» » Tarixdə bu gün - 4 oktyabr

Tarixdə bu gün - 4 oktyabr

Müəllif: Vüsal от 4-10-2017, 00:15

4 oktyabr

İlin 277-ci günü
İlin sonuna 88 gün qalır.

Mühüm hadisələr:

1980 - 38 müsəlman dövləti Əfqanıstandan sovet qoşununun çıxarılması üçün BMT-yə müraciət etmişdir.
1994 - Azərbaycanda dövlət çevrilişinə cəhdin qarşısı alınmışdır.

Doğum günləri:

Tarixdə bu gün - 4 oktyabr1895 — Məşhur bakılı kəşfiyyatçı, Sovet İttifaqı Qəhrəmanı Rixard Zorge Bakıda anadan olmuşdur.
1929-cu ildə Sovet kəşfiyyat xidmətinin işinə cəlb edilmiş, 30-cu illərdə Almaniya və Yaponiyada işləyərkən bu iki ölkənin Sovetlər ölkəsinə qarşı hərbi əməliyyatlara hazırlaşmaları və hətta bu hücumların konkret vaxtları haqqında məlumatları Sovet rəhbərliyinə gizli yollarla çatdırmışdır. Almaniya faşist ordusu ilə Moskva altında keçirilən gərgin döyüşlər zamanı Rixard Zorge Yaponiyadan xəbər vermişdi ki, Yaponiya (Almaniya müttəfiti) Sovet İttifaqına qarşı müharibəyə başlamayacaqdır. Buna əsasən Sovet rəhbərliyi Uzaq şərqdə yerləşdiyi ordunun bir hissəsini Moskvanı müdafiəyə cəlb etmişdi.1941-ci ilin oktyabrında Rixard Zorge Yaponiya polisi tərəfindən həbs edilmiş və 1943-cü ilin sentyabrında onun haqqında ölüm hökmü verilmişdir. R.Zorge 1944-cü ilin 7 noyabrında Yaponiyada edam edilmişdir. Zorgenin dəfni 1944-cü il noyabrın 7-də səhər saat 10:20-də, Tokionun "Suqamo” həbsxanasında baş tutdu.
Ona Sovet İttifaqı Qəhrəmanı fəxri adı 20 il sonra, 1964-cü ilin 5 noyabrında verilmişdir. Bakıda adını daşıyan küçə və park var. Həmçinin xatirə ansamblı yaradılmış, qəhrəmanlığı haqqında bədii film çəkilmişdir.

Tarixdə bu gün - 4 oktyabr1924 — Sona Aslanova 1924-cü ildə oktyabrın 4-də Bakı şəhərində anadan olub.Ali və orta təhsilini Bakı şəhərində alıb. Burada ailə qurub, sənət zirvəsinə yüksəlib. 
Özünə yzlərlə pərəstişkar qazanan Sona Aslanovanın səsini dahi Üzeyir Hacıbəyov "Qəlbləri ovsunlayan səs” adlandırmışdı. 
Üzeyir Hacıbəyovdan dərs alan Sona Aslanova 200-dən çox mahnı ifa edib və 12 bədii filmə çəkilib.
"Bizim Cəbiş müəllim”, "Görüş”, "Telefonçu qız”, "Bizim küçə”, "O qızı tapın” kimi filmdərdə yadda qalan obrazlar yaradıb. 1952-ci ildə Konservatoriyanı bitirəndən həmin tədris ocağında pedaqoq kimi çalışan Sona Aslanova 20-dən artıq kadrın yetişməsində fədakarlıq göstərib.
İtaliyalı Sofe İkonovna Qorskadan dərs alan əməkdar artist uzun illər Azərbaycan televiziyası, Dövlət Filarmoniyası və estrada orkestrinin solisti olub. Azərbaycan və xarici bəstəkarlarının nəğmələrini böyük coşqu və məharətlə ifa edib.
Sona Aslanova 1994-cü ildən Amerika Birləşmiş ştatlarında yaşayırdı. 
1956-ci ildə Xalq artsiti, 1959-cu ildə isə Şərəf nişanı ordeni adına layiq görülüb. 
Opera səhnəsində Gülçöhrəni, Nigarı, Əslini böyük məharətlə ifa etmişdir.
Sona Aslanova 10 mart 2010-cu ildə 87 yaşında Los-Anceles şəhərinin "Kaiser” xəstəxanasında vəfat edib.
 
1957 — 2001-ci ilin yanvarından "Ayna" - "Zerkalo" qəzetlərinin təsisçisi və baş redaktoru, 1989-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü, 2006-cı ildən Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin İsmayıl oğlu Şıxlı Bakı şəhərində anadan olmuşdur.
1981-ci ilin iyul-avqust aylarında "İnturist" ÜSC Bakı şöbəsində tərcüməçi işləmişdir.
1981-ci ilin avqustundan 1986-cı ilin sentyabrınadək Azərbaycan Xarici ölkələrlə Dostluq və mədəni əlaqələr Cəmiyyətinin xaricdə yaşayan həmvətənlərlə əlaqələr şöbəsinin referenti olmuşdur.
1986-cı ilin sentyabrından 1988-ci ilin mayınadək Azərbaycan SSR Maarif Nazirliyi Kollekgiyasının katibi vəzifəsində işləmişdir.
1988-ci ilin mayından 1989-cu ilin aprelinədək V.İ.Lenin adına Sovet Uşaq Fondu Azərbaycan respublika bölməsi İdarə Heyəti aparatında baş referent olmuşdur.
1989-cu ilin aprelindən 1990-cı ilin iyulunadək "Azəpbaycan Kommunisti" - "Kommunist Azerbaydjana" jurnalında ədəbi işçi kimi çalışmıdır.
1990-cı ilin iyulundan 1998-ci ilin fevralınadək "Ayna"-"Zerkalo" qəzetləri redaksiyasında baş redaktor müavini, 1998-ci ilin fevralından 1999-cu ilin mayınadək "Al-ver" qəzetinin baş redaktoru, 1999-cu ilin mayından 2001-ci ilin yanvarınadək "Ayna Mətbu Evi" şirkətinin prezidenti vəzifələrində çalışmışdır.

Tarixdə bu gün - 4 oktyabr


Tarixdə bu gün - 4 oktyabr1963 — Azərbaycanın Milli Qəhrəmanı Nofəl Zahid oğlu Quliyev əli Bayramlıda anadan olmuşdur.
Nofəl Zahid oğlu Quliyev 4 oktyabr 1963-cü ildə Əli Bayramlı şəhərində anadan olmuşdur. 1981-ci ildə orta məktəbi bitirmişdir. 1982-1983-cü illərdə orduda xidmət etmişdir. Xidmətdən sonra 1984-cü ildən 1990-cı ilə kimi Tumen şəhərində işləmişdir. 1990-cı ilin dekabr ayında xalqının namusunu, qeyrətini qorumaq üçün DİN xüsusi təyinatlı milis dəstəsinə daxil olmuşdur.
Nofəl Zahid oğlu Quliyev Az bir vaxtda Füzulidə, Goranboyda, Daglıq Qarabağda erməni faşistləri ilə mübarizədə fəqlənmişdir. Hər döyüşdə ən çətin mövqe seçər, düşmən üzərinə şığıyardı. Dostlarına nümunə olmağa çalışar, düşmənə amansız zərbələr vurardı. 1991-ci il iyul ayının 15-də ermənilər güclü qüvvə və texnika ilə Todan kəndinə hücuma keçdilər. Dinc sakinləri döyüş zonasından çıxarmaq lazım idi. Nofəl Quliyev kənd sakinlərini yağış kimi yağan güllələrin altından çıxarıb təhlükəsiz yerə aparırdı. Yorulsa da köməyə ehtiyac olduğundan yenə geri döndü. Bu vaxt düşmən tutduğu mövqedən irəliləmişdi. Nofəl burada da misilsiz qəhrəmanlıq göstərərək kənddə qalan köməksiz adamlaın xilası uğrunda düşmənlə ölümdirim mübarizəsinə girdi. Neçə-neçə adamı ölümün pəncəsindən qurtardı və həmin döyüşdə onun üçün son anlar oldu. Həyatını Qarabağ torpağlarının toxunulmazlığı, Azərbaycan müstəqilliyi uğrunda qurban verdi (13 dekabr 1991).
Ailəli idi. Bir oğlu yadigar qalmışdır.
Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şüucaətə görə Nofəl Zahid oğlu Quliyevə Azərbaycan Milli Qəhrəmanı adı verilmişdir.
Vaxtı ilə oxuduğu 9 saylı orta məktəbə onun adı verilmişdir və məktəbin həyətində büstü qoyulmuşdur.

Tarixdə bu gün - 4 oktyabr1975 - Azərbaycan teatr və kino aktrisası, Azərbaycanın Əməkdar artisti Vəfa Əliseyran qızı Zeynalova Bakı şəhərində anadan olmuşdur.
1998-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsini bitirmişdir. 1996-cı ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilmişdir.
Vəfa Zeynalova Azərbaycan Dövlət televiziyasında hazırlanan bir çox teletamaşalarda müxtəlif obrazlar yaratmışdır.
Adı daim qalmaqallarda hallandırılısa da,  televiziyada və səhnədə  kifayət qədər tərəstişkrları var.
Ailəlidir, iki əkiz qızı var.

Vəfat etmişdir:

2006 - Məşhur aktyor, gülüş ustası Hacıbaba Ağarza oğlu Bağırov Bakı şəhərində vəfat etmiçdir.
Hacıbaba Bağırov 1932-ci il iyun ayının 12-də Bakı şəhərində fəhlə ailəsində anadan olub. Kiçik yaşlarından teatr sənətinə olan böyük həvəsi 1947-ci ildə orta Tarixdə bu gün - 4 oktyabrməktəbi bitirəndən sonra, onu Azərbaycan Dövlət Akademik Dram Teatrı nəzdindəki aktyor studiyasına gətirib-çıxarıb. Orada sənət korifeylərindən dərslər alıb – nəzəri və təcrübi vərdişlər teatra marağını və məhəbbətini daha da artırıb və 1950-ci ildə Lənkəran Dövlət Dram Teatrında ilk müstəqil yaradıcılıq fəaliyyətinə başlayıb.
1953-cü ildə Azərbaycan Dəmiryol Məktəbini bitirib, bir müddət Biləcəri deposunda maşinist köməkçisi işləyib.
1959-1960-cı illərdə Daxili İşlər Nazirliyinin klubuna rəhbərlik edib.
Teatrla yanaşı kino sahəsində də fəaliyyəti uğurlu olub. "Ulduz"da Möhsün, "Mehman"da Arif, "Onun bəlalı sevgisi"ndə Qaraxalov, "Alma-almaya bənzər"də Məmmədəli, "Şirbalanın məhəbbəti"ndə Şirbala rolları kino həvəskarları tərəfindən maraqla qarşılanıb.
1974-cü ildə Respublikanın Əməkdar Artisti, 1982-ci ildə Azərbaycanın Xalq artisti fəxri adlarına layiq görülüb. H. A. Bağırov Azərbaycan Respublikası Prezidentinin 11 iyun 1998-ci il tarixli, 717 nömrəli Fərmanına əsasən Şöhrət» ordeni ilə təltif edilib.
1989-cu ildən 1996-cı ilədək yaratdığı "Tənqid-təbliğ" teatrının direktoru və bədii rəhbəri vəzifələrində çalışıb. 1996-cı ildən Ş.Qurbanov adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrının direktoru, bədii rəhbəri və aktyoru olub. 2001-ci ildə E.Sabitoğlu, T.Vəliyevanın "Bankir adaxlı" tamaşasına görə "Qızıl Dərviş" mükafatına layiq görülüb.

Tarixdə bu gün - 4 oktyabr1994 - Azərbaycanın Milli Qəhrəmanı Natiq Bəşir oğlu Məmmədov Zaqatala rayonunda anadan olmuşdur.
11 may 1975-ci ildə Zaqatala rayonunun Əli Bayramlı kəndində anadan olmuşdur. 1990-cı ildə kənd orta məktəbinin səkkizinci sinfini bitirdikdən sonra Qax rayonundakı 3 saylı texniki-peşə məktəbində təhsilini davam etdirir. 1993-cü ildə Milli Ordu sıralarına çağırılır.
Natiq Məmmədov bir müddət təlim keçdikdən sonra döyüşlərdə iştirak edir. Natiq Füzuli, Ağdam, Tərtər cəbhələrində döyüşlərdə iştirak edtmişdir. 1994-cü il 4 oktyabr tarixində silahlı dəstə dövlət çevirilişinə cəhd etdi. Onlara xəbərdarlıq edilsə də, silahı yerə qoymadılar. Dəstənin zərərsizləşdirilməsi zamanı Məmmədov Natiq dövlətçiliyimiz uğrunda canını qurban verdi.
Subay idi.
Azərbaycan Resublikası Prezidentinin 5 oktyabr 1994-cü il tarixli 215 saylı fərmanı ilə Məmmədov Natiq Bəşir oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.
Zaqatala rayonunun Əli Bayramlı kəndində dəfn edilib.
Buradakı uşaq bağçası qəhrəmanımız Natiqin adını daşıyır.

Tarixdə bu gün - 4 oktyabr1979 - Məşhur maarif xadimi   Zərbəli Mirzağa oğlu Səmədov 71 yaşında Bakıda vəfat etmişdir.
Zərbəli Mirzağa oğlu Səmədov 1 yanvar 1908-ci ildə Bakı şəhərində doğulmuşdur.
Bakıda pedaqoji məktəbi və Vladimir İliç Lenin adına  Qırmızı Əmək Bayrağı Ordenli Azərbaycan Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsini bitirmişdir.
1929 ildən Bakı məktəblərində, 1945-ci ildən ömrünün sonunadək isə Qırmızı Əmək Bayrağı ordenli 190 nömrəli orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi işləmişdir.
Rus məktəblərinin 9-cu sinifləri üçün "Azərbaycan dili" dərsliyinin (1958 – 1978), "Rusca – azərbaycanca danışıq kitabı"nın (1964, 1969), "8-ci sinifdə ədəbiyyat dərsləri" metodik vəsaitinin (1971) müəlliflərindən biridir.
Əməyi   dövlət tərəfindən layiqincə qiymətləndirilmişdir. Zərbəli Səmədov "Lenin" ordeni, 2 "Şərəf nişanı" ordeni və müxtəlif medallarla təltif olunmuşdur.
O, eyni zamanda Azərbaycan Respublikasının Əməkdar müəllimi , Sosialist Əməyi Qəhrəmanı  kimi fəxri adlara layiq görülmüşdür.

2000 - Böyük bəstəkar, pianoçu, dirijor, bir çox simfonik əsərlərin, kantataların, fortepiano əsərlərinin müəllifi, Xalq Tarixdə bu gün - 4 oktyabrartisti, Azərbaycan caz və estrada musiqisinin banilərindən biri Tofiq Ələkbər oğlu Quliyev vəfat etmişdir.
Tofiq Quliyev 7 noyabr 1917-ci ildə Bakının Bilgəh kəndində anadan olmuşdur.
Tofiq Quliyev 12 yaşında Azərbaycan Dövlət Konservatoriyası yanında peşə məktəbinə, 1934-cü ildə Konservatoriyaya daxil olub. Həm İ.S. Aysberqin sinfində fortepiano, həm də S.Q. Ştrasserin sinfində dirijorluq dərsi alıb və 1936-cı ildə Konservatoriyanı bitirib.
1931-ci ildə Asəf Zeynallının məsləhəti ilə M.Ə.Sabirin sözlərinə "Məktəbli" mahnısını bəstələyib. 1935-ci ildə M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrında dirijorluğa başlayıb. 1936-cı ildə bəstəkar Z.Baqnrovla birgə "Rast", "Segah", "Zabul", "Dügəh" muğamlarını fortepianoda hazırlayıb.
Üzeyir Hacıbəyovun təşəbbüsü ilə təhsilini davam etdirmək üçün Moskva Dövlət Konservatoriyasına göndərilib. Tezliklə orada A. Tfasmanın rəhbərlik etdiyi orkestrdə pianoçu işləməyə başlayıb.
1939-cu ildə Bakıya qayıdıb və 1941-ci ildə "Qırmızı ordu" ansamblını yaradıb. 402-ci diviziyanın tərkibində çalışan ansambl üçün müxtəlif patriotik mahnılar yazıb. 1943-cü ildə iki yerə bölünən ansamblın "Qırmızı flot" hissəsinin rəhbəri olub.
Müharibədən sonra M. Əzizbəyov (dram), S. Vurğun (rus dram), M. Qorki (gənc tamaşaçılar) teatrları ilə əməkdaşlıq edib. XX əsrin 40-cı illərindən həm də kino sahəsində işləməyə başlayıb. 1948-ci ildə Moskva Dövlət Konservatoriyasında təhsilini davam etdirib. 1951-ci ildə aspiranturaya daxil olub və A.Qaukun rəhbərliyi altında elmi iş müdafiə edib. Həmin il "Azərbaycan xalq rəqsləri" toplusunu hazırlayanlardan biri olub.
1954-cü ildə Azərbaycan Dövlət Konservatoriyasında dərs deməyə başlayıb. 1956-1958-ci illərdə bir neçə mahnısı "Azərbaycan mahnıları" musiqi cildinə salınıb. 1958-ci ildə Filarmoniyanın bədii rəhbəri, sonra direktoru olub. 1960-1970-ci illərdə bir çox beynəlxalq konfrans, festival, incəsənət günlərində iştirak edib.
XX əsrin 70-ci illərinin sonlarında bir çox uşaq və gənc musiqi müsabiqələrini, o cümlədən "Bakı payızı"nı yaradıb. 1969-cu ildən 1979-cu ilə qədər Azərbaycan Bəstəkarlar İttifaqına rəhbərlik edib. 1990-cı ildən ömrünün sonuna kimi Azərbaycan Bəstəkarlar İttifaqının idarə heyətinin sədri vəzifəsində çalışıb.
Ailəsinə hədsiz dərəcədə bağlı olan Tofiq Quliyevin nəvəsi – Cəmilə Muradasilovaya həsr etdiyi fortepiano üçün "Cəmilənin albomu" uşaq pyesləri məcmuəsindən uşaq musiqi məktəblilərinin repertuarında geniş istifadə edilir. Bundan başqa, Cəmilə Muradasilova Tofiq Quliyevin bəstəkarı olduğu 2 filmdə – "Şir evdən getdi" və "Musiqi müəllimi" filmlərində çəkilib.

Tarixdə bu gün - 4 oktyabr

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz