» » Tarixdə bu gün - 6 oktyabr

Tarixdə bu gün - 6 oktyabr

Müəllif: Vüsal от 6-10-2017, 00:15

6 Oktyabr


İlin 279-cu günü
İlin sonuna 86 gün qalır.

Mühüm hadisələr:

1923 – Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi Dağlıq Qarabağ Muxtar Vilayətinin erməni əhalisinin "müraciəti" adı altında vilayətin mərkəzi Xankəndi qəsəbəsini Stepanakert adlandırmışdır.
1948 – Aşqabadda baş verən 9-10 ballıq zəlzələ nəticəsində şəhər bütünlüklə dağıdılmış, qeyri-rəsmi məlumatlara görə, təxminən 150 min insan həlak olmuşdur.
1951 – Stalin SSRİ-nin atom silahına malik olduğunu bəyan edir.
2007 – Bakıda Birinci Beynəlxalq "Qızıl Payız" musiqi müsabiqəsi keçirilmişdir.

Doğum günləri:

 

Tarixdə bu gün - 6 oktyabr1914 - Tanınmış norveçli səyyah, etnoqraf və alim-antropoloq Tur Heyerdal anadan olmuşdur.
O, məşhur Kon-Tikki ekspedisiyası ilə Cənubi Amerikadan Tomatu adalarına qədər 7000 km-lik məsafəni sadəcə sal üzərində keçməklə dünyanı təəcübləndirmişdir.
Məşhur səyyahın həyat və fəaliyyətinin bir qismi də Azərbaycanla bağlıdır. 1981-ci ilin avqustunda Tur Heyerdal ilk dəfə Bakıya gəlmişdir. Dəfələrlə Qobustana və Azərbaycanın digər məkanlarına ekspedisiyalar təşkil etməklə özünün son "Odinin axtarışı ilə" adlı kitabında vikinqlərin köklərinin məhz Azərbaycanda axtarılmasının lazım gəldiyini maraqlı və kifayət qədər inandırıcı faktlarla əsaslandırır:
"Azərbaycanın hələ kifayət qədər öyrənilməmiş mədəniyyət və incəsənəti Mesopotamiyanınkından qədimdir".
Məşhur səyyah bu fikri qədim qaya təsvirlərinə əsaslanaraq söyləmiş, həmin təsvirlərlə qədim Skandinaviya xalqlarının və ingilislərin mədəniyyəti arasında uyğun cəhətlər olduğunu görmüşdür.
8 aprel 2002- ci ildə 87 yaşında vəfat etmişdir.

1956 - Azərbaycan aktyoru, Azərbaycanın Xalq artisti, aktyor Nurəddin Əzulla oğlu Mehdixanlı Cəlilabad rayonunun Tahirli kəndində doğulub.
1974-cü ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Dahi rejissor Adil İsgəndərovun rəhbərlik etdiyi kursu 1978-ci ildə başa vurub təyinatla Akademik Milli Dram Teatrına göndərilərək sentyabr ayının 1-dən aktyor truppasına işə götürülüb.
Çoxlu sayda tamaşada yaddaqalan obrazlar yaradıb.

Vəfat etmişdir:

1657 - XVII əsr görkəmli osmanlı alimi, tarixçisi, yazıçısı və coğrafiyaşünası Katib Çələbi (əsl adı Mustafa bin Abdullah, fevral 1609 — cu ildə doğulub) vəfat edib.
Din, hüquq, siyasət, ədəbiyyat, coğrafiya, tarix, biblioqrafiya və başqa elm sahələrində əsərləri məlumdur.

Tarixdə bu gün - 6 oktyabr1930 -Məşhur dövlət xadimi, publisist, Azərbaycan Demokratik Respublikasının parlamentinin üzvü Səməd ağa Ağamalıoğlu vəfat etmişdir.
Səmədağa Həsən oğlu 1867-ci ildə Qazax qəzasısının Qıraq Kəsəmən kəndində anadan olmuşdur.
1920-ci ildən Sovet İKP üzvü olmuşdur. Musavat parlamentində sosalist fraksiyasının üzvü olan Bolşeviklərin xəttinə tərafdar çıxmış Musavatçıların xalqa zidd əks-inqilabi siyasətini qətiyyətlə pisləmiş, İngilis silahlı müdaxiləçilərinin Bakıdan çıxarılmasını Azərbaycan ilə sovet Rusiyası arasında ittifaq tələb etmişdir Azərbaycanda Sovet hakimiyyətinin qələbəsin dən sonra respublikanın ilk xalq torpaq komisarı 1921-ci ildə Azərbaycan SSR MİK sədri, habelə Azərbaycanda Sovet hakimiyyətinin qələbəsindən sonra respublikanın ilk xalq torpaq komisarı 1921-ci ildə. Azərbaycanda Sovet hakimiyyətinin qələbəsindən sonra respublikasının ilk xalq torpaq komissarı, 1921 ildə Azərbaycan SSR MİK sədrinin müavini, 1922-1929-cu illərdə Azərbaycan SSR MİK sədri, habelə ZSFSR MİK sədrlərindən biri olmuşdur.
1930-cu ildə Moskvada vəfat edən Səməd ağa Ağamalıoğlu orada da dəfn olunmuş, sonradan cənazəsinin qalıqları Bakıya Fəxri Xiyabana köçürülmüşdür.
Azərbaycan SSR-də Ağamalıoğlunun adına kənd, ali məktəb, küçələr və s. vardı.

Bayramlar və xüsusi günlər:

6 Oktyabr Ümumdünya Yaşayış Məskənlərinin Müdafiəsi Günü kimi qeyd olunur. Bu gün Avropada Yabanı Flora və Fauna və Təbii Qoruma Müqaviləsi çərçivəsində 1979-ci ildə qəbul edilmişdir.
Məqsəd dünyanın, insanların mövcudluğu, yaşaması, davam etməsi üçün ilkin və vacib şərt olan ətraf mühitə qayğı, cavabdehlik, məsuliyyət yaratmaqdır.
 
 

Tarixdə bu gün - 6 oktyabr

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz