» » Tarixdə bu gün - 1 noyabr

Tarixdə bu gün - 1 noyabr

Müəllif: Vüsal от 1-11-2017, 00:15
 

1 noyabr

İilin 305-ci günü (uzun illərdə 306-cı).
İlin sonuna 60 gün qalır.

Mühüm hadisələr:


1800 – ABŞ prezidentlərinin iqamətgahı - "Ağ ev" istifadəyə verilmişdir. Onun ilk sakini ABŞ-ın ikinci prezidenti Con Adams olmuşdur.

1906
– "Füyuzat" jurnalının ilk sayı çapdan çıxmışdır.
1922 – Türkiyə Böyük Millət Məclisinin qərarı ilə 623 il tarixi olan Osmanlı İmperiyasının mövcudluğuna son qoyulmuşdur. Sonuncu Osmanlı hökmdarı VI Mehmed taxtdan endirilmişdir.
1925 – İranda Rza xan Pəhləvi hakimiyyətə gəlmiş və bunula Qacarların hakimiyyətinə son qoyulmuşdur.
1927 – Mustafa Kamal Paşa (Atatürk) ikinci dəfə Türkiyə Respublikasının prezidenti seçilmişdir.
1950 – Azərbaycan Texniki Universiteti açılmışdır.
1998 – Avropa İnsan Haqları Məhkəməsi təsis edilmişdir.
2008 – Azərbaycan, Ermənistan və Rusiya prezidentləri "Moskva Bəyannamə"sini imzalamışlar.

Doğum günləri:

1924 – Türkiyə Respublikasının 9-cu prezidenti Süleyman Dəmirəl 90 yaşında Ankarada vəfat etmişdir.
Süleyman Dəmirəl 1924-cü il noyabr ayının 1-də İsparta şəhərində anadan olub.
1964-cü ildə "Ədalət" partiyasının rəhbəri, 1965-ci ilin fevral ayında baş nazirin müavini və həmin ilin oktyabr ayında baş nazir vəzifələrində çalışmışdır. Onun  Tarixdə bu gün - 1 noyabrtələbələrin iğtişaşı, vətəndaş anarxiyası, sol təmayüllü qüvvələrin təbliğatı və siyasi terrorizmə qarşı uğursuz cəhdləri 1971-ci ildə sağ təmayüllü hökumətin istefası ilə nəticələnmişdir.
1975-1980-cı illərdə o, yenidən fasilələrlə koalisyon hökumətin baş naziri vəzifəsində çalışmağa başlamışdır.
1980-cı ildə vətəndaş hərcmərcliyi silahlı çevrilişlə nəticələndiyi zaman (1980-1983) Süleyman Dəmirəl siyasətdən sıxışdırılıb çıxarıldı, 1987-ci ilədək isə siyasətdən tam uzaqlaşdırıldı. 1987-ci ildən o, "Doğruyol" partiyasının rəhbəri seçilmişdir.
1990-1993-cü illərdə Süleyman Dəmirəl yenidən baş nazir təyin olunmuş, 1993-2000-ci illərdə Türkiyə Cümhuriyyətinin Prezidenti seçilmişdir.
Türkiyə Cümhuriyyətinin 9-cu prezidenti Süleyman Dəmirəl 29 oktyabr 1999-cu il tarixdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin fəxri doktoru seçilmişdi.
1 noyabr 2013-cü ildə Türkiyə ilə Azərbaycan arasında dostluq əlaqələrinin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə Türkiyə Cümhuriyyətinin 9-cu Prezidenti Süleyman Dəmirəl "Şərəf” ordeni ilə təltif edilmişdir.
AMEA-nın Fəxri üzvü idi.
Türkiyə Cümhuriyyətinin 9-cu prezidenti Süleyman Dəmirəl 29 oktyabr 1999-cu il tarixdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin fəxri doktoru seçilmişdir.

Tarixdə bu gün - 1 noyabr1940 – Azərbaycanın görkəmli kino aktrisası,Azərbaycan Respublikası Xalq artisti ( , Prezident təqaüdçüsü
Elmira Balahüseyn qızı Şabanova Bakıda anadan olmuşdur. M.A. Əliyev adına ADİİ-da əvvəlcə aktyorluq (1958-1962), sonra rejissorluq fakültəsini bitirmiş (1969), müəllim və dosent işləmişdir.(1962-1997-ci illərdə). O, 1980-1995-ci illərdə "Azərbaycanfilm" kinostydiyasında 17 bədii filmdə çəkilmişdir. Radio və televiziya tamaşalarında bir sıra maraqlı obrazlar yaratmışdır. Onların arasında Anarın ssenarisi əsasında və rejissorluğu ilə çəkilmiş "Qəm pəncərəsi" filmində ustalıqla oynadığı Həmidə xanım obrazı mühüm yer tutur.

Vəfat etmişdir:


Tarixdə bu gün - 1 noyabr2012 – Görkəmli Azərbaycan coğrafiyaşünası, coğrafiya elmləri doktoru, professor Budaq Budaqov 84 yaşında Bakıda vəfat etmişdir.
Budaq Budaqov 1928-ci il 28 fevralda Qərbi Azərbaycanda Zəngibasar bölgəsinin Çobankərə kəndində anadan olmuşdur. Burada orta məktəbi bitirmişdir.
Yerevanda Azərbaycan Dövlət Pedaqoji məktəbində təhsilini davam etdirmişdir (1943-1947). Azərbaycan Dövlət Pedaqoji İnstitutunun coğrafiya fakültəsinə daxil olmuşdur (1947). Moskvada SSRİ EA Coğrafiya İnstitutunda aspiranturanı bitirdikdən sonra (1951-1955) "Cənubi-Şərqi Qafqazın şimal yamacının geomorfologiyası" adlı namizədlik (1955) və "Azərbaycanın Böyük Qafqaz hissəsinin geomorfologiyası və yeni tektonikası" adlı doktorluq (1967) dissertasiyalarını müdafiə etmişdir.
Azərbaycan Elmlər Akademiyasının Coğrafiya İnstitutunda kiçik elmi işçi (1955-1958), böyük elmi işçi (1958-ci ildən) olmuşdur. Burada Landşaftşünaslıq şöbəsinin müdiri (1967-1974), elmi işlər üzrə direktor müavini (1974-1988) işləmişdir. Hazırda həmin institutun direktoru vəzifəsində çalışır (1988-ci ildən). Azərbaycan EA müxbir üzvü (1976) və akademik (1989) seçilmişdir.

Bayramlar və xüsusi günlər:

1 noyabr Azərbaycan Kənd Təsərrüfatı İşçiləri Günü kimi qeyd olunur.
 
 

Tarixdə bu gün - 1 noyabr

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz