» » Tarixdə bu gün - 26 oktyabr

Tarixdə bu gün - 26 oktyabr

Müəllif: Vüsal от 25-10-2017, 22:27
 
Tarixdə bu gün - 26 oktyabr

Mühüm hadisələr:

1863 - Cenevrədə Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti yaradılmışdır.
1917 - İlk cizgi filmi çəkilmişdir.
1917 - Bakıda "Müsavat" partiyasının I qurultayı (26-31 oktyabr) işə başlayıb.
Qurultayda "Müsavat"ın ilk Proqramı qəbul olunub, Azərbaycanın müstəqqilliyi uğrunda mübarizə partiyanın əsas məramı elan edilib. Məhəmməd Əmin Rəsulzadə partiyanın sədri seçilib.
"Müsavat"ın əsası 1911-ci ildə qoyulmuşdu və Rəsulzadə hələ Türkiyədə mühacirətdə ikən partiyanın lideri seçilmiş, 1913-cü ildə Bakıya qayıtdıqdan sonra partiyaya bilavasitə rəhbərlik etmişdi.
1917-ci ilin iyununda "Müsavat" "Türk Ədəmi Mərkəziyyət" ("türk federalistlər") partiyası ilə birləşərək müsəlman (azərbaycanlı) əhalinin geniş dəstəyinə malik təşkilata çevrilmişdi.
1956 - Vyanada Atom enerjisi üzrə beynəlxalq agentlik - MAQATE təsis edilmışdir.
1982 - Heydər Əliyevin təşəbbüsü ilə böyük ədib Hüseyn Cavidin nəşi Rusiyanın İrkutsk vilayətindən gətirilərək Naxçıvanda dəfn edilib.

Tarixdə bu gün - 26 oktyabr

1992 - Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) yaradılmışdır.

1999- ABŞ dövlət katibinin müavini Stroub Telbott Qarabağ danışıqlarındakı vəziyyəti müzakirə etmək üçün Yerevana, oradan Bakıya gəlib.
Həmin dövr sülh danışıqlarının intensiv mərhələsi idi və noyabrın 17-19-da ATƏT-in İstanbul sammiti əsnasında Qarabağa dair müəyyən razılaşmanın imzalanacağı gözlənilirdi.
Bu arada Azərbaycanda xarici siyasət məsələləri üzrə dövlət müşaviri Vəfa Quluzadə, XİN başçısı Tofiq Zülfüqarov, prezidentin köməkçisi Eldar Namazov istefa vermişdilər və gözlənilən sülh anlaşması ilə bağlı ictimai rəydə geniş ajiotaj vardı.
Lakin oktyabrın 27-də Ermənistanda baş verən parlament terroru (parlamentin sədri Karen Dəmirçyanın, baş nazir Vazgen Sarkisyanın qətlə yetirilməsi) sülh anlaşması imkanlarını tamamilə heçə endirdi.

Doğum günləri:

1925- Ədəbiyyatşünas, publisist, nasir Qafar Kəndli Herisçi (1925 - 24.5.1997) anadan olub. 1945-1946-cı illərdə Cənubi Azərbaycanda Seyid Cəfər Pişəvərinin rəhbərlik etdiyi milli hərəkatda fəal iştirak edib. Xaqani irsinin tədqiqi ilə ardıcıl şəkildə Qafar Kəndli məşğul olmuş, ölkəmizdə və xaricdə şair haqqında bir sıra sanballı məqalələr dərc etdirmişdir. O, uzun illərdən bəri apardığı tədqiqatın bir hissəsini "Xaqani Şirvani: həyatı, dövrü və mühiti" adı ilə nəşr etdirmişdir. Zəngin faktik material əsasında yaradılan bu tədqiqat işi bütünlüklə klassik irsin öyrənilməsində yeni hadisədir.

Tarixdə bu gün - 26 oktyabr

1926 - Məşhur neftçi Qurban Abbasqulu oqlu Abbasov ("Neftçi Qurban", 1926-1992) - fəxri neftçi, Sosialist Əməyi Qəhrəmanı (1959), SSRİ-nin fəxri neftçisi, SSRİ Dövlət Mükafatları Laureatı (1951), Azərbaycan Dövlət Mükafatları Laureatı və Əməkdar mühəndisi (1972) Naxçıvan Muxtar Respublikası Babək rayonunun Payız kəndində anadan olub. Q.A.Abbasov açıq dənizdə neft və qaz çıxarılmasının ilk təşkilatçılarından biridir. "Günəşli", "Çıraq", "Azəri", "Kəpəz" və s. iri yataqların kəşf edilməsində onun xidmətləri misilsiz olmuşdur.

Tarixdə bu gün - 26 oktyabr
Vəfat etmişdir:

1742 -
Qacarların birinci şahı, Məhəmməd Həsən xan Qacarın oğlu Ağa Məhəmməd şah Qacar vəfat etmişdir.
Ağa Məhəmməd xan Qacar, 1741-ci ilin 26 oktyabrında Astarabadda doğulub. Ağa Məhəmməd xanın anası Ceyran xanım qacarların o biri boyundan çıxmış ən görkəmli şəxsiyyətlərdən olan Məhəmməd xan Dəvəlünün bacısı idi. Nadir şahın xələfi Adil şah qüdrətli qacar tayfasını öz tərəfinə çəkməkdən ötrü Məhəmməd Həsən xan Qacarı Məşhəddə, öz sarayında eşikağasıbaşı təyin edir. Ancaq müstəqil olmağa, rəhbərlik etməyə öyrəşmiş Qacar tezliklə şahla mübahisə edir və yenidən türkmənlərin yanına qaçır. Lakin onun kiçik yaşlı uşaqları Adil şahın əlinə keçir. Ağa Məhəmməd burada 6 yaşında xədim edilir. Nadir şahın az qala bütün qohum-əqrabasını qılıncdan keçirmiş Adil şahın hökmranlığı çox çəkmir. Məhəmməd Həsən xan Nadirin nəvəsi Şahrux Mirzənin taxta çıxmasına yardım göstərir. Şahrux onun xidmətlərini yaxşı qiymətləndirir və onu Astrabad hakimi təyin edir. Lakin Şahrux Mirzənin özü də taxtında çox əyləşə bilmir. Səfəvi şahlarından Süleymanın nəvəsi II Şah Süleyman onun gözlərini çıxartdırır və taxtından salır. II Şah Süleyman Məhəmməd Həsən xanı Astrabadın sərdarı (hərbi rəhbəri) təyin edir. Bu isə ona öz başına sağlam qüvvələr yığıb, Astrabad və Mazandaranda möhkəmlənmək imkanı verir. O, Şahrux Mirzəni yenidən taxtına çıxarır və Səfəvi dövlətinin bərpası şüarı altında hakimiyyətə can atan Kərim xan Zəndlə mübarizəyə başlayır. Bu mübarizədə uzun müddət uğur Məhəmməd Həsən xana yar olur. Həsən bütün mərkəzi İranın (İraqi-Əcəm) və Azərbaycanın idarəçiliyini əlinə keçirir və İranın tacsız şahı sayılır. Onun adından hətta pul da buraxılırdı.
1791-ci ildə Ağa Məhəmməd özünü İran şahənşahı elan edir.
Qacar bütün ömrü boyu Səfəvi mperiyasını bərpa etmək arzusu ilə yaşamışdır.
O, öz dövlətində Qacarlar boyundan olanların üstün mövqeyini hər cəhdilə göstərməyə çalışırdı. Qacar öz tayfasından başqa, hakimiyyət uğrunda mübarizəsində türkmənşəli Azərbaycan tayfaları olan Əfşarlar, Xələclər, Bayatlar və Qaragözlülərin köməyinə arxalanırdı. Ağa Məhəmməd şah taxt-tacını varisi Baba xana vəsiyyət edərkən demişdi:

Tarixdə bu gün - 26 oktyabr

"Bəylərbəyi Mirzə Məhəmməd xan Dovalu-Qacarın qızını taxtın səndən sonrakı varisi Abbas Mirzəyə alarsan. Onların oğluna mənim adımı verib, Məhəmməd Mirzə çağırarsınız. Bax, o öz qanında iki böyük Qacar sülaləsinin qanını daşıyacaq. Mənim dayım Süleyman xan dövlətimiz üçün çox işlər görüb. Öz qızını onun oğluna verərsən. Onların nikahından doğulan qızı isə Məhəmməd Mirzəyə alarsan. Beləliklə, Məhəmməd Mirzədən doğulan uşaqlar hər iki tərəfdən sənin nəvələrin olar."
Ağa Məhəmməd 1797-ci ildə böyük bir qoşunla Qafqaza doğru irəliləyir. O, Gürcüstana yolun üstündə olan Şuşanı ələ keçirir. Qarabağ xanı İbrahim Xəlil xan Azərbaycanın şimalına qaçır. Lakin Gürcüstan yürüşü bu dəfə baş tutmur. Ağa Məhəmməd şahı onun öz qulluqçuları qətlə yetirirlər. Bir mülahizəyə görə, şaha qarşı sui-qəsdi digər Azərbaycan xanları və İranda yaşayan gürcülərlə birlikdə görkəmli dövlət xadimi, Qacarın bacarıqlı sərkərdələrindən biri Sadıq xan Şəqqaqi hazırlamışdır. Digər bir versiyaya görə isə burada əsas işi gürcü hakimlərinin əmrini yerinə yetirən Sadiq Qorci (Msxetli Andrey) görüb. Təzkirəçilərin yazdıqlarına görə, Ağa Məhəmməd gecə ikən yatağında öz qulluqçuları, gürcü Sadıq Qorci, isfahanlı Xodadad və mazandaranlı Abbas tərəfindən öldürülüb. Şah bunları hansı günahlarına görə isə səhərisi gün öldürməli imiş. Şahın oğurlanmış zinət şeyləri Sadıq xan Şəqqaqiyə verilib ki, bu da onun sui-qəsdlə əlaqəsini göstərir.
Saray tarixçisi bu hadisələrin finalını belə təsvir edir: "Elə ki, bu cəsarətli addım və mühüm hadisə vicdan əzabı çəkməyən dələduzlar tərəfindən cinayətkarcasına həyata keçirildi, onlar şah hakimiyyətinin əlamətləri olan çutqabağını və tacı ələ keçirdilər. Bunlar müqayisəyəgəlməz incilərlə bəzənmişdi və hər dənənin qiyməti yeddi iqlimin vergisinə bərabər idi. Bundan başqa həmin başkəsənlər şahın brilyant qolçağını, düşmənlərin kökünü kəsmiş, ziqiymət daşlarla bəzənmiş qılıncını, nadir əşyalar saxlanan sandıqçasını, həmçinin "Kuhi-nur", "Dəryayi-nur", "Taci-mah" adlanan brilyantlarını, hər biri dünyanın bir hökmdarına şərəf gətirəcək qədər gözəl illüstrasiyalarla bəzədilmiş nadir əlyazmalarını apardılar."
Qatillər qacar xanımları, o cümlədən Baba xanın anası və şahın xalası tərəfindən çarmıxa çəkdirildilər. Şahın cəsədi Məşhədə aparılır və orada dəfn olunur. Onun başını Balakənə İbrahim Xəlil xana göndərirlər, orada onu şərəflə məşhur adamların basdırıldığı qəbristanlıqda torpaqa tapşırırlar. Şahın qoşunları İrana qayıdır və Qacarın qohumu Baba xan Fətəli şah adı altında şah elan olunur.

Tarixdə bu gün - 26 oktyabr

Tarixdə bu gün - 26 oktyabr2014 - Görkəmli Azərbaycan yazıçısı Əlibəyov Cəmil Ədil oğlu Əlibəyov Bakıda vəfat etmişdir. C.Əlibəyov 1927-ci il dekabrın 5-də Füzuli rayonunun Dədəli kəndində dünyaya gəlmişdir.
O, on il ərzində "Azərbaycanfilm" kinostudiyasının direktoru işləmişdir. Bu müddətdə istehsal olunan filmlər say və keyfiyyətcə yüksək qiymətləndirilmiş, ümumittifaq, beynəlxalq və respublika mükafatlarına layiq görülmüşdür. "Dədə Qorqud", "Babək", "Dərviş Parisi partladır", "Tütək səsi", "İstintaq", "Ad günü", "Qayınana", "Papaq" filmləri qızıl fonda daxil edilmişdir. C.Əlibəyov 1984-1988-ci illərdə Azərbaycan Dövlət Nəşriyyatında baş redaktor və direktor, 1988-1990-cı illərdə "Kommunist" ("Xalq qəzeti") qəzetində baş redaktor işləmişdir. 1990-cı ildən sonra "Yazıçı" nəşriyyatında baş redaktor vəzifəsinə keçirilmiş, sonralar "Novruz", "Vahid" qəzetlərində baş redaktor, "Elm və həyat" nəşriyyatında təsisçi-direktor vəzifəsində çalışmışdır.
C.Əlibəyov bədii yaradıcılığa "Azərbaycan gəncləri"ndə işləyərkən başlamışdır. Azərbaycan jurnalistlər, yazıçılar və kinematoqrafçılar ittifaqlarının üzvüdür. SSRİ-də yayılmış "Sınaq", "Mənim analı dünyam", "Həyatın özü", "Dözümlü məhəbbət" romanlarının, "Qayaların göz yaşı" povestinin (bunlar Moskvada "Molodaya qvardiya" və "Sovetski pisatel" nəşriyyatlarında rus dilinə çevrilərək nəşr edilmişdir) müəllifidir. Azərbaycanda həmin romnlarla yanaşı "Dünyanın o biri ucu", "İlk məhəbbət" romanları və "Özümü axtarıram", "Analar..", "Anam Arazım mənim" və digər povestləri çap olunmuşdur.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz