» » Tarixdə bu gün - 22 sentyabr

Tarixdə bu gün - 22 sentyabr

Müəllif: Vüsal от 22-09-2017, 00:15

İlin 265-ci günü (uzun illərdə 266-cı)
İlin sonuna 100 gün qalır.

Mühüm hadisələr:

1862 – Avraam Linkoln bütün kölələrin 1 yanvar 1863-dən etibarən azad olacağını elan edir.
1949 – SSRİ-də ilk nüvə silahı sınaqları keçirilmişdir.
1980 – İran-İraq müharibəsi başladı.
2008 – Azərbaycan müəllimlərinin XIII qurultayı keçirildi.
2008 – Azərbaycan Respublikası ilə Niderland Krallığı arasında"Ikiqat vergi tutmalarının aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiya imzalanır.
Tarixdə bu gün - 22 sentyabr

Doğum günləri:

1920— İkinci dünya müharibəsinin iştirakçısı, Fransa Müqavimət hərəkatının iştirakçısı, "Armed Mişel", "Ryus Armed", "Хаrqo" və başqa Tarixdə bu gün - 22 sentyabradlarla Fransanın azadlığı uğrunda döyüşlərdə iştirak etmiş Əhmədiyyə Mikayıl oğlu Cəbrayılov   Şəki rayonunda anadan olmuşdur.

1935-ci ildə Şəkidə Kənd təsərrüfatı texnikumunun Zootexnika və aqronomiya fakültəsinə daxil olur. 1938-ci ildə buranı Aqronomiya ixtisası üzrə bitirir və növbəti illərdə Quba-Qusar-Xaçmaz-Dəvəçi-Yalama rayonları zonasında ipəkçi kimi işləyir. 1940-cı ildə Kommunist Partiyasına daxil olur.

Böyük Vətən Müharibəsinin başlaması ilə könüllü olaraq cəbhəyə yollanır. Orconikidze diyarının Nevinnomıssk şəhərindəki aviasiya məktəbində hazırlıq keçir. Bir neçə ay davam edən kurslardan sonra kiçik leytenant rütbəsi alaraq Moskva yaxınlığında yerləşən 35-ci divizionun 350-ci bombardmançı eskadriliyasına, texniki xidmət sahəsinə təyin olunur.

1942-ci ilin aprelində Ukraynanın Donbas şəhərinə göndərilir və orada 350-ci polkun siyasi rəhbərinin köməkçisi təyin olunur. Bu polkun tərkibində o, Ukraynanın Barvinki-Lozovaya-İzyum rayonu ətrafındakı döyüşlərdə iştirak edir. Baş leytenant rütbəsi alır.

1942-ci ilin aprel və ya may ayında onun təyyarəsi Kursk ətrafında vurulur. Həmin dövrdə 350-ci polk Şimali Donets çayının sahilində, İzyum çayının yaxınlığında ağır yaralanır və almanlara əsir düşür, Barvinka və Lvov yaxınlığındakı həbs düşərgələrinə göndərilir. Bir düşərgədən başqa düşərgəyə keçid 3 ay davam edir. Hər gün piyada təxminən 60 km yol qət olunurdu.

1943-cü ildə Daxau həbs düşərgəsinə göndərilir və birinci dəfə qaçmağa cəhd edir. Bıçaqla silahlanaraq özünü sərxoşluğa vurur, gecənin qaranlığından istifadə edərək gözətçiyə yaxınlaşır və boğazını kəsmək istəyir. Cəhd baş tutmur və nəticədə almanlar tərəfindən Fransanın cənubunda, Tuluza şəhəri yaxınlığındakı Montoban həbs düşərgəsinə göndərilir. Burada o, 4167 nömrəli əsir idi. Bu həbsxanada o vərəm xəstəliyinə tutulur.

1943-cü ildə həbsxana komendantının qulluqçusu madam Jannanın köməyi ilə fransız vətənpərvərləri almanların diqqətini yayındırmaq üçün tabutda gizlənmiş Əhmədiyyəni xilas edərək Jannanın evindəki zirzəmiyə gətirirlər. Sağaldıqdan sonra Əhmədiyyə faşistlərdən qisas almaq üçün qəti qərara gəlir və özünü buna hazır hesab edir. Fransız dilini öyrənir, madam Jannanın sayəsində onun vətənpərvər dostları və partizan hərəkatları ilə əlaqəyə girir, müqavimət hərəkatının kapitan Delplankın (ləqəbi "Düma") rəhbərlik etdiyi Tarn və Qaron departamentlərindəki 4-cü eskadronun üzvü olur. Əhmədiyyə Cəbrayılovun gizli fəaliyyət ləqəbləri "Xarqo", "Fraji", "Qoçaq", "Ryus Armed" və s. olmuşdur. İşğalçı alman hakimiyyət orqanları onun başına 10 min alman markası mükafat təyin etmişdilər.

1944-cü il 22 mayda Əhmədiyyəni əvvəlcə Kaberta partizan dəstəsinə, sonra isə kapitan Delplankın komandanlıq etdiyi Düma Gizli Ordusuna keçirirlər, Əhmədiyyə bu dəstənin Tarn və Qaronun azad edilməsi uğrunda apardığı bütün döyüşlərdə iştirak edir. 1944-cü il 19 avqustda Montobanın azad edilməsi və buna qədərki digər əməliyyatlara qatılır.

20 avqustda azad edilmiş Parisdə general Şarl de Qoll Əhmədiyyə Cəbrayılov ilə görüşür. Bu görüşü fotoşəkil təsdiq edir, həmin dövrdə Fransa müvəqqəti hökumətinin prezidenti olan Şarl de Qollun iştirak etdiyi banketdə Əhmədiyyəni görmək olar. 28 avqustda Əhmədiyyə Montobanda yaradılan 3-cü briqadaya daxil olaraq Vozj və Elzasdakı döyüşlərdə iştirak edir.

1945-ci il 1 martda o, 3-cü briqadanın 4-cü eskadronuna daxil olur. Bir sıra tapşırıqlarla yanaşı, Əhmədiyyə Cəbrayılov dəmir yol xətlərini partladaraq düşmənin minlərlə fransızı Almaniyadakı həbs düşərgələrində apararaq işlətmələrinə mane olmuşdur. Həbs düşərgəsinə aparılan 500-ə yaxın fransız uşağı xilas edən zaman, yaralanmış və alman zabiti formasında olduğu üçün bir müddət alman hərbi qospitalında müalicə almışdır. Müalicəsi bitdikdən sonra, Albi şəhərinə hərbi komendant təyin olunmuşdur. Bir müddət alman zabiti kimliyində partizanlara çox əhəmiyyətli məlumatlar ötürmüşdür. Daha sonra bütün komendatura zabitlərini əsir götürərək partizanlara təhvil vermişdir. O, körpüləri sıradan çıxarır, alman anbarlarını və faşist zabitlərinin yaşadıqları evləri yandırır. Onun başçılığı altında Lion şəhərinin mərkəzində düşmən tankları yandırılır. Müvəffəqiyyətlə aparılan təhlükəli əməliyyatların müqabilində Fransa Kommunist Partiyasının baş katibi Moris Torez ona tapança bağışlayır.

16 martda o, 3-cü briqadadan tərxis olunur. 1945-ci ilin mayında Birinci Fransız Ordusunun tərkibində yenidən Vozj və Elzasdakı döyüşlərə qatılır.

1946-cı ildə Əhmədiyyə qəti qərara gəlir ki, vətəninə qayıtsın. Fransa onun hərbi şücaətlərini layiqincə qiymətləndirir və o, ölkənin medal və ordenlərlə təltif olunur, o cümlədən şəxsi igidliyə görə "hərbi medal”la ilə (bu medal sıravi əsgərə hərbi paradda generaldan irəlidə addımlamaq hüququ verir).

25 noyabr 1946-cı ildə Şarl de Qollun köməyi ilə Əhmədiyyə SSRİ-yə qayıdır. Burada o, vətən xaini kimi qəbul olunur və Moskvadakı yoxlamaların birində onun mükafatlarının bir hissəsi əlindən alınır.

1947-ci ildə Sürəyya xanımla ailə qurur, 1948-1962–ci illərdə bu nikahdan 7 uşaq dünyaya gəlir. 1964-cü ildə Kirovabad Kənd Təsərrüfatı İnstitutunda yarımçıq qalmış təhsilini davam etdirir.

1966-cı ildə Fransa prezidenti Şarl de Qoll SSRİ-yə səfəri zamanı Əhmədiyyə Cəbrayılovu görmək istədiyini bildirmiş və o, Moskvaya çağrılmışdır. 1968-ci ildə Sovet hökuməti tərəfindən "vətən xaini" adı onun üstündən götürülür və bəraət verilir. 1970-ci ildə Kənd Təsərrüfatı İnstitutunda təhsilini başa vurduqdan sonra Şəki rayonu Nərimanov adına kolxozda baş aqronom işləyir. 1971-ci ildə "Qırmızı Əmək Bayrağı" ordeni ilə təltif olunur.

1972, 1975, 1982-ci illərdə döyüşlərdə iştirak etdiyi yerləri gəzməyə icazə verilir. O, Montoban, Rodez, Tuluza, Albi şəhərlərinə gedir, həmçinin Paris, Bordo, Strazburq, Lion, Dijon və Marseldə olur, keçmiş döyüş yoldaşları ilə görüşür. 1975-ci ildəki səfəri zamanı o, Fransa Senatında senator Jak Düklo tərəfindən qəbul edilir və ona bu görüşdən xatirə medalı təqdim edilir.

1976-cı ildə müharibədəki iştirakına görə "Oktyabr İnqilabı Ordeni" ilə təltif olunur. 1977-ci ildə Tarn və Qaronda Fransa partizan hərəkatında birgə iştirak etdiyi Rene Şambar SSRİ-yə gəlir və Əhmədiyyə Cəbrayılovla görüşür.

1986-cı ildə Əhmədiyyə Cəbrayılov 5 fransız mükafatına layiq görülür — "Müharibə xaçı”, "Hərbi şücaət xaçı”, "Fransa Müqavimət hərəkatı” medalı, "İgidliyə görə” medal, "Yaralanmağa görə” medalı. 1990-cı ildə Şarl de Qollun anadan olmasının 100 illiyinə həsr olunmuş mərasimlərdə iştirak etmək üçün Parisə dəvət olunur. 1994-cü il 6 yanvarda Front National Milli Hərakat  Assosiasiyasının məmuru Rene Rassel Əhmədiyyə Cəbrayılova Fransa Müqavimət hərəkatında iştirakını təsdiqləyən sənədi təqdim edir.

10 oktyabr 1994-cü ildə 74 yaşında vəfat etmişdir.

 
Vəfat etmişdir:
 
Tarixdə bu gün - 22 sentyabr1964 - Məşhur xanəndə, Azərbaycanın Əməkdar artist Abdullayev İslam Əbdül oğlu Şuşa şəhərində anadan olmuşdur. 

Musiqişünas alim Mir Möhsün Nəvvabdan, xanəndə Hacı Hüsüdən və Qarabağın bir çox məşhur xanəndələrindən muğamları öyrənmiş, xanəndəlik sənətinə yiyələnmiş və tarzən Mirzə Sadıq Əsəd oğlunun müşaiətilə çıxış etməyə başlamışdır. İsalm Abdullayev gözəl və təsirli səsi, bənzərsiz ifaçılıq qabiliyyəti sayəsində Azərbaycanda və onun hüdudlarından kənarda da məşhurlaşmışdır.

1910-1915 ci illərdə "Sport-Rekord” və "Ekstrafon” səsyazma şirkətləri tərəfindən İslam Abdullayevin ifasında "Segah”, "Bayatı-Qacar”, "Şahnaz”, "Şüştər” muğamları və bir sıra təsniflər qrammafon vallarına yazılmışdır.
İslam Abdullayev gözəl pedoqoq olmuşdur. Xan Şuşinski, Yaqub Məmmədov, Sahib Şükürov kimi xanəndələrin yetişməsində böyük rol oynamışdı. Ömrünün sonuna yaxın Ağdama köçmüş, burada musiqi məktəbində muğamdan dərs demiş, bir çox xanəndələrin ustadı olmuşdur.
İslam Abdullayev Mir Möhsün Nəvvabın tələbəsi olmuşdur. "Segah", "Bayatı-kürd", "Bayatı-qaçar" və s. muğamları ifa etmişdir. Şuşada musiqi məktəbinin direktoru işləmişdir. Gəncədə xalq çalğı alətləri orkestri təşkil etmiş, Ağdam şəhərində muğamatdan dərs demişdir.
 1986—Kimya elmləri doktoru (1949), professor (1950), Azərbaycan Milli EA-nın  akademiki ,  Əməkdar elm xadimi Həbibulla bəy Şahtaxtinski 86 Tarixdə bu gün - 22 sentyabryaşında vəfat etmişdir.

Həbibulla bəy Şahtaxtinski  9 sentyabr 1900 –cü ildə anadan olmuşdur.

 Azərbaycan   Dövlət Universitetinin (indiki BDU) tibb fakültəsini (1926) və Azərbaycan  Politexnik İnstitutunun kimya-texnologiya fakültəsini (1930) bitirmişdir. 1930-1972 illərdə respublikanın ali məktəblərində dərs demiş, Politexnik institutunda miqdari kimyəvi analiz kafedrasının, Azərb. Sənaye İnstitutunda (indiki Neft Akademiyası) analitik kimya kafedrasının müdiri olmuşdur (1937-59). 1959-86 illərdə Azərb. EA Qeyri-Üzvi və Fiziki Kimya İnstitutunda mineral maddələr texnologiyası laboratoriyasının müdiri işləmişdir. Əsas elmi tədqiqatları analitik və qeyri-üzvi kimya texnologiyasının nəzəri və təcrübi problemlərinə həsr edilmişdir. H.Şahtaxtinski analitik kimya elmində yeni səhifə açan ”Yodometriyanın arsenat metodu” mövzusunda geniş elmi tədqiqatlar aparmış və bir çox elementlərin analitik təyini üçün yeni arsenat-yodometrik üsul vermiş, Azərbaycanın faydalı qazıntı sərvətlərindən alunitin, dəmir filizinin, titanlı dəniz qumunun, tərkibində faydalı komponentlər olan polimetal filizlərin kompleks emalı üçün orijinal texnoloji sxemlər işləyib hazırlamış, bunların birinin laboratoriya qurğularında və yarımsənaye miqyasında sınaqdan keçirilməsinə nail olmuşdur. H.Şahtaxtinskinin rəhbərliyi ilə metallurgiya zavodlarının tullantı qazlarından konversiya olunmuş təbii qazla elementar kükürdün alınması üzrə iş başa çatdırılmış və istehsalata tətbiq olunması tövsiyə edilmişdir. H.Şahtaxtinski kimya fənnini respublikada ilk dəfə tədris edənlərdən biridir. Onun 1937 ildə çapdan çıxmış ”Miqdari kimyəvi analiz" dərsliyi sonralar (1953) da nəşr olunmuş və bu günədək ali məktəb tələbə və müəllimlərinin istifadə etdiyi ən qiymətli vəsaitdir.


Bayramlar və xüsusi günlər:

1998-ci ildən hər il 22 sentyabr Beynəlxalq  Avtomobilsiz Dünya Günü kimi qeyd olunur. Bu günü qeyd etmə ənənəsi 1998-ci ildə Fransada yaranıb. O zaman bu günü yalnız bir neçə şəhər qeyd edirdi. Amma indi bu aksiyaya dünyanın 35 ölkəsindən 1500-dən çox şəhər qatılır.
Bu da bir reallıqdır ki, günümüzdə avtomobil hər an bizə lazım olur. Xüsusi təyinatlı avtomobillər (yanğınsöndürənlər, təcili tibbi yardım, polis və s.) bu gün öz işlərinə davam edir. Şəhər sakinləri isə şəxsi avtomobillərindən imtina edərək ictimai nəqliyyatdan – metro, trolleybus və tramvaydan istifadə edir və ya velosiped sürərək, piyada gəzərək istədiyi ünvana çatır. Çox təəssüf ki, Azərbaycan hələ ki, bu aksiyaya qoşulmayıb.
Bu günü ölkəmizdə yalnız "Yaşıl velosipedçilər klubu” qeyd edir. Yaşıl velosipedçilər "Maşınsız bir gün” kampaniyası çərçivəsində Bakı şəhəri daxilində velo tur təşkil edəcək və insanları bu günlə bağlı maarifləndirəcəklər.

Tarixdə bu gün - 22 sentyabr

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
SitatCavab
  • Qurup: Təsisçi
  • Qeydiyyat: 12.09.2016
  • Status: offline
  • Şərhləri: 79
  • Məqalələri: 1074
^
Avtomobillər o qəər çoxalıb ki, artıq onlar hərəkətsiz dayandıqları hald, problemə çevriliblər. Sürücülər avtomobillərini səkidə, blokların ağzında saxlayırlar.
  • Нравится
  • 0