» » Tarixdə bu gün - 22 oktyabr

Tarixdə bu gün - 22 oktyabr

Müəllif: Vüsal от 21-10-2017, 23:23
22 oktyabr

İlin 295- ci günü
İlin sonuna 70 gün qalır.

Mühüm hadisələr:

1980 — Roma papası Qaliley haqqında 1633-cü ildə çıxarılmış hökmü ləğv etmişdir.
1983 — Qərbi Almaniya və Fransada 1 milyon 500 min nəfər nüvə silahı əleyhinə etiraz nümayişi keçirmişdir.

Doğum günləri:

1919 - Şair Hüseyn Cavidin və Mişkinaz Cavidin oğlu (Turan Cavidin qardaşıdır) Ərtoğrul Cavid Bakıda anadan olmuşdur. 1940-cı ildə Azərbaycan Pedaqoji İnstitutunu (indiki APU) fərqlənmə diplom ilə bitirmişdir. 1941- 1942-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında Ü.Hacıbəyovun sinfində oxumuşdur.
1939-1942-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında Bülbülün rəhbərlik etdiyi xalq musiqisini öyrənən elmi-tədqiqat kabinetində çalışmış, burada musiqi folkloru nümunələrinin toplamasında iştirak etmiş, 1941-1942–ci illərdə konservatoriyanın nəzdindəki musiqi məktəbində dərs demişdir. Azərbaycan xalq mahnılarını nota salmış, Avropa və rus bəstəkarlarını ayrıca notlar şəkilində çap olunmuş romans və mahnılarını Azərbaycan dilinə tərcümə etmişdir. Şeirləri, pyesi və rəsmləri var.
1942-ci ildə tələbə olmasına baxmayaraq, ordu sıralarına çağrılmış, "Xalq düşməni"nin oğlu olduğu üçün cəbhəyə deyil, Gürcüstanda yerləşən fəhlə batalyonuna işləməyə göndərilmişdi.
14 noyabr 1943-cü ildə Naxçıvanda vəfat etmişdir. Məzarı Hüseyn Cavidin Naxçıvandakı məqbərəsində atasının və anası Mişkinaz Cavidin qəbirləri ilə yan-yanadır.

Tarixdə bu gün - 22 oktyabr
1922 - Azərbaycanda rəssamlıq məktəbinin görkəmli nümayəndəsi, xalçaçılıq-rəssamlıq sənətinin rəssamı, Azərbaycan Respublikasının Xalq rəssamı Kamil Əliyev Qərbi Azərbaycanda anadan olmuşdur.
Kamil Əliyev Bakı Bədii Rəssamlıq Fondunda çalışarkən fil sümüyündən, qızıldan, gümüşdən onlarla orijinal əntiq əşyanın, gümüş dolça, çaydan, armudu stəkan dəstlərinin bədii tərtibatçısı, rəssam - müəllifi olmuşdur.
Kamil Əliyev 1 mart 2005-ci ildə vəfat etmişdir.

Tarixdə bu gün - 22 oktyabr

Tarixdə bu gün - 22 oktyabr1929 - Məşhur Azərbaycan filosofu, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Fuad Feyzulla oğlu Qasımzadə Bakı şəhərində anadan 16-_3.jpg[/thumb]
1947-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinin fəlsəfə şöbəsinə qəbul edilmiş və 1952-ci ildə oranı fərqlənmə diplomu ilə bitirərək fəlsəfə ixtisası üzrə aspiranturada saxlanılmışdır.
60 il ərzində o Azərbaycan Dövlət Universitetində müəllim kimi fəaliyyət göstərmişdir.
Fuad Qasımzadə 1989-cu ildə AMEA-nın müxbir üzvü və 2001-ci ildə həqiqi üzvü seçilmişdir.
F. Qasımzadə elmi yaradıcılığı dövründə 30 kitabın və 500-dən çox elmi məqalə çap etdirmişdir. F.Qasımzadənin əsas tədqiqat sahəsi Azərbaycan fəlsəfə ictimai fikri, sosial fəlsəfə, ontologiya və idrak nəzəriyyəsi, estetika olmuşdur.
Fuad Qasımzadə 3 avqust 2010- cu ildə Bakı şəhərində ağır xəstəlikdən sonra vəfat etmiş, II Fəxri Xiyabanda dəfn edilmişdir.
Feyzulla Qasımzadənin oğludur

1929 — Məşhur sovet futbolçusu, əfsanəvi qapıçı Lev Yaşin anadan olmuşdur.

Tarixdə bu gün - 22 oktyabr

1940 - Tərcüməçi, dramaturq, publisist Mailə Muradxanlı Salyan rayonunda anadan olmuşdur.
Məşhur telejurnalist, "Bakıfilm" kinostudiyasının baş redaktoru, ANS-in "Zərif çərşənbə" verlişinin aparıcısı olan respublikanın əməkdar jurnalisti Mailə Muradxanlı 12 iyun 2010-cu ildə vəfat etmişdir.

Tarixdə bu gün - 22 oktyabr

Bayramlar və xüsusi günlər:


Rusiyada 22 oktyabr "Ağ leyləklər" günüdür. Əvvəlcə, Dağıstanın Xalq şairi Rəsul Həmzətovun təşəbbüsü ilə bursda qeyd edilmiş, daha sonralar bütün Rusiya ərazisində qeyd edilməyə başlamışdır.

Tarixdə bu gün - 22 oktyabr

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz