» » Tarixdə bu gün - 22 sentyabr

Tarixdə bu gün - 22 sentyabr

Müəllif: Vüsal от 22-09-2017, 00:15
Tarixdə bu gün - 22 sentyabr

İlin 265-ci günü (uzun illərdə 266-cı)
İlin sonuna 100 gün qalır.

Mühüm hadisələr:

1862 – Avraam Linkoln bütün kölələrin 1 yanvar 1863-dən etibarən azad olacağını elan edir.
1949 – SSRİ-də ilk nüvə silahı sınaqları keçirilmişdir.
1980 – İran-İraq müharibəsi başladı.
2008 – Azərbaycan müəllimlərinin XIII qurultayı keçirildi.
2008 – Azərbaycan Respublikası ilə Niderland Krallığı arasında"Ikiqat vergi tutmalarının aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiya imzalanır.
Tarixdə bu gün - 22 sentyabr

Doğum günləri:

1520 – Osmanlı padşahı Sultan Səlim anadan olmuşdur.
1791 – İngilis fiziki və kimyaçısı Maykl Faradey anadan olmuşdur.
1924 – Məmməd Əmin Rəsulzadənin yaxın silahdaşı, Azərbaycan Kültür Dərnəyinin baş katibi Əhməd Qaraca anadan olmuşdur.

Bayramlar və xüsusi günlər:

1998-ci ildən hər il 22 sentyabr Ümumdünya Avtomobilsiz Günü kimi qeyd olunur. Bu günü qeyd etmə ənənəsi 1998-ci ildə Fransada yaranıb. O zaman bu günü yalnız bir neçə şəhər qeyd edirdi. Amma indi bu aksiyaya dünyanın 35 ölkəsindən 1500-dən çox şəhər qatılır.
Bu da bir reallıqdır ki, günümüzdə avtomobil hər an bizə lazım olur. Xüsusi təyinatlı avtomobillər (yanğınsöndürənlər, təcili tibbi yardım, polis və s.) bu gün öz işlərinə davam edir. Şəhər sakinləri isə şəxsi avtomobillərindən imtina edərək ictimai nəqliyyatdan – metro, trolleybus və tramvaydan istifadə edir və ya velosiped sürərək, piyada gəzərək istədiyi ünvana çatır. Çox təəssüf ki, Azərbaycan hələ ki, bu aksiyaya qoşulmayıb.
Bu günü ölkəmizdə yalnız "Yaşıl velosipedçilər klubu” qeyd edir. Yaşıl velosipedçilər "Maşınsız bir gün” kampaniyası çərçivəsində Bakı şəhəri daxilində velo tur təşkil edəcək və insanları bu günlə bağlı maarifləndirəcəklər.

Tarixdə bu gün - 22 sentyabr

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
SitatCavab
  • Qurup: Təsisçi
  • Qeydiyyat: 12.09.2016
  • Status: offline
  • Şərhləri: 39
  • Məqalələri: 833
^
Avtomobillər o qəər çoxalıb ki, artıq onlar hərəkətsiz dayandıqları hald, problemə çevriliblər. Sürücülər avtomobillərini səkidə, blokların ağzında saxlayırlar.
  • Нравится
  • 0