23 sentyabr
lin 266-cı günü (uzun illərdə 267-ci)
İlin sonuna 99 gün qalır.
Mühüm hadisələr:
1821 - Tripolisi ələ keçirən yunanlar 30 000 türkü qanına qəltan edir.
1846 - Neptun planeti kəşf edilib.
1944 - Polşadakı ukraynalıların məcburi köçü təşkil edilir.
1986 - Amerikalı həkim Çarlz Hayder aclığa başlayır. Bu xəbər dünyada, o cümlədən keçmiş SSRİ-də əks- səda doğurur.
1989 - Azərbaycan dili Azərbaycan Respublikasının dövlət dili elan olunur.
1991 - Jeleznovodsk şəhərində DQMV nümayəndələrinin iştirakı ilə Azərbaycan Respublikası, Ermənistan Respublikası, RSFSR və Qazaxıstan SSR rəhbərlərinin görüşündə prezidentlər kommunike imzalamışdır.
1992 - Azərbaycan Respublikası Vyetnam ilə diplomatik əlaqələr qurmuşdur.
1993 - Azərbaycan Respublikası Albaniya ilə diplomatik əlaqələr qurmuşdur.
2002 - Belçikada evtanaziya haqqında qanun qüvvəyə minir.
2004 - Kiyevdə GUÖAM ölkələri Parlament Assambleyası təsis olunur.
2008 - NATO və BMT baş katibləri əməkdaşlıq sazişi imzalayırlar.
2003 - Azərbaycan Respublikasının baş naziri ilham Əliyev BMT-nin sessiyasında iştirak edir.
2008 - Bakıda Rixard Zorgeyə həsr olunan beynəlxalq konfrans keçirilir.
Doğum günləri:
1914— Azərbaycanda ilk qadın biologiya elmləri doktoru , professor , Azərbaycan SSR EA-nın həqiqi üzvü Validə Xaspolad qızı Tutayuq Şuşada anadan olmuşdur.
1930-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun "Bağçılıq və bostançılıq" fakültəsinə qəbul olmuşdur.
1932-ci ildə institutda preparator vəzifəsinə qəbul edilən V. Tutayuq elə bu vaxtdan etibarən axşam təhsili ilə yanaşı əmək fəaliyyətinə başlayır.
1934-cü ildə aspiranturaya qəbul olunur, K.A. Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyasına ezam edilir, sonralar doğma institutuna qayıdır .
1939-cu ildən botanika kafedrasına başçılıq etmişdir. 1949-cu ildə doktorluq dissertasiyası müdafiə etmiş, 35 yaşında biologiya elmləri doktoru elmi dərəcəsini alan ilk azərbaycanlı qadın olmuşdur.
1957-ci ildə Azərbaycan SSR EA Botanika İnstitutuna direktor təyin olunur.
O, geniş profilli botanika və biologiya üzrə milli kadrların hazırlanması üçün Azərbaycan dilində ilk dərsliklərin müəllifidir. 1968-1972-ci illərdə V.Tutayuqun rəhbərliyi ilə Azərbaycanın qış və yay otlaqlarının geniş geobotaniki tədqiqi aparılmışdır.
V.Tutayuq 250-dən artıq elmi əsərin, o cümlədən, 10 dərsliyin, 9 monoqrafiyanın müəllifidir. O, Azərbaycan KP MK-nın üzvü olmuşdur.
1939-1980-ci illərdə AKTİ-nin botanika kafedrasının müdiri, dekan, prorektor, Azərbərbaycan EA Botanika İnstitutunun anatomiya və morfologiya laboratoriyasının müdiri, direktoru vəzifələrində çalışmışdır. Elmi-tədqiqatı, əsasən, Azərbaycan dendroflorasının, çiçəyin teratologiyasının öyrənilməsinə həsr edilmişdir. AKP MK üzvü olmuşdur (1956-1960). Botaniklərin 9-cu Beynəlxalq konqresində (Monreal, 1950) məruzə etmişdir.
O, "Şərəf nişanı” ordeni (1943), "1941-1945-ci illərdə Böyük Vətən Müharibəsində fədəkar əməyinə görə” medalı (1945), SSRİ Ali Təhsil Nazirliyinin qərarı ilə "B.Miçurinin anadan olmasının 100 illiyi xatirəsinə” yubiley medalı (1955), Respublikanın xalq təsərrüfatı və mədəniyyətinin inkişafı sahəsindəki xidmətlərinə görə Fəxri fərmanla (1960) təltif edilmiş, "Əməkdar elm xadimi” adına (1974) layiq görülmüşdür.
Validə Tutayuq1980-ci ildə aa yaşında Bakıda vəfat etmişdir.
1928– Məşhur müğənni,
SSRİ Xalq artisti Firəngiz Yusif qızı
Əhmədova Bakıda anadan olmuşdur.
1955-ci ildə Azərbaycan
Dövlət Konservatoriyasını bitirmişdir .
1946-1951-ci illərdə
Azərbaycan Radiosu Xorunun, 1951-1988-ci illərdə isə Azərbaycan Dövlət Opera və
Balet Teatrının solisti olmuşdur.
Azərbaycan, rus və Qərbi Avropa bəstəkarlarının operalarında
müvəffəqiyyətlə çıxış etmişdir. Əsas partiyaları: Nərgiz, Gülzar ("Nərgiz",
"Şah İsmayıl", M. Maqomayev), Nigar ("Koroğlu", Ü. Hacıbəyli),
Sevil ("Sevil", F. Əmirov), Səriyyə ("Azad", C.
Cahangirov), Sona ("Bahadır və Sona", S. Ələsgərov), Maro
("Daisi", Z. Paliaşvili), Aida ("Aida", C. Verdi), Toska
("Toska", C. Puccini) və s. "Sənsiz" (Ü. Hacıbəyli),
"Ölkəm", "Sual" (A. Zeynallı), "Arzu" (Niyazi),
"Heyran olmuşam" (Ə. Abbasov), "Oxuma gözəl" (A. Rzayeva) və
s. Azərb. romanslarını, eləcə də klassik rus bəstəkarlarının (P. Çaykovski, S.
Raxmaninov, S. Taneyev və b.) romanslarını sənətkarlıqla ifa etmişdir.
Firəngiz Əhmədova 1989-cu ildən ildən Azərbaycan Opera və
Balet Teatrında məşqçi-pedaqoq kimi fəaliyyət göstərir. SSRİ Ali Sovetinin
(4-cü çağırış) və Azərbaycan SSR Ali Sovetinin (5-ci çağırış) deputatı
olmuşdur. Azərbaycanın "Şöhrət" ordeni ilə təltif edilmişdir.
16 dekabr 2011-ci ildə Bakı şəhərində vəfat etmişdir.
1929 — Görkəmli Azərbaycan tarixçisi, şərqşünas, türkoloq, dilçi, mixi yazılar üzrə mütəxəssis], toponimikaçı, elamşünas, Azərbaycanda qədim Şərq tarixinin tədqiqinin əsasını qoyan nadir ixtisaslı alimlərdən biri olan Yusif Bəhlul oğlu Yusifov Qərbi Azərbaycanın (hazırkı Ermənistan) Böyük Vedi mahalında anadan olmuşdur. Qədim Oğuz yurdu Vedidə boya-başa çatan Yusif Yusifov 1946-cı ildə İrəvanda Azərbaycan Pedaqoji Texnikumunu bitirdikdən sonra təhsilini dünyanın tanınmış şərqşünaslıq mərkəzlərindən olan Leninqrad (hazırda Sankt-Peterburq) Universitetində davam etdirmiş və orada qədim Şərq dilləri (şumer, akkad, elam, iran) üzrə yüksək filoloji hazırlıq keçmişdi. 1952-ci ildə Universitetin İran filologiyası şöbəsini bitirən Yusif Yusifov vətənə qayıdır və 1952-1953-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Tarix və Fəlsəfə İnstitutunda əmək fəaliyyətinə başlayır. Lakin tezliklə qədim Şərq tarixinə maraq və Universitetdə aldığı zəngin biliyi elmi-tədqiqat sahəsində reallaşdırmaq arzusu gənc Yusifi yenidən Leninqrada çəkir. 1953-1956-cı illərdə o, Leninqrad Dövlət Ermitajında görkəmli şumerşünas və assurşünas İ. M. Dyakonovun rəhbərliyi ilə aspiranturada təhsilini davam etdirir, dünya tarixşünaslığında az öyrənilmiş mövzulardan olan Elam tarixini mövzusu kimi seçir. Yusif Yusifovun Elam tarixinin son dövrünə aid ilk irihəcmli məqalələri və 1958-ci ildə müdafiə etdiyi namizədlik dissertasiyası görkəmli şərgşünas alimlərin diqqətini cəlb edir, onu nüfuzlu elamşünas alim kimi tanıdır.
Namizədlik dissertasiyasını müdafiə etdikdən sonra vətənə tanınmış, elimdə öz sözü və istiqaməti olan alim kimi dönən Yusif Yusifov 1967-ci ilədək Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunda çalışır. Qısa müddətdə o, Elam, Midiya, Assuriya və Urartu tarixinin mühüm problemlərinə aid respublika, ittifaq və xarici ölkələrin jurnallarında məqalələr nəşr etdirir, Elamın ictimai-iqtisadi tarixinə aid doktorluq dissertasiyasını başa çatdırır və 1965-ci il tarixində Tbilisidə uğurla müdafiə edir. 1968-ci ildə Yusif Yusifov Moskvada Elamın ictimai-iqtisadi tarixinə həsr olunmuş irihəcmli monoqrafiyası nəşr olundu. Uzun illərin zəhmətinin nəticəsi olan bu əsər dünya tarixşünaslığında yüksək qiymətləndirildi və müəllifi Avropa və Amerikanın görkəmli elamşünas alimləri ilə bir sıraya qoydu.
1967-ci ildən pedaqoji fəaliyyətə başlayan Yusif Yusifov M. F. Axundov adına Pedaqoji Dillər İnstitutunun Azərbaycan tarixi kafedrasında professor, 1971-ci ildən ömrünün sonunadək isə Azərbaycan Pedaqoji Universitetində professor, kafedra müdiri, fakültə dekanı vəzifələrində işləmiş, elmi və pedaqoji kadrların yetişdirilməsinə böyük əmək sərf etmişdir.
Qədim Şərq tarixini dərindən bilən və böyük pedaqoji təcrübəyə malik olan Yusif Yusifov 1993-ci ildə ömrünün ən dəyərli kitablarından birini - ali məktəblər üçün "Qədim Şərq tarixi" dərsliyini nəşr etdirmişdir.
Yusif Yusifov Şərqin və Azərbaycanın qədim tarixi üzrə onlarla mütəxəssis yetişdirmiş, ali və orta məktəblər üçün dərsliklər və dərs vəsaiti yazıb çap etmişdir, o cümlədən Azərbaycan toponimikasına dair bir sıra elmi məqalələrin və S. Kərimovla birlikdə dərsliyin müəllifidir. Bu dərslik ali məktəblərin humanitar fakültələrində müasir dövrdə də tədris vəsaiti olaraq qalmaqdadır.
Yusif Yusifovun maraq dairəsi Azərbaycan tarixinin demək olaraq ki, dörd min illik (e.ə. III min. – b.e. I min.) dövrünü əhatə edirdi. O, hazırda ali məktəblərdə fundamental elmi vəsait olan "Azərbaycan tarixi" dərsliyinin redaktoru (akad. Z. Bünyadovla birlikdə) və müəlliflərindən idi.
Yusif Yusifov 4 yanvar 1998-ci ildə 68 yaşında vəfat etmişdir.
1935 — Tanınmış rejissor, ssenari müəllifi, baş redaktor , təcrübəçi rejissor, film direktoru, prodüser, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Ziyafət Abbasov Bakıda anadan olub.
1963-1968-ci illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsində təhsil alıb.
1968-1974-cü illərdə Azərbaycan Dövlət Televiziya və Radio şirkətində, 1974-cü ildən "Azərbaycanfilm" kinostudiyasında rejissor işləyib. Əməkdar İncəsənət xadimidir. "Mozalan" kinojurnalı üçün 34 bədii və sənədli süjet çəkmişdir.
Ziyafət Abbasov bir müddət "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasının bədii rəhbəri olmuşdur.
Z. Abbasov 1994-cü ildə kinostudiyaya direktor əvəzi təyin olunmuşdur
1994-2001-ci illərdə "Azərbaycanfilm”in direktoru vəzifəsində çalışmışdır.
1951 — Tanınmış skripkaçı, konsertmeyster, Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Zəhra
Teymur qızıQuliyeva Bakı şəhərində anadan olmuşdur.
İlk təhsilini 1959–1970-ci illə rdə Bülbül adına orta ixtisas musiqi məktəbində almışdır. 1970-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olduqdan sonra burada Sərvər Qəniyev və M.Tağıyevin siniflərində təhsil almış və buranı 1975-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir. Zəhra Quliyeva 1976–1978-ci illərdə N.A.Rimski-Korsakov adına Leninqrad Dövlət Konservatoriyasının aspiranturasında assistent-stajor bölməsində Boris Qutnikovun sinfində təhsilini davam etdirmişdir.
Zəhra Quliyeva Azərbaycan Dövlət Konservatoriyasında təhsil aldığı müddətdə Rostov şəhərində Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsertlə çıxış etmiş, Leninqrad Dövlət Konservatoriyasında təhsilini davam etdirdiyi zaman isə burada bir sıra konsert salonlarında çıxış etmiş və Qərb bəstəkarlarının əsərləri ilə yanaşı, Azərbaycan bəstəkarlarının əsərlərini də ifa etmişdir. O, 1978-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında pedaqoji fəaliyyətə başlamışdır. Həmin ildən 1993-cü ilədək burada "Simli alətlər" kafedrasında müəllim işləmişdir.
Zəhra Quliyeva 1983–1990-cı illər arasında Azərbaycan Dövlət Televiziyasında "Zəriflik" adlı müəllif proqramını yaradır. O, burada həm Azərbaycan, həm də dünya şöhrətli rəssam və musiqiçilərin sənətindən, onların həyat və yaradıcılığından söhbət açır. 1990-cı ildə Zəhra Quliyeva Azərbaycan Musiqi Xadimləri İttifaqının sədrinin I müavini vəzifəsinə təyin olunur. Bu illərdə o, bir sıra konsert qastrol səfərlərinə çıxmış, İngiltərədə Aberdin musiqi festivalında iştirak etmişdir.
1993-cü ildə Türkiyənin Bilkənt Universitetinin dəvəti ilə Zəhra Quliyeva orada işləməyə başlamışdır. Bu universitetdə o, müəllimlik və ifaçılıq sənətini birgə sürdürmüşdür. Universitetdə fəaliyyət göstərən beynəlxalq orkestrin üzvü olmuşdur. Zəhra Quliyeva 1998-ci ildə Makao qubernatorluğunun (hazırkı Çin Xalq Respublikasının özəl inzibati bölgəsi) dəvəti ilə oraya gedərək Kamera orkestrinin konsertmeysteri vəzifəsində çalışmışdır. O, Makao konservatoriyasında pedaqoji fəaliyyətinə də davam etmiş, həmin dövrdə aktiv ifaçılıq fəaliyyətini sürdürərək Çin Xalq Respublikasının müxtəlif şəhərlərində, eləcə də Portuqaliya və İspaniyada solo və orkestrlə çox saylı konsertlər vermişdir.
1965— Qarabağ qazisi, Çeçenistanın Milli Qəhrəmanı Arif Vəli oğlu Məhərrəmov Qərbi Azərbaycanın Göyçə mahalında doğulub.
1983-1985-ci illərdə Uzaq Şərqdə hərbi xidmətdə olub. 1988-ci ildən xalq hərəkatına qoşulub. 1990-cı ilin 20 yanvarında yaralanaraq I qrup əlil olub. Daha sonra 1992-1994-cü illərdə Qarabağda döyüşüb.
1992-ci ilin yanvarında yollanır döyüşlərə. Ağdamda Allahverdi Bağırovun könüllü özünümüdafiə batalyonunun tərkibində bir-birindən ağır əməliyyatlarda iştirak edir. Xocalı faciəsi zamanı Qaraqaya tərəfdə mühasirəyə düşmüş əhalinin böyük əziyyətlər, ağır döyüş əməliyyatları bahasına mühasirənin yarılaraq Ağdama sağ-salamat çatmasında böyük fədakarlıqlar göstərir. Və bu döyüşdə ağır yaralanır. Muxtar həkimin və Nizami həkimin sayəsində yaraları sağalır və ayağa qalxan kimi yenə səngərə qayıdır. Döyüşçü dostlarının ona "Sən artıq öz borcunu hələ 20 yanvarda vermisən vətənə. Son qanlı döyüşdə də artıqlaması ilə ödəmisən. Yorulmadınmı? Yetmədimi?” kimi etiraz dolu suallarına tək cavabı olur: "Mən vətənə xidmətdən yorulmuram!”. Azərbaycan Respublikasının o zamankı prezidenti Əbülfəz Elçibəyin fərmanı ilə döyüş əməliyyatlarında göstərdiyi fədakarlıqlar nəzərə alınaraq ona "Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilir.
1994-1998-ci illərdə Çeçenisatanda döyüşlərdə iştirak edib. 1997- ci ilə Cövhərqala şəhərinin ilk fəxri vətəndaşı, 1998-ci ildə isə Çeçenistanın Milli Qəhrəmanı fəxri adını alıb. 2004-cü ildə Prezident yanında Dövlət İdarəçilik Akademiyasını bitirib.
Azərbaycanda Xalq hərəkatının vüsət aldığı zamalarda Arif Məhərrəmovun hərbi xidmətini yeni başa vurduğu illərə təsadüf edir. Məlumdur ki, o dövrün gəncləri bu yaşda karyera qurmaq haqqında düşündüyü halda xalq hərəkatına qoşularaq əlində olan bütün maddi imkanları bu yolda sərf etməklə başladı.
Qərbi Azərbaycandan gələn qaçqınların Qarabağda yerləşdirilməsi ideyasını irəli sürən və bu tələblə Bakı Sovetinin binası qarşısında (indiki Bakı şəhər İH) mitinqlərin təşkilatçısı olmuşdur. Nəticə istədikləri kimi olmasa da, tələblərini reallaşdırmaq üçün 1989-cu ildə dostları Ülvi, İlham, İbrahimlə birgə Qarabağa yola düşür. Tələblərini o vaxt Qarabağın hakimi mütləqi sayılan A.Volskiyə çatdırırlar. Təyin olunduğu gündən Qarabağa yalnız qara günlər bəxş edən bu adamla söhbət təbii ki, rahat olmur. Arif Məhərrəmov onu bu faciələrlə bağlı ağır ittiham edir. Nəticə acınacaqlı olur. Arif Məhərrəmov həbs edilir, yalnız Ağdam əhalisinin israrlı tələbi və deputat Eldar Bağırovun bu işə müdaxiləsi nəticəsində azadlığa buraxılır. Artıq bu xalq milli ayrı-seçkiliyin baş alıb getdiyi sovetlər ölkəsində Azadlğın qaçılmaz olduğunu daha aydın şəkildə dərk etməyə başladı. Və bu zaman bu xalqın köməyinə yenə də Arif Məhərrəmov çatdı. 20 Yanvar gecəsinin səhəri evinin qarşısına asdığı üçrəngli bayrağın sovet əsgərləri tərəfindən təhqir olunmağına dözməyərək əlisilahlı bu canilərin üstünə yeriyir, onlardan birinə vurduğu ağır zərbənin cavabı odlu güllələr olur, hətta bununla da kifayətlənməyib, onu ağır zirehli texnikanın (BTR) qarşısına atıb üstündən keçmək istədikdə buna mane olan xanımı da odlu silahlara tuş gəlir. Onu yaralı halda həbs edərək hərbi komendantlığa gətirirlər. Agır işgəncələr verib hərəkat liderlərinin üzünə durmağa vadar edirlər. Yoldaşını və 40 günlük körpəsini həbsxanaya gətirib gözünün önündə divardan -divara çırpırlar. Azərbaycan müstəqillik qazandıqdan sonra Arif Məhərrəmov apardığı mübarizə meydanını səngərlə əvəz edir.
Lakin, Arif Məhərrəmov Torpağı işğal altında olan kişinin özünə Milli Qəhrəman deməyə haqqı yoxdu deyərək bu addan rəsmən imtina edir. 1994-cü ilə qədər davam edən döyüş əməliyyatlarında daim ön sırada olan Arif Məhərrəmov yalnız atəşkəs haqqında saziş imzalandıqdan və bütün cəbhə boyu döyüş əməliyyatları dayandırıldıqdan sonra Bakıya dönür. Onun xaricdə müalicəsi üçün ayrılmış vəsaitləri də dəfələrlə Milli ordunun hesabına keçirir. Lakin intiqam, qisas hissi onu bir an da olsun rahat buraxm;r. Xüsusilə Xocalı faciəsində baş verən sərəfsizlikləri heç cür unuda bilməyən Arif Məhərrəmov üçün Çeçenistanda müharibənin başlanması yeni bir yol açır. Çeçenistanda Azərbaycanın adının qürurla daşıyır, göstərdiyi misilsiz xidmətlərinə görə Cövhərqalanın fəxri vətəndaşı və Çeçeinsatanın Milli Qəhrəmanı kimi fəxri adlarına layiq görülür.
1969 — Azərbaycan şairi, publisist, 20 Yanvar şəhidi, şair, publisist Ülvi Yusif oğlu Bünyadzadə Göyçə mahalının Basarkeçər rayonunun Kəsəmən kəndində z

dünyaya göz açmışdır. Beş yaşından yazıb-oxumağı bacaran Ülvi altı yaşında ilk şeirini yazmışdır. Ülvi Bünyadzadə orta təhsilini Daşkəsəndə almışdır.
1987-ci ildə SSRİ-nin 50 illiyi adına APXDİ-nin ingilis dili fakültəsinə daxil olmuşdur.
19 yanvar 1990-cı ildə gecə Bakıya girən Sovet ordusunun yolunu kəsmiş, dinc piketin gülləbaran edilməsinə dözməyərək, sinəsini xalqına tuşlanmış gülləyə sipər etmiş və saat 00.20-də həlak olmuşdur.
Yanvarın 20-də axşamüstü dostları, tələbə yoldaşları və müəllimləri onun cəsədini Semaşko adına xəstəxanadan tapdılar.
Ülvi Bünyadzadə Bakıda Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Ülvinin əsərlərinə 200-dən çox şeiri, "Ömür yolu" poeması və "Qansızlar" povesti (Hər iki əsər Əfqanıstanda döyüşən həmvətənlərimizə həsr olunub), 40-a yaxın hekayəsi, 5 pyesi, 20-yə yaxın dünya ədəbiyyatından original tərcümələr (ingilis və rus dillərindən), 7 ədəbi və ictimai məzmunda məqaləsi, bibisi Almaza, dostları Məhəbbət və Cavidə yazdığı xeyli məktubları və s. yazıları daxildir.
Yaşadığı küçəyə (babasının evi yerləşən küçəyə) "Ülvi Bünyadzadə küçəsi" adı verilib. Həmin evin (babasının evinin) divarına "Burada 20 yanvar şəhidi, şair Ülvi Bünyadzadə yaşamışdır" yazılı barelyef-lövhə vurulmuşdur.
Vəfat etmişdir:
1963 —
Azərbaycan SSR-də ilk qadın mexanizator, Sosialist Əməyi Qəhrəmanı Sevil Həmzət
qızı Qazıyeva faciəli surətdə həlak
olmuşdur. Sevil Qazıyeva 1940-cı il iyun ayının 1-də Zaqatala rayonunun Tala kəndində
anadan olub.Sevil
Qazıyeva 1940-cı il iyun ayının 1-də Zaqatala rayonunun Tala kəndində anadan
olub.
1958-ci ildə
orta məktəbi bitirən Sevil sənədlərini indiki Azərbaycan Dövlət Tibb
Universitetinə versə də, müsabiqədən keçə bilməyib. Kəndə qayıtmayan Sevil elə
həmin il sənədlərini Bakıdakı 5 nömrəli sənət məktəbinə verib.
Sov.İKP Mərkəzi
Komitəsinin 1959-cu il dekabr plenumu Sevilin həyatında ciddi dəyişikliyə səbəb
olur. Ertəsi gün Bakı 5 saylı sənət məktəbinin 4 tələbəsi – Sevil Qazıyeva, Məmləkət
Tağıyeva, Solmaz Qurbanova və Diləfruz Ocaqquliyeva Azərbaycan LKGİ Mərkəzi
Komitəsinin katibi Məsud Əlizadəyə məktub yazıb, ondan Bakı şəhərində qızlar
üçün sürücü-mexanik kurslarının açılmasını xahiş edirlər. Sevil Qazıyevanın və
rəfiqələrinin bu təklifi respublika rəhbərliyi tərəfindən dəstəkləndiyi üçün
bir müddət sonra Binədəki kənd təsərrüfatını mexanikləşdirmə məktəbində
sürücü-mexanik hazırlayan kurs açılır. Sevil və rəfiqələri bu kursda
sürücü-mexanik peşəsinin sirlərini öyrənməyə başlayırlar.
Məktəbini
bitirəndən sonra Sevil Qazıyeva könüllü şəkildə Beyləqan rayonuna işləməyə
gedir.
1962-ci ildə
Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun mexanizasiya fakültəsinə daxil olan
Sevil Qazıyeva işləyə-işləyə həm də qiyabi təhsil alır. 1962-ci ildə onu Azərbaycan
LKGİ-nin XXIII qurultayına nümayəndə seçirlər. Qısa müddət ərzində Azərbaycanın
adlı-sanlı pambıqçılarından birinə çevrilən Sevil Qazıyeva 1962-ci ildə öz
maşını ilə 190 ton pambıq yığır.
Sevil
Qazıyeva 1963-cü ildə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilir.
Sevil
traktorçu, pambıqyığan kombaynın mexanik-sürücüsü, Mil düzündəki sovxozlardan
birinin traktorçular briqadiri işləmişdir. Onun çağırışı ilə, 600-nəfərdən çox
qız mexanizator peşəsini seçmişdir.
Sevil
Qazıyeva gənc yaşlarında, faciəli surətdə həlak olmuşdur. Ölümündən sonra
"Sosialist Əməyi Qəhrəmanı" adına layiq görülmüşdür.
1970 — Azərbaycan yazıçısı, dramaturq, Əməkdar incəsənət
xadimi Sabit Kərim oğlu (Sabit Rəhman)
Mahmudov 60 yaşında vəfat etmişdir.
Sabit Rəhman 26 mart 1910-cu ildə Şəkidə (o vaxtkı Nuxada)
anadan olmuşdur.
Ədəbi fəaliyyətə 1926-1927-ci illərdə Molla Nəsrəddin
jurnalında dərc etdiyi felyetonlarla başlamışdır. İlk hekayələr məcmuəsi -
"Pozğun" 1931-ci ildə dərc olunmuşdur. Bir çox hekayə və pyes müəllifidir.
Sabit Rəhman Azərbaycan komediyasının banilərindəndir. O,
dünyaca məşhur "Arşın mal alan" və "O olmasın, bu olsun",
"Koroğlu", "Əhməd haradadır?" filmlərinin, Ulduz musiqili
komediyasının ssenarilərinin, Yeddi gözəl baletinin librettosunun müəllifidir.
1943-cü ildə Azərbaycan SSR əməkdar incəsənət xadimi adına
layiq görülmüş, iki dəfə Qırmızı Əmək Bayrağı ordeni və medalları ilə təltif
olunmuşdur. Şəki dram teatrı S.Rəhmanın adını daşıyır. Bakı və Şəki şəhərlərində
onun adına küçə vardır.
Bəstəkar Emin Sabitoğlunun atasıdır.
Musiqişünas Ceyran Mahmudovanın babasıdır.
2014— Tanınmış nasir, tərcüməçi, ssenari müəllifi, Əməkdar mədəniyyət işçisi Ələviyyə Hənifə
qızı Babayeva 93 yaşında vəfat etmişdir.
Ələviyyə Babayeva 1921-ci il 12 avqustda Bakıda anadan
olmuşdur. Orta məktəbi bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsil
almışdır. Ədəbi fəaliyyətə 1936-cı ildə "Ədəbiyyat qəzeti"ndə dərc
olunmuş "İki həyat" adlı hekayəsi ilə başlamışdır. Hekayə, povest və
romanlar yazmaqla yanaşı, müasir rus ədəbiyyatından tərcümələr etmişdir.
A.Qaydarın "Uzaq ölkələr" (1950), V.Biankinin "İz ilə"
(1947), "Ayı balası" (1959), "Qırmızı təpə" (1963),
K.Paustovskinin "Oğru pişik" (1951), V.Q.Korolenkonun "Satın
alnmış uşaqlar" (1962), Y.Sotnikin "Əcaib quş" (1964),
V.Astafyevin "Ulduz xəzanı" (1970), Y.Çaruşinin "Nikitanın
oyuncaqları" (1984) və b. onun tərcüməsində kütləvi tirajla çap
olunmuşdur. "Azərbaycan qadını" jurnalında məsul katib (1951-1973),
"Gənclik" nəşriyyatında müasir ədəbiyyat şöbəsinin müdiri
(1973-1976), sonra baş redaktor (1976-1985) olmuşdur. Moskvada Azərbaycan ədəbiyyatı
ongünlüyündə, həmçinin Azərbaycanın bir çox yerlərində ədəbi tədbirlərdə
iştirak etmişdir.
Azərbaycan Yazıçılar Birliyinin qəbul komissiyasının üzvü, tərcümə
seksiyasının rəhbəri olmuşdur.
2015— Məşhur şair, tərcüməçi,
Əməkdar Mədəniyyət İşçisi Məmməd Muxtar
oğlu Aslanov 75 yaşında Zaqatalada vəfat etmişdir.
Məmməd Aslan 1939-cu il dekabrın 24-də Azərbaycanın Kəlbəcər
rayonunun Laçın kəndində ziyalı ailəsində anadan olmuşdur. Klassik ədəbiyyata dərin
bələd olan atasının gözəl şeir demək təbi olsa da, onları çap etdirməmişdir.
Lakin bunlar kiçik yaşlı oğlunda şeirə-sənətə tükənməz həvəs oyatmışdır. Kəlbəcər
qəsəbəsində (indi şəhərdir) orta məktəbi bitirdikdən sonra APİ-nin filologiya
fakültəsində təhsil almışdır (1957-1962).
Əmək fəaliyyətinə Kəlbəcər rayonundakı Yanşaq, İstisu kənd məktəblərində
müəllim kimi başlamışdır. O, Kəlbəcər qəsəbəsində bir müddət müəllimlik etdikdən
sonra rayonda nəşr olunan çoxtirajlı "Yenilik" qəzeti redaksiyasında
məsul katib işləmişdir. 1970-ci ilin axırlarında Bakıya köçmüş, burada
"Ulduz", "Azərbaycan təbiəti" jurnallarında, "Azərbaycan
gəncləri", "Ədabiyyat və incəsənət" qəzeti redaksiyalarında
çalışmış, "Yazıçı" nəşriyyatında böyük redaktor olmuşdur. Azərbaycan
Dövlət Teleşirkətinin, "Ekran-Efir" qəzetinin baş redaktoru olmuşdur.ı
Bədii yaradıcılığa 1960-cı ildə "Azərbaycan müəllimi"
qəzetində çıxan ilk şeirilə başlamışdır. Dövri mətbuatda müntəzəm çıxış
etmişdir. Keçmiş SSRİ xalqları ədəbiyyatından tərcümələrə xüsusi qayğı ilə
yanaşır. Zülfiyyənin "Torpağa səcdə", qazax şairi Qədir Murzalıyevin
"Bu bağda bülbüllər ötər" (1980) şeirlər məcmuələrini şərikli tərcümə
etmişdir.
Bir sıra beynəlxalq və respublika mükafatları laureatıdır.
"Şöhrət" ordeni ilə təltif edilmişdir .
Tarixi gün və bayramlar

Ən çox oxunanlar
Tarixi şəxsiyyətlərin həyatından maraqlı faktlar (II yazı)
Təhsil, məktəb və müəllim əməyi haqqında uşaq, müəllim, valideyn , indi də müstəqil jurnalist kimi təəssüratlarım ( IV yazı)
6 yaşın mübarək
Qadındır müqəddəs,qadındır yüksək...
Tarixi şəxsiyyətlərin həyatından maraqlı faktlar (IVyazı)
Təhsil, məktəb və müəllim əməyi haqqında uşaq, müəllim, valideyn , indi də müstəqil jurnalist kimi təəssüratlarım ( VII yazı)
Təhsil, məktəb və müəllim əməyi haqqında uşaq, müəllim, valideyn , indi də müstəqil jurnalist kimi təəssüratlarım ( I yazı)
Təhsil, məktəb və müəllim əməyi haqqında uşaq, müəllim, valideyn , indi də müstəqil jurnalist kimi təəssüratlarım ( II yazı)
Henrix Heyne: “Biz amal uğrunda çarpışırıq, qəzetlər də bizim qalalarımızdır” – VII yazı
Zakir Məmməd - 65
Yazarlar