» » Tarixdə bu gün - 30 oktyabr

Tarixdə bu gün - 30 oktyabr

Müəllif: Vüsal от 30-10-2017, 00:15
30 oktyabr

İlin 303-cü günü
İlin sonuna 62 gün qalır.

Mühüm hadisələr:

1905 — İlk dəfə aspirin dərmanı satışa çıxarılmışdır.

Tarixdə bu gün - 30 oktyabr

1918 — Türkiyə ilə Antanta arasında Mudros sülh müqaviləsi imzalanıb. Müqaviləyə görə Türkiyə Qafqazdakı qoşunu geri çəkməli oldu.

Tarixdə bu gün - 30 oktyabr

1960 — İlk böyrək transplantasiyası Londonda həyata keçirilib.

1961
— SSRİ Yeni Torpaq adasında ilk hidrogen bombası sınağını (tarixdə ən güclü) keçirib.

1967 — Tarixdə ilk dəfə 2 kosmik gəmi ("Kosmos -186 və "Kosmos- 188") açıq fəzada birləşmişdir.

1974 — Məhəmməd Əli boks üzrə dünya çempionu olub.

1993
— "Azərbaycan-Qazaxıstan" Dostluq Cəmiyyəti təsis edilib.

Doğum günləri:

1907 - Unudulmaz jurnalist, tərcüməçi, Azərbaycan Jurnalistlər İttifaqının ilk sədri Adil Ələddin oğlu Əfəndiyev ( Adil Nəcdət) anadan olmuşdur.
Tarixdə bu gün - 30 oktyabrAdil Əfəndiyev 1929-cu ildə Azərbaycan Dövlət Universitetinin şərq fakültəsinin dilçilik şöbəsini bitirmişdir. Əmək fəalyyətinə hələ tələbə ikən  başlamışdır. 1924-cü ildə "Kəndli qəzetəsi"nin katibi, 1925-1939-cu illərdə Azərbaycan Dövlət Nəşriyyatı – "Azərnəşr"də orfoqraf, tərcüməçi, redaktor, şöbə müdiri vəzifələrində çalışmışdır. 1939-1953-cü ildə Azərbaycan Radio Verilişləri Komitəsində baş redaktor, sədrin birinci müavini və sədr vəzifəsində çalışmışdır. 1954-1964-cü illərdə Azərbaycan Dövlət Nəşriyyatı-"Azərnəşr"in müdiri vəzifəsində çalışmışdır. 1964-1972-ci illərdə Azərbaycan SSR Dövlət Mətbuat Komitəsi sədrinin birinci müavini olmuşdur. 1972-1973-cü illərdə Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitutunda tərcümə bölməsinin müdiri olmuşdur. Nizami Yubiley Komitəsinin məsul katib və sədr müavini, terminoloji komitənin, toponimika komissiyasının, Azərbaycan Sovet Ensiklopediyası baş redaksiyasının üzvü olmuşdur.
Bir çox bədii, siyasi əsərlərin, o cümlədən K. Marks, F. Engels, V. İ. Lenin, Ö. Xəyyam, İ. S. Turgenyev, L. Tolstoy, M. Tven, C. Oldric və başqalarının əsərlərnin, tarix və coğrafiya dərsliklərinin Azərbaycan dilinə tərcüməçisi və tərcümələrinin redaktoru olmuşdur. A.S. Puşkin nəşrinin Azərbaycan dilinə ilk tərcüməçisi olmuşdur. ("Belkinin hekayələri", 1929-cu il).
1920-1930-cu illərdə "Adil Nəcdət" təxəllüsü altında mətbuatda şeirlər dərc etdirmişdir. 1925-ci ildən "Qızıl gələmlər" İttifaqının katiblərindən biri, 1927-ci ildən isə Azərbaycan Proletar Yazıçılar Cəmiyyətinin üzvü olmuşdur. 1940-1946-cı illərdə nəşr edilən rusça – Azərbaycanca dörd illik və 1956-1959-cu illərdə nəşr edilən iki cildlik lüğətlərin tərtibçisi və redaktoru olmuşdur. 1930-cu ildə nəşr olunmuş "Azərbaycan türk xalq ləhçələri lüğətinin" yaranmasında iştirak etmişdir.
"Azərbaycan SSR xalq maarif əlaçısı" adlarına layiq görülmüşdür.
"Azərbaycan SSR Əməkdar mədəniyyət xadimi" fəxri adını ilk alanlardan biri olmuşdur.
1973-cü ildə Bakı şəhərində vəfat etmişdir. Fəxri Xiyabanda dəfn olunmuşdur.
 

Tarixdə bu gün - 30 oktyabr1943— Azərbaycan Respublikasının Xalq rəssamı  Arif Şahbaz oğlu Hüseynov  Bakının Qala kəndində anadan olub. 1

960-62-ci illərdə Əzim Əzimzadə adına Rəssamlıq məktəbində orta ixtisas, 1965-72-ci illərdə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində ali təhsil almışdır. Arif Hüseynovun əsərləri hal-hazırda Azərbaycan Milli İncəsənət Muzeyində, Moskva Dövlət Şərq Xalqları İncəsənət Muzeyində, Azərbaycan Dövlət Rəsm Qalereyasında, həmçinin şəxsi kolleksiyalarda saxlanılmaqdadır.

1975-ci ildən Rəssamlar İttifaqının üzvüdür. 40 ildən artıqdır ki, ardıcıl olaraq yaradıcılıqla məşğuldur. Bu dövrə kimi əsasən dəzgah və kitab qrafikası ilə məşğul olub.

Sənətşünas Ziyadxan Əliyev:

"Uzun illər ərzində öz tükənməz yaradıcılıq potensialını dəzgah və kitab qrafikası sahəsində istifadə edən rəssamın son illər qədim miniatür sənəti ənənələrinin yeni forma-biçim və bədii-estetik tutumda dirçəldilməsinə səy göstərməsi çox diqqətçəkəndir. Onun bu yöndə milli folklora, adət-ənənəyə, maddi-mədəniyyət nümunələrinə həsr etdiyi silsilə rəsmləri qədim miniatürlərimizə yeni və yaradıcı baxış hesab etmək olar."

 

Fərdi sərgiləri

1984 — "100 illüstrasiya", Baku-Moskva

2006 — "Daikokuya" qalereyası, Tokio, Yaponiya

2009 — Galerie Berlin-Baku, Berlin

2012 — "Azərbaycan Nağılı” Bakı

2012 — M.Ə.Sabir "Hophopnamə” Bakı

Qrup sərgiləri

1977 — "BAM" sərgisi, Bakı-Moskva;

1980 — Qrafika sərgisi, Bakı

1985 — "Dostluq palitrası" Bakı-Moskva-Praqa

1994 — "Fizuli-500", Bakı İncəsənət Mərkəzi

2007 — Çank Art, Ankara

2009 — "Şərqdən şərqə" bədii sərgi, Bakı

Mükafatları

1992 — Azərbaycan Respublikasının əməkdar rəssamı

1995 — Sənət uğurlarına görə "Hümay" mükafatı

2006 — Azərbaycan Respublikasının xalq rəssamı

2008 — Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü

 

Vəfat etmişdir:

 

Tarixdə bu gün - 30 oktyabr1992 — Tanınmış şair, Əməkdar incəsənət xadimi Tofiq Mütəllim oğlu Mütəllibov 63 yaşında vəfat etmişdir.

Tofiq Mütəllim oğlu Mütəllibov 1929-cu il aprel ayının 13-də Naxçıvan şəhərində anadan olmuşdur. 1958–1963-cü illərdə Azərbaycan Dövlət Universitetində (indiki BDU) təhsil almışdır.

Onun 1946-cı ildə "Zəfər" adlı ilk şeiri "Azərbaycan pioneri" qəzetində çap olunmuşdur. O, "Pioner" jurnalında məsul katib, Televiziya və Radio Verilişləri Komitəsində redaktor, böyük redaktor, "Azərbaycan pioneri" qəzetində şöbə müdiri vəzifələrində çalışmışdır. Sonra isə "Azərbaycan gəncləri" qəzetində işə başlayan Tofiq Mütəllibov ömrünün sonuna kimi burada işləmişdir. XX əsrin 50-ci illərindən şair kimi diqqət çəkən T.Mütəllibov 30-a yaxın kitabın müəllifidir.

"Görüş", "Şeirlər", "Bəxtiyar balalar", "Gözəllikdən doymur ürək", "Sənin xətrinə", "Danışan çiçəklər", "Mənim əzizlərim", "Görüş yerimiz" və başqa kitabları ilə oxucu rəğbəti qazanan Tofiq Mütəllibovun pərəstişkarlarına son töhfəsi ölümündən bir qədər əvvəl çap edilən "Sevənlərin ürəyi" adlanır. Azərbaycanın məşhur bəstəkarlarının əksəriyyəti şairin yaradıcılığına müraciət etmiş, onun sözlərinə bəstələnən mahnılar seviləsevilə dinlənilmişdir. Tofiq Mütəllibov bəstəkar Qənbər Hüseynli ilə birlikdə Azərbaycan musiqisinə "Cücələrim" mahnısını bəxş etmişdir. "Cücələrim"in 60-dan çox yaşı var. Mahnının mətni bir çox xalqların dillərinə tərcümə olunaraq ifa edilmişdir. Tofiq Mütəllibov uşaqların psixologiyasını çox yaxşı bildiyinə görə qələmindən çıxan şeirlər dillər əzbərinə çevrilmişdir.[2]

 

Əsərləri bir sıra teatrlarda səhnələşdirilmişdir. 1981-ci ildə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında "Meşə nağılı" (1982), "Danışan qayalar" pyesləri, 1984-cü ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında isə "Cücələrim" alleqorik pyesi tamaşaya qoyulmuşdur. 1968-1990-cı illərdə SSRİ Yazıçılar İttifaqının Uşaq və Gənclər ədəbiyyatı şurasının üzvü olmuşdur. 1970-ci ildə SSRİ-Çexoslovakiya Dostluğu Cəmiyyəti Azərbaycan şöbəsi İdarə Heyətinin üzvü seçilmişdir. 1955-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuşdur. 1986-cı ildə Azərbaycan Yazıçılar İttifaqı Təftiş Komissiyasının üzvü seçilmişdir. 1988-ci ildə "Ədəbiyyat və incəsənət” qəzeti redaksiya heyətinin üzvü seçilmişdir. 1989-cu ildə Azərbaycan SSR-nin Əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüş, bir neçə dəfə Azərbaycan SSR-nin Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif edilmişdir.

 

Tarixdə bu gün - 30 oktyabr2005 —   Azərbaycanın Xalq artisti  Məmmədbağır Bağırzadə 55 yaşında vəfat etmişdir.

Məmmədbağır Bağırzadə 1950-ci ildə Bakının Nardaran kəndində dünyaya gəlmişdir.

Məmmədbağır Bağırzadənin sənət yolu toylardan və el şənliklərindən başlamışdır. O, adətən, öz mahnılarını oxusa da, klassik, müasir bəstəkar və şairlərin yaradıcılığına müntəzəm müraciət edirdi. Xüsusilə də, şairə Zivər Ağayeva ilə qurduğu yaradıcılıq əlaqələri nəticəsində Azərbaycan milli musiqi sənətinə çox sayda gözəl mahnılar bəxş etmişdir.

Məmmədbağır Bağırzadəni televiziyaya gətirən və onun yaradıcılığında xüsusi rol oynayan bəstəkar Ələkbər Tağıyev olmuşdur.

 

Müğənninin repertuarına Oqtay Kazıminin, Nəriman Məmmədovun, Tahir Əkbərin və digərlərinin mahnıları da daxil idi.

 
Bayramlar və xüsusi günlər:

Beynəlxalq Siyasi Məhbuslar Günü

Ümumdünya Siyasi Repressiya Qurbanlarının Xatirə Günü

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz