» » Tarixdə bu gün - 10 sentyabr

Tarixdə bu gün - 10 sentyabr

Müəllif: Vüsal от 10-09-2017, 00:15
10 sentyabr

İlin 253-cü günü (uzun illərdə 254-cü)
İlin sonuna 112 gün qalır.

Mühüm hadisələr:
1509 — İstanbulda böyük zəlzələ baş vermişdir.
1894 — İlk dəfə olaraq Londonda sərxoş vəziyyətdə avtomobil idarə edən Corc Smit 1 funt-sterlinq məbləğində cərimə olunmuşdur.
1920 — Bakıda Türkiyə Kommunist Partiyası təsis olunmuşdur.
1934 — Sovet İttifaqı Millətlər Cəmiyyətinə qəbul edilmişdir.

Doğum günləri:

Tarixdə bu gün - 10 sentyabr1917 – Azərbaycan Respublikasının Xalq artisti, aktrisa   Firuzə Məmmədqulu qızı  Əlixanova Ordubadda anadan olmuşdur.

Naxçıvan Dövlət Musiqili Dram Teatrının ilkin aktrisalarındandır. Onun səhnəyə gəlişi hadisəyə çevrilib və bundan sonra daha bir neçə gənc qız həyatını teatrla bağlayıb. Realist teatr məktəbinin görkəmli nümayəndələrindən sayılır. Oyunu təbii və şirin yumoru, xoşagəlimli səmimiyyəti, gülüşün məna tutumu ilə səciyyəvi olub.

Firuzə Əlixanova Ordubad  şəhər səkkizillik məktəbində təhsil alıb və Naxçıvan Kənd Təsərrüfatı Texnikumuna daxil olub. Şəhərin bayram tədbirlərində şən mahnılar oxuyan Firuzənin ifaçılıq istedadı Səməd Mövləvinin diqqətini cəlb edib. Onun səyi ilə tələbə qız 1932-ci ildə Naxçıvan teatrına aktrisa dəvət olunub. Bu kollektivdə şərəfli və şöhrətli yaradıcılıq yolu keçib. Səhnə xidmətlərinə görə 17 oktyabr 1964-cü ildə Azərbaycan Respublikasının Əməkdar artisti və 15 noyabr 1974-cü ildə Xalq artisti fəxri adları ilə təltiflənib. 45 il səhnədə fədakarlıqla çalışan aktrisa 1977-ci ildə ərizə yazaraq səhnədən uzaqlaşıb.

23 noyabr 1994-cü ildə Naxçıvanda vəfat edib.


1947 – Tanınmış yazıçı, publicist Mustafa Çəmənli Ağdam rayonunun Çəmənli kəndində anadan olmuşdur. İlk Tarixdə bu gün - 10 sentyabrtəhsilini doğma kəndində, daha sonra Mingəçevir şəhər məktəbində almışdır. Əmək fəaliyyətinə Mingəçevir maşın hissələri təmiri zavodunda qəlibçi kimi başlamışdır (1966-1970). Bakıda "Kommunist" nəşriyyatında çapçı köməkçisi, "Paris Kommunası adına gəmi təmiri zavodu"nda qəlibçi olmuşdur (1970-1972). ADU-nun jurnalistika fakültəsində təhsil almışdır (1972-1977). Təyinatla göndərildiyi "Yazıçı" nəşriyyatında redaktor, böyük redaktor, klassik ədəbiyyat və folklor redaksiyasının müdiri (1978-1988), nəşriyyatın nəsr redaksiyasının müdiri vəzifələrində işləmişdir (1988-1992). "Gənclik" nəşriyyatında baş redaktor vəzifəsində çalışmışdır (1992-2006). Bədii yaradıcılığa tələbəlik illərindən başlamışdır. İlk hekayəsi "Ləpirlər" 1973-cü ildə "Mingəçevir işıqları" qəzetində çap olunmuşdur. Povest hekayə və radiopyeslər qələmə almışdır. "Layla" (1985) pyessenarisi klublara, xalq teatrlarına göndərilmişdir. Milli musiqi ifaçılığı sənətinin təbliğinə görə mətbuat fondunun "Dan ulduzu" (1993) mükafatına, ön cəbhədə çıxışlarına və hərbi vətənpərvərlik ruhlu məqalələrinə görə Yazıçılar Birliyinin diplomuna (1993), "Xallı Gürzə" tarixi romanına görə "Yaddaş" milli mükafatına, Milli Mədəniyyəti Təbliği Mərkəzinin "Uğur-2008", "Ölüm mələyi" tarixi romanına görə Azərbaycan Republikası Mədəniyyət və Turizim Nazirliyinin "Qızıl Kəlmə" ədəbi mükafatına layiq görülmüşdür.
  

Tarixdə bu gün - 10 sentyabr1951— Tanınmış teatr aktyoru, vokal ifaçı, Xalq artisti  Mobil Salman oğlu Əhmədov Gəncədə doğulub.

1955-ci ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinə daxil olub. Bir il sonra isə Azərbaycan Dövlət Konservatoriyasına qəbul edilib və Bülbülün sinfində oxuyub. 1961-ci ildə təhsilini başa vuraraq bir neçə ay Dövlət Radiosunun xorunda işləməyə başlayıb. Sentyabr ayında isə MkT-yə solist dəvət olunub. Elə həmin vaxtdan da qırx ilə yaxın teatrın əksər tamaşalarında əsas partiyaları ifa edib. Teatrın yetmişdən çox tamaşasında oynamaqla zəngin yaradıcılıq irsi yaradıb, bir neçə rolunu müxtəlif quruluşlarda ifa edib.

Müxtəlif təhsil ocaqlarında pedaqoji fəaliyyət göstərib. Sənət dostlarının yüzlərlə şarjını çəkib. Radionun fondunda 600-dən çox lent yazısı, xeyli valı var. Aktyor-müğənni Azərbaycanın əməkdar artisti (1978) və xalq artisti (2000) fəxri adlarına layiq görülüb.

Uzun sürən xəstəlikdən sonra 2006-cı il iyun ayının 3-də 75 yaşında Bakı şəhərində vəfat edib, Gəncə şəhərində dəfn olunub.


 1968 — Azərbaycanın Milli Qəhrəmanı  Fərhad Qənbər oğlu Hümbətov Qərbi Azərbaycanın Qarakilsə (Quqark) rayonunun Arçut kəndində anadan olmuşdur. Tarixdə bu gün - 10 sentyabr1983-cü ildə burada orta məktəbin səkkizinci sinfini bitirmiş və Komanlı (Spitak) rayonundakı texniki-peşə məktəbində sürücü-mexanik peşəsinə yiyələnmişdir. Hərbi xidməti əvvəlcə Çitada, sonra isə Monqolustan Respublikasında keçirən Fərhad 1988-ci ildə İrkutsk şəhərində ordudan tərxis olunmuşdur.

 

O zaman Hümbətovun valideynləri də digər azərbaycanlılar kimi tez-tez erməni təcavüzünə məruz qalır, təhlükə içərisində yaşayırdılar. O, bütün çətinliklərə baxmayaraq, doğma kəndinə qayıdır, ailəsini Bakıya köçürür. Bakı şəhəri Məişət Xidməti İdarəsində sürücü kimi əmək fəaliyyətinə başlayır.

Fərhad 1990-cı il 20 Yanvar faciəsi zamanı təsadüf nəticəsində sağ qalmışdır. Həmin gecə ağır texnika ilə şəhərə daxil olan Sovet qoşun hissələri heç kimə aman vermədən qarşısına çıxan hər şeyi əzib keçirdi. Fərhad bir az da ləngisəydi, tankın altında qalacaqdı. O, bu hadisədən sonra bir tankçı kimi Vətənin keşiyində durmaq üçün 1991-ci ilin oktyabr ayında cəbhəyə gedir. Könüllülərdən ibarət Şıx batalyonunun sıralarında döyüşə atılaraq, bir neçə kəndin azad olunmasında böyük şücaət göstərmişdir.

Fərhadın döyüş yolu çox  şərəfli olmuşdur. O, 1992-ci il martın 7-də Şuşa, Kosalar, Xankəndi istiqamətlərində uğurlu döyüş yolu keçmiş və düşmənin 5 postunu dağıtmışdır. Fərhad 1992-ci il 29 martda Xankəndi yaxınlığında sayca üstün olan erməni silahlıları ilə döyüşə girmiş, yaralıları xilas edə bilsə də, özü qəhrəmancasına həlak olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı Fərmanı ilə Fərhad Qənbər oğlu Hümbətova  Azərbaycanın Milli Qəhrəmanı  fəxri fəxri adı verilmişdir.

Bakı şəhəri Şəhidlər Xiyabanında dəfn edilmişdir.

 Binəqədi rayonunda qəhrəmanımızın adına park salınmış, büstü qoyulmuşdur.


Vəfat etmişdir:
Tarixdə bu gün - 10 sentyabr2015 – Azərbaycan kino aktyoru Vəliəhd Vəliyev Daşkəsəndə anadan olub. 1975-1979-cu ildə Moskvada Sergey Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya Universitetinin aktyorluq fakültəsində təhsil alıb. Azərbaycanın Xalq artisti Həmidə Ömərova, Əməkdar artistlər Sonaxanım Mikayılova, Fərhad İsrafilov və Ötkəm İsgəndərovla birlikdə 1979-cu ildən "Azərbaycanfilm" kinostudiyasında filmlərdə çəkilir. Əsasən epizodik rolların ifaçısıdır."Anlamaq istəyirəm", "Bəyin oğurlanması",
"Evlənmək istəyirəm", "Əlavə iz","Gözlə məni ","Qara Volqa" ,"Qara gölün cəngavərləri ""Qocalar, qocalar...", "Qorxma, mən səninləyəm",
"Nəğməkar torpaq", "Ölsəm... bağışla" bə daha neçə məşhur filmdə epizodik də olsa, maraqlı obrazlara səhnə həyatı vermişdir.
Ən yaddaqalanı "Evlənmək İstəyirəm" filmindəki Əhməd bəy obrazıdır.
Son 15 il müddətində Amerikanın Nyu-York şəhərində yaşayan Vəliəhd Vəliyev 10 sentyabr 2015-ci ildə vəfat etmişdir.
ABŞ-da dəfn edilmişdir.

Bayramlar və xüsusi günlər:

10 sentyabr Dünya İntiharla Mübarizə Günü kimi qeyd olnur.
İntihar qəsdən özünün ölümünə səbəb olan hərəkətdir. Risk faktorlarına depressiya, bipolyar pozuntu, şizofreniya, şəxsiyyət pozğunluğukimi ruhi nasazlıqlar da aiddir. İntihar maliyyə çətinliklərindən, münasibətlər ilə bağlı çətinliklərdən və s. bu kimi ciddi səbəblərdən yarana bilər.
İntiharın qarşısının alınması üçün yaradılmış Beynəlxalq Assosiasiya Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə birgə ictimaiyyəti bu gündə intihar nəticəsində itirilə biləcək insan həyatını xilas etmək məqsədilə məsuliyyət hissinin gücləndirilməsi üçün maarifləndirmə işləri aparır, müxtəlif tədbirlər həyata keçirir..
ÜST-nin hesabatına əsasən, ildə 1 milyon insan özünü öldürür. 2020-ci ilədək bu rəqəmin 1,5 dəfə artacağı proqnozlaşdırılır. Hal-hazırda intihar səviyyəsinə görə Qərbi Avropa birinci yerdədir.
Azərbaycanda da intihar faktları getdikcə intensivləşməkdədir.
Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Səbuhi Pənahov "Report”a təqdim etdiyi məlumata əsasən, təkcə 2016-cı ilin son ilin 9 ayı ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə 500 cinayət işi başlanıb, zərərçəkmiş qadınların sayı 156, yetkinlik yaşına çatmayanların sayı 27 nəfər olub.
Ölkədə ötən il Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə 658 cinayət işi başlanıb. Zərərçəkmiş qadınların sayı 183, yetkinlik yaşına çatmayanların sayı isə 31 nəfər olub.

Tarixdə bu gün - 10 sentyabr

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz