» » Tarixdə bu gün - 30 avqust

Tarixdə bu gün - 30 avqust

Müəllif: Vüsal от 30-08-2017, 00:15

30 avqust

Mühüm hadisələr:


1991 — Azərbaycan Respublikasının Ali Sovetinin növbədənkənar sessiyasında on illər boyu öz respublikasının dövlət müstəqilliyini bərpa etməyə can atmış Azərbaycan xalqının iradəsini ifadə edərək "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Bəyannamə qəbul etmişdir.

1992 — Azərbaycan Respublikası Qazaxıstan ilə diplomatik əlaqələr qurmuşdur.

2015 — İndoneziyada 5,5 bal gücündə zəlzələ baş verib.

Doğuml günləri:
 
 

1804— Polşa-Belarusiya şairi, şərqşünası, diplomat Xodzko Aleksandr Leonardoviç anadan olmuşdur.

27 dekabr 1891-ci ildə vəfat etmişdir.

Peterburqda Mirzə Cəfər Topçubaşovdan Şərq dillərini öyrənmişdir. 1842-ci ildə "Koroğlu” dastanının Cənubi Azərbaycan aşıqlarından topladığı variantını tərcümə edib Londonda ingilis dilində nəşr etdirmişdir.

 

1935 Tanınmış bəstəkar, tarzən, Xalq artisti  Ağadadaş Dadaşov Bakıda anadan olmuşdur.

1950- 1954-cü illərdə Asəf Zeynallı adına Orta ixtisas musiqi məktəbində tar ifaçısı kimi püxtələşərək, tanınmış pedaqoq, bir sıra mahnı və pyeslərin müəllifi Adil Gərayın tar məktəbini keçir. Dadaş Dadaşov məktəbdə oxuduğu illərdə ən istedadlı tar ifaçıları sırasında olmuş, 1963-cü ilədək Azərbaycan Televiziya və Radio Komitəsi nəzdindəki Xalq çalğı alətləri orkestrində fəaliyyət göstərmişdir.

1958-1963-cü illərdə Cövdət Hacıyevin bəstəkarlıq sinfində təhsilini davam etdirir.

 

Bəstəkar 2005-ci ildə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, 2008-ci ildə Respublikanın Xalg artisti fəxri adına layiq görülmüşdür .

 

1940— Tanınmış yazıçı-publisist, Azərbaycanın Əməkdar jurnalisti , "Gəncə və gəncəlilər" Xeyriyyə Cəmiyyətinin sədri Əhməd Məmməd oğlu İsayev Zaqatala Tarixdə bu gün - 30 avqustrayonunun Suvagil kəndində anadan olub. Orta məktəbi bitirən kimi təsərrüfatda əmək fəaliyyətinə başlayıb. Suvagil kənd klubunda müdir işləyib. 1959-1965-ci illərdə Azərbaycan Dövlət Universitetində əvvəl qiyabi, sonra əyani oxuyub. Hələ tələbə ikən – 1963-cü ildən "Kommunist" qəzeti redaksiyasında işə başlayıb: kiçik ədəbi işçi, baş ədəbi işçi, şöbə müdiri olub. 1970-1990-cı illərdə Gəncə-Qazax bölgəsi üzrə xüsusi müxbir vəzifəsində çalışıb. 1990-1991-ci illərdə "Respublika" qəzetinin təşkilatçısı və ilk baş redaktoru olub. Bir müddət "Həyat" və "Səhər" qəzetlərində işləyib. 1995-ci ildən "Azərbaycan" qəzetinin bölgə müxbiridir.

1957-ci ildən mətbuatda çıxış edir. Tarixi mövzulara, sənədli publisistikaya daha çox üstünlük verir. İki minədək qəzet və jurnal məqaləsinin, otuzdan çox kitabın müəllifidir. Jurnalist axtarışlarına əsasən 1985-ci ildə Leninqrad Sənədli Filmlər Studiyasında "Cəbhədən məktublar" adlı qısametrajlı film çəkilib, "Boş barılar" pyesi (1988) Gəncə Dövlət Dram Teatrında tamaşaya qoyulub.

Hökumət nümayəndə heyəti və jurnalist qrupları ilə Türkiyədə (1974, 1992), Yunanıstanda (1977), Fransada (1985), Bolqarıstanda (1987), İngiltərədə (1994) olub. İtaliyada (1981) "Unita" qəzetinin festivalında və Misirdə (1995) beynəlxalq informatika kurslarında Azərbaycanı təmsil edib. Dəfələrlə yaradıcılıq müsabiqələrinin qalibi olub. 1986-cı ildə ona SSRİ Jurnalistlər İttifaqı tərəfindən "İlin ən yaxşı jurnalisti" adı verilib. Moskvada çıxan "Jurnalist" jurnalının üç dəfə (1977, 1981, 1982) xüsusi diplomunu alıb. Respublika Ziyalılar Cəmiyyəti İdarə heyətinin qərarı ilə (1999) "XX əsrin fəxri ziyalısı" diplomu, Qafqaz-Mediya ictimai birliyi tərəfindən "Peşəkar jurnalist" (2008) mükafatı verilib. 1970-ci ildə "Rəşadətli əməyə görə" və 2005-ci ildə isə "Tərəqqi" medalı ilə təltif edilib.

"Azərbaycan Respublikasının ictimai və mədəni həyatındakı böyük xidmətlərə görə" Azərbaycan prezidenti İlham Əliyevin 11 dekabr 2006-cı il tarixli sərəncamı ilə ölkə prezidentinin fərdi təqaüdünə layiq görülüb. Dəfələrlə Azərbaycan jurnalistlərinin, 1982-ci ildə isə SSRİ Jurnalistlər İttifaqının beşinci qurultayının nümayəndəsi olub. On altı il dalbadal Azərbaycan Jurnalistlər İttifaqının idarə heyətinə üzv seçilib.

 

1960- Azərbaycanın Milli Qəhrəmanı Əmiraslan Rza oğlu Əliyev Naxçıvan şəhərində anadan olmuşdur. 1967-1977-ci illərdə Ü.Hacıbəyov adına Naxçıvan şəhər 1 Tarixdə bu gün - 30 avqustsaylı orta məktəbində təhsil almışdır. 1977-1979-cü illərdə Naxçıvan Şərabçılıq Zavodunda fəhlə işləmişdir. 1979-1981-ci illərdə SSRİ Silahlı Qüvvələrində xidmətdə olmuşdur. Bir müddət Ukrayna respublikasında, sonra Polşada hərbi xidmətini davam etdirmişdir. 1981-1982-ci illərdə Naxçıvan şüşə Qablar Zavodunda, 1982-1992-ci illərdə isə Vayxır Su-Tikinti İdarəsində fəhlə içləmişdir. İstehsalda çalışmaqla yanaşı, o, təhsilini də davam etdirməyi unutmamışdır. 1982-1987-ci illərdə Naxçıvan Dövlət Pedaqoji İnstitunun tarix-filologiya fakultəsində təhsil almışdır. 1992-ci ildə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin sərhəd qoşunlarında hərbi xidmətə çağırılmışdır. Baş leytenant Əmiraslan Əliyev xidmət etdiyi hərbi hissə tərəfindən 8 oktyabr 1994-cü ildə Fəxri fərmanla təltif edilmişdir.

Əmiraslan Əliyev 17 mart 1995-ci ildə Mart hadisələri zamanı Azərbaycan Respublikasında dövlət çevrilişi cəhdinin qarşısının alınması zamanı  həlak olmuşdur.

Azərbaycan Resrublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı Fərmanı ilə Əmiraslan Rza oğlu Əliyevə ölümündən sonra  Azərbaycan Milli Qəhrəmanı fəxri adı verilmişdir.

Naxçıvan şəhərindəki Şəhidlər Xiyabanında dəfn edilmişdir.

 

"N" saylı sərhəd zastavasında qəhrəmanın xatirə otağı açılmış və büstü qoyulmuşdur. "N" saylı sərhəd məntəqəsinə Ə.Əliyevin adı verilmişdir.

 

1954—1994-cü ildən Belarusun prezidenti Aleksandr Rıqaroviç Lukaşenko anadan olmuşdur.      

Tarixdə bu gün - 30 avqustLukaşenko Belarusa 1994-cü ildən prezidentlik edir. İlk dəfə 5 il müddətinə seçilən Lukaşenko 1996-cı il referendumu ilə səlahiyyət müddətini 2001-ci ilədək uzadıb. 2001-ci ildə ikinci dəfə prezident kürsüsünə yiyələnən Lukaşenko 2004-cü il referendumunda iki dəfədən çox seçilməyə məhdudiyyət götürüldüyündən 2006-cı ildə yenidən dövlət başçısı ola bilib.

2010-cu il dekabrın 19-u keçirilən prezident seçkisinin ilkin nəticələrinə görə səslərin 79.67 faizini toplayıb.

"Təbii ki, Siz bizə ən yaxın dostlarınız kimi bel bağlaya bilərsiniz. Əgər Sizə Azərbaycanda nədəsə faydalı ola biləriksə, buna həmişə hazırıq. Siz bizim imkanlarımızı yaxşı bilirsiniz. Siz Belarusun böyük dostusunuz. Siz dəfələrlə bizdə olmusunuz. Sizdən əvvəl atanız da çox böyük işlər görüb. Onun haqqında, münasibətlərimiz barədə çox danışmışam. Bizim xalqımız o müdrik və xeyirxah insanı çox yaxşı xatırlayır. Atanızla birlikdə ölkələrimizin münasibətləri üçün gördüyünüz işlər həmişəlik yadda qalacaq. Bizim qapalı mövzularımız yoxdur. Siz düzgün qeyd etdiniz ki, biz bütün istiqamətlərdə əməkdaşlıq edirik. Biz bütün istiqamətlərdə əməkdaşlığı davam etdirəcəyik. Bizim əməkdaşlığımız heç kəsə zərər vurmur. Belə demək mümkündürsə, biz gerçəkliyin ən aktual məsələlərinin müzakirəsində açıq fəaliyyət göstəririk və bundan sonra da belə olacaq". Bu fikri Belarus Prezidenti Aleksandr Lukaşenko 28 noyabr 2016 şcı ildə Azərbaycana  səfəri zamanı rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək görüşündə deyib.

 

1954— Azərbaycan jurnalisti, "Xalq qəzeti"nin baş redaktoru , "Azərbaycan Respublikasının Əməkdar jurnalisti" , "Vətənə xidmətə görə" ordeni laureate; Tarixdə bu gün - 30 avqust Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Müşahidə Şurasının sədri Həsən Zal oğlu Həsənov Göyçə mahalının Ardanış kəndində anadan olub.

1977-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib.

1977-ci ildə Azərbaycan Sovet Ensiklopediyasının baş redaksiyasında elmi redaktor vəzifəsində əmək fəaliyyətinə başlamışdır. 1983-1985-ci illərdə zabit kimi Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən tərxis olunduqdan sonra Azərbaycan Ensiklopediyasında fəaliyyətini davam etdirmiş, "Uşaq Ensiklopediyası"nın və bir sıra ensiklopedik məlumat kitablarının hazırlanmasında iştirak etmişdir.

"Vətən səsi" qəzetində şöbə müdiri, "Amal" və "Yeni Azərbaycan" qəzetlərində baş redaktorun birinci müavini postlarını tutub.

"Respublika" qəzetində baş redaktor müavini, Azərbaycan Televiziyasının "Xəbərlər" baş redaksiyasının baş redaktoru, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində televiziya üzrə sədr müavini olub[2].

2002-ci ilin aprelindən "Xalq qəzeti"nin baş redaktorudur.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının siyasi idarəetmə fakültəsini hüquqşünas ixtisası ilə bitirmişdir.

Bir neçə kitabın tərtibçisi və redaktoru, müxtəlif filmlərin ssenari müəllifi və redaktorudur.

Həsən Həsənov 2017-ci il iyunun 5-də Prezident İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında Sərəncamına əsasən Şuranın üzvü təyin olunub. İyunun 29-da Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun

2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Həsən Həsənov respulika mətbuatının inkişafındakı xidmətlərinə görə "Azərbaycan Respublikasının əməkdar jurnalisti" adına layiq görülmüşdür.

2014-cü il sentyabrın 1-də Həsən Həsənov milli mətbuatın inkişafındakı səmərəli fəaliyyətinə görə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.



Tarixdə bu gün - 30 avqust1972 - Azərbaycanın Milli Qəhrəmanı Rövşən Əliyev Bakı şəhərində doğulmuşdur. Əslən Göyçə mahalının Basarkeçər rayonunun Yarpızlı kəndindəndir. 1989-cu ildə Xətai rayonundakı 254 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Politexnik İnstitutunun maşınqayırma fakültəsinə daxil olmuşdur. 1991-ci ilin mayında könüllü olaraq orduya yazılmışdır.
Rövşən Əliyev Ağdam uğrunda döyüşlərdə - Sırxavənd, Qazançı kəndlərinin düşməndən azad edilməsində qəhrəmanlıq nümunələri göstərmişdir. O, 1992-ci ilin martında Muğanlı, Şıxbabalı yüksəkliklərinin ələ keçirilməsində xüsusilə fərqlənmişdir.
Əliyev Rövşən 1992-ci il 14 iyunda Xocalı rayonunun Dəhrəz kəndi uğrunda gedən döyüşlərdə düşmən gülləsinə tuş cəlmiş və əbədiyyətə qovuşmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 saylı fərmanı ilə Əliyev Rövşən Nəriman oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.
Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Vaxtilə təhsil aldığı 254 saylı orta məktəbə və Bakı şəhərindəki küçələrdən birinə qəhrəmanın adı verilmişdir.
 

 Vəfat etmişdir:


2016Dövlət Sərhəd Xidmətinin Aviasiya Dəstəsinin birinci qadın pilotu.Dilarə Aydın qızı Babayeva  vəfat etmişdir.

Tarixdə bu gün - 30 avqustDilarə   Babayeva 1986-cı ildə Sumqayıt şəhərində andan olmuşdur. 2004-ci ildə Sumqayıt şəhər Təfəkkür liseyini bitirmişdir. D.Babayevanın hərbi işə marağı hələ orta  oxuduğu illərdə yaranıb. Hərbi-silahlı qüvvələrdə xidmət etmək arzusu ilə H.Əliyev adına Ali Hərbi Məktəbə qəubl olur. Hərbçi olmaq, vətənə xidmət etmək onu bu çətin yolun yolçusuna çevirmişdi. Ali Hərbi Məktəbə sənədləri təqdim edəndə, onlar 31 qız idi. Onlardan yalnız 16-sı tədrisin ağırlığına və çətinliyinə tab gətirə bildi. O kursantlardan biri də Dilarə Babayeva idi. Gələcəkdə ilk və yeganə sərhədçi pilot olacaq xanım...

Raket qoşunları və artilleriya xidməti heyətində hərbi qulluq üçün idarəetmə mühəndisliyi ixtisası üzrə bakalavr dərəcəsi almaqla 2008-ci ildə buranı bitirir və zabit olmaq arzusuna çatdı. Kursant ikən bütün əziyyətlərə dözdü. Qışın soyuğunda, yayın qızmarında, payızın çiskinində Bakı ilə Sumqayıt arasındakı yollarda idi. Hərbi təlimlər zamanı ağır silahları çiynində daşımaqdan yorulmurdu.. Dilarə nəyə nail oldusa öz zəhməti və bacarığı sayəsində qazandı. Uzun zaman öz üzərində çalışıb 2012-ci ildən Dövlət Sərhəd Xidmətinin «N» saylı hərbi hissəsində xidmətdə olan Dilarə Babayeva təlimlərdə iştirak edir, dəfələrlə uçuşlar keçirdi. Paraşütlə hündürlükdən tullanırdı. Qısa müddət ərzində ona baş leytenant rütbəsi verildi və kapitan rütbəsinə qədər yüksəlir. Respublika Aviasiya Akademiyasında hərbi pilot kimi bir illik idarəetmə kursu keçərək, manqa şturmanı kimi xidmətdə olması isə onun hərbi işlə bağlı arzularına daha da qanad verir. Sonra onu Səngəçalda Sərhəd Qoşunlarının müvafiq hərbi hissəsinə xidmətə göndərirlər. O, işi ilə nəfəs alırdı və işindəndə çox razı idi, 12 il hərbçi kimi xidmət etdi. Dilarə sözün həqiqi mənasında hərbçi idi. Məsuliyyətli, işini sevən və ən əsası peşəkar zabit idi.

Hərb sənəti üçün lazım olan bütün keyfiyyətlər onda toplanmışdı. Qadın olsa da, hərbi işdə kişilərdən az bacarıq nümayiş etdirmirdi. Sərhəd Qoşunlarının komandanı Elçin Quliyev də onun qətiyyətini və fədakarlığını qiymətləndirdi. Çünki Sərhəd Mühafizəsinə Dilarə kimi bacarıqlı kadrlar lazım idi. Dilarə sərhədçilərin ilk və yeganə qadın pilotu kimi xüsusi nüfuza malik idi. Silahlı Qüvvələrinin 95 illiyi, Sərhəd Mühafizəsinin 90 illiyi medalları ilə və dəfələrlə fəxri fərmanlarla təltif edilib. Valideynlərinə layiqli övlad idi. Ağır işinə və gün ərzində xidmətdə olmasına baxmayaraq, ailənin çətinliklərini o da öz üzərinə götürürdü. İstər xidmət sahəsində bacarıqlı kadr kimi, istərsə də ailədə, qohum-qonşu yanında hörmət qazanmışdı. Dilarə hamının işinə-gücünə yarayırdı. O, bacarıqlı, mərd və cəsur qız idi. Heç kimə möhtac olmaq istəmirdi. Valdeynləri onu belə tərbiyə etmişdi. 2015-ci ildə Dilarə Babayeva nişanlanır və valideynləri onu böyük arzularla gəlin köçürürlər.

Gəlin köçəndən 8 ay sonra 30 avqust 2016-cı ildə  Dilarə  Babayeva dünyaya övlad gətirərkən xəstəxanada  vəfat edir.


Tarixdə bu gün - 30 avqust

Bayramlar və xüsusi günlər:

 30 avqust Türkiyədə Zəfər bayramı kimi qeyd olunur.
1922-ci ilin avqustun 30-da türklərin İstiqlaliyyət müharibəsi zamanı Dumlupınar döyüşündə işğalçı qüvvələrin məğlub edilməsindən sonra qeyd olunmağa başlayıb. O zaman Mustafa Kamal Atatürk başçılıq etdiyi ordu düşmən qüvvələri məğlub edərək, müstəqillik əldə edilməsi istiqamətində tarixi addım atıblar.

Tarixdə bu gün - 30 avqust

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz