» » Tarixdə bu gün - 15 sentyabr

Tarixdə bu gün - 15 sentyabr

Müəllif: Vüsal от 15-09-2017, 00:15


 


15 sentyabr


İlin 258-ci günü (uzun illərdə 259-cu)
İlin sonuna 107 gün qalır.

Mühüm hadisələr:

1514 – Osmanlı ordusu Təbrizi tutmuşdur.
1928 – İngilis mikrobioloqu Aleksandr Frleminq penisillini kəşf etmişdir.
1918 – Bakı Qafqaz-İslam Ordusu tərəfindən daşnak və eserlərdən azad olunaraq Azərbaycanın paytaxtı elan edilmişdir.
2000 – Çin arxeoloqları Çingiz xanın qəbrini tapmışlar.
2004 – Astanada Azərbaycan prezidenti İlham Əliyevin Ermənistan prezidenti Robert Köçəryan ilə təkbətək görüşü olmuşdur.
2008 – Dövlət Sərhəd Xidməti Akademiyasının ilk kursantlarının təntənəli hərbi andiçmə mərasimi keçirilmişdir.
2011 — Müslüm Maqomayevin Mədəni-Musiqi İrsi Fondunun dəstəyilə hazırlanmış Müslüm Maqomayevin abidəsinin təntənəli açılış mərasimi olmuşdur.

Tarixdə bu gün - 15 sentyabr

Doğum günləri:

1828 – Məşhur rus kimyaçı, üzvi kimyanın banisi Aleksandr Butlerov təqaüdçü-zabit ailəsində doğulmuşdur. İlk təhsilini Topornin özəl pansionunda fransız dili müəllimi kimi almışdır, daha sonra 1-ci Kazan gimnaziyasında, 1844-1849-cu illərdə isə Kazan Universitetinin "təbiət elmləri şöbəsi"ndə tələbə olmuşdur. 1849-cu ildən buranın müəllimi, 1854-cü il fövqəladə, 1857-ci ildən isə həmin universitetdə adi kimya professoru kimi fəaliyyət göstərmişdir. 1860-1863-cü illərdə iki dəfə universitetin rektoru olmuşdur. 1868-1885-ci illərdə Peterburq Universitetində adi kimya professoru kimi işləmişdir. 1885-ci ildə təqaüdə çıxmış, yalnız universitetdə xüsusi mühazirələr deməyə davam etmişdir. 1870-ci ildə həmkar seçilmişdir, 1871-ci ildə fövqəladə, 1874-cü ildə isə Peterburq EA (Elmlər Akademiyasında) adi akademik kimi fəaliyyət göstərmişdir..

1878-1882-ci illərdə N.N.Zininin varisi Rusiya Kimya Cəmiyyətinin Kimya şöbəsinin sədri kimi fəaliyyət göstərmişdir. Bir çox digər elmi cəmiyyətlərin Rusiyada və xaricdə fəxri üzvü olmuşdur.

5 avqust 1886-cı ildə 57 yaşında Kazanda vəfat etmişdir.


1916 – Sovet  İttifaqı  Qəhrəmanı   Abbas Şahbaz oğlu Quliyev  Naxçıvan  Muxtar Respublikasının Babək rayonunun  Şəkərabad  kəndində anadan olmuşdur.

 Tarixdə bu gün - 15 sentyabrOrta məktəbi bitirdikdən sonra Bakı pedaqoji texnikumunda təhsil almış, 1937-ci ildə təhsilini başa vuraraq  Naxçıvana qayıtmışdır. O, teatr sənəti ilə maraqlanmış, özfəaliyyət dərnəklərinin iştirakçısı olmuşdur.

1941-ci ildə Sovet Ordusuna çağırılmış, Sumı topçuluq məktəbini bitirmişdir. Kapitan A.Ş.Quliyev Dneprdən Visla çayına qədər döyüş yolu keçmişdir. 1944-cü ilin avqustunda Polşa torpağında o, öz topçuları ilə birlikdə xüsusi tapşırığı yerinə yetirərək düşmənin diqqətini yayındırıb Visla çayının sağ sahilinə keçmiş, sonra isə üç gün ərzində faşistlərlə qeyri-bərabər döyüş aparmaqla sovet qoşunlarının maneəsiz çayı keçməsi və düşməni darmadağın etməsinə şərait yaratmışdı.

1945-ci il fevralın 25-də Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. O vaxtlar "İzvestiya" qəzeti bu münasibətlə yazmışdı: "Naxçıvan teatrı A. Quliyevin şəxsində müvəqqəti də olsa səhnə xadimini itirsə də, Sovet Ordusu onun simasında bacarıqlı və fədakar zabit əldə etmişdi".

Kapitan A.Quliyev müharibə qurtardıqdan sonra, 1945-ci ildə hərbi xidmətdən tərxis olunmuş və Naxçıvanda rəhbər vəzifələrdə işləmişdir.


1914 – Görkəmli türk yazıçı Orxan Kamal Türkiyənin Ceyxan şəhərində anadan olmuşdur.

Orhan Kamal  kasıbların, tələbələrin,  bir sözlə,  sadə  insanların həyatına dair hekayələr və romanlar yazmış və insan-cəmiyyət münasibətlərinin həqiqətlərini əks etdirmişdir.  O, 27 romanın və  hekayələr, xatirələr, təhlillər, oyunlar, müsahibələr olan 19 kitabın müəllifidir.

"Ata  evi”, "Bərəkətli  torpaqlar üzərində”, "Dövlət quşu”, "Yad qızı”,” Dünya evi ", "El qızı ", "Qürbət quşları " və romanların müəllifidir.

2 iyun 1970-ci ildə Sofiyaba vəfat etmişdir.


Tarixdə bu gün - 15 sentyabr  1943 — Görkəmli  kinorejissor, ssenarist, Xalq artisti, Azərbaycan Respublikası Dövlət Mükafatı,   2002-2011-ci illərdə "Azərbaycanfilm" kinostudiyasının direktoru işləmiş 15 sentyabr 1943-cü ildə Qax rayonunun Qaxmuğ Xamis Bəkir oğlu Muradov al kəndində anadan olmuşdur.

Yeddiilik məktəbi bitirdikdən sonra 14 saylı sənət məktəbinə gedi. 14 yaşında Bakıya gələrək 72 nömrəli məktəbə gedib.

 1962-1966–cı illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda oxumuşdur.

1969-1971-ci illərdə Moskvada fəaliyyət göstərən ali rejissorluq və ssenarist kurslarında təhsil almışdır.

1966-cı ildən C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında fəaliyyətə başlamışdır. 50-dən çox sənədli filmin rejissoru, eyni zamanda 20-yə yaxın filmin ssenari müəllifidir.

1988-2001-ci illərdə "Salnamə" studiyasına rəhbərlik etmişdir.

 2002-ci ilin əvvəlindən 2011-ci ilin axırlarınadək C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru vəzifəsində çalışmışdır.


 
Tarixdə bu gün - 15 sentyabr 1955— Azərbaycan Respublikasının Əməkdar artisti Yusif Höccət oğlu Mustafayev Yusif Mustafayev 1955-ci ildə Cəlilabad rayonun Hacıismayıllı kəndində anadan olmuşdur.
Uşaqlıqdan, musiqi ilə yaxından tanış olmağa başlayır və 80-cı illərdən toy-şadlıq məclislərinə dəvətləri almağa başlayır. Xalqının ona rəğbət qazandıracağı mahnıları yazıb, oxuyur. Repertuarında xalq mahnıları, bəstəkar mahnıları və muğam təsnifləri üstünlük təşkil edir.
Hazırda sənətini davam etdirməkdədir.
2015-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti adına layiq görülüb.
Evlidir. 3 övladı vardır
 
Tarixdə bu gün - 15 sentyabr1959 — Xalq artisti Brilliant Süleyman qızı Dadaşova Bakı şəhərində anadan olub.
Brilliant Dadaşovanın musiqi karyerası 1983-cü ildə Eldar Mansurovun mahnıları ilə başlandı. 1985-ci ildə Brilliant Dadaşova Moskvada keçirilən Ümumdünya Gənclər Festivalında ilk dəfə böyük səhnəyə gəldi.
1986-cı ildə Brilliant Dadaşova və Akif İslamzadə "Hər şey gözəldir həyatda" adlı mahnını yazdırırlar və bu mahnı Azərbaycanda çox məşhur olur. Həmin ildə Dadaşovanın eyni adlı musiqi albomu çıxır.
1987-ci ildə o, sovet ifaçıları arasında keçirilən müsabiqədə birinci yerə nail ola bildi.
1989-cu ildə Brilliant Dadaşovanın çox məşhur "Bayatılar" adlı mahnısı işıq üzü görür.
Brilliant Dadaşovanın 1994-cü ildə "Sevəcəyəm" adlı musiqi albomu çıxır. Bu disk həm Azərbaycanda, həm də Türkiyədə çox uğurlu olur.
1995-ci ildə "Züleyxa" mahnısına çəkilmiş videoklip Rusiya kanalında nümayiş etdirilməyə başladı və kanalın qızıl onluğunda uzun müddət ərzində ön cərgələrdə sabit qaldı.
1997-ci ildə o, bir sıra Azərbaycan müğənnisi və Norveçin SKRUK ansamblı ilə birlikdə "Landet vi kommer fra" Azərbaycan-Norveç layihəsində iştirak edirdi.
2000-ci ildən 2005-ci ilədək o, Azərbaycanın Space TV kanalında "Gözəllik dünyanı xilas edəcək" adlı veriliş aparırdı. Hazırda müğənni musiqi istedadı olan gənclərə karyera qurmaqda yardımçı olan "Akademiya" layihəsində iştirak edir.

Tarixdə bu gün - 15 sentyabr1973—  Qarabağ döyüşlərinin şəhidi - əsgər  Fərhad  Əlihüseyn oğlu Süleymanov Hacıqabul rayonununda anadan olmuşdur.

Fərhad Süleymanov  Hacıqabul şəhər 3 saylı orta məktəbin 8-ci sinifini bitirib. Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olan Fərhad atasını erkən yaşlarda itirmişdi.

Fərhad  hərbi litseyi başa vurduqdan sonra Omsk şəhəri Ali Məktəbinə qəbul olunmuşdu.  Amma  1992-ci ildə  erməni təcavüzkarları torpaqlarımıza qarşı hücuma keçəndə, Fərhad  təhsilini yarımçıq qoyub könüllü sürətdə cəbhəyə yollandı.

Azərbaycan Silahlı Qüvvələrinin Milli Ordusunun sıralarına əsgər kimi yollanan Fərhad ilk olaraq Murovdağda ən çətin və ən təhlükəli döyüş əməliyyatlarında iştirak etdi. Qorxu bilmədən dəfələrlə mühasirədən çıxdı. İgidliyinə görə  Fərhadı taqım komandiri qoydular. Fərhadın tabeliyində olan 30 nəfər döyüşçü ilə birlikdə cəsarətlə vuruşurdu. 1993-cü ilin may ayında ağır döyüş zamanı ermənilər Fərhadı və ondan başqa 7 nəfər döyüşçünü əsir götürmüşlərr.

1993-cü ilin may ayının əvvəllərində  Fərhada ələ keçirən ermənilər  ona  və  daha 7 yoldaşına  əzablı  işgəncələr vermiş, sonra da  İrəvana aparmışlar.

1995-ci ilin yanvar ayının 29-da isə ermənilər  Fərhadı  qətlə yetirmişlər.

 

Tarixdə bu gün - 15 sentyabr1968—  K.Kərimova 1968-ci ildə Ağcabədidə anadan olmuşdur.

1983-cü ildə  Bakı şəhər 8 №-li Musiqi təmayüllü gimnaziyaya daxil olmuşdur. Elə həmin ildə "Gənc istedadları axtarırıq" adlı müsabiqədə Bakı şəhəri üzrə birinci yerə layiq görülmüşdür. Bu səbəbdən də 1984-cü ildə Azərbaycan SSR Mədəniyyət Nazirliyi tərəfindən Bül-Bül adına orta-ixtisas musiqi məktəbinə dəvət almışdır. Bu illər ərzində o, Əfsər Cavanşirovun rəhbərlik etdiyi "Bənövşə" uşaq xorunun solisti olmuşdur.

1986-cı ildə Azərbaycan Dövlət Musiqi Akademiyasına daxil olmuşdur. Akademiyada təhsil aldığı müddətdə Baba Salahov adına "Araz" xalq çalğı ansamblı ilə əməkdaşlıq etmişdir.

Hazırda Azərbaycan Dövlət Muğam Teatrının və Azərbaycan Dövlət Televiziya və Radio Qapalı Səhmdar Cəmiyyətinin solistidir.


1991 — Azərbaycan Silahlı Qüvvələrinin zabiti , 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olmuş və ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III Tarixdə bu gün - 15 sentyabrdərəcəli medalı ilə təltif edilmiş Qabil Qabil oğlu Orucəliyev Naxçıvan şəhərində anadan olub.
Qabil Orucəliyev ailəli idi, şəhid olmadan 4 gün əvvəl — 29 martda oğul övladı dünyaya gəldi. Oğluna atasının adı qoyuldu.
Leytenant Qabil Orucəliyev 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüş zamanı qəhrəmancasına şəhid oldu.
Aprelin 11-i isə Qabil Orucəliyev doğulduğu Naxçıvan şəhərində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və leytenant Orucəliyev uğrunda şəhid olduğu torpağa tapşırıldı.
Qabil Orucəliyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.
 

Tarixdə bu gün - 15 sentyabr

Vəfat etmişdir:
 

2006 – Azərbaycan Respublikasının Xalq artisti, bəstəkar  Vasif Zülfüqar oğlu Adıgözəlov 71 yaşında vəfat etmişdir.

Tarixdə bu gün - 15 sentyabrVasif Adıgözəlov 1935-ci il iyul ayının 28-də Bakıda məşhur muğam ustası Zülfü Adıgözəlovun ailəsində anadan olub. İlk musiqi təhsilini konservatoriyanın nəzdindəki 10 illik Musiqi məktəbində pianoçu kimi alıb. 1953-cü ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olur. Bəstəkarlıq üzrə Qara Qarayevin , fortepiano üzrə Simuzər Quliyevanın sinfində təhsilini davam etdirir. 1959-cu ildə həmin təhsil ocağını iki ixtisas üzrə bitirir.

Əmək fəaliyyətinə 1958-ci ildən Radio və Televiziya Komitəsində musiqi redaktoru kimi başlamışdır. Sonralar Azərbaycan Bəstəkarlar İttifaqının mə’sul katibi, M. Maqomayev adına Dövlət Filarmoniyasının baş musiqi redaktoru, A. Zeynallı adına Bakı Musiqi məktəbinin direktoru və s. vəzifələrdə çalışmışdır. 1972-ci ildən Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında əsas işçi kimi müəllimlik edirdi. 1990-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqının I katibi seçilmişdir.

1989-cu ildən Professor, 1990-cı ildə Dövlət Mükafatı laureatı adlarını almışdır

1995-ci ildə "Şöhrət ordeni" ilə təltif olunmuşdur. Bakı Musiqi Akademiyasında "xor dirijorluğu" kafedrasına rəhbərlik etmişdir.

 

2007 —Azərbaycan  Respublikasının  Xalq rəssamı , Dövlət mükafatı laureatı Elbəy Mirzə Həsən oğlu Rzaquliyev 81 yaşında vəfat etmişdir.

Tarixdə bu gün - 15 sentyabrElbəy Rzaquliyev 17 iyun 1926-cı ildə Bakıda anadan olmuşdur. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirdikdən sonra, 1946-cı ildə ÜDKİ-nin rəssamlıq fakültəsinə daxil olmuşdur.Təhsilini başa vurub, 1953-cü ildən "Azərbaycanfilm" kinostudiyasında işləməyə başlamışdır. Bundan sonra onun yaradıcılığı iki əsas istiqamətdə inkişaf etmişdir: rəngkar və kino rəssamı.

1960-cı ildə Bakıda, 1960-1967-ci illərdə isə Moskvada və Kaunasda fərdi sərgiləri böyük müvəffəqiyyətlə nümayiş etdirilmiş və sənətsevərlərin diqqətini özünə cəlb etmişdir. 1977-ci ildə Azərbaycanın xalq rəssamı fəxri adına, 1986-cı ildə SSRİ Dövlət mükafatına, 1998-ci ildə "Şöhrət" ordeninə layiq görülmüşdür. Azərbaycan Rəssamlar İttifaqının katibi olmuşdur.

Yaratdığı əsərlərdən "Daşkəsənin gənc inşaatçıları", "Əli Bayramlı DRES-i", "İnsanların torpağı", "Çiçəklər arasında", "Qırmızı və ağ qızıl güllər", "Xəncər və məişət əşyalarından ibarət natürmort", "Tac-Mahal", "Yaponiya silsiləsi", "Əmək adamları", "Ana", "Montajçılar", "Kənddə" və digərləri böyük maraqla qarşılanmışdır. "Sevil", "Arşın mal alan", "Görüş", "Ögey ana", "Onun böyük ürəyi", "Bir məhəlləli iki oğlan", "Telefonçu qız", "Uşaqlığın son gecəsi" və s. kinofilmlərin rəssamı olmuşdur.

 

Bayramlar və xüsusi günlər:

15 sentyabr ölkəmizdə Bilik Günü - ali, orta və ümumtəhsil məktəblərində dərslərin başlandığı gün qeyd edilir. 2004-cü ilə qədər həmin gün sentyabrın 1-nə təsadüf edirdi. Lakin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 avqust 2004-cü il tarixli fərmanı ilə Azərbaycanın bütün təhsil müəssisələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınmış, beləliklə, həmin gün Bilik Günü elan edilmişdir. Tarix boyu elmə, biliyə yiyələnmək və onu tədris etmək şərəfli iş hesab olunub. İslama görə elm öyrənmək Allaha ibadət qədər əhəmiyyətlidir. Bu haqda Məhəmməd Peyğəmbərin (s.) və onun bir çox səhabələrinin hikmətli sözləri və hədisləri vardır. İslam tarixində öz şərəfli yeri olan, dərin bilik və ağıl sahibi Həzrəti Əli müəllimə dəyər verərkən "Mənə bir hərf öyrədənin köləsi olaram " demişdi. Xalqımız elmi, biliyi yüksək qiymətləndirmiş, öz övladlarının savadlanması üçün əllərindən gələn səyi əsirgəməmişdir. Azərbaycan elminin tarixində Nəsirəddin Tusi, Bəhmənyar, Abbasqulu Ağa Bakıxanov, Mirzə Kazım bəy, Yusif Məmmədəliyev kimi yüzlərlə alim və filosovlar olmuşdur ki, onlar dünya elminin inkişafına öz töhfələrini vermişlər.
 

Tarixdə bu gün - 15 sentyabr

15 sentyabr  Beynəlxalq Demokratiya Günüdür.

BMT-nin Baş Katibi Pan Qi Mun 15 sentyabr 2009-cu ildə öz müraciətində belə demişdir:
"Demokratiya təkcə özü-özlüyündə vacib deyil. Bu həm də beynəlxalq sülhün və təhlükəsizliyin, əsas hüquq və azadlıqların sosial-iqtisadi inkişafını stimulizə edən qüvvətli faktordur".

Tarixdə bu gün - 15 sentyabr

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.