» » Tarixdə bu gün - 13 sentyabr

Tarixdə bu gün - 13 sentyabr

Müəllif: Vüsal от 13-09-2017, 00:15
 
13 sentyabr


İlin 256-cı günü (uzun illərdə 257-ci)
İlin sonuna 109 gün qalır.

Mühüm hadisələr:

1762 — Rus çarı II Yekaterina taxta çıxmışdır.
1788 — Nyu-York ABŞ-ın paytaxtı elan edilmişdir.
1899 — ABŞ-da ilk avtoqəza baş vermişdir.
1901 — Fransada avtomobillərə məcburi surətdə nömrə nişanları verilməyə başlanmışdır.
1902 — İngiltərədə ilk dəfə olaraq maddi sübut kimi barmaq izindən istifadə olunmuşdur.
1918 — Qafqaz İslam ordusu Bakıya yaxınlaşmışdır.
1922 — Yer kürəsində ən yüksək temperatur Əlcəzairdə qeydə alınmışdır (kölgədə + 58 C).
2006 — Azərbaycan səfiri etimadnaməsini İordaniya kralına təqdim etmişdir.
2007 — Azərbaycan Prezidenti İlham Əliyev Litvaya rəsmi səfər etmişdir.

Doğum günləri:

1909— Filologiya elmləri doktoru, Əməkdar elm xadimi, professor, AMEA-nın dilçilik üzrə həqiqi üzvü olmuş , türkoloq  Məmmədağa Şirəli oğlu Şirəliyev Tarixdə bu gün - 13 sentyabr  Şamaxı şəhərində anadan olmuşdur.

1931-ci ildən Azərbaycan Pedaqoji İnstitutunda, 1943-cü ildə Azərbaycan Dövlət Universitetində Azərbaycan dilçiliyi kafedrasının müdiri idi. Azərbaycan dialektologiya məktəbinin yaradıcısıdır. O, bir müddət filologiya fakültəsinin dekan müavini, Azərbaycan Dövlət Universitetinin elmi hissə üzrə prorektoru, 1949-cu ildə Azərbaycan SSR EA Dil İnstitutunun direktoru, Azərbaycan SSR EA Ədəbiyyat və Dil İnstitutunun direktoru, Azərbaycan SSR EA ictimai elmlər bölməsinin akademik katibi vəzifəsində işləmişdir.

M.Ə.Şirəliyev 1941-ci ildə "Bakı dialekti" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, lakin əsərin elmi dəyərini nəzərə alaraq, 1943-ci ildə ona filologiya elmləri doktoru alimlik dərəcəsi verilmişdir. M.Ə.Şirəliyev 1949-cu ildə Azərbaycan SSR EA-nın müxbir üzvü, 1962-ci ildə isə həqiqi üzvü (akademik) seçilmişdir. 1962- ci ildə ona Əməkdar elm xadimi adı verilmişdir. M.Ş.Şirəliyev 100-dən çox elmi əsərin, o cümlədən monoqrafik "Azərbaycan dialektologiyasının əsasları", "Bakı dialekti", habelə M.H.Hüseynzadə ilə birlikdə orta məktəblər üçün yazdığı "Azərbaycan dilinin qrammatikası" dərsliyinin müəllifidir.

M.Ş.Şirəliyev türkologiyada, o cümlədən, Azərbaycan dilçiliyində dilçilik coğrafiyasının banisidir. Onun rəhbərliyi ilə "Azərbaycan dilinin dialektoloji atlası" tərtib və nəşr edilmişdir. Keçmiş Sovet İttifaqı məkanında yaşayan türk dillərinin dialektoloji atlaslarının tərtibinə rəhbərlik də M.Ş.Şirəliyevə tapşırılmışdır.

M.Ş.Şirəliyevin Azərbaycan milli dilinin, Azərbaycan ədəbi dilinin tarixini öyrənmək sahəsində də xidmətləri böyükdür.

1991-ci ildə vəfat etmişdir.


Tarixdə bu gün - 13 sentyabr1922—Həkim, müəllim, bəstəkar Hacıbaba Həsənov Əhmədli kəndində anadan [thumb=left]http://anaveusaq.az/uploads/posts/2018-2-47-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsində təhsil alıb. Bir müddət Əhmədli kənd xəstəxanasında həkim, baş həkim işləyib. Lakin musiqiyə məhəbbət həkim Hacıbaba Həsənovu daha çox özünə çəkirdi. O, meylini kamançaya salmışdı. Qızı Gülşən xanımın söylədiyinə görə pəsdən gözəl səsi də varmış.
Hacıbaba Həsənov doğulduğu Əhmədli kəndində musiqi həvəskarlarını öz ətrafına toplayıb xor və orkestr düzəltmişdi. O, 1947-ci ildə respublika üzrə keçirilmiş kənd bədii özfəaliyyət olimpiadasında iştirak etmiş, burada onun "Sovet xalqı” kantatası ifa edilmiş, Fəxri Fərmanla təltif olunmuşdu. Bu Fəxri Fərman onun yaradıcı həyatında birinci və axırıncı deyildi. O, 1955-ci ildən 1972-ci ilin may ayına kimi Əhmədli qəsəbəsində S.M.Kirov adına Mədəniyyət evinin bədii rəhbəri olmuş, 50-60-cı illərdə respublikada keçirilən bədii özfəaliyyət baxışlarının hamısında iştirak etmiş və hər dəfə də uğurlu işlərinə görə müxtəlif mükafatlarla təltif olunmuşdu.
Həkim-bəstəkar Hacıbaba Həsənov 1952-ci ildə Moskvada Ümumittifaq  Xalq yaradıcılığı evində ikiillik qiyabi musiqi kursunu bitirmişdi. O daha sonra Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında da təhsil almışdı.
Hacıbaba Həsənovun xalq ruhunda yazdığı "Tarçalan oğlan”, "Xatirələr”, "Eşqimin növrağı”, "Yağma yağış”, "Unuda bilmirəm”, "Təmiz eşqin” və s. mahnıları dillər əzbəridir. Hətta müəllifin sağlığında belə bu mahnıların bəzilərini müğənnilər təsnif kimi oxuyurdular. Əlbəttə, bu bir tərəfdən yaxşıydı, mahnısı sevilirdi, səslənirdi, digər tərəfdən haqsızlıq idi, müəllif kimi adı çəkilmirdi.
Hacıbaba Həsənov 12 dekabr 1956-cı ildə aspiranturaya qəbul olunmuş, 12 noyabr 1959-cu ildə oranı bitirmişdir.
Musiqiyə, bəstəkarlığa məhəbbət Hacıbaba Həsənovu bütün ömrü boyu tərk etməmişdi. O, psixologiya üzrə elmlər namizədi olsa da, uzun illər Azərbaycan Dövlət Pedaqoji İnstitutunda musiqi və nəğmə üzrə dərs demişdi.
Altmışıncı illərdə institutun rektorluğu onu çox sevdiyi musiqi və nəğmə fənninin tədrisindən ayırıb psixologiya kafedrasına baş müəllim təyin edir. Hər bir işə məsuliyyətlə yanaşan Hacıbaba müəllim üçün bu yeni təyinat ilk vaxtlar çox darıxdırıcı olur. Çünki o, musiqiyə köklənmiş beynini, qəlbini, məruzələrini indi də psixologiya üzrə kökləməliydi.
Hacıbaba Həsənov fəal şəxsiyyət idi. O, pedaqoji fəaliyyətlə, bəstəkarlıq etməklə yanaşı, APİ-nin "Təhsil” müəllimlər ansamblının da üzvü idi. Bu ansamblda kamança çalırdı. "Təhsil” ansamblının repertuarında onun mahnıları xüsusi yer tuturdu.
1946-cı ildə hələ AMİ-nin V kurs tələbəsi olarkən dostu Novruz Gəncəlinin sözlərinə "Bənövşə” mahnısını yazmışdı. Bu mahnı o zaman Lenin adına kombinatın adlı-sanlı toxucusuna həsr olunmuşdu.
Hacıbaba Həsənov lap gənclik illərindən Novruz Gəncəli ilə dostluq edirmiş. O, tez-tez Əhmədliyə, Hacıbaba Həsənovgilə gəlirmiş. Bir dəfə təsadüfən Hacıbabagilə gələndə vaxtilə sevdiyi qızla qarşılaşır. Bu gözlənilməz görüşdən duyğulanan Novruz Gəncəli Hacıbabagilə gələn kimi "Unuda bilmirəm” adlı bir şeir yazıb dostuna verir və əhvalatı ona danışır.
Hacıbaba gözəl mahnılarla yanaşı, süita da yazır. Onun dörd hissədən ibarət "Gənclik” süitası özfəaliyyət kollektivləri tərəfindən müvəffəqiyyətlə ifa olunur”.
Unudulmaz bəstəkarın sözlərində böyük həqiqət var. Poeziyaya aşiyan olan Hacıbaba Həsənov mahnıları üçün məzmunlu mətn seçməyi bacarırdı. Elə buna görə də onun mahnılarında poeziya ilə melodiya vəhdətdədir. Onun mahnıları dinləyiciyə zərif duyğular, bəşəri hisslər aşılayır.
Hacıbaba Həsənov operetta janrında da qələmini sınamışdır. O, dramaturq Məhərrəm Əlizadənin "Şeyx Rəhmətullah” komediyasına musiqi bəstələmişdir. Vaxtilə Xalq artisti Məlik Dadaşovun "Qaravəlli” xalq teatrında səhnəyə qoyduğu bu musiqili komediyanın "şirin və lirik melodiyaları” (A.Ağazadə) tamaşaçılar tərəfindən hərarətlə qarşılanmışdır.
Bəstəkar bu uğurundan fərəhlənərək "Boyaqçı Kərim” adlı ikinci operettasını da yazmışdır. Vaxtilə hər iki əsər Azərbaycan televiziyası ilə nümayiş etdirilmişdir.
Həkim-bəstəkarın 150-yə qədər mahnı və romansının, süitasının heç də hamısı ifa olunmayıb.
Hacıbaba Həsənov ömrünün son bir ilini çox ağır keçirib. Xəstəlikləri düzgün təyin etməkdə çox mahir olan bu həkim-bəstəkar yarızarafat, yarıgerçək deyirmiş ki, özüm həkiməm, amma 12 dərdim var.
Unudulmaz bəstəkar 2 fevral 1997-ci ildə 74 yaşında vəfat etmiş və doğulduğu Əhmədli kənd qəbiristanlığında dəfn olunmuşdur.

 

Tarixdə bu gün - 13 sentyabr1933 — Görkəmli bəstəkar, Azərbaycan Respublikasının və keçmiş Sovetlər İttifaqının Xalq artisti, professor , Dövlət 7-09/1505219624_1.jpg[/img]Mükafatı laureat, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Arif Cahangir oğlu Məlikov Bakı şəhərində anadan olub. O, 1960-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını Qara Qarayevin bəstəkarlıq sinfi üzrə bitirmişdir. Həmin ildən orada dərs deməyə başlamışdır, hazırda orada professor və bəstəkarlıq kafedrasının müdiri kimi çalışır.
Bəstəkar Arif Məlikovun yaradıcılığı parlaq istedad və özünəməxsuluq ilə səciyyələnir. O, öz əsərlərində milli musiqi ənənələrini XX əsr musiqisinin nailiyyətləri ilə birləşdirərək mütərəqqi təfəkkürə malik sənətkar kimi çıxış edir.
Onun yaradıcılığına yüksək ideya, dolğun məzmun, obrazların dərin emosional-psixoloji ifadəsi xasdır.Görkəmli türk şairi Nazim Hikmətin librettosu əsasında yazdığı ilk böyük əsəri - "Məhəbbət Əfsanəsi" baleti Arif Məlikova dünya şöhrəti qazandırdı. 1961-ci ildə S.M.Kirov adına məşhur Leninqrad akademik opera və balet teatrının səhnəsindəki ilk tamaşadan dərhal sonra D.Şostakoviç yazırdı: "Arif Məlikov istedadlı bəstəkardır, onun musiqisi əsl peşəkar musiqidir. Partituranın dərin musiqi dramaturgiyası, onun daxili inkşafı, qəhrəmanların musiqi səciyyələrinin dəqiqliyi və ifadəliyi, orkestrovkada nadir ustalıq, onun xüsusi rəngarəngliyi, çoxlu tapıntılar bu gözəl musiqi əsərini böyük maraqla dinləməyi məcbur edir.
Bəstəkarın sonrakı yaradıcılıq uğurlarından biri özbək yazıçısı Ş.Rəşidovun "İki qəlbin kitabı" əsəri əsasında yaratdığı "İki qəlbin poeması" baleti olmuşdur. Rəqqasə Komde və müğənni Modan haqqındakı qədim Şərq əfsanəsi baletdə əsl fəlsəfi ümumiləşdirmə zirvələrinə qaldırılaraq sənətin əbədliliyinin, qüdrətinin rəmzinə çevrilmişdir.
Arif Məlikov öz yaradıcılığının təbiətinə görə simfaniyaçıdır. Arif Məlikovun əsərləri onun yeni formalar, yeni konstruktiv yollar axtarışını əks etdirmklə müəllifin yaradıcılığının geniş
miqyaslı olduğunu və rəngarəngliyini nümayiş etdirir.
Arif Məlikovun əsərləri dünyanın bir çox ölkələrində - Rusiya, ABŞ, Böyük Britaniya, Fransa, Yaponiya, Türkiyə, Braziliya, Avstriya, Norveç, Finlandiya, İtaliya, Misir, Tailand, Yuqoslaviya, Bolqarıstan, Ruminya, Macarıstan, Çexiya, Slovakiya, Polşa, Almaniya, Özbəkistan, Qazaxıstan, Moldova, Ukrayna və Gürcüstanda ifa olunmuşdur.
2016-cı ildə Arif Məlikovun 28 cilddən ibarət "Not əsərlərinin tam külliyyatı" çap olunub.

Tarixdə bu gün - 13 sentyabr  1964 — Əməkdar jurnalist, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dosenti  Qərənfil Dünyamin qızı Quliyeva Qəbələ rayonunun Bum kəndində anadan olmuşdur.

1989-cu ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirmişdir. Dövrü mətbuatda ilk çıxış 1974-cü ildə olub, 1984-cü ildən isə müntəzəm çap olur.

1990-1998-ci illərdə "Ədalət” qəzetinin müxbiri işləmişdir.

1998-ci ildə BDU-ya dissertant təyin edilmişdir. 2005-ci ildə "Azərbaycan Xalq Cümhuriyyəti dövrünün jurnalistikası (1918-1920-ci illər)” mövzusunda dissertasiya işi müdafiə edərək, filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.

2012-ci ildən Mətbuat tarixi və ideoloji iş metodları kafedrasının elmlər doktoru proqramı üzrə dissertantıdır. "Azərbaycan mətbuatşünaslığının təşəkkülü və formalaşması (1900-2000)” adlı mövzu ilə bağlı 1 monoqrafiya, 3 kitab, 2 tədris proqramı və 22 elmi məqalə (onlardan 3-ü xaricdə, o cümlədən biri Tomson Reyter tərəfindən indekslənən jurnalda) çap edilib. Bütövlükdə 6 kitabın, 40 elmi məqalənin, 500-dən çox bədii-publisistik məqalənin müəllifidir. Hazırda "Kaspi”, "Ədalət” qəzetlərində və "İşıq”, "Füyuzat” jurnallarında məqalələri daima çap edilir.


 Vəfat etmişdir:

1969—Xalq xəssamı, ictimai xadim, kitab qrafikası ustası İsmayıl Hüseyn oğlu Axundov Krakovda vəfat etmişdir.

Tarixdə bu gün - 13 sentyabrİsmayıl Axundov 15 aprel 1907-ci ildə Bakının Maştağa qəsəbəsində doğulub. Bakı Rəssamlıq Məktəbini bitirdikdən (1928) sonra Moskva Poliqrafiya İnstitutunun nəşriyyat şöbəsində təhsil alıb. 1932-ci ildə oranı qurtararaq təyinatla Bakıya göndərilib və "Azərnəşr"də rəssam işləyib. Rəssamlığın qrafika, karikatura və plakat janrları ilə məşğul olub. Uzun müddət "Kirpi" satirik jurnalında işləyib.

Teatra ilk dəfə 1937-ci iidə rejissor Ədil Isgəndərovdan dəvət alıb və Akademik Milli Dram Teatrında onun quruluş verdiyi Mirzə İbrahimovun "Həyat" pyesinin tamaşasında geyim eskizlərini çəkib. AMDT-də 1939-cu ildə Onore de Balzakin "Ögey ana", Mehdi Hüseynin "Şöhrət", Cəlil Məmmədquluzadənin "Ölülər", 1943-cü ildə Aleksandr Ostrovskinin "Tufan", 1945-ci ildə Məmməd Səid Ordubadinin "Dumanlı Təbriz", 1948-ci il-də Aleksandr Ostrovskinin "Günahsız müqəssirlər", Mirzə Fə-təli Axundzadənin "Lənkəran xanının vəziri", 1949-cu ildə Sabit Rəhmanın "Aydınlıq", Cəfər Cabbarlının "Solğun Çiçəklər", Anatoli Boryanovun "O tayda", Tur qardaşlarının "Bir evin sirri", 1952-ci ildə Karlo Haldoninin "Mehmanxana sahibəsi", 1956-cı ildə Hüseyn Cavidin "Şeyx Sənan", 1961-ci ildə Sabit Rəhmanın "Əliqulu evlənir", Mehdi Hüseynin "Alov", 1966-cı ildə Cəfər Cabbarlının "Oqtay Eloğlu" əsərlərinin tamaşalarına həm monumental-romantik, həm də realist səpkilərdə səhnə tərtibatları verib.

Teatr dekorasiya sənətinə müəyyən yeniliklər gətirmiş İsmayıl Axundov Azərbaycan Dövlət Musiqili Komediya Teatrında oynanınış Üzeyir bəy Hacıbəyovun "Məşədi İbad", Səid Rüstəmovun "Durna" (dramaturq Süleyman Rüstəm), Fikrət Əmirovun "Gözün aydın" (dramaturq Məhərrəm Əlizadə), Nəriman Məmmədov və Tofiq Bakıxanovun "Məmmədəli kurorta gedir" (dramaturq Atif Zeynallı) operettalarına əlvan tərtibatlar işləyib.

İsmayıl Axundov səhnə tərtibatlarında klassik üslubda işləməyə üstünlük verib. Yaradıcılığı rənglərin şuxluğu və aydınlığı, kompozisiyanın sadəliyi, tərtibat işləri dramaturq və rejissor fikri ilə poetik ahəngdarlıq yaratınası baxımından səciyyəvidir.

 

1993 -   Azərbaycanın Milli Qəhrəmanı Rövşən Əbdülhüseyn oğlu Abdullayev Vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.

Tarixdə bu gün - 13 sentyabrRövşən Abdullayev 1969-cu il 16 yanvarda Lerik rayonunda doğulmuşdur.

Orta təhsilini Astara şəhər 1 saylı orta məktəbdə başa vurduqdan sonra ailəsi ilə birlikdə Lənkərana köçmüşdür.

Rövşən 1987-ci ildə Sankt-Peterburq Ali Hərbi-Siyasi məktəbinə daxil olur. 1991-ci ildə ali məktəbi əla qiymətlərlə bitirən gənc leytenantın təyinatını Rostov şəhər Daxili İşlər Şöbəsinə verirlər. O, Azərbaycana qayıdan kimi DİN-in əməkdaşı olaraq daxili qoşunların tərkibinə qatılır. Gənc zabit bir müddət sonra Zəngilana göndərilir. Rövşən 70 nəfərdən ibarət tağımın komandiri təyin edilir. Onun başçılıq etdiyi tağım göstərdiyi şücaətə görə cəbhədə ad çıxarmışdı.

Rövşənin döyüşdüyü dəstə  düşmənin Qafan rayonunda yerləşən  bir çox obyektlərini məhv etmişdir. 13 sentyabr 1993-cü il Rövşənin son döyüşü oldu. Erməni faşistləri Zəngilan rayonunun Qazançı kəndinə hücum etmişdi. O, döyüş yoldaşları ilə "QAZ-66" markalı avtomobilə əyləşib Qazançıya yollanır, onlar kəndin yaxınlığında düşmənin PDM-i və piyadaları ilə üzbəüz çıxdılar, güclü atəşə maruz qalan vətənimizin igid oğulları ölüm dirim savaşına girdilər. Rövşən yoldaşlarına meşəyə çəkilməyə əmr etdi, özü isə ağır yaralansa da, silahı yerə qoymadı.

Yoldaşları onu xəstəxanaya çatdırsalarda artıq gec idi...

Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə Rövşən Əbdülhüseyn oğlu Abdullayev ölümündən sonra  Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.

Lənkəran şəhər qəbristanlığında dəfn edilmişdir. Lənkəran şəhərində abidəsi qoyulmuşdur. Adına Lerikdə mədəniyyət evi və küçə var.


Bayramlar və xüsusi günlər:

Dünya Təcili Yardım Günü
2000-ci ildən etibarən Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatına üzv ölkələrinin təşəbbüsü ilə hər il sentyabr ayının ikinci həftəsi Ümumdünya İlkin Tibbi Yardım Günü (World First Aid Day) kimi qeyd olunur. Əsas məqsəd baş verən müxtəlif hadisələrdə insanların həyatını xilas etmək üçün həkimə qədər mülki şəxslərin necə yardım göstərməsini öyrətməkdir.
 

Tarixdə bu gün - 13 sentyabr

 

 

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.