» » Tarixdə bu gün - 21 oktyabr

Tarixdə bu gün - 21 oktyabr

Müəllif: Vüsal от 21-10-2017, 21:20
21 oktyabr

İlin 294- cü günü
İlin sonuna 71 gün qalır.

Mühüm hadisələr:

1520 – Portuqaliyalı səyyah və tədqiqatçı Ferdinand Magellan Cənubi Amerikanı Antarktidadan ayıran boğazı kəşf etmişdir. Sonradan bu yer onun şərəfinə "Magellan boğazı” adlandırılmışdır.
1879 –Amerikalı Tomas Edison ilk elektrovozu ixtira etmişdir.
1879 – Tomas Edison ilk közərmə lampasını sınaqdan çıxarmışdır.
1945 – Fransada qadınlar ilk dəfə səs vermə hüququ əldə etmişlər.

Doğum günləri:

1833 - Dinamiti kəşf etmiş, tüstüsüz barıtın tərkibini tapmış İsveç mühəndis-kimyaçısı Nobel Alfred Bernxard Stokholmda doğulmuşdur.
Alfred Nobel İmmanuel Nobelin 3-cu oğlu olmuşdur. 1842-ci ildə ailəsi ilə birlikdə Sankt-Peterburqa getmişdir. O, professor N.N.Zinindən kimyanı Tarixdə bu gün -  21 oktyabroyrənməyə başlamışdır. Alfred Bernard Nobel London Kral Cəmiyyətinin və İsveç Elmlər Akademiyasının üzvü olmuşdur. O, kommersiya fəaliyyəti ilə də məşğul olmuş, dinamit istehsal edən iki iri trest: "Latın" və "Anqlsaks" trestlərini təşkil etmişdir.
1843-cü ildə ata Emanuel Nobel oğulları Alfred, Lüdviq və Robertlə Krım müharibəsində çar ordusu üçün silah istehsal etməyə başlayırlar. Bu məqsədlə Robert Azərbaycana gəlir. O, tüfəng qundağı üçün qoz ağaçı (bəzi mənbələrə görə dəmirağac) axtara-axtara Lənkərandan Bakıya gəlir və orada qaynayıb-qarışan bir şəhər görür. Robert Nobel Bakıda neftlə bağlı geniş biznes imkanları görür və qardaşlarını burada şirkət açmağa inandırir. 1875-cu ildə Nobel qardaşları Bakıda "Tovarişestvo Neftyanoqo Proizvodstva Bratyev Nobel" – Nobel Qardaşları şirkətini yaradırlar. Az müddətdə Nobel qardaşları Abşeronun bir sıra neft mədənlərinin sahibi olur, zavodlar alır və xeyli kapitala yiyələnirlər.
Lakin Rusiyada proletar inqilabından sonra bolşeviklər Bakı neftinə can atırdılar. 1920-ci ilin aprel ayında onlar Bakıya daxil olur və neft sənayesini milliləşdirirlər. Nobellərin milyonları, əlbəttə ki, batmır. Çünki pullar xarici banklara yatırılirdı. İndi həmin pullardır ki, "Nobel mükafatı" formasında müxtəlif sahədə mühüm kəşf və ixtiraları olan alımlərə təqdim olunur." Nobel mükafatının məbləği təxminən 1,3 mln. dollara bərabərdir.
Alfred Nobel ölüm ayağında ""Nemezida" adlı yeganə faciə pyesi də yazmışdır.
0, 10 dekabr 1896-cı ildə 63 yaşında İtaliyada vəfat etmişdir.

Tarixdə bu gün -  21 oktyabr1932 - Azərbaycanın Xalq şairi Xəlil Rza Ulutürk Salyan rayonunun Pirəbbə kəndində anadan olmuşdur.
İlk mətbu şeri "Kitab" 1948-ci ildə "Azərbaycan pioneri" qəzetində işıq üzü görmüşdür.
Azərbaycanın Xalq şairi Xəlil Rza Ulutürk Salyan rayonunun Pirəbbə kəndində anadan olmuşdur.
Xəlil Rza 2 saylı şəhər orta məktəbində təhsil almışdır. Salyan şəhər kitabxanasının ədəbiyyat dərnəyinin üzvü olmuşdur. "Kitab" adlı ilk mətbu 1948-ci ildə "Azərbaycan pioneri" qəzetində işıq üzü görmüşdür. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsinə daxil olub. Universitetdə ədəbiyyatşünas-alim Cəfər Xəndanın, sonralar şair Bəxtiyar Vahabzadənin rəhbərlik etdiyi ədəbi dərnəkdə, Azərbaycan Yazıçılar İttifaqında xalq yazıçısı Mirzə İbrahimovun başçılığı ilə keçirilən "Gənclər günü" məşğələlərində fəal iştirak etmişdir.
1954-cü ildə Azərbaycan Dövlət Universitetini bitirən Xəlil Rza əmək fəaliyyətinə "Azərbaycan qadını" jurnalı redaksiyasında başlamışdır. O burada ədəbi işçi vəzifəsində çalışdığı iki ildə (1955-1957) dövri mətbuatda çap etdirdiyi məqalə və şerlərlə ədəbi ictimaiyyətin diqqətini cəlb etmişdir. 1954-cü ildə Xəlil Rza SSRİ Yazıçılar ittifaqının üzvü seçilir. Onun ilk şerlər toplusu – "Bahar gəlir" (1957) kitabı da nəşr olunur. 1957-ci ilin avqust ayında Azərbaycan Yazıçılar İttifaqı Xəlil Rzanı Moskvaya, M.Qorki adına Dünya Ədəbiyyat İnstitutu nəzdində olan ikiillik Ali Ədəbiyyat kurslarına göndərməsi də gənc şairin gələcəyinə inamla bağlı idi. Xəlil Rza Institutda rus ədəbiyyatının görkəmli sənətkarı Pavel Antokolskinin rəhbərlik etdiyi bölmədə poeziyanın nəzəri əsaslarını öyrənməklə yanaşı, dünya xalqlarının mədəni irsi ilə yaxından tanış olmuşdur. Moskvada təhsil illərində görkəmli rus şairi Samuil Marşakın evində və Yasnaya Polyanada dahi Lev Tolstoyun xatirə muzeyində olması, Leninqrada Ermitaj xəzinəsinə kollektiv səfəri, Nazim Hikmət və Mixail Şoloxovla görüşləri gənc şairin xatirəsində dərin izlər buraxmışdır.
1959-cu ildə Xəlil Rza Bakıya qayıtdıqdan sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun aspiranturasında təhsilini davam etdirmişdir. O, 1963-cü ildə "Müharibədən sonrakı Azərbaycan sovet ədəbiyyatında poema janrı (1945-1950)" mövzusunda yazdığı dissertasiyanı uğurla müdafiə etmiş, fılologiya elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür. Onu institutda müəllim kimi saxlamışlar. Tələbə auditoriyasına müəllim kimi daxil olduğu gündən Xəlil Rza dərs proqramı çərçivəsi ilə məhdudlaşmamış, vətənpərvərlik ruhlu mühazirələrində qədim milli bəşəri dəyərlərimizdən və doğma dilimizdən ürək yanğısı ilə söhbət açmışdır.
1991-ci il mayın 6-da Xəlil Rza "Türk milləti mükafatı laureatı" fəxri adına layiq görülür. Bir ildən sonra, 1992-ci ildə ona Azərbaycan Respublikasının Xalq şairi fəxri adı verilir. Süleyman Dəmirəlin tapşırığı ilə cərrah Paşa adına Şəfa evində onun şəkərini və gözlərini müalicə edirlər. May ayının 19-da Həsaki Qəlb xəstəxanasında Xəlil Rzanın ürəyində cərrahiyyə əməliyyatı aparılır. 1993-cü il fevral ayının 11-də Bakıya qayıdan Xəlil Rza ayağından çıxarılan şırımın yeri bitişmədiyindən müalicə komissiyasında həkimlərin nəzarəti altında saxlanılır. Lakin çox çəkmir ki, həkimlərin məsləhətinə görə, şairi Almaniyaya göndərirlər. 1993-cü il avqust ayının 23-də Xəlil Rza Firəngiz xanımla Bakı-İstanbul-Köln təyyarə marşurutu ilə Almaniyaya gedir, Zolenger şəhər klinikasında müalicəsini davam etdirir. Bakıya qayıdan Xəlil Rzanın bir müddətdən sonra yenə vəziyyəti ağırlaşır, onu Kardiologiya İnstitutunda müalicə edirlər.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Fransaya rəsmi səfəri zamanı Xəlil Rza və Firəngiz xanım da nümayəndə heyətinin tərkibinə daxil edilmişdi. Bu tarixi səfər Xəlil Rzanın son səfəri oldu. Fransa səfərindən sonra tez-tez ön cəbhə bölgələrində, məktəb və mədəniyyət ocaqlarında, görüşlərdə çıxışlar edib şerlər oxuması, narahat həyat tərzi, yaradıcılıqla ciddi məşğul olması onu haldan salıb vəziyyətini ağırlaşdırdı. Sonrakı müalicə nəticə vermədi. 1994-cü il iyunun 22-də bədii yaradıcılığının barlı-bəhərli çağında şairin vətən eşqi, xalq məhəbbəti ilə çırpınan ürəyi döyünməkdən qaldı.
Xəlil Rza Ulutürk Fəxri Xiyabanda dəfn olundu, onun məzari üstündə şairin əzəmətli heykəli yüksəldildi.
Azərbaycan xalqının milli mübarizəsində xüsusi xidmətlərinə görə xalq şairi Xəlil Rza Ulutürk (ölümündən sonra) "İstiqlal" ordeni ilə təltif edildi.



1932 - Aşıq Kamandar (Kamandar Həmid oğlu Əfəndiyev) Gürcüstan Respublikası Bolnisi rayonunun Kürüstü Kəpənəkçi kəndində doğulmuşdur.
Ömrünün erkən yaşlarından saz çalıb, oxumağa hədsiz maraq göstərən Kamandar 1959-cu ildə Bakıda Azərbaycan aşıqlarının IV qurultayının nümayəndəsi olub.
Aşıq 2000-ci il oktyabr ayının 25-də doğma kəndi Kürüstü Kəpənəkçi kəndində vəfat etmişdir.

Tarixdə bu gün -  21 oktyabr

1990 - Milli Qəhrəman Elton Xaləddin oğlu İsgəndərov Samux rayonu Əhmədbəyli kəndində anadan olub.
Elton İsgəndərov 2008-ci ilin oktyabrında həqiqi hərbi xidmətə çağırılıb.
O, 2008-ci ildən Milli Ordunun Sərhəd Xidmətində qulluq edib, 2009-cu il iyunun 18-də Cəlilabad rayonu istiqamətində sərhəd pozucuları ilə döyüşə girib, sərhəd pozucularından biri sərhədçilərimizin cəm dayandığı mövqeyə qumbara atıb, cəsur əsgər dərhal özünü qumbaranın üzərinə atıb, həlak olub, amma öz ölümü ilə əsgər və zabitlərimizin həyatını xilas edib.
Samux rayonu Əhmədbəyli kənd qəbristanlığında dəfn edilib.
Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2009-cu il tarixli 349 saylı fərmanı ilə Elton Xaləddin oğlu İsgəndərov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.

Tarixdə bu gün -  21 oktyabr

Vəfat etmişdir:

Tarixdə bu gün -  21 oktyabr

1992 -Azərbaycan müğənnisi Nəzakət Məmmədova vəfat edib. Bu gün müğənnininn vəfatından 25 il ötür.
Nəzakət Məmmədova 1944-cü ildə Gəncə şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra Xarici Dillər İnstitutuna daxil olsa da, təhsilini yarımçıq qoyaraq 1966-cı ildə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumuna daxil olub. Sonralar təhsilini İncəsənət İnstitutunda davam etdirib.
1968-ci ildə Opera və Balet Teatrına qəbul olunub. O, "Rast", "Qatar", "Şahnaz", "Segah" və digər muğamların, mahnı və təsniflərin mahir ifaçısı kimi tanınıb, sevilib. N.Məmmədova Soçi şəhərində plastik əməliyyatlarla lisenziyasız məşğul olan Karol Anatoli İvanoviç adlı birinə müraciət edən boynundakı qırışlardan azad olmaq istəyir. Lakin əməliyyat zamanı həkim-dermatoloqun səhvi – bıçağın boğazdakı şah damara dəyməsi müğənninin ölümünə səbəb olub. Nəzakət Məmmədova qanaxmadan dünyasını dəyişir. Əslən erməni olan həkim Karol isə törətdiyi əmələ görə Krasnodar məhkəməsi tərəfindən 5 il azadlıqdan məhrum edilib.

Tarixdə bu gün -  21 oktyabr

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz