» » Tarixdə bu gün - 24 sentyabr

Tarixdə bu gün - 24 sentyabr

Müəllif: Vüsal от 24-09-2016, 00:59

24 sentyabr

İlin 267-ci günü
İlin sonuna 98 gün qalır.
Vəfat etmişdir
Tarixdə bu gün  - 24 sentyabr1991- Azərbaycanın Milli Qəhrəmanı Mehdiyev Umud oğlu Vətən uğrunda döyüşlərdə həlak olmuşdur.
Fazil Mehdiyev 20 avqust 1966-cı ildə Laçın rayonunun Ələkçi kəndində anadan olmuşdur. O, körpə olarkən ailəsi Ağdamın Abdal Gülablı kəndinə köçmüşdür. 1983-cü ildə məktəbi burada bitirmişdir. 1984-1986-cı illərdə hərbi xidmətdə olmuşdur.
1991-ci il sentyabrın 23-dən 24-ə keçən gecə ermənilər Abdal Gülablı (Gülablı) kəndinə hücum etmişdilər. Fazil dostu Salehlə maşına minib döyüşə tələsir. Ağdama gələn yolda pusqu quran ermənilər onları atəşə tuturlar və Fazil bu döyüşdə faciəli surətdə həlak olur.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Mehdiyev Fazil Umud oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir.
Ağdam rayonunun "Qarağacı" qəbristanlığında dəfn edilib.
Bakının Nəsimi rayonunda büstü qoyulub, Səbail rayonunda isə adına küçə var.
1991 Azərbaycanın Milli Qəhrəmanı YusifƏliyusif oğlu Əliyev Vətən uğrunda döyüşlərdə həlak olmuşdur.

Yusif Əliyev 2 dekabr 1969-cu ildə Bakının Qobustan qəsəbəsində anadan olmuşdur. 0, qəsəbədəki 223 saylı  orta məktəbi bitirmişdir. 1988-ci ildə ordu sıralarına çağırılmış, hərbi xidmətini  keçmiş sovetlər ölkəsinin Sverdlovsk şəhərindəki  piyada qoşun hissəsində çəkmişdir.
Yusif Əliyev 1991-ci ilin fevralında Yusif Əliyev Goranboyda ilk döyüş sınağından çıxır. Silahlı erməni quldurları Buzluq, Mənəşli, Erkəç kəndləri tərəfdən basqınlar edirdilər. Lakin 24 fevralda Mənəşli kəndinə hücum edildikdə ermənilər pərən-pərən düşdülər. 1991-ci il 14 sentyabrda düşmən Buzluq kəndinə hücum etdikdə əsgərlərimizə sursat çatdırmaq Yusifin ölümü bahasına başa gəlir.
Ailəli idi.
Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə Əliyev Yusif Əliyusif oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.
Ağsu rayonunun Rəhimli kəndində dəfn edilmişdir.
Qobustan qəsəbəsindəki 195 saylı orta məktəb qəhrəmanın adını daşıyır. Məktəbdə büstü qoyulmuşdur.
 
Tarixdə bu gün  - 24 sentyabr1992 - Azərbaycanın Milli Qəhrəmanı Mübariz Əlizadə oğlu Əhmədov Vətən uğrunda döyüşlərdə şəhid olmuşdur.
1 yanvar 1963-cü ildə Sabirabad rayonunun Qaratəpə kəndində dünyaya göz açmışdır. 1969-cu ildə burada beynəlmiləl orta məktəbə getmişdir. 1980-ci ildə Azərbaycan Pedaqoji Dillər İnstituna imtahan verir. Üçüncü kursda oxuyarkən hərbi xidmətə çağırılır. 1985-ci ildə ordudan tərxis olunur. 1988-ci illərdə Meydan hərəkatının iştirakçısı olur. Erməni basqınçıları Azərbaycan torpaqlarına hücumlar etməyə başlayanda Mübariz yenicə yaranan özünümüdafiə batalyonuna ilk yazılan könüllülərdən olur.
Onun son döyüşü 24 sentyabr 1992-ci il oldu, Abdal-Gülablı kəndini erməni faşist dəstələrindən təmizləmək lazım idi əks hücuma keçən döyüşçülərimiz qələbə əzmi ilə irəliləyirdilər lakin qəfil partlayan mərmi Mübarizi yerə sərdi onu döyüş zonasından uzaqlaşdırmaq mümkün olsa da həyata qaytarmaq mümkün olmur cəsur komandir gözlərini əbədi yumur.
Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə Əhmədov Mübariz Əlizadə oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.
Sabirabad rayonunun Qaratəpə kəndindəki Şəhidlər xiyabanında dəfn edilmişdir. Sabirabad rayonunda büstü qoyulmuşdur.

Tarixdə bu gün  - 24 sentyabr

 


Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz