» » 25 noyabr Qadına Qarşı Zorakılığın Aradan Qaldırılması Üçün Beynəlxalq Mübarizə Gününün tarixi

25 noyabr Qadına Qarşı Zorakılığın Aradan Qaldırılması Üçün Beynəlxalq Mübarizə Gününün tarixi

25 noyabr Qadına Qarşı Zorakılığın Aradan Qaldırılması Üçün Beynəlxalq Mübarizə Gününün tarixi

 

25 noyabr dünyada Qadına Qarşı Zorakılığın Aradan Qaldırılması Üçün Beynəlxalq Mübarizə Günü kimi qeyd edilir. Bu günün qəbul olunmasının əsasında faciəli bir hekayə yer alır: 1960-ci ilin 25 noyabrında Dominikan Respublikasında diktaturaya qarşı mübarizə aparan üç bacı (Patriya, Minerva və Mariya Tereza bacıları) diktator Rafael Truxilyonun əmriylə təcavüzə məruz qoyularaq qətlə yetirilmiş, amma bu zorakılıq avtomobil qəzası kimi sənədləşdirilmişdi.
Mirabel bacıları həm ictimai, həm də feminist hərəkatın simvolu idilər.
1981-ci ildə Latın Amerikası və Karib dənizi hövzəsində yaşayan qadın qrupları 25 noyabrın "Qadına Qarşı Zorakılığa Yox Günü" kimi elan olunması uğrunda hərəkata başladılar. Nəhayət, Birləşmiş Millətlər Təşkilatı 1999-ci il noyabr ayının 25-də bu günün "Qadına Qarşı Zorakılığın Aradan Qaldırılması Üçün Beynəlxalq Mübarizə Günü" olaraq qəbul edilməsi ilə bağlı qərar verdi.
Mirabel qardaşların mübarizəsi bütün dünya qadınlarının mübarizəsidir. Bütün dünya, tərəqqipərvər insanlar hər zaman qadına qarşı tətbiq olunan hər cür şiddəti insanlıq cinayəti olaraq pisləmiş və bu gün də pisləyir.
Mirabel qardaşların mübarizəsi bütün dünya qadınlarının mübarizəsidir, cünkü dünyanın harasında olursa-olsun, "MƏN QADINAM" demək ürək istəyir!

25 noyabr Qadına Qarşı Zorakılığın Aradan Qaldırılması Üçün Beynəlxalq Mübarizə Gününün tarixi

 

25 noyabr Qadına Qarşı Zorakılığın Aradan Qaldırılması Üçün Beynəlxalq Mübarizə Gününün tarixi

 

Böyük Cavid əfəndi necə gözəl ifadə edib:
Qadın

Qadın, qadın?! Onu duymaq, duyurmaq istərkən 
Yaxar düşüncəmi bir şölə, bir zəhərli dikən. 
Bütün həyatı çiçəkləndirən fəqət o... niçin, 
Niçin əzilsin o, bilməm niçin sürüklənsin?! 
Qadın-günəş, çocuq-ay...nuru ay günəşdən alır, 
Qadınsız ölkə çapuq məhv olur, zavallı qalır. 
Qadın əlilə fəqət bəxtiyar olur şu cihan. 
O bir mələk... onu təqdis edər böyük yaradan. 
O pək sevimli, gözəl, incə, nazlı bir xilqət, 
Onun ayaqları altındadır fəqət cənnət: 
Qadın gülərsə şu issız mühitimiz güləcək, 
Sürüklənən bəşəriyyət qadınla yüksələcək.
 

25 noyabr Qadına Qarşı Zorakılığın Aradan Qaldırılması Üçün Beynəlxalq Mübarizə Gününün tarixi

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.