» » Tarixdə bu gün - 29 sentyabr

Tarixdə bu gün - 29 sentyabr

Müəllif: Vüsal от 29-09-2017, 00:15
 
 
29  sentyabr

İlin 272-ci günü
İlin sonuna 93 gün qalır.

Mühüm hadisələr:

1650 - Henri Robinson Londonda dünyanın ilk nikah agentliyini açmışdır.

Tarixdə bu gün - 29 sentyabr 1943 - Tokio məhkəməsi sovet kəşfiyyatçısı Rixard Zorge haqqında ölüm hökmü çıxarmışdır. Rixard Zorge — Sovet Baş Kəşfiyyat İdarəsinin əməkdaşı, İkinci dünya müharibəsindən əvvəl və müharibə dönəmində Almaniya və Yaponiyada jurnalist adı altında fəaliyyət göstərmiş xəfiyyədir.
Rixard Zorge 1895-ci ilin 4 oktyabr tarixində Bakı şəhərinin Sabunçu qəsəbəsində alman Vilhelm Zorgenin ailəsində anadan olmuşdur.
Zorge "Ramzay" ləqəbindən istifadə etmişdir. Rixard Zorgenin ən mühüm fəaliyyətlərindən biri 1940-1941-ci illərdə Yaponiyada əməliyyat xidmətində olarkən SSRİ mənbələrini Adolf Hitler tərəfindən başladıla biləcək hücum barədə məlumat verməsidir.
Hücumun konkret tarixi barədə məlumat verə bilməyən Zorge Barbarossa əməliyyatından əvvəl SSRİ-ni xəbərdar etmişdir. 1941-ci ilin əvvəllərində Sovet mənbələri xəfiyyə tərəfindən Yapon birliklərinin yaxın zamanlarda hücuma keçməyəcəkləri ilə bağlı məlumatlandırılır. Göndərilən məlumat şərqdən hücum təhlükəsinin olmaması və bütün diqqətin qərb cəbhələrinə yönləndirilməsi ilə nəticələnir. 18 diviziya, 1.700 tank, 1.500 dən çox döyüş təyyarəsi Sibir və Uzaq Şərqdən Üçüncü Reyxə qarşı həlledici döyüşlərin aparıldığı Moskva ətrafına cəmləşir.
Həmin texnikanın xidmətindən Moskva uğrunda döyüşdə geniş formada istifadə olunur. Sovet Sosialist Respublikaları İttifaqı qarşısında olan xidmətlərinə görə Rixard Zorge ölümündən sonra 1964-cü ildə Sovet İttifaqı Qəhrəmanı mükafatı ilə təltif edilmişdir. Təhlükəsizlik və kəşfiyyat sahəsində fəaliyyət göstərən mütəxəssislərin böyük əksəriyyəti Rixard Zorgeni dünya tarixinin ən böyük xəfiyyələrindən biri olaraq xarakterizə edirlər.

Tarixdə bu gün - 29 sentyabr

 

1919 - Bakı Dövlət Universiteti təsis edilmişdir.
Bakı Dövlət Universiteti 1919-cu il sentyabr ayının 1-də Azərbaycan Xalq Cüm­huriyyətinin parlamenti tərəfindən təsis edilmişdir. Ümummilli lider Heydər Əliyev BDU-nun yaradılması kimi mühüm tarixi hadisəyə olduqca obyektiv qiymət verərək demişdir ki, əsrin əvvəlindən bu günə kimi Azərbaycan elminə çıraq tutan universitetimizin yaradılması xalqımızın tarixində ən əlamətdar hadisələrdən biridir. Tarixi haqsızlıq ucbatından uzun müddət müstəqilliyini və dövlətçiliyini itirməyə məcbur olmuş Azərbaycan xalqı milli təhsil sistemini və mənəvi tərbiyə formalarını yaratmaq imkanlarından da məhrum edilmişdi. Yalnız 1918-ci ildə müstəqillik qazanaraq Azərbaycan Xalq Cümhuriyyətini elan edən xalqımız neçə yüz illərdən sonra milli və ictimai tərəqqidə elmin, təhsilin rolunu qiymətləndirmək imkanı qazandı.

Tarixdə bu gün - 29 sentyabr
Doğum günləri:

1833 - Məşhur şair, rəssam, xəttat Mir Möhsün Nəvvab anadan olmuşdur .İndi Mir Möhsün Nəvvabı ilk öncə musiqişünas, Azərbaycan dilində yazılmış "Vüzuhül-ərqam" ("Rəqəmlərin izahı") risaləsinin müəllifi kimi tanıyırlar. Ən yaxşı klassik ənənələr ruhunda qələmə alınmış həmin əsər Şərqdə bu qəbildən yaradılmış son Tarixdə bu gün - 29 sentyabrrisalələrdən biridir. Azərbaycanda isə, Nəvvab sonuncu kimyagərlərdən, münəccimlərdən və köhnə məktəbə mənsub rəssamlardandır. O 1833-cü ildə Şuşada Hacı Seyid Əhmədin ailəsində doğulmuş və bütün ömrü boyu doğma şəhərindən kənara çıxmamışdır. İlk təhsilini ruhani məktəbində alan Nəvvab ərəb, fars, türk dillərini mükəmməl mənimsəmiş, sonra isə Abbas Sarıcalı mədrəsəsində astronomiya, kimya, riyaziyyat və digər elmlərin əsaslarına yiyələnmişdir. Uzun ömrü boyunca Nəvvab Şuşanın mədəni və ictimai həyatında fəal iştirak edib. Şerlər yazmış, özünün açdığı mətbəədə kitablar nəşr etmiş, məktəblərdə dərs demiş, elm və incəsənətin müxtəlif sahələrinə həsr olunmuş iyirmidən artıq kitab yazmış, "Məclisi-fəramuşan" adlı ədəbi, "Məclisi-xanəndə" adlı musiqi məclisləri qurmuşdur. Şairlərdən Abdulla bəy Asi, Fatma xanım Kəminə, Məşədi Eyyub Baqi, Xan Qarabaği, Abdulla Həsən Şahid, ifaçı və müğənnilərdən Hacı Hüsü, Məşədi Cəmil Əmirov, İslam Abdullayev, Seyid Şuşinski və başqaları həmin məclislərin üzvləri idilər. Bu cəmiyyətlər Azərbaycandakı digər eyni məqsədli məclislər Şuşadakı "Məclisi-üns", Şamaxıdakı "Beytüs-Səfa", Bakıdakı "Məcməüş-şüəra" ilə sıx əlaqələr saxlayırdı.
Mir Möhsün Nəvvab 1918-ci ildə vəfat etmişdir.

Tarixdə bu gün - 29 sentyabr 1928 - Azərbaycan alimi, texniki elmlər doktoru, akademik Azad Xəlil oğlu Mirzəcanzadə Bakıda anadan olmuşdur.
Azad Mirzəcanzadə 1928-ci il sentyabrın 29-da Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra ali təhsilini 1944-1949-cu illərdə Azərbaycan Sənaye İnstitutunun neft-mədən fakültəsində almış və dağ mühəndisi ixtisasına yiyələnmişdir. 1951-ci ildə texnika elmləri üzrə namizədlik, 1957-ci ildə doktorluq dissertasiyaları müdafiə etmişdir. 1959-cu ildə professor adını almış, 1962-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1968-ci ildə isə həqiqi üzvü seçilmişdir.
Azərbaycan elminin inkişafında mühüm xidmətləri olan Azad Mirzəcanzadə ölkəmizdə tətbiqi mexanika və neft-mədən işləri sahəsində qiymətli araşdırmaları ilə böyük şöhrət qazanmışdır. Neftin çıxarılmasında texnoloji proseslərin mexanikası, riyazi fizika metodlarının neft sahəsində tətbiqi ilə bağlı problemlər onun tərəfindən fundamental elmin nəzəri məsələləri səviyyəsində araşdırılmışdır.
17 iyul 2006- cı ildə Bakıda vəfat etmişdir.

1955 - Azərbaycanın Milli Qəhrəmanı Eldar Ağayev Gürcüstan SSR Tbilisi şəhərində hərbçi ailəsində dünyaya gəlmişdir.
1984-1986-cı illərdə isə məhdud sovet qoşunları tərkibində Əfqanıstanda 395-ci motoatıcı taborunun kəşfiyyat rəisi, sonra isə həmin alayın kəşfiyyat bölüyünün Tarixdə bu gün - 29 sentyabrkomandiri olmuşdur. E.Ağayev Əfqanıstanda xidmətini başa vurduqdan sonra Kalininqrad şəhərinə göndərilmişdir. O, 1989-cu ilə qədər burada motoatıcı alayın kəşfiyyat rəisi vəzifəsində çalışmışdır. Bu müddətdə təhsilini davam etdirmiş, Solneçnoqorsk şəhərində Ali Zabitlər Kursunu bitirmiş, sonra xidmətini Almaniyada yerləşən Qərb Qoşun Qrupunda davam etdirmişdir. Onu əvvəlcə, 70-ci tank alayının kəşfiyyat rəisi, sonra isə Drezden 9-cu Əlahiddə qvardiya kəşfiyyat taborunun komandiri təyin edilmişdir.
Ermənilər torpaqlarımıza hücum edən zaman Eldar Vətənə qayıdır. O, 1992-ci ildə Milli Ordunun tərkibində özünün yaratdığı 775-ci reyd dəstəsinin komandiri kimi fəaliyyətə başladı. Bir müddətdən sonra isə 776-cı kəşfiyyat taborunu yaratdı və onun komandiri oldu. Onun komandirlik etdiyi tabor dəfələrlə qaynar döyüşlərə atılmış və onlarla erməni quldurunu məhv etmişdi. Eldarın yaratdığı tabor 1995-ci il dövlət çevirilişinin qarşısının alınmasında da iştirak etmişdi. Bu taborun 18 əsgər və zabiti "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür. O, 1997-ci ilədək həmin vəzifədə qalmışdır. Polkovnik E.Ağayev 1997-ci ildən 2000-ci ilədək Azərbaycan Politexnik İnstutunda hərbi kafedranın rəisi olmuş, 2000-2001-ci illərdə isə BAÜKM-nin kəşfiyyat kafedrasının rəisi vəzifəsində çalışmış, sonra isə öz şərəfli işini Ədliyyə Mazirliyində Məhkəmə Qərarlarının icrası Baş İdarəsinin təlim-tədris mərkəzinin rəis müavini vəzifəsində davam etdirmişdir.
17 may 2013-cü ildə vəfat etmişdir.

1956 - Azırbaycanın Milli Qəhrəmanı Zakir Tofiq oğlu Yusifov Laçın rayonunda anadan olmuşdur.
1974-cü ildə 194 saylı məktəbi bitirir və Sasovski adına Mülki Təyyarəçilik məktəbinə daxil olur. 1977-ci ildə təhsilini başa vurur və Yevlaxda işə başlayır. AN-2 Tarixdə bu gün - 29 sentyabrtəyyarəsinə komandir təyin edilir. 1988-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin qiyabi şöbəsini bitirir. Respublika ilk hərbi vertalyot eskadrilyasının yaradılması olduqca çətin bir iş idi. Zakir bu işin öhtəsindən Azərbaycanın Milli Qəhrəmanı Yavər Əliyevlə gəldi. Hərbi təlimlər və ardınca Qarabağa uçuşlar.
Bu uçuşlardan ən uğurlusu 11 aprel oldu. İlk dəfə hərbi vertolyotla havaya qalxan Zakir Yusifov Füzuli-Xocavənd istiqamətində uğurlu uçuş edə bildi. O, döyüş tapşırığını başa vurur və geri dönür. Cəsur komandir Zakir yüzdən artıq uçuşlar edərək erməni yaraqlılarının xeyli zirehli texnikasını məhv etmişdi. O, Füzuli, Xocavənd, Tərtər, Ağdərə, Şuşakənd səmalarında əsl qəhrəmanlıq səhifələri yazmışdı. 11 oktyabr 1992-ci il növbəti uçuş zamanı onun vertolyotu ermənilər tərəfindən vuruldu. Səfiyan kəndi istiqamətdə uçarkən vurulan vertolyotun heyəti həlak oldu.
Ailəli idi, iki övladı qalıb.
Azərbaycan Respublikası prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Yusifov Zakir Tofiq oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.
Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.
Vaxtilə oxuduğu 194 saylı məktəb və Bakının küçələrindən biri qəhrəmanın adını daşıyır.

Vəfat etmişdir:

Tarixdə bu gün - 29 sentyabr1965 - Azərbaycan respublikasıın Xalq artisti, musiqiçi, tarzən Primov Qurban Baxşəli oğlu Bakıda vəfat etmişdir.
Qurban Pirimov 1880-ci ilin oktyabrında Şuşa qəzasının Abdal Gülablı kəndində dünyaya gəlib. XVIII-ci əsr Qarabağın məşhur aşıqı olan Valehin nəticəsidir. 15 yaşında ikən müəllimi Sadıqcanın xeyir-duasını alan Qurban Qarabağ toylarında seçilən məşhur xanəndələri müşaiyət edir. Belə toyların birində xanəndə İslam Abdullayev Qurbanın tar çalmasını görüb onu özünə tarzən götürür. 1905-ci ildə Qurbanın taleyində uğurlu tarix olur. Çünki Gəncə toylarının birində Cabbar Qaryağdıoğlu onun tar çalmağını bəyənir və İslam Abdullayevin razılığı ilə gənci özü ilə Bakıya gətirir.
Qurban Primov müasir Azərbaycan tarının yaradıcısı olan Sadıqcandan dərs almışdır. 1905-ci ildən Cabbar Qaryağdıoğlu və S. Oqanezaşvili ilə birlikdə musiqi üçlüyü yaratmışdır. Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operasının ilk tamaşasında (1908) orkestrin solisti olmuşdur. Q. Primovun ifa etdiyi muğamlar 1912-ci ildə Varşavada "Sport-rekord" firması tərəfindən qrammofon valına yazılmışdır.
Qurban Primov Nabat xanım Ağalar qızı ilə ailə həyatı qurub və Əsgər, Sara, Tamara, Ədilə adında dörd övlad atası olub.
Məzarı Fəxri Xiyabandadır.

Tarixdə bu gün - 29 sentyabr2003 - Azərbaycan şairi, tənqidçi, publisist, filologiya elmləri doktoru , professor Mehdiyev Famil Ağalar oğlu (Famil Mehdi) Bakıda vəfat etmişdir.
Famil Mehdi 1934-cü il dekabrın 25-də Ağdam rayonunun Sarıhacılı kəndində anadan olmuşdur. Əhmədvar kənd yeddiillik məktəbini bitirib Ağdam pedaqoji məktəbində təhsil almışdır. Sonra ADU-nun filologiya fakültəsinin jurnalistika şöbəsində təhsilini davam etdirmişdir (1953-1958). Əmək fəaliyyətinə "Bakı" axşam qəzetində ədəbi işçi kimi başlamışdır (1958). ADU-nun filologiya fakültəsindəaspirant (1961-1964), müəllim, baş müəllim olmuş, jurnalistika fakültəsində jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri vəzifəsində işləmişdir (1973-cü ildən). "Azərbaycan bədii publisistikasının sənətkarlıq problemləri" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
Bədii yaradıcılığa 1951-ci ildə "Lenin yolu" adlı Ağdam rayon qəzetində çıxan ilk şeri ilə başlamışdır. Bundan sonra dövri mətbuatda vaxtaşırı çıxış etmişdir. Əsərləri keçmiş SSRİ xalqlarının və bəzi xarici ölkə xalqlarının dillərinə tərcümə edilmişdir. Fəal pedaqoji, elmi və ictimai işlə məşğul olmuşdur. "Jurnalistika məsələləri" adlı ali məktəb tələbələri üçün dərsliyin müəlliflərindən biridir. "Alovlu publisist Səməd Vurğun", "Azərbaycan bədii publisistikasının sənətkarlıq problemləri", "Mətbuatda publisistika", "Bədii publisistika" kimi monoqrafik kitablar və dərs vəsaitləri onun qələminin məhsuludur. Bakı şəhər Oktyabr rayonu Xalq Deputatları Sovetinin (XVII, XVIII, XIX çağırış) deputatı olmuşdur. "Oqonyok" jurnalının laureatı adına layiq görülmüşdür. SSRİ "Bilik" cəmiyyətinin ən yaxşı elmi-kütləvi əsərlərə görə diplomunu almışdır.
 

Tarixdə bu gün - 29 sentyabr

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz