» » Tarixdə bu gün - 5 noyabr

Tarixdə bu gün - 5 noyabr

Müəllif: Vüsal от 5-11-2017, 00:15
 
5 noyabr

İlin 309-cu günü (uzun illərdə 310-cu).
İlin sonuna 56 gün qalır.

Mühüm hadisələr:

1964 — SSRİ və Türkiyə arasında mədəni əlaqələrə dair saziş imzalanmışdır..
2005 — Azərbaycanda parlament seçkiləri keçirilmişdir.
2006 — İraq prezidenti Səddam Hüseynə ölüm hökmü çıxarılmışdır.
2007 — Abdullah Gül Türkiyə prezidenti vəzifəsində xarici ölkəyə ilk rəsmi səfərini Azərbaycana etmişdir.
2008 — Barak Obama ABŞ Prezidenti seçilmişdir.

Doğum günləri:

Tarixdə bu gün - 5 noyabr1948 — Şair, qəzəlxan Baba Pünhan Bakı şəhərinin Kürdəxanı qəsəbəsində dünyaya göz açıb.
Hələ 1967-ci ildə metroda işləyərkən"Metro" qəzetində kiçik həcmli şerləri və qəzəlləri çap olunub. İlk qəzəlini isə 13-14 yaşında ikən yazıb. Yaradıcılığa lirik qəzəllərlə başlamış, nəzm formasında bir neçə poema, sərbəst şeir, məhəbbət ruhlu qəzəllər yazıb yaratmışdır.
1990-cı illərdə lirikaya satirik ruh gətirməklə bu gün satirik şair adını almaq əzmini qazanıb. Dövründə baş vermiş haqsızlıqlara qarşı öz mübariz qəzəlləriylə üsyan edib. 2 il müddətində "Zarafat" qəzetində çalışıb. Sonralar "Tək səbr", "525-ci qəzet", "İmpuls", "Oxu məni", "Yeddi gün", "Azadlıq", "Şəhriyar", "Bakı Xəbər", "Etimad", "Qətiyyət", "Politika", "Olaylar", "Bakının səsi", "Dünya", "Yeni Müsavat", "Qoroskop", "Dəryaz", "Arı", "Ekspress", "Vəhdət", "Nəbz" və "Ədalət" qəzetlərində çap olunub.
1995-ci ildə Hacı Mailin rəhbərliyi ilə təşkil olunmuş "Füzuli məclisi"nə dəvət olunub. 1996-cı ildə "Təzəpir" məscidində təşkil olunmuş yığıncaqda mükafatlar təltif olunarkən, Füzuli məclisinin fəal iştirakçısı kimi "Paklıq" mükafatına layiq görülüb. 1997-ci il fevral ayında Məşhəd şəhərinə ziyarətə gedib. 1998-ci il noyabr ayının 5-də "Vahid evi"ndə onun 50 illik yubileyi keçirilib. Həmin il "ANS" kanalının "Qulp" verlişinə dəvət alıb. Bu verilişdə "Lirika" rublikasında satirik qəzəllərini oxumaqla xalqla yaxın bir ünsiyyət yaradıb.
1998-ci ildə "21-ci gənclik dərgisi"ndə, 1999-cu ildə "Azərbaycan" jurnalında, 2004-cü ildə "İRS-наследие" jurnalında bir neçə şeiri işıq üzü görüb. 2004-ci ildə İranda çap olunan kitabda onun qəzəlləri də yer alıb.
2000-ci ildə Həcc ziyarətinə gedib. Gələndən sonra Mərkəzi Klinik Xəstəxanasında ürəyi üzərində cərahiyyə əməliyyatı aparılıb (1991-ci ildə ürəyində geniş əhatəli infarkt olub).
3 noyabr 2000-ci ildə B.Pünhanın "Acı həqiqət" kitabı işıq üzü görüb.
2000-ci ildə "Azərbaycan" jurnalı tərəfindən "Hikmət Ziya" adına mükafata layiq görülüb. 2000-ci il sentyabr ayında "Yalan çeynəyə-çeynəyə" adlı kitabı çap olunub. Həmin ildə AYİ tərəfindən satirik yazılar üzrə ilin qalibi elan olunub.
2002-ci ilin avqust ayında şairin "Mən nə dedim ki..." kitabı oxuculara təqdim olunub.
2004-cü ildə "Kim nə götürdü" adlı kitabını nəşrə çapa verib, kitabın çapına nəzarət edərək demək olar ki, çapdan çıxacaq bütün formasını, yəni tam şəklini görüb.
2004 aprel ayının 5-də "Mərkəzi Kliniki xəstəxana"sında ürəyində yenidən əməliyyat aparılıb. 2 gün sonra evə dönən şairin aprelin 8-də səhər tezdən halı pisləşib və o "koma" vəziyyətinə düşüb. 9 gün komada süni nəfəsvermə ilə saxlanılıb. Aprel ayının 17-si ürəyi süni nəfəsdən imtina edib. Qəbri Kürdəxanı qəsəbəsindədir.
 

Tarixdə bu gün - 5 noyabr1962 – Məşhur  muğam ifacısı,   Xalq artisti  Mələkxanım Əyyubova  Şamaxıda anadan olmuşdur.

1969-cu ildən 1979-cu ilədək Bakıdakı 155 saylı ota məktəbdə təhsil almışdır.

Qarmon ixtisası üzrə 5 illik musiqi məktəbini bitirmişdir. Ə.Cavanşirovun rəhbərlik etdiyi uşaq xorunun solisti olmuşdur. 1979-cu ildən 1984-cü ilə kimi M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət Universtetinin "Musiqili komediya aktyorluğu" fakültəsində təhsil almışdır. 1980-cı ildən 1985-ci ilədək "İrs" folklor ansamblının, 1985-ci ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində S.Rüstəmov adına Xalq Çalğı Alətləri orkestrinin solisti olmaqla yanaşı, C. Qaryağdıoğlu adına muğam üçlüyündə çalışmışdır.

Dünyanın bir çox ölkələrində – ABŞ, Almaniya, Avstraliya, Fransa, Türkiyə, Rumıniya, Belorusiya, Latviya, İsveç, İraq, Hollandiya, Belçika, Rusiya və s. konsert proqramları ilə çıxış etmişdir.

1995–ci ildə Azərbaycan Dövlət Opera və Balet Teatrında Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operasında Leyli rolunun ifaçısı olmuşdur.

10 ildən artıqdır ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində muğam ixtisası üzrə dosent vəzifəsində çalışır. Azərbaycanın əməkdar və xalq artisti adına layiq görülmüşdür.

Almaniya, Fransa və Türkiyədə muğam albomları buraxılmışdır.

Heydər Əliyev Fondunun mükafatçısıdır. 2016-cı ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür.

1 may 2017-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.


Tarixdə bu gün - 5 noyabr1975—Qadınlar arasında qrossmeyster (1994), FİDE hakimi (2016),  SSRİ çempionu (1991) və 18 yaşa qədər qızlar arasında ikiqat dünya çempionu  İlahə Qədimova 1975-ci ildə Gəncə şəhərində anadan olub.

1992-ci ildə 18 yaşa qədər qızlar arasında şahmat üzrə dünya çempionatında qalib olub, 1993-cü ildə 18 yaşlı qızlar kateqoriyasında ikinci dəfə dünya çempionu olub.

1994-cü ildə İlahəyə qadınlar arasında beynəlxalq qrossmeyster adı verilib.

1995-ci ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikasında bədən tərbiyəsi və idmanın inkişafındakı xidmətlərinə görə "Tərəqqi medalı" ilə təltif olunub.

Azərbaycanın qadınlardan ibarət yığma komandasının heyətində iki Şahmat Olimpiadasının (1992, 1994) və üç milli komandalar arası Avropa çempionatının (1992, 1997, 2007) iştirakçısı olub.

2006-cı ildə Belçikanın Eypen şəhərində dairəvi sistemlə keçirilmiş beynəlxalq turnirin bürünc mükafatını qazanıb. Eyni ildə Türkiyənin Quşadası şəhərində keçirilmiş şahmat üzrə VII şəxsi Avropa çempionatında iştirak edib.

2008-ci ildə Rusiyanın Nalçik şəhərində olimpiya sistemi ilə keçirilmiş şahmat üzrə qadınlararası dünya çempionatında iştirak edib. Çempionatın ilk turunda almaniyalı şahmatçı Elizabet Petçlə qarşılaşan Qədimova, iki görüşün nəticəsinə görə rəqibi ilə heç-heçə edib. Belə vəziyyətdə qalibi müəyyənləşdirmək üçün blits-oyunun keçirilməsinə ehtiyac yaranıb. Həlledici görüşdə rəqibinə məğlub olan İlahə çempionatda iştirakını dayandırıb.

2016-cı ilin sentyabrında Bakıda keçirilmiş FİDE-nin 87-ci konqresi zamanı İlahə Qədimovaya FİDE hakimi titulu verilib.

Qədimova Bakıdakı Xarici Dillər İnstitutunu (hazırki Azərbaycan Dillər Universiteti) bitirib. Daha sonra Maltada — Diplomatik Kollecdə təhsil alıb.

1990-cı illərin ortalarında Azərbaycan Xarici İşlər Nazirliyi sisteminə işə qəbul olunaraq diplomatik fəaliyyətlə məşğul olub. Azərbaycanın Avropa ölkələrindəki səfirliklərində, o cümlədən Maltadakı diplomatik korpusda çalışıb.

2008-ci ildən sonra aktiv şahmat fəaliyyətindən uzaqlaşıb.

Mətbuata verdiyi müsahibələrindən birində Qədimova diplomatiya işinə Azərbaycanın keçmiş xarici işlər naziri Həsən Həsənov tərəfindən dəvət olunduğunu deyib.

 

İlahə xarici vətəndaşla ailə qurub,  hazırda Avropada yaşadığı bildirilir.

 

 

Vəfat etmişdir:
 

Tarixdə bu gün - 5 noyabr1993  — Azərbaycanın Milli Qəhrəmanı Rafiq Cəfər oğlu  Alıcanov Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur.

 Muğanlı kənd orta məktəbini bitirdikdən sonra Kalininqrad şəhərinə gedərək Ali Hərbi Məktəbə daxil olmuşdur. 1988-ci ildə təhsilini bitirib Ukraynada ixtisası üzrə işə başlamışdır. 1988-ci ildə Qarabağ müharibəsi başlayan zaman Azərbaycana geri dönmüşdür. Gənc zabitin hərbi təcrübəsi nəzərə alınaraq, Tovuz rayonunda yerləşən hərbi birləşmələrin birində mühəndis xidməti rəisi vəzifəsinə təyin edilir.[1] Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Kəlbəcər, Ağdam, Tərtər, Füzuli, Zəngilan rayonlarında və Naxçıvan MR-da döyüşlərdə iştirak etmişdir. Kapitan rütbəsinə yüksəlmişdir. 5 noyabr 1993-cü ildə Füzuli rayonunun Kürdmahmudlu kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Köçəvəlli kəndində dəfn edilmişdir.

Azərbaycan Respubliksı Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə kapitan Rafiq Cəfər oğlu Alıcanov ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı  fəxri adına layiq görülmüşdür.

Köçəvəlli kənd orta məktəbi onun adını daşıyır. Köçvəlli kənd orta məktəbində və Ağstafa şəhərinin mərkəzində büstü var. Büstün qoyulduğu ərazidə yerləşən park onun adını daşıyır. Eyni zamanda Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsində və Ağstafa rayonunun mərkəzində adına küçə verilmişdir.

Rafiq Aıcanovun qəhrəmanlığından, keçdiyi həyat yolundan bəhs edən Güləmail Muradla Salatın Əhmədlinin "Vətən sağ olsun" şeir kitabı və Fəridə Ləmanin "Lalələr şəhid qanı" poeması işıq üzü görmüşdür. Haqqında müxtəlif qəzetlərdə məqalələr nəşr olunmuş, Qarabağ uğrunda gedən döyüşlərdə göstərdiyi igidliyinə görə (ölümündən sonra) bir sıra diplomlarla təltif olunmuşdur.

2013-cü ildə onunla yanaşı Qazax rayonundan olan digər iki Milli Qəhrəman - Mərifət Nəsibov və Şamoy Çobanovun həyat və döyüş yollarından bəhs edən "Qartal yuvası" sənədli-bədii filmi çəkilmişdir.

2015-ci ildə Qazax və Ağstafada doğulub boya-başa çatmış üç igidin — Mərifət Nəsibov, Rafiq Alıcanov və Şamoy Çobanov haqqında "İZ Production” studiyası tərəfindən "Ölümə qənşər” adlı bədii-sənədli film çəkilmişdir. Ekran əsərində onların döyüş yolundan söz açılıb, yaxın dostlarının, ailə üzvlərinin və qohumlarının xatirələrinə yer verilib.


Tarixdə bu gün - 5 noyabr2002 — Görkəmli aktyor Eldəniz Zeynalov Bakıda vəfat etmişdir.
Eldəniz Zeynalov 1937-ci ildə Bakı şəhərində anadan olub. Məşhur səhnə ustası Həsənağa Salayev onun dayısı idi. Uşaqkən dayısı ilə teatrlara ayaq açan Eldəniz özü də bilmədən səhnənin sehrinə düşür. Sonralar teatr inistutunda SSR Xalq artisti Adil İsgəndərovun sinfində dərs alır. Mirzəağa Əliyev, Mövsüm Sənani kimi dahi sənətkarların əhatəsində böyüyür. Hələ o vaxt müəllimi Adil İsgəndərov ondakı istedadı görüb 1963-cü ildə "Əhməd Haradadır” filmini çəkərkən, Eldənizi "rəngsaz Əhməd” roluna dəvət edir. Sonralar o, aktyorun sənətinə yüksək qiymət verərək, deyirdi: "Kino sənətində Eldənizin öz yeri var. "Əhməd Haradadır” filmini onsuz təsəvvür etmirəm.”
İnstitutu bitirib Akademik Dram Teatrına təyinat alan aktyor, həm teatrda, həm də "Azərbaycanfilm” kinostudiyasında paralel çalışırdı. Orda iki-üç il işlədikdən sonra yenə də doğma teatra qayıdan sənətkar ömrünün sonuna kimi burda çalışır.
Eldəniz Zeynalov həyatda da yaratdığı obrazları kimi çılğın və səmimi insan idi. Bəlkə də, buna görə çoxları deyərdi ki, o, ekranda və səhnədə elə öz həyatını oynayır. Çəkildiyi filmlərdə artıq aforizmə çevrilən zarafatları, özünəməxsus ləhcəsi, danışıq tərzi və sözləri ilə...
Aktyor 1999-cu ildə "Humay" mükafatı laureatı, 1974-cü ildə Əməkdar artist fəxri adlarına layiq görülüb.


Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz