milli  Məclisinin deputatı  seçilmişdir.

Milli Məclisin Təhlükəsizlik və Müdafiə məsələləri daimi komissiyasının üzvü, Azərbaycan-Hollandiya parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun rəhbəri, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun üzvü, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun üzvü, Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun üzvü, Türkiyə parlamentlər arası əlaqələr üzrə İşçi qrupunun üzvüdür.

Aqil Əliyev həmdə Azərbaycan Kiqboksinq  Federasiyasının Prezidentidir.

Ailəlidir, 3 övladı var.

 

Vəfat etmişdir:

Tarixdə bu gün - 25 sentyabr1991  - Görkəmli yazıçı-jurnalist, alim, professor, publisist, Azərbaycanda Jurnalistika fakültəsinin əsas yaradıcılarından biri və ilk dekanı, yaşadığı dövrün incəsənət xadimləri sırasında uca zirvə tutmuş sənətkar Nurəddin Həsən oğlu Babayev Bakıda vəfat etmişdir.

Nurəddin Babayev 1921-ci ildə Gəncədə anei, Əmək və müharibə veteranı, onlarla mükafatlar laureatıdır.Nurəddin Babayevin yaradıcılığı olduqca çoxşaxəli xarakter daşıyır. Nurəddin müəllimin bir sıra əsərləri rus, alman, ingilis, fransız, ispan, polyak, bolqar, macar və s. dillərə tərcümə olunmuşdur. Ədəbi fəaliyyətə 1939-cu ildə başlamış, bundan sonra məqalə, oçerk və hekayələri tez-tez müxtəlif qəzetlərdə dərc edilirdi."Əbədi qəhrəmanlıq" adlı ilk kitabı 1945-ci ildə çap olunmuşdur. Onun ədəbi yaradıcılığında gənclərin təlim-tərbiyəsinə həsr edilmiş əsərləri xüsusilə diqqətə layiq olub, çoxeat" dərsliyinə daxil edilmişdir. Nurəddin müəllimin bu qəbildən əsrləri böyük məna ilə dolğun olub və saf milli tərbiyəvi ruhda yazılmışdır. Nurəddin Babayev "Biz Azərbaycandanıq", "Ürəyimdə sözüm var", "İzləri itirmirik" kitablarında isə sadə və səmimi insan həyatlarından bəhs edib insan həyatının keşməkeşlərlə dolu olduğu haqda yazır və bu kitablarda məhz ağır həyat anlarında insanın layiqli qərarlar vermək, başını uca tutmaq, vətənə, ailəyə sadiq olmaq kimi məsələlərə toxunur.

Moskvada böyük tirajla çap olunan "Звезды не гаснут" ("Ulduzlar Sönmür") və "На дорогах жизни" ("Ömür Yollarında") əsərləri geniş oxucu kütləsi tərəfindən alqışla və müəllif şəxsiyyətinə böyük rəğbətlə qarşılandı. Nurəddin müəllimin kitablari daima xalqımızın sevimli əsərlərindən olub, ictimayətimizə olduqca güclü və müsbət təsir göstərib.


1991- Azərbaycanıne Milli Qəhrəmanı Sərdar Mədəd oğlu Səfərov Vətən uğrunda döyüşlərdə həlak olmuşdur.

Sərdar Səfərov 12 avqust 1960-cı ildə Kəlbəcər rayonunda anadan olmuşdur. 1977-ci ildə burada məktəbi bitirmiş və kolxozda işləmişdir. 1979- 1981-ci illərdə hərbi xidmətdə olmuşdur. 1987-ci ildə SSRİ-nin Kaunas Xüsusi Milis Məktəbini bitirərək 1991-ci ildə Vətənə dönmüş və Qusar rayonunda sahə müvəkkili işləməyə başlamışdır.

1991-ci il 25 sentyabr erməni terrorçuları Əsgəran rayonu ərazisində "QAZ-53" markalı sərnişin avtomobilinə hücum etmişdilər. Buraya göndərilən istintaq qrupunun müstəntiqi Sərdar Səfərov idi. Hadisə yerindən qayıdan istintaq qrupu Xankəndi yaxınlığında erməni yaraqlılarının hücumuna məruz qaldılar. Sərdar yoldaşlarını xilas edərək qəhrəmancasına həlak olmuşdur. 

Ailəli idi, ölümündən üç ay sonra bir qızı dünyaya gəlmişdir.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Sərdar Mədəd oğlu Səfərov ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.

Kəlbəcər rayonunda  dəfn edilmişdir.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz