» » Tarixdə bu gün - 31 oktyabr

Tarixdə bu gün - 31 oktyabr

Müəllif: Vüsal от 31-10-2017, 00:15
31 oktyabr

İlin 304-cü günü
İlin sonuna 61 gün qalır.

Mühüm hadisələr

1952 - Amerika Birləşmiş Ştatları Marşal adalarında ilk hidrogen bombasının sınağını keçirmişdir.
1961
- Stalinin cənazəsi Lenin Mavzoleyindən çıxarılaraq kənarda dəfn edilmişdir.
1989 - Turqut Özal Türkiyənin 8-ci prezidenti seçilmişdir.
1992 - TÜRKSOY təsis edilmişdir.
2011 - Dünya əhalisinin sayı 7 milyard olmuşdur.
1974 - Naxçıvan hava limanının təməli qoyulub.
1992 - Ankarada türkdilli ölkələrin dövlət başçılarının birinci zirvə toplantısı (29-31 oktyabr) yekunlaşıb.
1996 - Türkiyə-Azərbaycan Dostluq Vəqfi təsis olunmuşdur.
2003 – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi andiçmə mərasimi keçirilib.

Doğulmuşdur:

1953 - Azərbaycanın Milli Qəhrəmanı Koroğlu Rəhimov Oğuz rayonunun Xaçmaz kəndində anadan olmuşdur.
1961-ci ailəsi ilə birlikdə ata-baba yurdları olan Qərbi Azərbaycanın Zəngibasar mahalının Sarıcalar kəndinə köçmüşdür. Burada təhsilini başa vurduqdan sonra isə 1969-cu ildə Azərbaycan Neft və Kimya İnstituna daxil olmuşdur.
1972-ci ildə hərbi xidmətə çağırılır. 1974-cü ildə Almaniyada hərbi xidmətini başa vurur və yarımçıq qalmış təhsilini tamamlayır.
Koroğlu Xocalı faciəsindən sonra könüllü olaraq 1992-ci il 17 mart tarixdə Milli Ordu sıralarına yazıldı. 1992-ci il 30 aprel "N" saylı bölüyə komandir təyin edilən Koroğlunun şərəfli döyüş yolu da elə bu tarixdən başladı. 13 iyun 1992-ci il Buzluq, Çartaz, Erkəç kəndlərinin azad edilməsində onun bölüyü əsl hünər göstərdi. Döyüşçülərimiz 15 erməni yaraqlısını məhv edərək xeyli silah sursat ələ keçirdilər. Koroğlu özü şəxsən dörd faşisti məhv etmişdi.
14 iyunda Köroğlunun bölüyü Mənəşlini də yaraqlılardan təmizlədilər. 15 iyunda isə Başkənd erməni işğalçılarından azad edildi. Bölüyün zəfər yürüşü davam edirdi. Madagiz və Gülüstan kəndləri də bir-birinin ardınca qəsbkarlardan təmizləndi.
1992-ci il iyul ayının 3-də Ağdərədə gedən qanlı döyüşlərin birində Koroğlu Rəhimov qəhrəmancasına həlak omuşdur.
Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli, 203 nömrəli fərmanına əsasən Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, Vətənimizin torpaqlarının erməni işğalçılarından müdafiə edilməsində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşaraq göstərdiyi şəxsi igidlik və şücaətə, öz müqəddəs əsgəri və xidməti borclarının şərəflə yerinə yetirilməsində göstərdiyi misilsiz xidmətlərə görə leytenant Rəhimov Koroğlu İsmayıl oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.
Bakının Nərimanov rayonunda küçələrdən birinə Koroğlu Rəhimovun adı verilmiş və bu küçədə onun büstü qoyulmuşdur. Oğuz rayonunun Xaçmaz kəndindəki 3№-li körpələr evi -uşaq bağçası, Oğuz şəhərində küçələrdən biri qəhrəmanın adını daşıyır. 2010-cu ildə Mədəniyyət və Turizm Nazirliyinin "Salnamə" kinostudiyasında istehsal olunan "Qarabağ qəhrəmanları" silsiləsindən 4-cü sənədli film Azərbaycanın Milli Qəhrəmanı Koroğlu Rəhimova həsr olunub.

Tarixdə bu gün - 31 oktyabr

1955 - Cahangir Zülfüqarov, kino bəstəkarı, Əməkdar incəsənət xadimi, A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının musiqi hissə müdiri

1963 - Azərbaycan bəstəkarı, dirijor, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Nadir Nəriman oğlu Əzimov anadan olmuşdur.

Tarixdə bu gün - 31 oktyabr

1969 - Azərbaycan teatr aktrisası, Əməkdar artist Mələk Abbaszadə anadan olmuşdur.
Mələk Abbaszadə 1990-cı ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kino aktyoru fakültəsini bitirib. 3 mart 1999-cu ildən Səməd Vurğun adına Rus Dram teatrın aktrisasıdır. Türkiyədə tanınmış xoreoqraf Bilge Tususun xoreoqrafiya kurlsarını bitirmişdir.
Teatrda işlədiyi müddətdə bir neçə rollarda çıxış etmişdir: Sanni (B.Sleyd "Çestvovaniye"), Sevər (Hidayət "Mənzil"), Ədilə Kərimova (Elçin "Poçt şöbəsində möcüzələr"), Ayşa Yüzbaşova (M.İbrahimbəyov "Neft bumu").
Mələk Abbaszadə bir çox kliplərdə çəkilib. İbrus teatrında rollar oynamışdır.
2009-cu ildə Əməkdar artist fəxri adına layiq görülmüşdür.

Tarixdə bu gün - 31 oktyabr

Vəfat etmişdir:

1979
- Məşhur el şairi və aşıq Məzahir Daşqın vəfat etmişdir.
Mazahir Daşqın 1909-cu ilin payızında Tərtər rayonunun İncə Borsunlu kəndində anadan olmuşdur. Kiçik yaşlarından aşıq yaradıcılığına güclü meyl göstərir. Tarixdə bu gün - 31 oktyabrİbtidai məktəbi kənddə bitirdikdən sonra Bakıda fəhlə gənclər məktəbində təhsilini davam etdirir. Son kursda ikən atası həbs olunduğuna görə məktəbdən çıxarılır (1925). Taleyini Gəncə ilə bağlayır, "Qızıl Gəncə" jurnalında şerlərini çap etdirir. Şair Səməd Vurğunla şəxsi tanışlıqdan sonra təhsilini davam etdirməyə imkan tapır.
İkinci Dünya müharibəsi başlayanda ordu sıralarında könüllü xidmət edir (1941). Sovet qoşunları tərkibində İranda olarkən Aşıq Hüseyn Cavanla tanış olur, şair aşıq Səyyahla deyişir, Gülgəzin məclislərində iştirak edir. Onun "İran səfəri" şerlər silsiləsi bu zaman yaranır.
1942-ci ildə Krım cəbhəsində ağır döyüşlərdə əsir alınır, ölüm düşərgələrində işgəncələrə məruz qalır. Şimali Afrikada və İtaliyada olur.
1945-cı ildə vətənə qayıtmaq imkanı tapsa da, onu doğma vətənə buraxmayıb həbs edir, Sibirə sürgünə göndərirlər. 1956-cı il 24 mart tarixli fərmana əsasən ona bəraət verilir. M.Daşqının azad olunmasında Səməd Vurğunun xeyirxah rolu olmuşdur. Böyük şair M.Daşqına "Aşıq qardaşıma" adlı şeir də həsr etmişdir.
Azərbaycan Respublikası xalq yaradıcılığı evində ştatdankənar metodist (1956-1960), sonra ömrünün axırınadək Gəncə rayonlararası xalq yaradıcılığı evində folklor şöbəsinin müdiri vəzifələrində çalışmışdır.
1946-cı ildən sonra təqiblərə məruz qaldığından öz şerlərini Daşqın təxəllüsü ilə çap etdirmişdir.
1979-cu il oktyabrın 31-də vəfat etmiş, Borsunlu kəndində dəfn olunmuşdur.


1984
- Hindistanın məşhur siyasi xadimi İndira Qandi sui-qəsd nəticəsində üətlə yetirilmişdir.
İndira Qandi 1917-ci il 19 noyabrda Hindistanın şimalındakı Uttar Pradeş əyalətinin Allahabad şəhərində görkəmli siyasətçi, azadlıq mübarizi Cəvahir və Kamalanın ailəsində dünyaya gəlmişdi. Bu ailənin siyasi yaşamının əsası baba, tanınmış vəkil Motilal Nehru tərəfindən qoyulmuşdu. Baba Nehru ingilis müstəmləkəçiliyinə qarşı çıxan millətçi Ümumhindistan Milli Konqresinin aparıcı liderlərindən biri idi. İndiranın atası Cəvahirləl Nehru da öz atasının yolu ilə gedərək, Hindistan müstəqillik hərəkatının liderinə çevrilmişdi. İndira anadan olanda atası Cəvahirləl Nehru Mahatma Qandinin rəhbərliyi ilə başlanan müstəqillik hərəkatına qoşulmuş və tezliklə əfsanəvi liderin ən yaxın silahdaşlarından birinə çevrilmişdi. Uşaq ikən evlərində keçirilən siyasi toplantıların şahidi olan İndira o zamanın ən məşhur simalarından olan Mahatma Qandi ilə yaxından tanış olmuş və onun təsiri altına düşərək siyasətə qatılmışdı. Bir az yaşa dolandan sonra o da nəfəs aldıTarixdə bu gün - 31 oktyabrğı siyasi həyatın təsiri ilə gənclər arasında "Vanara Sena" hərəkatını qurdu və ona liderlik etdi. Hərəkat üzvləri ölkədə müstəqillik çağırışı ilə siyasi aksiyalar keçirir və bununla da ictimaiyyətin diqqətini özlərinə cəlb edirdilər. Eyni zamanda hərəkat üzvləri Ümumhindistan Milli Konqresi fəallarının polisin təqiblərindən xilas olmalarına yardım edirdilər. Bir dəfə İndira atasının izləndiyini hiss edərək, mühüm bir sənədi çantasında gizlədərək onun ələ keçməsinə imkan verməmişdi. O, 18 yaşında olanda anası vərəm xəstəliyindən dünyasını dəyişdi. Həmin dövrdə o, təhsilini davam etdirmək üçün İngiltərəyə getdi. Elə orada da Ümumhindistan Milli Konqresinin üzvlərindən olan Feroz Qandi ilə tanış oldu. Bir çoxlarının hesab etdikləri kimi, İndira Qandi Mahatma Qandi ilə qohum deyildi. Bu soyad ona əslən fars (oda sitayiş edənlər) icmasından olan həyat yoldaşı Feroz Qandidən miras qalmışdı. Yeri gəlmişkən, fərqli dini təriqətlərə məxsus olduqlarına görə onların arasında rəsmi nikah qeyri-mümkün idi. Ancaq bütün bunlara baxmayaraq, burada da İndira Qandi özünün sərt və dönməz xarakterini göstərərək, 1942-ci ilin martında onunla evlənmişdi. Bir il sonra gənc ailə Mahatma Qandinin rəhbərlik etdiyi "Quit İndia" hərəkatında fəal iştirak etdi. Lakin az sonra həbs edildilər və 243 gün zindan həyatı yaşadılar.
1984-cü ilin oktyabr ayının 31-i idi. İndira Dehlidəki Safdarjunq küçəsindəki baş nazirliyin binasında İngiltərədən onunla müsahibə götürməyə gələn dramaturq, aktyor və telejurnalist Peter Ustinovu qarşılamağa hazırlaşırdı. Ustinov Satvant və Beant Sinqhlər tərəfindən mühafizə edilən qapıdan keçərək içəri daxil oldu. Qandi qonağı qarşılamaq üçün ayağa qalxdı. Bu zaman hər iki mühafizəçi silahlarını Qandiyə çevirərək ona atəş açdılar. Nəticədə, Qandi 33 güllə yarası alaraq yerindəcə can verdi. Qandinin cənazəsi noyabrın 3-də Mahatma Qandinin xatirəsinə ucaldılan Raj Qal abidəsi önündə yandırıldı. Bunun ardınca Pəncab əyalətinə hücum edən hindlilər 20 mindən artıq yerli sakini qətlə yetirdilər, onların məbədlərini isə yandırdılar. Baş verən hadisələrlə əlaqədar hökumətin hər hansı bir iş görməməsi ilə bağlı suala cavabında Qandinin oğlu belə cavab vermişdi: "Böyük ağac yıxılanda yer titrəməyə məcburdur...".

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
SitatCavab
  • Qurup: Təsisçi
  • Qeydiyyat: 12.09.2016
  • Status: offline
  • Şərhləri: 54
  • Məqalələri: 874
^
Addımbaşı ölümlə çarpışan şirim mənim,
Ölümsüzüm, ölməzim, əbədi dirim mənim.
Gur ocaqlar yandıran ocağım, pirim mənim,
Yüz minlərlə içində minim yox, birim mənim.
Allah özü də təkdir, baxma meydanda təksən,
Sən qalib gələcəksən!

Z.Yaqub
  • Нравится
  • 0