» » Tarixdə bu gün - 16 oktyabr

Tarixdə bu gün - 16 oktyabr

 
Tarixdə bu gün - 16 oktyabr

Mühüm hadisələr:


1806 –Rusiya və Osmanlı arasında yeni müharibə başladı.
1830 –Zaqatalada Rusiya işğalına qarşı 21 iyunda başlayan üsyan yatırıldı.
1951 –Tofiq Bəhramov adına Respublika Stadionu istifadəyə verilmişdir.
1990 –SSRİ lideri Mixail Qorbaçov "bazar iqtisadiyyatına keçid" haqqında qərar verdi.
1992 –91 nəfər tanınmış Azərbaycan ziyalısı Heydər Əliyevə müraciət etdi.
2004 –Bakı-Tiflis-Ceyhan boru kəmərinin Azərbaycan və Gürcüstan ərazilərindən keçən hissələri təntənəli mərasimlə birləşdirildi.
2006 –GUAM Parlament Assambleyasına rəhbərlik Azərbaycana keçdi.
2007 –Tehranda Xəzəryanı ölkələrin dövlət başçılarının ikinci zirvə toplantısı keçirildi.

Doğum günləri:

1853 - General, ilk azərbaycanlı hərbi topoqraf İbrahim Ağa Vəkilov Qazax rayonunda anadan olmuşdur. İbrahim ağa Vəkilov Qafqazda hərbi topoqrafiya üzrə general-mayor rütbəsinə layiq görülmüş yeganə şəxsiyyətdir.
General İ.Vəkilov 1934-cu il iyunun 2-də vəfat edib.

Tarixdə bu gün - 16 oktyabr

1855 - Rusiya İmperator ordusunun artilleriya generalı , Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri, sovet hərb xadimi Səməd bəy
Mehmandarov Lənkəran rayonunda anadan olmuşdur.
General S.Mehmandarov Azərbaycan Xalq Cümhuriyyəti hökümətində 1918-ci ilin 25 dekabrından Hərbi Nazir vəzifəsini tutmuş və müstəqil Azərbaycanın qısa müddətdə 30 minlik ordusunu yaratmağa nail olmuşdu.
General Səməd bəy Mehmandarov 1924-1927-ci illərdə Azərbaycanda hərbi sahədə aparılan geniş islahatlarda və tədbirlərdə fəal iştirak etmişdir.
1928-ci ildə general S.Mehmandarov səhhətinə görə orduda xidmətdən təxris olunmuş və ona fərdi dövlət təqaüdü verilməsi müəyyən edilmişdi.
General Səməd bəy Mehmandarov 12 fevral 1931-ci ildə Bakıda vəfat etmişdir.

Tarixdə bu gün - 16 oktyabr

Tarixdə bu gün - 16 oktyabr 1923 -Azərbaycanın Xalq yazıçısı, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Abdullayev Gülhüseyn Hüseyn oğlu (Gülhüseyn Hüseynoğlu) Masallı rayonunun Mollaoba kəndində anadan olmuşdur. 3-4 yaşında ikən ailəsi Bakıya köçdüyündən orta təhsilini burda almışdır.
1947-ci ildə ADU-nun filologiya fakültəsini bitirmiş, aspiranturaya qəbul olunmuş, lakin şəxsiyyətə pərəstiş dövründə həbs edilmiş, 25 il azadlıqdan məhrum olunmuşdur. 1956-cı ildə ona tam bəraət verilmiş, aspiranturaya bərpa edilmişdir. Universitetdə müəllim saxlanmışdır.
İşlədiyi müddətdə Universitetin Azərbaycan sovet ədəbiyyatı kafedrasının professoru, filologiya fakültəsi elmi şurasının üzvü olmuşdur.
"Ana" adlı ilk hekayəsi 1944-cü ildə, "Bənövşə əfsanəsi" adlı ilk mənsur şeri isə 1946-cı ildə dərc olunmuşdur.
M.Müşfiq barədə elmi monoqrafık əsərin, çoxlu tədqiqat xarakterli məqalələrin müəllifidir. Oçerk, povest və elmi-tədqiqat əsərləri yazsa da, bədii yaradıcılığında mənsur şeir və hekayə başlıca yer tutur. Azərbaycan ədəbiyyatında mənsur şerin yaradıcısı kimi tanınır.
Azərbaycan Yazıçılar İttifaqının V qurultayından idarə heyətinin üzvüdür. Azərbaycan Yazıçılar Birliyinin X qurultayında birliyin nəsr bölməsinin rəhbəri seçilmişdir. Əsərləri keçmiş SSRİ xalqlarının dillərinə tərcümə olunmuşdur. İndiyədək otuza yaxın kitabı kütləvi tirajla buraxılmışdır.
Gülhüseyn Hüseynoğlu 8 iyul 2013-cü ildə vəfat etmişdir

1926 - Azərbaycan bəstəkarı, Azərbaycanın Əməkdar incəsənət xadimi, Azərbaycan Respublikasının Xalq artisti, professor "Şöhrət" ordenli Ramiz Hacı oğlu Mustafayev Türkmənistanda anadan olmuşdur.
R. Mustafayev 1968 – 1973-cü illərdə Azərbaycan Bəstəkarlar İttifaqının katibi vəzifəsində çalışıb. 1957-ci ildən Bəstəkarlar İttifaqı İdarə Heyətinin üzvü olub. Musiqi sənətimizin inkişafına görə, "Şöhrət" ordeninə layiq görülən bəstəkar xüsusilə iri həcmli, monumental musiqi janrlarında əsərlər yazıb. O, baletdən başqa bütün janrlara müraciət edib. Bəstəkar 6 opera, 6 musiqili komediya, 9 oratoriya, kantata, 8 simfoniya, 300-dən çox mahnı və romans, müxtəlif səpkili instrumental əsər və s. yazıb.
Rauf Hacıyev 10 aprel 2008-ci ildə Bakıda vəfat etmişdir.
* Anası Nabat xanım Əzim qızı görkəmli şair Seyid Əzim Şirvaninin nəslindəndir.
* Rəssam Güllü Müstafayevanın və dirijor Faiq Mustafayevin qardaşıdır.
* Musiqişünas Zemfira Qafarovanın dayısıdır.

1949 - Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, filologyia elmləri doktoru, professor, əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü, akademik İsa Əkbər oğlu Həbibbəyli Şərur rayonunda anadan olmuşdur.
AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında "Ədəbiyyat nəzəriyyəsi" ixtisası üzrə təhsil almışdır. "XX əsrin əvvəlləri Azərbaycan romantik lirikası" mövzusun"a namizədlik, "Cəlil Məmmədquluzadə: mühiti və müasirləri" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
2013-cü ilin aprel ayından Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidentidir.

Tarixdə bu gün - 16 oktyabr

Tarixdə bu gün - 16 oktyabr1963 - Azərbaycanın Milli Qəhrəmanı Səfəralı Qurban oğlu Məmmədov Masallı rayonunda doğulmuşdur.
O, döyüşlərə Ağdam rayonunda polis komandiri kimi atılmışdır.
1992-ci il fevralın 16-da Səfəralının son döyüşü oldu. Azğınlaşmış erməni dəstələri Xocavənd rayonunun Qaradağlı kəndinə hücum edib insanları vəhşicə qətlə yetirib meyitləri də silos quyularına atmışdılar. Səfəralının başçılıq etdiyi dəstə erməni yaraqlılarını məhv edərək kəndi təmizləməyə can atırdılar, bu zaman onun idarə etdiyi maşın qumbaratanla vuruldu qəlpələrdən biri kəmərindəki əl qumbarasına dəyərək partlayır. Səfəralı faciəli şəkildə həlak olur.
Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə Məmmədov Səfəralı Qurban oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir.
Masallı rayonunun Sərçuvar kəndində dəfn edilib.
Masallı şəhərindəki küçələrdən biri və təhsil aldığı orta məktəb qəhrəmanımızın adını daşıyır.

1984 - Məşhur türkoloq, filologiya elmləri doktoru, professor, müasir türkologiyanın inkişafında müstəsna xidmətləri olan elm adamlarından biri Fərhad Ramazan oğlu Zeynalov Ordubadda anadan olmuşdur.
Fərhad Zeynalovun müdafiə etdiyi mövzu – "Nitq hissələrinin təsnifat prinsiptləri" – daha sonra da bir çox elmi tədqiqatlara başlanğıc vermişdir.
1956-cı ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində işə başlamışdır.
1962-ci ildə bu universitetdə Ümumi dilçilik kafedrasının dosenti olmuşdur. Elə həmin universitetdə 1969-cu ildə Türkologiya kafedrasının yaradılması məhz onun adı ilə bağlıdır. O, həmin ildən etibarən bu kafedraya rəhbərlik etmişdir.
1956-cı ildə filologiya elmləri namizədi, 1966-cı ildə elmlər doktoru alimlik dərəcəsi almışdır.

Tarixdə bu gün - 16 oktyabr

1991 - Ədəbiyyatşünas alim, AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, filologiya elmləri doktoru Məmməd Adilov Şəkidə anadan olmuşdur. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının filologiya elmləri üzrə ekspert şurasının üzvü və "Əlyazmalar xəzinəsində" jurnalının baş redaktoru idi.
2003-cü ildə AMEA-nın Fəxri Fərmanı ilə, 2005-ci ildə "Tərəqqi" medalı ilə təltif olunmuşdur.
Məmməd müəllim 16 oktyabr 2011-ci il tarixdə Şəki şəhərində vəfat etmişdir.


Tarixdə bu gün - 16 oktyabr

Bayramlar və xüsusi günlər:

Bu gün Beynəlxalq Anestizoloq Günüdür. 1846-cı ildə birinci dəfə çənəaltı hissədən şişi götürmək üçün efir narkozu nümayiş etdirilib.

Tarixdə bu gün - 16 oktyabr

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz