» » Tarixdə bu gün - 9 oktyabr

Tarixdə bu gün - 9 oktyabr

Müəllif: Vüsal от 9-10-2017, 00:15
 
9 Oktyabr

İlin 282- ci günü
İlin sonuna 83 gün qalır.

Mühüm hadisələr:

1874 - Beynəlxalq Poçt İttifaqı yaradılmışdır.
1941 - Azərbaycanlılardan ibarət 223-cü Milli Diviziya yaradılmışdır.
1992 - Bakının Azadlıq meydanında Azərbaycan Silahlı Qüvvələrinin ilk hərbi paradı keçirilmişdir.
1997 - Strasburqda Azərbaycan, Gürcüstan, Ukrayna və Moldova prezidentlərinin görüşü zamanı GUAM beynəlxalq təşkilatının yaradılması qərara alınmışdır.
2013 — Prezident seçkiləri keçirilmişdir. İlham Əliyev 84,55 % səslə üçüncü dəfə ölkə prezidenti seçilib.

Tarixdə bu gün - 9 oktyabr 


Doğum günləri:

1902 - Azərbaycan oftalmoloqu, tibb elmləri doktoru, professor, Azərbaycan SSR EA-nın üzvü, Əməkdar elm xadimi Umnisə Süleyman qızı Musabəyova Qəbələ rayonunda anadan olmuşdur.
O, geniş ictimai, elmi fəaliyyətlə də məşğul olmuşdur. 1936-cı ildə Tibb elmləri doktoru adına, 1943-cü ildə professor adına, 1957-ci ildə Azərbaycan EA-nın müxbir üzvü, əməkdar elm xadimi adına layiq görülmüşdür. 1945-ci ildən ömrünün sonunadək indiki Azərbaycan Tibb Universitetinin göz xəstəlikləri kafedrasina başçılıq etmişdir. Elmi tədqiqatları, əsasən, traxoma, qlaukoma xəstəliklərinə, görmə sinirinin patologiyasına həsr edilmişdir. O bir sıra illərdə müxtəlif dünya səviyəsində olan toplantı və konqreslərdə iştirak etmişdir, geniş ictimai faliyyətlə məşğul olmuşdur.1958-ci ildə Brüsseldə keçirirlən Ümumdünya oftalmoloqlar konqresinin iştirakçısı, Sovet Sülhü Müdafiə Komitəsinin (1955-1974), Sovet Qadınları Komitəsinin (1963-1974) üzvü, Azərbaycan Oftalmaloqlar Cəmiyyətinin sədri (1957-1974) olmuşdur. SSRİ Ali Sovetinə (5-6-cı çağırış), Azərbaycan SSR Ali Sovetinə (4-cü çağırış) deputat seçilmişdir. Lenin ordeni və medallarla təltif edilmişdir. Ümnisə Süleyman Qızı Musabəyova Azərbaycan xalqının görkəmli elm xadimi, Qəbələnin fəxridir.
15 noyabr 1974-cü ildə vəfat etmişdir.

Tarixdə bu gün - 9 oktyabr

Tarixdə bu gün - 9 oktyabr1910 -Sovet İttifaqı Qəhrəmanı Həbibulla Eynulla oğlu Hüseynov anadan olmuşdur.
Müharibənin ilk günlərindən komandir divizion vəzifəsində düşmənlə qərb istiqamətində vuruşub.
1943-cü ildə müdafiə nazirinin əmri ilə 658-ci zenit-artileriya diviziyası 268-ci qvardiya zenit-artileriyası ilə əvəz edildi və polkovnik Həbubulla Hüseynov komandir təyin edildi.
6 aprel 1945-ci ildə 35 yaşlı komandir komanda məntəqəsini tərk edir və döyüşə şəxsən rəhbərlik edir. Düşmən durdurulur və geriyə cəkilməyə məcbur olur. Bu döyüşdə diviziya komandiri polkovnik Həbibulla Hüseynov qəhrəmancasına həlak oldu.
29 iyun 1945-ci ildə SSRI ALi Sovetinin Rəyasət Heyətinin Fərmanı ilə qvardiya polkovniki Hüseynov Həbibulla Eynulla oğlu vəfatından sonra Sovet İttifaqı Qəhramanı adına layiq görüldü. 

Düşmənlə döyüşdə göstərdiyi igidlik və şücaətinə görə polkovnik Hüseynov Həbibulla Eynulla oğlu aşağıdakı orden və medallara layiq görülmüşdü.

İki Döyüş Qırmızı Bayraq ordeni

Qırmızı Ulduz ordeni

Birinci dərəcəli Böyük Vətən Müharibəsi ordeni

Stalinqadın qorunması üçün verilən orden

Kenisberqin alınması üçün verilən orden


Tarixdə bu gün - 9 oktyabr1919 - Sovet İttifaqı Qəhrəmanı Məmməd Əli oğlu Məhərrəmov Goranboy rayonunda anadan olmuşdur.
Məmməd Əli oğlu Məhərrəmov Qasım İsmayılov rayonunun (indi Goranboy) Qarasuçu kəndində dünyaya göz açmışdır.
1939-cu ildə hərbi xidmətə çağırılmışdır.
Cəbhədə döyüşlərə 1941-ci ildə 52-ci ordunun 254-cü atıcı diviziyasında bölmə komandiri vəzifəsində başlamışdır.
Baş serjant M.Məhərrəmovun dəstəsi 1943-cü ilin 2 oktayabrı gecəsi Kreşşatnik adlı yerdə Dnepr çayını birinci olaraq keçmiş və 15 gün müddətində düşmənin arxasında onun silah ambarını partlatmış, zəbt etdiyi kənddə düşmənin bir tankını və onlarla əsgərini məhv edərək, arxadan gələn hərbi hissələrin hucumunun genişlənməsini təmin etmişdir.
Sovet İttifaqı Qəhrəmanı adı 1944-cü ilin 22 fevralında verilmişdir.
Leytenant M.Məhərrəmov 1945-ci ildə hərbi xidmətdən tərxis edilmişdir.
1977-ci ildə vəfat etmişdir.

Tarixdə bu gün - 9 oktyabr1946 - Azərbaycan kinooperatoru, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının baş operatoru, Azərbaycanın Əməkdar incəsənət xadimi, Avropa Kino Akademiyasının üzvü Kənan Əzizağa oğlu Məmmədov anadan olmuşdur.
1976-cı il avqustun 1-dən Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında kinooperator işləyən Kənan Məmmədovun kinoda ilk böyük işi "Evdə kişi var" filmi olub. Bundan başqa, o, "Atları yəhərləyin", "Təhminə", "Fəryad", "Otel otağı", "Ovsunçu" və daha neçə-neçə yaddaqalan filmlərin quruluşçu operatoru olub.
1986-cı ildə "Atları yəhərləyin" filminə görə SSRİ Dövlət Mükafatına, 1999-cu ildə isə "Əməkdar incəsənət xadimi" adına layiq görülüb.
operator 1976-cı ildə Moskvadan qayıdandan sonra ilk dəfə Rasim Ocaqovun çəkdiyi "Ad günü" filmində ikinci operator kimi fəaliyyətə başlayb. Sonralar bir müddət sənədli filmlərin çəkilişləri ilə məşğul olub, 1978-ci ildən isə artıq bədii filmlərin çəkilişlərində iştirak edib.
1996-2002-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs demişdir.

Tarixdə bu gün - 9 oktyabr1958 - Azərbaycanın Milli Qəhrəmanı Yunis Əsgər oğlu Əliyev anadan olmuşdur.
Əliyev Yunis Əsgər oğlu 1958-ci il oktyabrın 9-da Goranboy rayonunun Qızılhacılı kəndində anadan olmuşdu. 1973-cü ildə həmin kənddə səkkizinci sinfi bitirmiş, sonra təhsilini Dəliməmmədli şəhərindəki 102 nömrəli texniki-peşə məktəbində davam etdirmişdi. Yunis 1976-cı ildə ordu siralarına çağırılmış və hərbi xidmətini Tacikistanda başa çatdırmışdı. 1992-ci ildə Goranboy rayonunda yaradılmış ikinci batalyona üzv yazılmışdı. Erməni quldurlarına qarşı ilk döyüşü Ağdərə bölgəsində olmuşdu. O, 1992-ci il mayın 4-də Goranboy rayonunun Tap-Qaraqoyunlu kəndini mühafizə edən Talış kəndində yerləşən ermənilərin mövqelərini susdurmaq üçün "Yaltaxıl" adlı əməliyyat planı hazırlamışdı. Həmin əməliyyat uğurla başa çatmışdı. Bir gün sonra ermənilərin qəfil hücumu nəticəsində döyüşçülərimiz əvvəlki mövqelərindən çəkilməli olmuşdular. Elə həmin döyüşdə Yunis erməni gülləsinə tuş gələrək qəhrəmancasına həlak olub. Onun meyiti 43 gündən sonra Talış kəndi azad edildiyi zaman tapılmışdı.
Ailəli idi. İki övladı var.
Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 nömrəli Fərmanı ilə Əliyev Yunis Əsgər oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Yunis Əliyev 1992-ci il iyunun 16-da doğma Qızılhacılı kəndində dəfn olunub. Qızılhacılı kənd 3 nömrəli uşaq bağçası onun adını daşıyır. Goranboy rayonunda büstü qoyulub.

Vəfat etmişdir:

1944 - General-mayor, şərqşünas alim, Azərbaycan Demokrartik Respublikasının Daxili işlər nazirinin müavini Sadıq bəy Ağabəyzadə Lvov şəhərində vəfat etmişdir.
Sadıq bəy Ağabəyzadə 5 mart 1865 -ci ildə Göyçayda anadan olmuşdur.

Tarixdə bu gün - 9 oktyabr

Bayram və xüsusi günlər:


1874 -
Bu gün Ümumdünya Poçt Günü kimi qeyd olunur. 9 oktyabr 1974-cü ildə İsveçrədə 22 ölkənin nümayəndəliyi ilə Baş Poçt Birliyinin əsasını qoyan "Bern sazişi” imzalanıb. 1978-ci ildə birliyin adı dəyişdirilərək Ümumdünya Poçt İttifaqı adlandırılır. Hal-hazırda ÜPİ-nin tərkibində 189-dan çox ölkə var. Ümumdünya Poçt Günü hər il 9 oktyabr tarixindən etibarən bir həftə ərzində- "Beynəlxalq məktub həftəsi” adı altında keçirilir.

 

Tarixdə bu gün - 9 oktyabr  

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz