» » Tarixdə bu gün - 7 oktyabr

Tarixdə bu gün - 7 oktyabr

Müəllif: Vüsal от 7-10-2017, 00:15

7 oktyabr

İlin 280- ci günü
İlin sonuna 85 gün qalır.

Mühüm hadisələr:

E.ə.3761 - Yəhudi inancına görə dünyanın yarandığı gün.
1737 - Hündürlüyü 13 metri aşan dalğalar Hindistanda 100 000 insanın həyatına son qoymuşdur.
1950 - Tereza Ana xeyriyyə fondu yaradılmışdır.
1988 -Türkiyənin Ərzurum ilindəki qazıntılar nəticəsində ermənilərin türk əhalisinə qarşı 1918-ci ildə törətdiyi Yaşılyayla soyqırımı aşkarlanmışdır.
1992 - Azərbaycan Ali Soveti MDB-yə daxil olmağın əleyhinə səs vermişdir.

Doğum günləri:

Tarixdə bu gün - 7 oktyabr1952 - Rusiyanın dövlət və siyasi xadimi, Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putin Leninqrad şəhərində (Sankt -Peterburq) anadan olmuşdur.
Leninqrad Dövlət Universitetinin hüquq fakültəsini bitirib.
1975-ci ildən SSRİ DTK-də xidmətə başlayıb. Bir müddət Almaniyada işləmişdir.
1989-cu ildə istefaya çıxaraq Leninqrad Dövlət Universitetinin prorektoru Anatoli Sobçakın köməkçisi işləyib.
1997-ci ildə Sankt-Peterburq Dövlət Dağ İnstitutunda "Bazar münasibətlərinin formalaşması şəraitində regionun mineral-xammal bazasının yenidən bərpasının strateji planlaşdırılması" mövzusunda dissertasiya müdafiə edərək iqtisad elmləri namizədi elmi adını alıb.
Onun elmi rəhbəri mineral xammalın iqtisadiyyatı sahəsində tanınmış alim,iqtisad elmləri doktoru V.A.Fyodorov idi.
Alman dili və müəyyən qədər ingilis dili bilir.
1998-1999-ci illərdə Federal Təhlükəsizlik xidmətinin direktoru, 1999-cu ildə Təhlükəsizlik Şurasının sədri, 1999-2000; 2008-2012-ci illərdə Rusiya Federasiyası Hökumətinin sədri olmuş, 2000-2008-ci illərdə və 7 may 2012-ci ildən Rusiya Federasiyasının Prezidentidir.

1972— Azərbaycan yazıçı-publisisti, biologiya üzrə fəlsəfə doktoru Nübar Mürsəl qızı Həkimova Bakı şəhərində alim ailəsində anadan olmuşdur.

 1987-ci ildə Bakı şəhər 254 nömrəli  orta məktəbinbitirib.

1992-ci ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetini biologiya ixtisası üzrə bitirib. 2008-ci Azərbaycan Milli Elmlər Akademiyası A.İ.Qarayev adına Fiziologiya İnsititunda namizədlik disertasiyası müdafiə edərək fiziologiya elmləri naməzdi elmi dərəcəsi alıb.

2012-ci ildən AMEA Folklor İnstitunun doktorantıdır.

Filologiya elmləri doktoru, professor Mürsəl Həkimovun qızıdır.

2009-cu ilin bələdiyyə seçkilərində Nərimanov bələdiyyəsi üzrə namizəd kimi iştirak etmişdir.

Kitabları

"Azərbaycan-Gürcüstan həmrəyliyi yaddaşlarda"

 

 

"Yuxuyozmalar, türkəçarələr, inam və etiqadlar" 

 

Tarixdə bu gün - 7 oktyabr


1978— Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin  "İqtisadiyyat və menecment" fakültəsinin dekanı, İqtisadiyyat elmləri üzrə fəlsəfə doktoru,
Tarixdə bu gün - 7 oktyabrİlham Samil oğlu Rüstəmov Bakıda anadan olmuşdur.

1995-1999 AzTU- nun  Mühəndis biznesi və menecment fakultəsini bitirmişdir.

2001-2004 AMEA İqtisadiyyat İnstitutunun "Struktur dəyişiklikləri və investisiya problemləri” şöbəsi  aspiranturasında oxumuş,  2009-cu ildə  iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır.

2014-cü ildən dosent elmi adına layiq görülmüşdür.

2009 sentyabr-dekabr aylarında Azərbaycan Dövlət Neft Akademiyası  Maşınqayırma sənayesinin iqtisadiyyatı və menecment kafedrasında əvəzçi assistant işləmişdir.

2010- Azərbaycan Dövlət Neft Akademiyasında  Maşınqayırma sənayesinin iqtisadiyyatı və menecment kafedrasının  dosenti seçilmişdir

2015-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, İqtisadiyyat və Menecment fakültəsinə dekan vəzifəsinə təyin edilmişdir.


Vəfat etmişdir:

Tarixdə bu gün - 7 oktyabr1992-   Görkəmli Azərbaycan memarı,   SSRİ Memarlıq Akademiyasının həqiqi üzvü, Azərbaycan SSR Elmlər Akademiyasının akademiki, SSRİ Xalq memarı, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan SSR Əməkdar incəsənət xadimi, SSRİ Dövlət Mükafatı Laureatı, Azərbaycan SSR Dövlət Mükafatı Laureatı, Böyük Britaniya və İrlandiya Kral Asiya Cəmiyyətinin fəxri üzvü Mikayıl Ələsgər oğlu Hüseynovun vəfatından  25 il ötür.
Mikayıl Hüseynov 1905-ci il aprel ayının 19-u Bakı şəhərində dünyaya gəlmişdir. Gənclik illərindən memarlığa həvəs göstərmiş və bu məhəbbətə ömrü boyu sadiq qalmışdır. O, 200-dən çox layihə yaratmış və bunların, demək olar, hamısı həyata keçirilmişdir.
Mikayıl Hüseynov 1922-1929-ci illərdə M.Əzizbəyov adına Azərbaycan Politexnik İnstitutuna daxil olmuş və mühəndis-memar ixtisası üzrə mühəndis-inşaat fakültəsini bitirmişdir. 1930-1959 illərdə memar, sonradan isə "Azərdövlətmemarlayihə"də (indiki "Azərdövlətlayihə" DBLİ) 1-ci memarlıq emalatxanasının rəhbəri olmuşdur. 1960-1990 illərdə "Azərdövlətlayihə"də məsləhətçi (konsultant) işləmişdir 1947-1992-ci illərdə Azərbaycan Memarlar İttifaqının sədri olmuşdur. 1945-ci ildə Azərbaycan SSR EA-nın fizika - texniki elmlər və neft bölməsi üzrə həqiqi üzv (akademik) oldu. İlk memarlıq və nəzəri əsərlərini 1946-cı ilədək S.Dadaşovla birgə yaratmışdır. 1948-1988-ci illərdə Azərb. SSR EA Memarlıq və İncəsənət İnstitutunun direktoru işləyib. 1982 ildə Bakı şəhərinin fəxri vətəndaşı oldu.
Az vaxtda onun layihələri əsasında Bakıda, Gəncədə, Naxçıvanda, Şəkidə, eləcə də Düşənbədə, Moskvada və s. şəhərlərdə mədəni-məişət binaları tikilmişdir. Şərq və Qərb memarlıq məktəbinin sintezindan yararlanan Mikayıl Hüseynov əzəmətli yaşayış və ictimai binaların lahiyələrini hazırlayıb. Bakıdakı "Alimlər evi" (1946), Ü.Hacıbəyov adına "Azərbaycan Dövlət Konservatoriyası" (1937-1939), "Nizami adına Ədəbiyyat Muzeyi"nin (1946), "Nizami” kino mərkəzi (1937-1939), Azərb. Politexnik İnstitutu (1931-1933), "Bakı Soveti" işçiləri üçün yaşayış (hazırda Respublika Nazirlər Kabineti binası, 1938-1941) binaları onun layihələri əsasında inşa olunub. Memarın simmetrik kompozisiya şəklində həll edilmiş layihəsinə əsasən Hökumət Evinin yaninda 10 mərtəbəli 2 yaşayış binası, 16 mərtəbəli evlər (hamısı 1970 illər), Lenin (indiki Azadlıq) meydanının qərb tərəfində 16 mərtəbəli "Azərbaycan" (1969; SSRİ Nazirlər Sovetinin mükafatı, 1978), şərq hissəsində isə "Abşeron" (1985) mehmanxanaları tikilmişdir. Hüseynovun 60-80-ci illər yaradıcılıq fəaliyyətində Bakıda V. İ. Lenin meydanı (indiki Azadlıq meydanı) ansamblının tikintisi əhəmiyyətli yer tutur.
 

Tarixdə bu gün - 7 oktyabr

 

1985-ci ildə Londondakı Kral Asiya Cəmiyyətinə fəxri üzv seçilmişdir. Sovet Azərbaycanı memarlığının yadda qalan nailiyyətləri və xüsusən onun paytaxtı Bakının nailiyyətləri Londonda keçirilən sərgidə nümayiş etdirilmişdir. Bu sərgi "Bakının memarlığı" adı altında, 1985 ilin yazında Britaniya memarları Kral institutunun qalereyasında "İngiltərə - SSRİ" dostluq cəmiyyəti tərəfindən təşkil olunmuşdur. "İncəsənət və dizayn" jurnalında (mart, 1985) qeyd olunurdu ki, Bakı memarlığı "memarlıq formalarının valehedici mədəniyyətini açdı ki, onun varlığını Qərbdə heç güman etmirdilər".
İngiltərə kraliçası II Yelizavetanın himayəsi altında olan "Böyük Britaniya Asiya cəmiyyəti" tərəfindən 1985-ci ildə təşkil edilmiş "Bakının memarlığı" sərgisində böyük memar-ictimaiyyətçi akademik M. Hüseynovun əsəsrləri nümayiş etdirildi. Sərgi materiallarına keçirilən baxış və müzakirələrdən sonra M. Hüseynovu B. Britaniya və İrlandiya Krallığının Asiya cəmiyyətinin Fəxri üzvü seçdilər. Elə buradaca onun yeni Azərbaycan memarlığı məktəbini yaratdığı da qeyd edildi.
1946-cı ildən sonrakı memarlıq işləri: M.F. Axundov adına Azərbaycan Dövlət kütləvi kitabxanası (1960), Azərb. SSR EA şəhərciyi kompleksi (1951-1966), Bakı Metropoliteni "Nərimanov" (1967), "Nizami" (1976) və "Elmlər Akademiyası" (1985) stansiyaları; "Moskva" mehmanxanası (1978). Dünya şöhrətli memar, alim, pedaqoq, akademik Mikayıl Hüseynov Azərbaycan memarlığının inkişaf tapmasında böyük xidmətləri olub. 1992 ildə Beynəlxalq Memarlıq Akademiyasının Moskvadakı şöbəsinə fəxri üzv seçilmişdir. 1992-ci ildə M.Hüseynovun təşəbbüsü ilə Şərq ölkələri Beynəlxalq Memarlıq Akademiyası yaradıldı və ilk prezidenti Mikayıl Ələsgər oğlu Hüseynov oldu.
Dünya şöhrətli görkəmli memar M.Ə. Hüseynov 1992-ci il 7 oktyabrda Bakıda vəfat etmiş və I Fəxri Xiyabanda dəfn edilmişdir.


Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz