» » Tarixdə bu gün - 24 sentyabr

Tarixdə bu gün - 24 sentyabr

Müəllif: Vüsal от 24-09-2017, 00:15

24 sentyabr

İlin 267-ci günü (uzun illərdə 268-ci)
İlin sonuna 98 gün qalır.

Mühüm hadisələr:

1801 - Rusiya Gürcüstanın şərq hissəsini işğal etmişdir (Azərbaycanlıların məskunlaşdığı ərazilər)
1882 - İstanbul Bəyazid Kitabxanası yaradılmışdır.
1980 - Əfqan mücahidlər bir ayda 1500 sovet əsgərini məhv etdiklərini bəyan etmişlər.
1981 - Ermənilərin Türkiyənin Parisdəki konsulluğunda törətdikləri terror aktı nəticəsində konsulluğun bir işçisi həlak olmuş, konsul özü ağır yaralanmışdır.
1989 - Papa II İohan Pavel Qalileyin haqlı olduğunu təsdiq etmişdir.
1992 - Azərbaycan Respublikası İndoneziya ilə diplomatik əlaqələr qurmuşdur.
1993 - Azərbaycan MDB-yə daxil olmuşdur.
1998 - Fransız həkimləri tarixdə ilk dəfə olaraq insan əlini transplantasiya etmişlər.
1996 - Nüvə sınaqlarının qadağan edilməsi haqqında saziş imzalanmaq üçün açılq ülan edilmişdir.
2008 - Bakıda dünya gənclərinin 4-cü məşğulluq Sammiti (YES) keçirilmişdir.

Doğum günləri:

1857 -
 Azərbaycanın ilk kimyaçı alimi Mövsüm bəy Xanlarov Bakıda anadan olmuşdur.O, ilk təhsilini mədrəsədə almış, klassik ədəbiyyat və Tarixdə bu gün - 24 sentyabrtarixlə də məhz bu mədrəsədə tanış olmuşdu. 1871-ci ildə mədrəsə təhsilini başa vurandan sonra Bakıdakı rus realnı gimnaziyasının tələbəsi olmuşdu.

1877-ci ildə Bakı realnı məktəbini bitirdikdən sonra o, qulluğa başlamayıb məktəbin əlavə siniflərində təhsilini davam etdirməyə qərar verdi.

1878-ci ildə Mövsüm bəy Xanlarov Bakı realnı məktəbini uğurla başa vurub Avropa universitetlərindən birində ali təhsil almaq üçün hazırlaşmağa başladı.

1878-ci ilin payızında Almaniyanın Vyüsburq Universitetinə qəbul olundu.

Öyrəndiyi texniki ixtisasa daha mükəmməl yiyələnməkdən ötrü Mövsüm bəyə növbəti il təhsilini davam etdirmək üçün Almaniyanın başqa bir şəhərində - Leypsiq Universitetində davam etdirməyə başladı. O dövrdə Leypsiqdə zamanının nüfuzlu elm xadimlərindən sayılan professor Vaqner çalışırdı və professorla azərbaycanlı tələbə arasında normal münasibətlər qurulmuşdu. Neft emalı üzrə biliklərə yiyələnmək üçün müvafiq təhsil ocağı və səriştəli müəllim axtarışında olan Mövsüm bəy bu barədə professor Vaqnerdən məsləhət istəyərkən o, Almaniyada belə mütəxəssisin olmadığını bildirmiş, vəziyyətdən çıxış yolu kimi onu müvəqqəti olaraq öz laboratoriyasına dəvət etmişdi. Bununla belə, Mövsüm bəy Leypsiqdə uzun müddət qala bilmədi, 1881-ci ilin mayında Almaniya ilə vidalaşıb Fransanın Strasburq şəhərinə, bu şəhərdə fəaliyyət göstərən Vilhelm Kayzer Universitetinə gəldi. Mövsüm bəy Xanlarov da burada professor Rudolf Fittiqin rəhbərliyi altında elmi araşdırmalara başladı. 1880-ci ilin mayından Strasburq Universitetində tanınmış professor Avqust Adolf Kundtın laboratoriyasında Rusiyadan gəlmiş gənc dağ mühəndisi, sonralar öz elmi nailiyyətləri ilə dünya şöhrəti qazanmış Dimitri Petroviç Konovalov da tədqiqat aparırdı. O, Fittiqin üzvi-kimya laboratoriyasına yazılsa da, burada çox az müddət çalışdı. 1881-ci ilin uyulunda Strasburqdakı Kayzer Vilhelm Universitetinin riyaziyyat və təbiət elmləri fakültəsinin elmi şurasında doktorluq dissertasiyasını uğurla müdafiə edərək fəlsəfə doktoru elmi dərəcəsi alan D.Konovolovla Mövsüm bəy arasında qurulmuş dostluq əlaqələri uzun illər qorunmuşdur.

Bakılı tədqiqatçı özü Fittiqin laboratoriyasında toksin turşusunun rodan etilinə təsirini tədqiq edirdi. Öz elmi araşdırmalarının nəticələrini 1882-ci ildə alman kimya ictimaiyyətinin "Berichte der Deutschen Chemischem Gesellchaft" jurnalında nəşr etdirmişdir. Həmin vaxt professor R.Fittiq laktonu araşdırır, bakılı tələbəsi də bu mövzuda elmi tədqiqatları ilə alimə dəstək verirdi. O bu sahədə uğurlu nəticələr əldə etmiş, butirolakton və alfa-butirolaktonun sintezi xüsusiyyətlərinə dair ona qədər bir çox alimləri düşündürən sualların cavabını tapmışdı. Gənc alimin əldə etdiyi elmi nəticələri professor R.Fittiq yüksək qiymətləndirirdi.

1883-cü ildə Strasburq Universitetinin Elmi Şurasında 26 yaşlı azərbaycanlı Mövsüm bəy Xanlarov doktorluq dissertasiyasını uğurla müdafiə edərək, müasir dillə desək, kimya elmləri doktoru alimlik dərəcəsi aldı. 26 yaşlı gəncin 1883-cü ildə dünyanın ən tanınmış elm-təhsil mərkəzlərindən birində belə yüksək elmi ada sahib olması XIX əsrin sonlarına doğru milli elmin inkişafı sahəsində elə də nəzərəçarpacaq nailiyyətləri olmayan Azərbaycan üçün son dərəcə əlamətdar hadisə idi.

Qısa müddətdən sonra doktor Mövsüm bəy Xanlarov onu yetişdirmiş vətənə fayda vermək üçün Azərbaycana döndü və mühəndis-texnik kimi bu uğurların sırasını daha da genişləndirdi. Alim Azərbaycanın malik olduğu neft sərvətinin vətənin rifahına sərf olunması üçün bütün səylərini ortaya qoymaqla bu amal uğrunda ayrı-ayrı maliyyə nəhəngləri, Nobel qardaşları kimi xarici sərmayəçilərlə açıq mübahisələrdən belə çəkinmirdi.

İlk dövrlərdən geniş kütlələr arasında qazandığı böyük rəğbətin ifadəsi kimi Mövsüm bəy Xanlarov bir sıra rəhbər orqanlara seçilmişdi. Bakının ziyalı mühitində onun adı daim hörmətlə çəkilirdi. Kimyaçı alimi ölkə sərhədlərindən kənarda da yaxşı tanıyır, dünya şöhrətli elm adamları onunla fikir mübadiləsi aparırdılar. Mövsüm bəy Xanlarovun D.İ.Mendeleyev, D.P.Konovalov, N.A.Mentuşkin kimi alimlərlə yazışmaları, adı çəkilən elm xadimlərinin azərbaycanlı alimə göndərdikləri məktublar onun hansı elmi səviyyəyə malik olduğunu və hansı səviyyədə qəbul olunduğunu ortaya qoyan ən parlaq faktlardır. Azərbaycan xalqına mənsub belə bir şəxsiyyəti, əfsuslar olsun ki, hələ də lazımi şəkildə tanıda, təbliğ edə bilməmişik. Sovet dövründə buna ideoloji əngəllər imkan vermirdi.

Mövsüm bəy Xanlarov Avropada təhsilini başa vurub Bakıya qayıdandan sonra  Hacı Zeynalabdin Tağıyevin qızı Xanımla ailə qurmuşdur. Bu da 23 fevral 1921-ci ildə dünyasını dəyişmiş Mövsüm bəy Xanlarovun sovet dövründə tam unutdurulmasına, belə bir alimin diqqətdən tamamilə kənarda qalmasına gətirən amillərdən biri idi.

Azərbaycan elmində ilk kimyaçı alim kimi tarixə düşmüş Mövsüm bəy Xnlarov 23 fevral 1921 -ci ildə 63 yaşında vəfat etmişdir.


1936 - Xalq artisti, məşhur qiraət ustası Əminə Yusifqızı Bakıda doğulub. Hələ məktəb yaşlarında ikən Gənc
Tarixdə bu gün - 24 sentyabrTamaşaçılar Teatrında bir çox maraqlı çıxışları ilə yadda qalıb. Dram Teatrında (1964-1974), 1974-cü ildən "Azərbaycanfilm" kinostudiyasında çalışıb. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında fəaliyyət göstərmişdir.Dublyaj, səsləndirmə sahəsində də fəaliyyətləri mövcuddur. Bədii qiraət ustası kimi tanınır.
M.F.Axundov adına Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitunu bitirmişdir (1961). Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının (1958-1964), Azərbaycan Milli Dram Teatrının (1964-74) aktrisası olmuşdur. Rolları: Qulu ("Anacan", Y.Əzimzadə), Səbirə ("Son məktub", R.İsmayılov), Humay ("Komsomol poeması", İ.Coşğun; Səməd Vurğunun eyniadlı poeması əsasında), Ülkər ("Söz yarası", Q.Rəsulov), Əliman ("Ana tarla", Çingiz Aytmatov), Esse ("Şeytanın şagirdi", Bernard Şou) və s. 1974-cü ildən "Azərbaycanfilm" kinostudiyasında işləyir. "Şərikli çörək", "Sən nə üçün susursan?", "Bizim küçənin uşaqları", "Musiqi müəllimi" və s. filmlərdə, televiziya tamaşalarında çəkilmişdir.
 

Tarixdə bu gün - 24 sentyabr1943 — Əməkdar incəsənət xadimi, Xalq rəssamı, professor, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru Fuad Məmmədəmin oğlu Salayev Bakı şəhərində anadan olub.

Fuad Salayev  yaradıcılıq təhsilini ilk öncə Ə.Əzimzdə adına rəssamlıq məktəbində , sonra isə İ.Surikov adına Dövlət rəssamlıq məktəbində almışdır. Almaniya və Yuqoslaviyada heykəltəraşlıq üzrə keçirilən beynəlxalq simpoziumların , həmçinin respublikada və xaricdə keçirilən sərgilərin içtirakçısı olmuşdur. Əsərləri ABŞ, Rusiya, Kanada, İngiltərə, Fransa, İtaliya, Almaniya, Avstriya, Türkiyə və Yaponiyada muzey, fond, qalereya və şəxsi kolleksiyalarda saxlanılır. Əsasən bürünc üzərində işləyir, həmçinin digər matriallardan istifadə edir.

Azərbaycan Rəssamlıq Akademiyasının prorektoru, xalq rəssamı, professor Fuad Salayevə Rusiya Rəssamlıq Akademiyasının fəxri akademiki adı verilib.

Ekspozisiyada Rəssamın - "Simvol ilə maili qüllə” (bürünc) "Şaquli”(bürünc), "Fəza kompozisiyası” (bürünc) işləri nümayiş olunur.

21 sentyabr 2013-cü ildə Azərbaycan Respublikasında heykəltəraşlıq sənətinin inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilmişdir.

 
Tarixdə bu gün - 24 sentyabr 1958 -  Tanınmış  tənqidçi, ədəbiyyatşünas və tərcüməçi Cavanşir Əziz oğlu Yusifli  Masallı rayonunda anadan olub.  Azərbaycan Dillər Universitetini bitirib (1986). Yardımlı rayonunda müəllim işləyib (1986-1987). 1988-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına ədəbiyyat institutunun aspiranturasına daxil olub. 1991-ci ildə "M.F.Axundovun "Təmsilat"ı və qərbi Avropa maarifçi dramaturgiyasının ənənələri" mövzusunda namizədlik, 2010-cu ildə "Azərbaycan komediyasının poetikası" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

1991-1993-cü illərdə Azərbaycan Dillər Universitetində müəllim kimi çalışıb. 1993-1994-cü illərdə Belçikanın "Medecins sans frontieres" humanitar təşkilatında tərcüməçi işləyib. 1996-cı ildə "Cahan" jurnalında çalışıb. 1998-ci ildən "Turan-98" tərcümə firmasının direktorudur. AMEA Nizami adına ədəbiyyat insitutunun ədəbiyyat nəzəriyyəsi şöbəsinin baş elmi işçisidir. 2000 və 2008-ci illərdə Prezident təqaüdünə layiq görülüb.

  

Vəfat etmişdir:

 


Tarixdə bu gün - 24 sentyabr 1958— 1946-1958-ci illərdə  Azərbaycan SSR xarici işlər naziri olmuş; Azərbaycan SSR-nin Əməkdar həkimi Mahmud İsmayıl oğlu Əliyev 50 s/posts/2018-yaşında vəfat etmişdir.

Mahmud  Əliyev 1908‐ci ildə  Bakı  şəhərində  qulluqçu ailəsində anadan olmuşdur. O, 1926‐cı ildə  Bakıda orta məktəbi, 1931‐ci ildə  isə  Azərbaycan Tibb  İnstitutunun müalicə  fakültəsini bitirmiş, gənc həkim kimi hökumət tərəfindən əlaçılar sırasında Azərbaycan rayonlarına işə göndərilmişdir.

1931‐1936‐cı illərdə Kəlbəcər və Cəbrayıl rayonlarında poliklinika müdiri, rayon xəstəxanasının baş  həkimi, rayon səhiyyə  şöbəsinin müdiri və  s. vəzifələrdə  çalışmış  və  özünü bacarıqlı həkim, səhiyyə təşkilatçısı kimi göstərmişdir. Cəbrayıl rayonunda dörd il işlədiyi müddətdə Rayon  İcraiyyə Komitəsi Rəyasət Heyətinin üzvü olmuşdur.

1932‐ci ildə Azərbaycan Dövlət Siyasi İdarəsi sərhəd qoşunlarının birində həkim işləmişdir. 1936‐cı ildə Xalq Səhiyyə Komissarlığının qərarı ilə elmi iş üçün rayondan çağırılmışdır.

1936‐1938‐ci illərdə Azərbaycan Tibb İnstitutunun aspiranturasında oxumuş, Azərbaycan SSR Xalq Səhiyyə  Komissarlığı tibbi təhsil, elm və  ali məktəb idarəsinin rəisi, Bakı səhiyyə  şöbəsinin müdiri olmuşdur. 1937‐ci ildə Naxçıvan MSSR Naxçıvan rayonundan SSRİ Ali Sovetinə keçirilən ilk seçkilərdə  İttifaq Sovetinə deputat seçilmişdir.

1938‐1943‐cü illərdə  M.Əliyev Azərbaycan Tibb  İnstitutunun rəhbəri işləmişdir. O, bu vəzifədə elmi‐tədqiqat, tələbələr arasında tərbiyə  işinin və  təhsilin keyfiyyətinin yüksəlməsi sahəsinə  böyük diqqət vermişdir. M.Əliyev 1943‐1944‐cü illərdə  Azərbaycan K(b)P MK‐nın ali və  orta məktəblər  şöbəsinə  başçılıq etmiş və SSRİ xalq xarici işlər komissarının müavini vəzifəsində işləmişdir.

1944‐cü il yanvarın 28‐dən fevralın 1‐dək keçirilmiş SSRİ Ali Sovetinin X sessiyasının  qəbul etdiyi qanunlara  əsasən xarici dövlətlərlə  bilavasitə  əlaqə  saxlamaq, beynəlxalq  əlaqələri daha da genişləndirmək və artırmaq məqsədi ilə müttəfiq respublikalarda Xalq Xarici İşlər Komissarlıqları təşkil edilməyə  başlandı. Bu dövrdə  Azərbaycan Xalq Xarici  İşlər Komissarlığı yaradılmış  və  onun ilk komissarı M.Əliyev təyin edilmişdir. M.Əliyev ömrünün son gününə kimi Azərbaycan SSR xarici işlər naziri vəzifəsində  çalışmışdır. O, bu vəzifədə  Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi kimi bir sıra ölkələrlə  iqtisadi və  mədəni  əlaqələrin yaradılmasında, beynəlxalq toplantı və müşavirələrdə SSRİ nümayəndə heyətlərinin tərkibində iştirak etmişdir. Lakin bu illərdə Xarici  İşlər Nazirliyi yalnız formal olaraq fəaliyyət göstərmiş, demək olar ki, real səlahiyyətləri olmamışdır.

M.Əliyev Azərbaycan xarici işlər naziri olmaqla yanaşı 1950‐1953‐cü illərdə  Azərbaycan SSR səhiyyə  naziri, 1953‐1958‐ci illərdə  isə  Azərbaycan Həkimləri Təkmilləşdirmə  İnstitutunun direktoru olmuşdur. O, Azərbaycanda səhiyyə  işinin təşkili, yeni‐yeni xəstəxana, poliklinika və  s. səhiyyə ocaqlarının açılması, onların bilikli və  bacarıqlı kadrlarla təmin edilməsi və  gənc həkimlərin bilik və  təcrübəsinin artırılması sahəsində xeyli iş görmüşdür.

M.Əliyev xidmətlərinə görə Qırmızı Əmək Bayrağı ordeni, iki dəfə Şərəf nişanı ordeni və müxtəlif medallarla təltif edilmişdir. Ona eyni zamanda Fövqəladə və Səlahiyyətli səfir dərəcəsi və Azərbaycanın əməkdar həkimi fəxri adı verilmişdir.

M.Əliyev SSRİ Ali Sovetinin, Azərbaycan SSR Ali Sovetinin deputatı, plenum, konfrans, qurultay və sessiyaların nümayəndəsi olmuşdur. M.Əliyev 1958‐ci il sentyabrın 24‐də Bakı şəhərində vəfat etmiş və Fəxri xiyabanda dəfn edilmişdir.

 

Tarixdə bu gün - 24 sentyabr(Dilbazi) 1980—Professor, sovet Kosmik təbabətinə öz töhfəsini vermiş ilk Azərbaycanlı alim, SSRİ idman ustası Nəcməddin Ələddin oğlu  Hacıyev avtomobil qəzasında  həlak olmuşdur.

Dilbazilər nəslindən yetişmiş görkəmli şəxsiyyətlərdən professor Nəcməddin Hacıyev 1926 ci ildə Qazax rayonun Xanlıqlar kəndində dünyaya göz açmışdı.Tibbi karyerasına ştatdankənar ordinator işləməklə başlayıb. 1948-ci il yanvarın 6-dan isə II fakültətiv cərrahiyyə kafedrasına baş laborant təyin edilir. 1948-ci ildə partiyaya üzv ola bilir ki, bu da onun işlərinin irəliləməsində, əlbəttə, müsbət faktor rolunu oynayır. 1954-cü il dekabrın 12-dək kafedrada bu vəzifədə çalışır və hazırlaşıb Azərbaycan Elmi-Tədqiqat Qematologiya və Qanköçürmə İnstitutunun aspiranturasına daxil olur. 1957-ci il dekabrın 22-dək onun aspirantura, gənclik həvəsi ilə elmi axtarış illəridir. Aspiranturanı başa vurub, Azərbaycan Elmi-Tədqiqat Qematologiya və Qanköçürmə İnstitutunun metodik şöbə təşkilatçısının müavini vəzifəsinə təyinat alır. 1958-ci ildə Moskvada SSRİ EA Tibbi-Bioloji Problemlər İnstitutunda sovet kosmik təbabətinin və kosmik biologiyasının atası Oleq Georgiyeviç Qazenkonun elmi rəhbərliyi altında "Alpinist idmançılarda periferik qanın laxtalanması və morfologiyasının gemodinamik göstəricilərinin, S-vitamin balansının dəyişilməsi" mövzusunda dissertasiya müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsi alır. 22 sentyabr 1958-cu il tarixdə onu Azərbaycan Elmi-Tədqiqat Qematologiya və Qanköçürmə İnstitutunun baş elmi işçisi təyin edirlər. 1961-ci il sentyabrın 22-də yeni təyinat alır: SSRİ TEA Azərbaycan Eksperimental Kliniki Təbabət institutunun baş elmi işçisi vəzifəsinə təyin edilir. 1963-cü il noyabrın 12-dən bu tibb mərkəzində şöbə müdiri vəzifəsini tutur. 1964-cü il oktyabrın 12-dən N.Nərimanov adına Azərbaycan Tibb İnstitutu II fa- kültətiv cərrahiyyə kafedrasının assistenti, 1966-cı il fevralın 4-dən isə həmin kafedranın dosenti olur. Bu illərdə "Oksigen çatışmazlığının müxtəlif vəziyyətlərində dərialtı oksigen insuflyasiyasının effektivliyi" mövzusunda doktorluq dissertasiyası üzərində işləyirdi. Lakin sonra mövzuya dəyişiklik edildi və o. 1967.ci ildə Moskvada SSRİ EA Tibbi-Bioloji Problemlər İnstitutunda yenə də Oleq Georgiyeviç Qazenkonun elmi rəhbərliyi altında "Yüksək dağlıq şəraitdə alpinistlərin kliniki-fizioloji tədqiqi və dağ xəstəliyinin profilaktikası məsələləri (kliniki-eksperi- mental tədqiqat)" mövzusunda dissertasiya müda- fiə edərək tibb elmləri doktoru alimlik dərəcəsi alır. Bu iş elə həmin il də Ali Attestasiya Komissiyasından keçir. Ümumiyyətlə, Nəcməddin Hacıyev O.G.Qazenkonun sevimli şagirdlərindən biri idi. Bu görkəmli alim uzun illər Hacıyevin Bakıya qayıdışına qarşı çıxır, onun SSRİ EA Tibbi-Bioloji Problemlər institutunda qalıb elmi tədqiqatlarla məşğul olmasında israr edirdi. Digər tərəfdən bu illərdə Stalin rejimini Xruşşovun əvəz etməsi, Azərbaycanda Bağırovun yerinə İmam Mustafayevin, onun yerinə isə Vəli Axundovun gəlişindən dolayı rəhbərlikdə bu dəyişikliklər elmi müəssisələrə də öz təsirini göstərir, əvvəlki rəhbərin dövründə müəyyən vəzifədaşımış adamların üzərinə kölgə düşürdü. Mövqeyini qoruyub saxlamaqdan ötrü hər kəsdən son dərəcə ehtiyatla və diplomatcasına davranmaq tələb olunurdu. Nəcməddin Hacıyev 1968-ci il aprelin 29-dan 1980-ci ildə həyatdan gedənə qədər Tibb İnstitutunda II fakültətiv cərrahiyyə kafedrasının professoru idi. Sözügedən kafedranın əsasını qoyan və onun müdiri isə professor, əməkdar elm xadimı Fuad Əfəndiyev idi (4 saylı xəstəxana onun adını daşıyır). Nəcməddin Hacıyev gematologiya, idman təbabəti və cərrahiyyənın müxtəlif məsələlərinə dair, o cümlədən kosmik çəkisizlik şəraitində və ekstremal yüksək dağlıq şəraitdə oksigenin aşağı parsial təzyiqi halında qan patologiyasının problemlərinə dair 80-ə yaxın elmi əsərin və kitabların müəllifi idi. Təyyarəçi-kosmonavtların və idmançı-alpinistlərin çəkisizlik və yüksək dağlıq şəraitlərdə dözüm problemlərinə həsr edilmiş əsərləri ilə sovet kosmik təbabət elminə öz töhfələrini vermiş ilk azərbaycanlı idi. Professor Nəcməddin Hacıyev çağdaş praktik təbabət elminə barokameraları və barokameralarda müalicəni tətbiq etmiş ilk sovet alimlərindən biri idi.

Professor Nəcməddin Hacıyev praktik tibbi fəaliyyəti ilə yanaşı tədrislə də məşğul idi. Tibb İnstitutunda tələbələrə rus və Azərbaycan dillərində eyni müvəffəqiyyətlə praktik mühazirələr oxuyurdu. Öz sahəsində bir tibb elmləri namizədi hazırlamışdı. Moskva, Tallin, Kiyev, Sverdlovsk, Vyana, Roma, Sofiya, Pekin şəhərlərində beynəlxalq konqreslərdə və simpoziumlarda Azərbaycanın cərrah-həkimlərini təmsil etmişdi. Rus dilini kamillik dərəcəsində bilməklə yanaşı, ingilis dilində tibbi materiallarla lüğətin köməyi ilə tanış ola bilirdi. Elmi məqalələri "Xirurqiya", "Azərbaycan Tibb Jurnalı", Romada beynəlxalq tibb məcmuəsində dərc edilmişdi. Fəal ictimaiyyətçi idi: 26 Bakı Komissarları (indiki Səbail) və Nərimanov rayon sovetlərinin deputatı seçilmişdi. Tələbəlik illərində institut komsomol təşkilatının katibi, 1965-66-cı illərdə ATİ həmkarlar təşkilatının sədri, 1966-71-ci illərdə institut partiya təşkilatının katibi, elmi işlər üzrə prorektor olmuşdu. İki peşəkarlar federasiyasının təşkilatçısı və sədri idi - 1961 -ci ildən ömrünün sonunadək Azərbaycan Elmi-Tədqiqat Həkim Nəzarəti və Müalicəvi Bədən Tərbiyəsi Cəmiyyətinə və Azərbaycan Alpinizm Federasiyasına başçılıq etmişdi.

Bundan başqa, SSRİ idman ustası və SSRİ Alpinizm Federasiyasının ömürlük flaq-təbibi, bütün iri sovet alpinizm ekspedisiyalarının flaq-təbibi olmuşdu. Alpinizm onun sevimli məşğuliyyəti idi. 50-60-cı illərdə alpinistqruplarının tərkibində Pamir, Alp dağları, Tyan-Şan, Böyük və Kiçik Qafqaz zirvələrinə qalxmışdı. Nalçik Dövlət Universitetinin tibb fakültəsinin təşkilində və qurulmasında göstərdiyi xidmətlərinə görə, Kabarda-Balkar Muxtar Respublikası AS fəxri fərmanına (1960) və Azərbaycan Ali Sovetinin fəxri fərmanına layiq görülmüşdü. Professor Nəcməddin Hacıyev Tibb İnstitutunda təhsil alan çoxlu qazaxlı tələbəyə, onların elm yolunu tutanlarına təmənnasız olaraq kömək etmişdi.

Professor Nəcməddin Hacıyev Bərdə-Yevlax yolunda avtomobil qəzasında həyatını itirəndə 54 yaşı vardı. Bu çox istedadlı və xaraktercə güclü insan qısa, lakin parlaq bir ömür yaşamışdı.

Bakıda Dağüstü qəbristanlıqda dəfn edilmişdir.

 

1990  — Tibb elmləri namizədi, həkim Polad Ələsgər oğlu  Məmmədov 47 yaşında vəfat etmişdir.

Tarixdə bu gün - 24 sentyabrPolad Məmmədov 12 iyul 1943-cü ildə Laçın şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1950-1960 cı illərdə Laçın şəhər 1 saylı orta məktəbində təhsil alıb qızıl medalla orta məktəbi bitirmişdir.

1966-cı ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universiteti) müalicə-profilaktika fakültəsinə daxil olub, 1966-cı ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. Təyinatla Laçına şəhər poıiklinikasına göndərilib 1966-1968-ci illərdə həmin poliklinikada işləmişdir.

1968-ci ildə yenidən Bakı şəhərinə qayıdıb, istedadlı alim-təbib, professor Nurəddin Rzayevin rəhbərlik etdiyi Bakı Şəhər Tibbi Eksperimental xəstəxanasında işləmişdir. 1970-ci ildə, 27 yaşında o, tibb elmləri namizədi adını almaq üçün Şokun müxtəlif növləri zamanı qanda kallikrein miqdarının dinamikası (Динамика содержанија калликреина в крови при различных видах шока) mövzusunda müdafiə eləmişdir. Mövzu yeni, həm də çox aktual idi. Elmi əsər isə, demək olar ki, doktorluq işi səviyyəsində yazılmışdır.

Polad Məmmədov 1972-ci ildən 1990- cı ilədək Yanlış diaqnoz və səhv müalicə nəticəsində 19 il əlil kreslosuna məhkum olmuşdur. 1990-cı ilin oktyabrın 24-də uzun sürən xəstəlikdən sonra Laçın şəhərində vəfat edibdir. Subay idi.

Uzun illər taleyin ağır oyununa düşməsinə baxmayaraq, insanlara qarşı münasibətdə öz əqidəsinə - yumor, mehribanlıq, səmimiyyət, anlaşma, mənəvi yardım və s. sadiq qalmışdır.

Filologiya elmləri namizədi Sevda Sadıqova  2001- ci ildə Polad Məmmədov haqqında  "Bahar ömrün qəm cələngi” adlı kitab yazmışdır.

 

1991— Azərbaycanın Milli Qəhrəmanı  Fazil Umud oğlu Mehdiyev Vətən uğrunda döyüşlərdə şəhid olmuşdur.

Tarixdə bu gün - 24 sentyabrFazil Mehdiyev 20 avqust 1966-cı ildə Laçın rayonunun Ələkçi kəndində anadan olmuşdur. O, körpə olarkən ailəsi Ağdamın Abdal Gülablı kəndinə köçmüşdür. 1983-cü ildə məktəbi burada bitirmişdir. 1984-1986-cı illərdə hərbi xidmətdə olmuşdur.

Qarabağda baş verən hadisələr Fazil Mehdiyevi narahat edirdi. O, 1990-cı ildə Ağdam rayon Daxili İşlər Şöbəsində yaradılmış polis batalyonuna yazılır. Tezliklə onun səsi ən qaynar döyüş meydanlarından eşidildi. 1991-ci ildə Qaradağlı kəndində ağır yaralanan Fazil azacıq sağalan kimi cəbhəyə qayıdır. Fazil 1991-ci ilin avqust ayında erməni işğalçılarına məxsus "Niva" markalı avtomobili ələ keçirib polis idarəsinə təhvil vermişdi. 1991-ci il sentyabrın 23-dən 24-ə keçən gecə ermənilər Abdal Gülablı (Gülablı) kəndinə hücum etmişdilər. Fazil dostu Salehlə maşına minib döyüşə tələsir. Ağdama gələn yolda pusqu quran ermənilər onları atəşə tuturlar və Fazil bu döyüşdə faciəli surətdə həlak olur.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Fazil Umud oğlu ö Mehdiyevə ö lümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir.

Ağdam rayonunun "Qarağacı" qəbristanlığında dəfn edilib.

Bakının Nəsimi rayonunda büstü qoyulub, Səbail rayonunda isə adına küçə var.

Bakı şəhərinin mərkəzində —Xətai prospekti 136 ünvanında Milli Qəhrəman Fazil Mehdiyevin şərəfinə kiçik park salınmış, parkın mərkəzində onun büstü qoyulmuşdur.


1991— Azərbaycanın Milli Qəhrəmanı Yusif Əliyusif oğlu Əliyev Vətən uğrunda döyüşlərdə şəhid olmuşdur.

Tarixdə bu gün - 24 sentyabrYusif Əliyev 2 dekabr 1969-cu ildə Bakının Qobustan qəsəbəsində anadan olmuşdur. Qəsəbədəki 223 saylı orta məktəbi bitirmişdir. 1988-ci ildə ordu sıralarına çağırılmış, hərbi xidmətini Sverdlovsk şəhər piyada qoşun hissəsində çəkmişdir.

Yusif Əliyev 1991-ci ilin fevralında Yusif Əliyev Goranboyda ilk döyüş sınağından çıxır. Silahlı erməni quldurları Buzluq, Mənəşli, Erkəç kəndləri tərəfdən basqınlar edirdilər. Lakin 24 fevralda Mənəşli kəndinə hücum edildikdə ermənilər pərən-pərən düşdülər. 1991-ci il 14 sentyabrda düşmən Buzluq kəndinə hücum etdikdə əsgərlərimizə sursat çatdırmaq Yusifin ölümü bahasına başa gəlir.

Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə Yusif Əliyusif oğlu Əliyev ölümündən sonra  Azərbaycanın Milli Qəhrəmanı  fəxri  adına layiq görülmüşdür.

Ağsu rayonunun Rəhimli kəndində dəfn edilmişdir.

Qobustan qəsəbəsindəki 195 saylı tam orta məktəb qəhrəmanın adını daşıyır. Məktəbdə büstü qoyulmuşdur.

Yusif Əliyev haqqında "Yaddaş” studiyasında "Vətənə bağışlanan həyat” adlı sənədli film çəkilmişdir. 2015-ci ildə Qobustan qəsəbəsindəki Aşıq Rza adına Mədəniyyət evində filmin təqdimatı olmuşdur

 

1992— Azərbaycanın Milli Qəhrəmanı  Mübariz  Əlizadə oğlu  Əhmədov Vətən uğrunda döyüşlərdə şəhid olmuşdur.

Tarixdə bu gün - 24 sentyabrMübariz Əhmədov  1 yanvar 1963-cü ildə Sabirabad rayonunun Qaratəpə kəndində dünyaya göz açmışdır.

1969-cu ildə burada beynəlmiləl orta məktəbə getmişdir. 1980-ci ildə Azərbaycan Pedaqoji Dillər İnstituna imtahan verir. Üçüncü kursda oxuyarkən hərbi xidmətə çağırılır. 1985-ci ildə ordudan tərxis olunur. 1988-ci illərdə Meydan hərəkatının iştirakçısı olur. Erməni basqınçıları Azərbaycan torpaqlarına hücumlar etməyə başlayanda Mübariz yenicə yaranan özünümüdafiə batalyonuna ilk yazılan könüllülərdən olur.

Mübariz Ağdamda rota komandiri olaraq döyüşlərə girir. Daha sonra isə Dovşanlı, Qazançı, Əsgəran, Pircamal, Aranzəmin, Xanabad, Şuşa və digər kənd və şəhərlərimiz uğrunda gedən döyüşlərdə göstərdiyi igidliyə görə adı dilləri gəzdi. 1991-ci ildə Müdafiə Nazirliyi ona Türkiyədə hərbi təhsil almağı tövsiyə edir, lakin vətəninə dövlətçiliyimizə, xalqına bağlı olan Mübariz döyüşməyi üstün tutur. Onun son döyüşü 24 sentyabr 1992-ci il oldu, Abdal-Gülablı kəndini erməni faşist dəstələrindən təmizləmək lazım idi əks hücuma keçən döyüşçülərimiz qələbə əzmi ilə irəliləyirdilər. Lakin qəfil partlayan mərmi Mübarizi yerə sərdi.Onu döyüş zonasından uzaqlaşdırmaq mümkün olsa da həyata qaytarmaq mümkün olmur.Cəsur komandir gözlərini əbədi yumur.

Azərbaycan Respublikası prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə Mübariz Əlizadə oğlu Əhmədov  ölümündən sonra  Azərbaycanın Milli Qəhrəmanı fəxri  adına layiq görülmüşdür.

Sabirabad rayonunun Qaratəpə kəndindəki Şəhidlər xiyabanında dəfn edilmişdir. Sabirabad rayonunda büstü qoyulmuşdur.

 

1992 — Qarabağ müharibəsinin qəhrəmanlarından biri - "Azərbaycan Bayrağı" ordeni kavaleri  Cəbrayıl Nuşirəvan oğlu  Cəbrayılov Vətən Tarixdə bu gün - 24 sentyabruğrunda döyüşlərdə şəhid olmuşdur.

Cəbrayıl Cəbrayılov 30 may 1959-cu ildə Ağdam rayonunun Qiyaslı kəndində anadan olub.

O, 1976-cı ildə Söyüdlügöl kənd orta məktəbini bitirmişdir. 1978-1979-ci illərdə kecmiş Sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur

Qarabağda "Qurd Cəbrayıl" kimi ad alib san qazanmiş ermənilərin ürəyinə türk xofu salan Cəbrayıl Cəbrayılov haqqında çox deyilib çox yazılıb. O da deyilib ki, Cəbrayılın adı gələndə həmişə ermənilərin canına vəlvələ düşürdü. Bu mərd, qorxmaz döyüşcü Yaqub Rzayevin komandir olduğu 863№ li hərbi hissədə 1992-ci ilin yanvar ayından xidmətə başlayıb. O, ilk gündən bölük komandiri təyin olunub.

Hələ 1992-ci ilin yanvarında Xramort kəndi uğrunda gedən döyüşlərdə qazandığı igidliyi, qorxmazliığı, döyüş bacarığı ilə seçilən Cəbrayılın hərbiçi biliyi ona o faciəli keçdi. Xocalıda soyqırım törədilən gün az kömək etməmişdi. Məhz buna görə o, ermənilərlə qəhrəmancasına döyüşərək neçə-neçə soydaşımızı düşmən caynağından xilas etmişdi.

1992-ci ilin 31 yanvarında Xramort kəndinin erməni silahli dəstələrindən təmizlənməsində qəhrəmanliq köstərmiş mərdliklə döyüşmüdür. Xocalı qırğını zaman Cəbrayıl Qaraqaya adlanan yerdə təkbaşına ermənilərlə vuruşaraq 3 nəfər qadını və 2 azyaşlı uşağı onların caynağından xilas etmişdir. 1992-ci il martın 6- da Cəbrayıl Əskaran postunda 8 erməni quldurunu məhv edərək onlara məxsus bir ədəd qumbaraatanı hərbi hissəyə gətirib təhvil vermişdir.

1992-ci ilin may ayında Ağbulaq, Dəhraz, Naxcıvanik, Pircamal və Kətik kəndləri uğrunda gedən döyüşlərdə Cəbrayıl 7 erməni döyüscüsünü məhv etmiş, düşmənin bir topunu hərbi qənimət kimi ələ keçirmişdir. 1992- ci il 12 iyunda isə Cəbrayıl Əskaran ərazisinə girərək ermənilərin 1 közətçi məntəqəsini və 1 tankını məhv etmişdir. 1992- ci ilin 18 avqustda Gülyataq ve Canyataq kəndlərini düşmənlərdən azad edərkən Cəbrayıl yeddi erməni döyüşcüsünü məhv edərək onlara məxsus dörd avtomat silahi ələ keçirmişdir. Həmin döyüşdə göstərdiyi igidliyə görə 10 min rubl mukafat almışdır.

Cəbrayıl silahdaşları ilə dəfələrlə çətin kəşfiyyat əməliyyatına getmişdir. 1992-ci ildə Ağdərə rayonunun Mehmanə kəndinin düşməndən azad edilməsində ağır güllə yarası almış və hospitala yerləşdirilmişdir. Qısa müddətdə müalicə olunaraq döyüşçü yoldaşlarının yanına qayıtmış və 1992-ci il sentyabrın 24-də[1] Xanabad kəndi uğrunda döyüşlərə qatılmışdır. lakin bu döyüş Cəbrayıl Cəbrayılovun son döyüşü olmuşdur. O, başında aldığı güllə yarasından şəhid olmuşdur.

Təhsil aldığı Söyüdlügöl kənd orta məktəbinin kollektivinin istəyi nəzərə alınaraq 1993-cü ildə oxudu məktəbə Cəbrayıl Nuşirəvan oğlu Cəbrayılovun adı verilmişdir. Məzarı Qiyaslı kənd qəbirsanlığındadır.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 4 oktyabr 1994-cü il sərəncamı ilə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuşdur. 

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz