» » Tarixdə bu gün - 14 sentyabr

Tarixdə bu gün - 14 sentyabr

Müəllif: Vüsal от 14-09-2017, 00:15
 
14 sentyabr

İlin 257-ci günü (uzun illərdə 258-ci)
İlin sonuna 108 gün qalır.

Mühüm hadisələr:

786 — Harun əl-Rəşid Abbasi xəlifələrindən qardaşı al-Hadinin ölümündən sonra İslam xilafətini ələ keçirmişdir.
1812 — Napoleon ordusu Moskvaya daxil olmuşdur.
1829 — Ədirnə sülhü imzalanmış, Rusiya-Osmanlı müharibəsi sona çatmışdır.
1853 — Türkiyə ilə Rusiya arasında Krım müharibəsi başlamışdır.
1867 — Marksın "Kapital" əsərinin ilk cildi işıq üzü görmüşdür.
1918 — Saat 20.30 – da Qafqaz İslam Ordusunun komandanı Nuru paşa Bakı şəhərinə hücumu başa çatdırmaq üçün 100 saylı əmri imzalamışdır.

Tarixdə bu gün - 14 sentyabr
1933 — Türkiyə-Yunanıstan dostluq sazişi imzalanmışdır.
1937 — Keçmiş SSRİ-də "xalq düşmənləri"nin həbs müddəti qeyri- müəyyən vaxta qədər uzadılmışdır.
1954 — SSRİ-nin Orenburq poliqonunda bütün qoşun növlərinin iştirak etdiyi həqiqi atom bombası ilə ilk hərbi təlim keçirilmişdir.
1957 — BMT sovet qoşunlarının Macarıstana girməsini pisləmişdir.
1960 — Vyanada OPEK fəaliyyətə başlamışdır.
1989 — Naxçıvan Dövlət Kukla Teatrı yaradılmışdır.
1994 — Azərbaycan Respublikası Qatar ilə diplomatik əlaqələr qurulmuşdur.
2006 — İstanbulda türkdilli dövlətlərin xüsusi xidmət orqanları rəhbərlərinin konfransı keçirilmişdirurmuşdur.

Doğum günləri:
1939 — Yazıçı və alim, fizika-riyaziyyat elmləri namizədi, dosent Aslan Qəhrəmanlı Ağstafa  rayonunun Yenigün kəndində anadan olmuşdur. Orta məktəbi Tarixdə bu gün - 14 sentyabrbitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində təhsil almışdır.

Əmək fəaliyyətinə 1961-ci ildə Elmlər Akademiyasının Hesablama Mərkəzində başlamış, həmin mərkəzin bazası əsasında kibernetika institutu yaradılandan sonra orada müxtəlif vəzifələrdə elmi tədqiqatla məşğul olmuşdur. 1972-1975-ci illərdə İttifaq NeftMaş Birliyinin xüsusi konstruktor bürosunda laboratoriya rəisi vəzifəsində çalışmışdır.

1975-1977-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunun Tətbiqi riyaziyyat kafedrasında baş müəllim işləmişdir. Bir müddət Rostov Dəmiryol Mühəndisləri İnstitutunun Bakı filialında baş müəllim işlədikdən sonra yenidən indiki Azərbaycan Dövlət Neft Akademiyasına dəyişilmişdir. 1980-ci ildən 2007-ci ilə qədər həmin Akademiyada əvvəlcə baş müəllim, sonra dosent vəzifəsində işləmişdir. 2007-ci ilin sentyabrından Azərbaycan Universitetinə keçmiş, bu universitetin Riyaziyyat və informatika kafedrasının dosenti, 2011-ci ilin fevralından 2012-ci ilin iyununa qədər rektoru olmuşdur. Hazırda təqaüdə çıxmışdır və yaradıcılıqla məşğuldur.

Aslan Qəhrəmanlı bir sıra elmi əsərlərin müəllifi, iqtisadiyyatda modelləşdirməyə dair dərsliyin və vergilərə dair dərsliklərin həmmüəllifidir. 2003-cü ildən nəşrə başlamış "Azərbaycanın Vergi Xəbərləri" jurnalının həmin ildən 2010-cu ilə qədər baş redaktoru olmuşdur.

Yazıçı kimi özünü 1967-ci ildə "Gənclik" nəşriyyatında çıxan "Gənc qələmlər" almanaxında dərc olunmuş "Dağların mahnısı" adlı ilk hekayəsi ilə sınamışdır. Həmin vaxtdan dövri mətbuatda müntəzəm çıxış edir. 1985-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

"Spektr", "Döngə", "Burulğan", "Səni axtarıram", "Bağışla" və sair telepyesləri Azərbaycan televiziyasında dəfələrlə nümayiş etdirilmişdir. Azərbaycan televiziyasının "Müasirlərimiz" devizi ilə 1986-cı ildə keçirdiyi ən yaxşı televiziya pyesləri müsabiqəsində "Ürək" pyesi 2-ci mükafata layiq görülmüşdür (birinci mükafat verilməmişdir).

Azərbaycan televiziyası səhnəsində ilk çoxhissəli tamaşaya çevrilmiş "Səni axtarıram", "Bağışla" və "Səndən xəbərsiz" adlı üçhissəli telepyeslərin müəllifidir. Əsas rollarda Firəngiz Mütəllimova və Yaşar Nurinin çəkildikləri bu tamaşa hələ də sevilə-sevilə baxılır.

Onun radio üçün yazdığı "Daşa dönmüşlər şəhəri", "Şeytan", "Ceyran əfsanəsi", "Tutuquşu" və sair kimi 13 nağıl-pyesi Azərbaycan radiosu ilə səsləndirilmişdir.

Aslan Qəhrəmanlı 2010-ci ildə "Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 illiyi (2000-2010)" yubiley medalı ilə təltif edilmişdir.

Aslan Qəhrəmanlı uzun sürməyən ağır xəstəlikdən 20 yanvar 2014-cü ildə vəfat etmişdir.


Vəfat etmişdir:
1920 — Cənubi Azərbaycana İranın tərkibində geniş muxtariyyət verilməsi uğrunda mübarizə aparmış inqilabçı Şeyx Məhəmməd Xiyabani  
Tarixdə bu gün - 14 sentyabrTəbriz şəhəri yaxınlığında yerləşən Xamnə qəsəbəsində anadan olmuşdur.
O, Xamnədəki məktəbi bitirdikdən sonra Mahaçqalada ticarətlə məşğul olan atası Hacı Əbdülhəmidin yanına getmiş, az müddətdən sonra Təbrizə qayıdaraq din elmlərini öyrənməyə başlamışdır. Xiyabani Təbrizin tanınmış ruhanisi Əngəcinin yanında oxumuş, onun ən görkəmli tələbələrindən olaraq, müctəhidlik dərəcəsinə yüksəlmişdir. Bundan əlavə, Xiyabani nücum, heyət və hesab elmlərini məşhur münəccim Mirzə Əbdüləlinin yanında mənimsəmiş, kəlam - islam fəlsəfəsi və ədəbiyyat üzrə məşhur alim olmuşdur. Şeyx Məhəmməd Xiyabani fəsahətli və gözəl danışığı ilə Təbriz əhalisinin hüsn - rəğbətini qazanmış, Təbrizdə məşhur ruhani və inqilabçı Siqətülislamın tövsiyəsi ilə Xiyaban məhəlləsində Hacı Kərim xan məscidində imam və vaiz olmuşdur.
Xiyabani əyalətdə əmin-amanlığın bərpa edilməsinə çox əhəmiyyət verirdi. Təbrizə gələn xaricilər Xiyabani milli hökumətin başçısı olduğu zaman əyalətdəki yüksək dərəcədə olan əmin-amanlıq haqqında danışırdılar. Bütün idarə işləri, nəşriyyat, mitinqlər və çıxışlar türk dilində aparılırdı. Şeyx Məhəmməd Xiyabani öz xalqına və vətəninə vurğun idi. O, xalqının azadlığı və rifahla yaşaması uğrunda canını qurban verdi. hadisə belə olmuşdu ki, 1920-ci  ildə Müxbirsəltənənin əmriylə hərbi qüvvələr üç yüzdən çox demokrat ailəsini dağıdıb qarət edəndən sonra, Milli Hökumətin yerləşdiyi Ala-Qapını tutdular. Xiyabani isə Həsən Miyanəçinin evində olduğundan, sentyabrın 14-də kazaklar bura hucum çəkdilər. Xiyabani ilə kazaklar 25 arasında atışma başladı. Xiyabani bir neçə düşməni məhv edəndən sonra, onların əlinə keçməsin deyə son gülləsi ilə özünü vurmuş  və  beləliklə də,  Azadstan Dövlətinin mövcudluğuna son qoyuldmuşu.
 
1942— Tanınmış azərbaycanlı maarifçi, yazıçı və pedaqoq İbrahim bəy  Mehdi bəy oğlu  Musabəyov 68 yaşında vəfat etmişdir.

İbrahimbəy Musabəyov  1880- ci ildə Qutqaşendə (indiki Qəbələ şəhərində) anadan olmuşdur. İlk təhsilini doğma Qutqaşendə alan İ.Musabəyov 1898-ci ildə Zaqafqaziya Müəllimlər Seminariyasına daxil olur, 1902-ci ildə oranı bitirir və Şəki şəhərindəki üçüncü rus-tatar məktəbində müəllimliyə başlayır. 1911-ci ildə Bakıya gələn gənc pedaqoq birinci rus-tatar məktəbində boş olan müəllim yerini tutmaq üçün həmin ilin oktyabr ayının 6-da müəllimlər komissiyası qarşısında imtahan verir və o vaxtdan müəllimlik fəaliyyətini Bakıda davam etdirir.

O vaxt Qafur Rəşad Mirzəzadənin redaktorluğu ilə çıxan "Məktəb" jurnalında XX əsrin demokratik əqidəli müəllimləri və yazıçıları şeir, hekayə və məqalələrlə tez-tez çıxış edirdilər. Nəriman Nərimanov, Süleyman Sani Axundov, Şəfiqə Əfəndizadə, Abdulla Şaiq, Rəşid bəy Əfəndiyev, Əli Fəhmi, Əlicabbar Orucəliyev və başqaları "Məktəb" jurnalının əsas müəllifləri idilər.

1913-cü ildən ədəbi fəaliyyətə başlayan İ.Musabəyov özünün didaktik, təlim və tərbiyəyə dair hekayələrini "Məktəb" jurnalında, iri həcmli əsərlərini isə müxtəlif nəşriyyatlarda kitabça şəklində çap etdirirdi.

Onun ədəbi irsi içərisində ideya və məzmunu ilə nəzəri daha çox cəlb edən və bu gün də aktuallığını itirməyən, ilk dəfə 1916-cı ildə kitab şəklində çap olunmuş "Neft və milyonlar səltənətində" povestidir. Bu, inqilaba qədər Azərbaycan bədii nəsrində neft sənayesi sahiblərinin və burjua əxlaqının, pul hakimiyyətinin ifşasına həsr olunmuş əsərlər içərisində xüsusi yer tutur.

"Neft və milyonlar səltənətində" povesti tez bir zamanda ictimaiyyətin nəzərini cəlb edir. 1916-cı ildə həmin povestin əsasında A.D.Panova-Potyomkinanın ssenarisi üzrə "Filma" fransız kino şirkəti dörd seriyadan ibarət kino-film çəkir ki, burada rus kino ustaları ilə yanaşı, məşhur Azərbaycan aktyoru Hüseyn Ərəblinski, xanəndə Cabbar Qaryağdıoğlu, tarzən Qurban Primov, Mirmahmud Kazımovski də iştirak etmişdilər.

V.Musabəyov 1925-ci ildə Nuxa dairəsindən Ümumrusiya müəllimlər qurultayına nümayəndə seçilmiş, 1931-ci ildə isə Azərbaycan müəllimlər qurultayının nümayəndəsi olmuşdur. Tanınmış pedaqoq Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 15 oktyabr 1932-ci il tarixli fərmanı ilə "Əmək qəhrəmanı” adına layiq görülmüşdür.

Musabəyov Sovet hökuməti tərəfindən xalq düşməni iddiası ilə həbs olunmuş, 1942-ci il sentyabrın 14-də sürgün yerində - Karaqanda şəhərində quru plevrit xəstəliyindən vəfat etmişdir.

 

1992  —Azərbaycan  Dövlət Mükafatı laureatı ,  Xalq şairi  Hüseyn Camal oğlu Hüseynzadə (Hüseyn Arif) 68 yaşında  vəfat etmişdir.

Tarixdə bu gün - 14 sentyabrHüseyn Arif  1924-cü il iyunun 15-də Ağstafa rayonunun Yenigün kəndində anadan olub. Əslən rayonun Qıraq Kəsəmən kəndindəndir. Bakı pedaqoji məktəbində (1937-1940), Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində (1946-1951) təhsil almışdır. Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olmuşdur (1951-1952). Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətində şöbə müdiri (1957-1959), "Azərnəşr"in Bədii Ədəbiyyat Redaksiyasında böyük redaktor (1965-1967), "Gənclik" nəşriyyatında bədii ədəbiyyat redaksiyasının müdiri (1967-1968), Azərbaycan Aşıqlar Birliyinin sədri (1984-1992) vəzifələrində işləmişdir. 1976-cı ildə Hüseyn Arifin Oğlu (Arif Hüseynzadə) rəhmətə gedir,məhz o gündən sonra əslində Hüseyn Hüseynzadə olan Hüseyn Arif bu adı özünə təxəllüsü götürür. Oğlunun ölümündən sonra həyatı çox dəyişir. Hüseyn Arif Yaradıcılığının sonrakı dövrünün böyük bir qismini də məhz oğluna yazdığı şeirlər tutur.

1991-ci ildə Azərbaycan Yazıçılar Birliyi Ağsaqqallar Şurasının üzvü seçilmişdir.

1992-ci il sentyabrın 14-də Bakıda vəfat etmiş, doğulduğu kənddə dəfn olunub.

 

1992  —  Tanınmış xanəndə Eynulla Eynulla oğlu Cəbrayılov  57 yaşında vəfat etmişdir.

Tarixdə bu gün - 14 sentyabrE.Cəbrayılov 8 aprel 1935-ci ildə Kürdəmir rayonunda dünyaya göz açıb.

E.Cəbrayılov 1952-ci ildən ömrünün sonuna kimi Kürdəmir rayonu Mədəniyyət İdarəsində çalışmış, eyni zamanda, respublikanın musiqi həyatında yaxından iştirak etmişdir. 1956 və 1957-ci illərdə Azərbaycan gənclərinin birinci və ikinci festivallarının laureatı olmuşdur.

Şirvan musiqi mühitində yetişən Eynulla Cəbrayılov bu bölgənin ustad sənətkarlarının ənənələrindən bəhrələnir, muğam və aşıq sənətinin sirlərinə yiyələnir. O, ifaçılığında bu iki sənətin xüsusiyyətlərini qovuşdurmağa nail olur.

Gənc yaşlarından peşəkar xanəndə kimi respublikada tanınan E.Cəbrayılovun Aşıq Şakir və nəfəs alətləri ifaçısı Həsrət Hüseynovla birgə çıxışları xüsusilə əlamətdar olmuşdur. E.Cəbrayılov aşıq havalarını ("Nazlana-nazlana”, "Bala nərgiz”, "Kimə yalvarım” və s.) böyük şövqlə oxuyan xanəndə kimi məşhurlaşmışdır. Bu havalar bu gün xanəndələrin repertuarında kök salmışdır.

E.Cəbrayılov geniş diapazonlu, rəngarəng tembrli güclü səsə malik xanəndə olmuşdur. Onun ifasında "Rast”, "Segah-Zabul”, "Mirzə Hüseyn Segahı”, "Çahargah” və başqa muğamlar AzRT Fondunda saxlanılır.

1994   — Fəxri neftçi, Sosialist Əməyi Qəhrəmanı , SSRİ-nin fəxri neftçisi, SSRİ Dövlət Mükafatları Laureatı, Azərbaycan Dövlət Mükafatları Laureatı və Əməkdar Tarixdə bu gün - 14 sentyabrmühəndisi Qurban Abasqulu oğlu Abbasov 67 yaşında vəfat etmişdir.

Xalq arasında "Neftçi Qurban" adı ilə məşhur olan Qurban Abasqulu oqlu Abbasov 26 oktyabr 1926-cı ildə Naxçıvan Muxtar Respublikası Babək rayonunun Payız kəndində anadan olub. Əmək fəaliyyətinə 1944-cü ildə "Artyomneft" trestində fəhlə kimi başlayan Qurban Abbasov, sonra "Azərneft" Birliyinin qazma idarəsində qazmaçı, buruq ustası, "Gürgənneft" NMİ-nin şimal qazma sahəsi idarəsinin rəisi vəzifəsində işləyib.

Əmək fəaliyyətini davam etdirərək, "Neft və qaz quyularının qazılması" ixtisası üzrə AzNKİ-nun neft-mədən fakültəsini bitirmişdir.

1951-ci ildə 25 yaşlı qazmaçı usta Qurban Abbasov alim, geoloq, mühəndislərlə birgə Neft Daşlarının kəşfinə görə I Dərəcəli Stalin Mükafatına layiq görülüb. O, 9 dəzgahı olan sahəyə rəis təyin olunur. Həmin sahədə hər bir dəzgahın qazma sürətini 1400 m-ə çatdırmağa nail olub. 1958-ci ildə o, Sosialist Əməyi Qəhrəmanı Qızıl Ulduzu ilə təltif edilib. 1967-1980-cı illərdə – "Xəzərdənizneftkəşfiyyat" trestinin müdiri, "Xəzərdənizneft" İB-nin baş direktor müavini, "Neft Daşları" NQÇİ-nin rəisi, 1980-1983-ci illərdə -"Xəzərdənizneftqazsənaye" ÜİB-nin baş direktoru, 1988-1992-ci illərdə "Xəzərdənizneft" İB-nin baş direktoru, 1992-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Neft Şirkətinin baş müşaviri vəzifələrində çalışmışdır.

Q.A.Abbasov açıq dənizdə neft və qaz çıxarılmasının ilk təşkilatçılarından biridir. "Şelf-1" tipli yarımdalma Üzən qazıma qurğularının Xəzər dənizi şəraitində mənimsənilməsində onun xüsusi xidmətləri olmuşdur. Bu qurğular 200 metrlik dəniz dərinliyində işləyə bilmiş, Kaveroçkin adına (indiki "Çıraq" yatağı) yatağı kəşf etməyə və yeni dərin perspektivli strukturlarda kəşfiyyat işləri aparmağa imkan yaratmışdır.

 

Q.A.Abbasovun bilavasitə rəhbərliyi altında dərin dəniz stasionar özüllərin inşasının istehsalat bazası yaradılmış, Xəzər dənizinin dərin sahələrində stasionar özüllərin quraşdırma işlərinin prinsipcə yeni üsulu işlənib hazırlanmışdır. Q.A.Abasovun "28 Aprel", "Kaveroçkin adına", "26 Bakı Komissarı adına", "Oktyabr İnqilabı adına" kimi iri yataqların kəşf edilməsindəki xidmətlərinin dəyəri yoxdur. 28 Aprel isə - həqiqətən neftçi Qurbanın yetişdirməsidir. "Titan-2" üzən kranı onun adını daşıyır.


Tarixdə bu gün - 14 sentyabr2017 — Azərbaycan aşığı, Əməkdar incəsənət xadimi Ədalət Məhəmmədəli oğlu Nəsibov 78 yaşında vəfat etmişdir.

Ədalət Məhəmmədəli oğlu Nəsibov 27 yanvar 1939-cu ildə  anadan olub.

Saz çalmağı atasından öyrənmişdir. Gənc yaşlarından fitri istedadı üzə çıxmış, məclislərə dəvət almışdır.

Xalq şairi Səməd Vurğun onun çalğısının vurğunu olmuşdur.

Türk yazıçısı Əziz Nesin onun haqqında söyləmişdir: "Ədalətin ifası təkrarsız həyat kimidir. Onun üzü daim təzəliyədir, sonu gülüstanlara çıxan dağ çayına bənzəyir. Ələsgər aşiq, söz sənətində kimdirsə, Ədalət də saz sənətində odur".

O, "Qaytarma", "Baş sarıtel", "Ruhani", "Yanıq Kərəm" və başqa saz havalarının bənzərsiz ifaçısıdır.

14 sentyabr 2017-ci ildə 78 yaşında uzun sürən xəstəlikdən sonra Bakı şəhərində vəfat etmişdir. 15 sentyabrda Qazax rayonunun Ağköynək qəbiristanlığında dəfn olunmuşdur.

Ustadı Aşıq Əli olmuşdur. Şəyirdi isə Aşıq Ədalət Dəlidağlı olmuşdur.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz