» » Tarixdə bu gün - 15 sentyabr

Tarixdə bu gün - 15 sentyabr

Müəllif: Vüsal от 15-09-2017, 00:15

15 sentyabr


İlin 258-ci günü (uzun illərdə 259-cu)
İlin sonuna 107 gün qalır.

Mühüm hadisələr:

1514 – Osmanlı ordusu Təbrizi tutmuşdur.
1928 – İngilis mikrobioloqu Aleksandr Frleminq penisillini kəşf etmişdir.
1918 – Bakı Qafqaz-İslam Ordusu tərəfindən daşnak və eserlərdən azad olunaraq Azərbaycanın paytaxtı elan edilmişdir.
2000 – Çin arxeoloqları Çingiz xanın qəbrini tapmışlar.
2004 – Astanada Azərbaycan prezidenti İlham Əliyevin Ermənistan prezidenti Robert Köçəryan ilə təkbətək görüşü olmuşdur.
2008 – Dövlət Sərhəd Xidməti Akademiyasının ilk kursantlarının təntənəli hərbi andiçmə mərasimi keçirilmişdir.
2011 — Müslüm Maqomayevin Mədəni-Musiqi İrsi Fondunun dəstəyilə hazırlanmış Müslüm Maqomayevin abidəsinin təntənəli açılış mərasimi olmuşdur.

Tarixdə bu gün - 15 sentyabr

Doğum günləri:

1613 –  Görkəmli  fransız yazıçısı Fransua de Laroşfuko Paris şəhərində anadan olmuşdur.
17 nart 1680-ci ildə Parisdə vəfat etmişdir.
1828 – Məşhur rus kimyaçı, üzvi kimyanın banisi Aleksandr Butlerov təqaüdçü-zabit ailəsində doğulmuşdur. İlk təhsilini Topornin özəl pansionunda fransız dili müəllimi kimi almışdır, daha sonra 1-ci Kazan gimnaziyasında, 1844-1849-cu illərdə isə Kazan Universitetinin "təbiət elmləri şöbəsi"ndə tələbə olmuşdur. 1849-cu ildən buranın müəllimi, 1854-cü il fövqəladə, 1857-ci ildən isə həmin universitetdə adi kimya professoru kimi fəaliyyət göstərmişdir. 1860-1863-cü illərdə iki dəfə universitetin rektoru olmuşdur. 1868-1885-ci illərdə Peterburq Universitetində adi kimya professoru kimi işləmişdir. 1885-ci ildə təqaüdə çıxmış, yalnız universitetdə xüsusi mühazirələr deməyə davam etmişdir. 1870-ci ildə həmkar seçilmişdir, 1871-ci ildə fövqəladə, 1874-cü ildə isə Peterburq EA (Elmlər Akademiyasında) adi akademik kimi fəaliyyət göstərmişdir..

1878-1882-ci illərdə N.N.Zininin varisi Rusiya Kimya Cəmiyyətinin Kimya şöbəsinin sədri kimi fəaliyyət göstərmişdir. Bir çox digər elmi cəmiyyətlərin Rusiyada və xaricdə fəxri üzvü olmuşdur.

5 avqust 1886-cı ildə 57 yaşında Kazanda vəfat etmişdir.

1890 –İngilis detektiv yazıçı, "Erkül Puaro" və "Miss Marpl" obrazlarının yaradıcısı Aqata Kristi İngiltərənin Devon çəhərində anadan olmuşdur.
12 yanvar 1976-cı ildə 85 yaşındaİngiltərədə vəfat edib.
1914 – Görkəmli türk yazıçı Orxan Kamal Türkiyənin Ceyxan şəhərində anadan olmuşdur.
2 iyun 1970-ci ildə Sofiyaba vəfat etmişdir.
 
Bayramlar və xüsusi günlər:

15 sentyabr Bilik Günü ölkəmizdə Bilik Günü kimi qeyd olunur.
Azərbaycanda məktəblərdə dərslərin başladığı gün qeyd edilir. 2004-cü ilə qədər həmin gün sentyabrın 1-nə təsadüf edirdi. Lakin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 avqust 2004-cü il tarixli fərmanı ilə Azərbaycanın bütün təhsil müəssisələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınmış, beləliklə, həmin gün Bilik Günü elan edilmişdir.
İslamda elmə münasibət[redaktə | əsas redaktə]
Tarix boyu elmə, biliyə yiyələnmək və onu tədris etmək şərəfli iş hesab olunub. İslama görə elm öyrənmək Allaha ibadət qədər əhəmiyyətlidir.
Bu haqda Məhəmməd Peyğəmbərin (s.) və onun bir çox səhabələrinin hikmətli sözləri və hədisləri vardır. İslam tarixində öz şərəfli yeri olan, dərin bilik və ağıl sahibi Həzrəti Əli müəllimə dəyər verərkən "Mənə bir hərf öyrədənin köləsi olaram " demişdi.
Xalqımız elmi, biliyi yüksək qiymətləndirmiş, öz övladlarının savadlanması üçün əllərindən gələn səyi əsirgəməmişdir. Azərbaycan elminin tarixində Nəsirəddin Tusi, Bəhmənyar, Abbasqulu Ağa Bakıxanov, Mirzə Kazım bəy, Yusif Məmmədəliyev kimi yüzlərlə alim və filosovlar olmuşdur ki, onlar dünya elminin inkişafına öz töhfələrini vermişlər.

Tarixdə bu gün - 15 sentyabr

15 sentyabr  Beynəlxalq Dümokratiya Günüdür.
BMT-nin Baş Katibi Pan Qi Mun 15 sentyabr 2009-cu ildə öz müraciətində belə demişdir:
"Demokratiya təkcə özü-özlüyündə vacib deyil. Bu həm də beynəlxalq sülhün və təhlükəsizliyin, əsas hüquq və azadlıqların sosial-iqtisadi inkişafını stimulizə edən qüvvətli faktordur".

Tarixdə bu gün - 15 sentyabr

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz