» » Tarixdə bu gün - 19 avqust

Tarixdə bu gün - 19 avqust

Müəllif: Vüsal от 19-08-2017, 00:15

19 avqust

Mühüm hadisələr:

1888 — Belçikada dünyada ilk dəfə gözəllik müsabiqəsi keçirilmişdir.
1919 — Əfqanıstan Böyük Britaniyadan müstəqillik almışdır.
1953 — İranda Məhəmməd Musədiqin başçılıq etdiyi hökuməti devrilmiş, Məhəmməd Rza Pəhləvi hakimiyyətə gəlmişdir.
1960 — Dünyada ilk dəfə canlı məxluq kosmosa göndərilmiş və sağ-salamat geri qayıtmışdır. "Belka" adlı it SSRİ-də "Sputnik-5" raketi ilə kosmosa göndərilmiş və avqustun 20-də sağ-salamat geri dönmüşdür.
1995 — Azərbaycan Respublikası Uqanda ilə diplomatik əlaqələr qurmuşdur.

Doğuml günləri:
 
 1899  —Məşhur  hərbi xadim, diviziya komandiri, general-mayor Qambay Məmməd oğlu Vəzirov İrəvan quberniyasında anadan olmuşdur.

 

Tarixdə bu gün  - 19 avqustİlk (yeddiillik) təhsilini İrəvan gimnaziyasında almışdır. 1918-ci ildə altı ay Türkiyədə işləmişdir. 1919-cu ildən Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunda xidmət etmişdir. Hərbiyyə məktəbini bitirdikdən sonra 1920-1922-ci illərdə Qazaxda, Cəbrayılda və Qarabağda sovet hakimiyyətinə qarşı çıxan daşnaklarla vuruşmuşdur.

Vəzirov 1922-ci ildə Moskvaya Frunze adına Hərbi Akademiyaya göndərilmişdir. Təhsilini başa vurduqdan sonra 1925-ci ilin avqustunda Azərbaycan Birləşmiş Hərbi Məktəbinin rəisi təyin olunmuş və burada işlədiyi iki ildə özünü təşəbbüskar komandir və qayğıkeş müəllim kimi göstərmişdir.

1927-ci ildə Zaqafqaziya milli hərbi məktəbləri birləşdirildikdən sonra Vəzirov 3-cü Qafqaz atıcı diviziyasının, 1928-ci ildə isə Azərbaycan atıcı diviziyasının qərargah rəisi təyin edilmişdir. Azərbaycan atıcı diviziyası onun rəhbərliyi ilə 1929-cu ilin avqust-sentyabrında Əlahiddə Qafqaz ordusunun ilk manevrlərində uğurla iştirak etmişdi.

Vəzirov nümunəvi döyüş komandiri kimi, 1930-1932-ci illərdə Belorusiya hərbi dairəsi 111-ci atıcı alayının komandiri, eyni zamanda, Jizdra şəhər qarnizonunun rəisi vəzifələrində çalışmışdı. 1932-ci ildə o, Azərbaycan atıcı diviziyasının komandiri və komissarı təyin edilmiş, bilik və təcrübəsini respublikada hərbi kadrların hazırlanmasına həsr etmiş, "Qırmızı Ulduz" ordeni ilə təltif olunmuşdu.

1937-ci ilin iyununda terrorçu-əksinqilabi milli təşkilatın rəhbəri olmasına dair saxta ittihamlar əsasında həbs edilərək, güllələnmişdir. SSRİ Ali Məhkəməsinin hərbi kollegiyasının 1956-cı il 28 iyul tarixli qərarı ilə Vəzirova ölümündən sonra bəraət verilmişdir.

 

  1901 İsmayıl Hüseyn oğlu Hidayətzadə   Bakıda dənizçi ailəsində dünyaya göz açıb. Şəhərdəki "İttihad” məktəbində təhsil alıb, burada görkəmli teatr xadimi Tarixdə bu gün  - 19 avqustHüseyn Ərəblinski ilə tanış olub. O zaman H.Ərəblinski məktəbdə göstərilən tamaşalara rəhbərlik edirdi. Onların bu tanışlığı İsmayılın gələcək həyat yoluna mühüm təsir göstərir. Çox keçmir ki, o, məktəbdə "balaca Ərəblinski” kimi tanınır. Araşdırmalarda qeyd olunur ki, H.Ərəblinski məktəbdə aktyorlarla məşq  şagirdlərin izləməsinə icazə vermirdi. İsmayıl isə gizlicə salona yol tapıb, böyük sənətkarın hər addımını izləyirdi. O, xatirələrində bu barədə yazır: "Mən onun evinə gedir, növbəti məşqin nə vaxt olacağını və s. öyrənirdim. Bunları Ərəblinskini təkrar-təkrar görmək və onunla danışmaq imkanı tapmaq üçün edirdim. Bütün xahişlərimə baxmayaraq, o, məni öz tamaşalarında yaxından iştirakıma icazə vermirdi. Çünki hələ çox kiçik idim. Nəhayət ki, bir gün "Ağa Məhəmməd Şah Qacar” pyesində kütləvi səhnələrə çıxmağıma razı oldu...”

 

1917-ci ildə İsmayılın atası faciəli şəkildə vəfat edir və onun həvəskar səhnə fəaliyyəti yarımçıq qalır. Ailənin ağırlığı 16 yaşlı gəncin çiyinlərinə düşür. O, səhnə haqda deyil, balaca bacı-qardaşını saxlamaq barədə düşünür. Bir müddət ticarət müəssisələrində çalışır və yenidən səhnəyə dönür.

1920-ci ildən dövlət teatrında işə götürülür. Bir il sonra eyni zamanda Voronovun teatr studiyasında fəaliyyətə başlayır. Burada səhnə sənətinin sirlərinə bələd olur, professional aktyor kimi yetişir.

İ.Hidayətzadə teatr studiyasında bir müddət çalışdıqdan sonra rejissorluq sənətinə də maraq göstərir. Rus rejissoru İvanovun yanında köməkçi işləyir. 1934-cü ildə "Səyavuş” əsərinin səhnələşdirilməsi ona tapşırılır. Daha sonra Opera və Balet Teatrında "Koroğlu” və "Karmen” operalarına, eləcə də "1905-ci ildə” və "Vaqif” pyeslərinə quruluş verir.

1938-ci ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti günlərində "Koroğlu” və "Arşın mal alan” tamaşalarının hazırlanması işi də ona həvalə olunur. Bu quruluşu da uğurlu alınır, rejissor kimi şöhrətini artırır. Moskvadan qayıdandan sonra Opera və Balet Teatrının rəhbəri təyin edilir.

Sənətkar həmişə əsərdə baş qəhrəmanları oynamağa can atsa da, Cəfər Cabbarlı və Aleksandr Tuqanov onu bu fikirdən daşındırmağa çalışıblar. Xüsusilə C.Cabbarlının söhbətlərin birində "Əsas budur ki, xarakter yaradasan” tövsiyəsi onun sənətə münasibətini dəyişir. Mənbələrdə İ.Hidayətzadə ilə C.Cabbarlının çox yaxın dost olmaları haqqında məlumatlar var. C.Cabbarlı onun üçün rollar yazıb. O isə bir qayda olaraq, öz rollarının prototipini axtarıb. "Almaz”da Şərifin "Həri, həri, bəs necə?” ifadəsi məhz prototipin dilindən götürülüb.

İ.Hidayətzadə rol üzərində özünəməxsus şəkildə işləyərmiş. Hər şeydən əvvəl əsərdə göstərilən dövrü, tarixi vəziyyəti öyrənər, qəhrəmanının xarakterini açmağa çalışarmış. Görkəmli rejissor A.Tuqanov onun haqqında belə deyib: "O, həmişə inandırıcı və real idi. Heç bir zaman şarja yer verməzdi. O, bütün tamaşa boyu tamaşaçının ürəyinə girməyi və onu öz ardınca aparmağı bacarıb. O, heç bir zaman oynamırdı, heç bir ştampa yol vermirdi. Onun oyununda gəncliyə məxsus həssaslıq, ehtiras və qızğınlıqla bərabər sadəlik və təbiilik var idi”.

Onun incəsənət sahəsində xidmətləri təkcə quruluş verdiyi tamaşalar və səhnədə oynadığı rollarla bitməyib. O həm də ilk milli baletimiz olan "Qız qalası”nın (bəstəkar Əfrasiyab Bədəlbəyli) librettosunu yazıb. Aktyor kimi "Qız qalası”, "Almaz” və "Altıncı duyğu” filmlərində çəkilib.

Azərbaycan teatrının inkişafında göstərdiyi xidmətlərə görə görkəmli sənətkar 1938-ci ildə Xalq artisti adına layiq görülüb. Sonrakı illərdə "Şərəf nişanı” və "Qırmızı əmək bayrağı” ordenləri ilə təltif edilib.

İsmayıl Hidayətzadə 1951-ci ildə, yaradıcılığının coşqun çağlarında, 50 yaşında vəfat edib.

 

1912 — Azərbaycanın ilk qadın Xalq şairəsi, "İstiqlal” ordeni Mirvarid Dilbazi Qazax rayonunun Musaköy (indiki Xanlıqlar) kəndində anadan olmuşdur. APİ-nin dil Tarixdə bu gün  - 19 avqustvə Ədəbiyyat-İctimayyət fakültəsində təhsil almışdır (1929). İnstitutu bitirdikdən sonra gənc şairə Quba Partiya Məktəbinə ədəbiyyat müəllimi təyin olunmuşdur. İki ildən sonra Bakıya qayıdan Mirvarid xanım Azərbaycan EA-nın Əlyazmaları fondunda şöbə müdiri (1934-1938), Azərbaycan Dövlət Nəşriyyatında tərcüməçi (1938-1940) vəzifələrində çalışmışdır.
"Qadınların hüriyyəti" adlı ilk şeri 1927-ci ildə "Oktyabr alovları" adlı məcmuədə dərc edilmişdir. Bu dərgidə o cümlədən şairənin keçən əsrin 20-ci illərinin axırlarında yazılmış, Azərbaycan qadınlarının yeni həyat yollarını tərənnüm edən "Zəhra", "Qurtuluş", "Qadın" kimi şerləri dərc olunmuşdur. Böyük Vətən müharibəsi illərində bir çox sənətkarlarımızda olduğu kimi, M.Dilbazi yaradıcılığında da vətəni müdafiə mövzusu əsas yer tutmuşdur. Bu illərdə şairənin yeddi kitabı çap olunmuşdur ki, bunların altısı Vətən müharibəsinə həsr edilmişdir. "Məhsəti" (1945), "Əlcəzairli qız" (1961), "Partizan Aliyə" (1972) poemalarının müəllifidir.
Şairin "Məhsəti" poeması süjetinin genişliyi,məzmun zənginliyi baxımından seçilən əsərlərindəndir. "Məhsəti" poeması məşhur rübai ustası M.Gəncəvinin həyatı, ədəbi və ictimai fəaliyyətindən bəhs edir. "Əlcəzairli qız" əsəri real faktlar əsasında yazılmışdır. İkinci dünya müharibəsindən sonra Şərqdə genişlənən azadlıq hərəkatı, müstəmləkəçiliyə qarşı mübarizə yeni mərhələyə daxil olmuşdur. Bu illərin siyasi mənzərəsini diqqətlə izləyən şairə Əlcəzair hadisələrinin mərkəzində dayanan Cəmiləni və onunla bağlı azadlıq hərəkatını poeması üçün mövzu seçmişdir.
M.Dilbazinin şeirləri yalnız mövzu rəngarəngliyi ilə deyil, həmçinin forma müxtəlifliyi və fikrin bədii ifadəsi baxımından da yetkin sənət nümunəsi səviyyəsinə qalxmış,şeir xəzinəmizi zənginləşdirmişdir. M.Dilbazinin 70-80-cı illərdə "Bənövşələr üşüyəndə" (1970), "Ana qanadı" (1972),"Dağ çiçəyi" (1977), "Yasəmən fəsil", "Seçilmiş şeirlər" (1979) şeir kitabları və nəhayət, 3 cilddə "Seçilmiş əsərləri" (1982-84) çap olunmuş, ona Azərbaycanın Xalq şairi fəxri adını qazandırmışdır .
Bəstəkarlardan Süleyman Ələsgərov, Tofiq Quliyev, Fikrət Əmirov, Şəfiqə Axundova, Ağabacı Rzayeva və başqaları şairənin sözlərinə mahnılar, romans və oratoriyalar bəsləmişlər.
Nizami Gəncəvi, Xaqani Şirvani, Əlişir Nəvai, Aleksandr Puşkin, Taras Şevçenko, N.Tixonov, Samuil Marşak, Sergey Mixalkov və başqa şairlərin əsərlərini, Evripidin "İppolit" faciəsini tərcümə etmişdir. Əsərləri xarici dillərə tərcümə olunmuşdur.
2001-ci il iyulun 12-də 88 yaşında vəfat etmişdir.

1932 — Dünya şöhrətli pəhləvan, SSRİ çempionu, Əməkdar məşqçi, klassik güləş və ağırlıq qaldırma ustası Abdulla Həsən oğlu Abdullayev Dağıstan MR Dərbənd Tarixdə bu gün  - 19 avqustşəhərində dünyaya gəlmişdir. Uşaqlığı Zəngəzur mahalında keçmişdir. 1955-ci ildə Qafan şəhərində orta məktəbi bitirmişdir. 1951-ci ildə Qubadlı rayonunun idmançıları sırasında Bakıya gəlir, Azərbaycan çempionatında iştirak edir və iki pudluq daş qaldırma yarışında Azərbaycan və SSRİ mütləq çempionu adına layiq görülür. Elə həmin il Azərbaycanın güləş üzrə çempionu olur.

1953-1956-cı illərdə Ukraynanın Kiyev şəhərində Sovet Ordusunda xidmət edən zaman güləş və daş qaldırmaq üzrə spartakiadanın mütləq çempionu olur, marşal Çuykov şəxsən ona qızıl saat bağışlayır. 1954-cü ildə ordu birinciliyində ona məğlub olan Ukrayna çempionu Qriqori Qamfil 1955-ci ildə dunya çempionu adını qazandı.

1956-cı ildə ordudan tərxis olunduqdan sonra Bakıya gəlir və ikiqat dünya çempionu, SSRİ xalq artisti, pəhləvan Sali Süleymanla görüşür və sonralar onun sevimli şagirdi olur.

Gürcüstan və Şimali Qafqazın müxtəlif rayonlarında qastrollardan uğurla qayıdan gənc bahadır "QAFQAZ QARTALI" ləqəbini qazanaraq, asanlıqla iki qolu üzərində 20 nəfər saxlayır, qalın armaturu əyir, yoğun dirəyi boynunda sındırır, üstündən 5 tonluq avtomobil keçirdi. 1956-1960-cı illərdə gənc pəhləvan həm də Azərbaycan çempionu fəxri adını qazanır.

Sonradan Ermənistana qayıdan pəhləvan 1960-cı ildə biri beş pudluq, digəri iki pudluq (yəni 112 kq) ağırlığında daşları sağ əli ilə qaldıraraq dünya rekordçusu oldu.

Ailə quran pəhləvanın üç övladı dünyaya gəldi. Qafan şəhərinə qastrola gələn ağırlıq qaldırmaq üzrə dünya çempionu, erməni əsilli Serqo Ambarsumyan Abdullanı səhnəyə dəvət etdi və fil gövdəli, uzun qolları ilə onu qucaqlayıb yerdən üzmək istədi, lakin Abdulla onu qabaqlayaraq başının üstünə qaldırdı, tamaşaçılar yerlərindəcə donub qaldılar.

1982-1986-cı illərdə daşoynatma üzrə Ermənistanın mütləq çempionu olmuş, 1985-ci il noyabrın 22-24-də Rusiyanın Lipetsk şəhərində daşoynatma üzrə keçirilən Ümumiittifaq yarışlarında 90 kq çəki dərəcəsində SSRİ çempionu adını qazanmışdır.

Abdulla pəhləvanın şagirdlərindən Zəngəzur mahalından Xudayar Cəfərov, milli qəhrəman Əliyar Əliyev Qubadlı, Qərib pəhləvan Cəbrayıldan, oğlu - daşoynatma üzrə 70 kq çəki dərəcəsində SSRİ çempionu, altıqat Ermənistan çempionu Rəşid Abdullayev və başqalarını göstərmək olar.

 

1970— Azərbaycanın Milli Qəhrəmanı Hidayət  Eldar oğlu Rüstəmov Ağdam rayonunun Xıdırlı kəndində anadan olmuşdur.

Tarixdə bu gün  - 19 avqustBurada orta məktəbi bitirən Hidayət daha sonra Ağdam 50 saylı texniki-peşə məktəbində təhsilini davam etdirir. 1988-1990-cı illərdə Sovet Ordusunda hərbi xidmətdə olmuşdur. 1991-ci il Ağdam rayon Daxili İşlər Şöbəsinin post-patrul alayına daxil olur.

Vətənimizin cəsur övladı qaynar döyüşlərə girərdi. Şərəfli döyüş yolu keçən Hidəyət bu yolda çox yürüyə bilmədi...23 dekabr 1991-ci il erməni işğalçıları Meşəli kəndinə hücum edərək ağılasığmaz vəhşiliklər törədirdilər. Boş evlərin birini özünə istehkam seçən cəsur polis çavuşu Hidayət qəfil sərrast atəşlərlə erməni quldurlarının xeyli qüvvəsini məhv etdi. Murdar erməni faşistləri evə od vurdular. Qorxunun nə olduğunu bilməyən Azərbaycan döyüşçüsü son nəfəsinə qədər vuruşdu və qəhrəmancasına həlak oldu.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Hidayət Eldar oğlu   Rüstəmova  ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir.

Ağdam rayonunun Şəhidlər Xiyabanında dəfn edilib.

 

1976 — Azərbaycanın Milli Qəhrəmanı, Mart hadisələri zamanı dövlətçiliyimiz, suverenliyimiz uğrunda ömrünü qurban verən Eldar Xəlil oğlu Xəlilov Qərbi 
Tarixdə bu gün  - 19 avqustAzərbaycanın Zəngibasar rayonunun Zəngilər kəndində anadan olmuşdur.

1983-cü ildə burada məktəbə getmiş, 1988-ci ildə burada yaşayan soydaşlarımız erməni millətçilərinin təcavüzünə məruz qalanda o da ailəsi ilə birlikdə Bakıya gəlir və burada məskunlaşır. Təhsilini 96 və 252 saylı məktəblərdə davam etdirir.

29 sentyabr 1994-cü il hərbi xidmətə çağırılır.

1995-ci il 13-17 mart silahlı dəstə dövlətimizə xəyanət edərkən Eldar dəstənin zərərsizləşdirilməsi zamanı həlak oldu onun arzularla dolu gənc ömrü qırıldı...

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Eldar Xəlil oğlu Xəlilov ölümündən sonra  Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.

Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.

Bakının Bakıxanov qəsəbəsindəki küçələrdən biri qəhrəmanımızın adını daşıyır.


Vəfat etmişdir:
 
1915 — Osmanlı dövründə yaşamış büyük türk şairi, pedaqoqu və jurnalisti, türk ədəbiyyatında "Sərvəti-fünun" və ya "Ədəbiyyati-cədidə" adlanan cərəyanın Tarixdə bu gün  - 19 avqustbanisi olan Tofiq Fikrət 47 yaşında İstanbulda vəfat etmişdir. 
Tofiq Fikrət 24 dekabr 1867-ci ildə İstanbulda anadan olmuşdur.
1888-ci ildə Qalatasaray liseyini bitirmiş, bir müddət xarici işlər nazirliyində işləmiş, 1894-1915-ci illərdə türk dili və ədəbiyyatından dərs demişdir. İlk şeirlərini və ədəbiyyatın ictimai roluna dair məqalələrini redaktoru olduğu "Sərvəti-fünun" jurnalında dərc etdirmişdir. O, türk şeirinə məzmum və formaca yenilik gətirmişdir. "Sənət həyat üçündür" prinsipini həm əməldə, həm də nəzəriyyədə tətbiq edən ilk türk şairidir. İnqilabi ruhlu şeirlərində zülm, fanatizm və istibdadı qətiyyətlə qamçılamış, humanizm və azadlıq ideyalarını, xalqlar dostluğunu tərənnüm etmişdir. Qadağan edilməsinə baxmayaraq, əsərləri gənclər və hərbçilər arasında əldən-ələ keçərək əzbərlənmiş və yayılmışdır. Hakim dairələr tərəfindən ömrünün sonunadək təqib olunsa da, inqilabi ideyalara və xalqa sadiq qalmışdır. Əsərlərində ərəb-fars kəlmələrinin, tərkiblərinin sıx-sıx işlədilməsi Tofiq Fikrətin dilini xeyli qəlizləşdirirdi. Buna baxmayaraq onun əsərləri Azərbaycanda böyük rəğbət qazanmışdır. Azərbaycan şairlərindən M. Hadi, H. Cavid, A. Səhhət və b. Yaradıcılığına təsitr göstərmişdir. Onun yaradıcılığı Azərbaycan alimləri tərəfindən də öyrənilmiş və "Seçilmiş əsərləri" Azərbaycan dilində nəşr olunmuşdur.
 

1977— Tanınmış şair, tərcüməçi, dramaturq  Adil Qafar oğlu Babayev 52 yaşında vəfat etmişdir.

Tarixdə bu gün  - 19 avqustAdil Qafar 1925-ci il yanvarın 28-də Naxçıvan şəhərində anadan olmuşdur. 1931-1938-ci illərdə orada 1 nömrəli orta məktəbin yeddinci sinfini bitirmiş, Tbilisi şəhərində M.F.Axundov adına Azərbaycan orta məktəbində təhsilini davam etdirmişdir. "Şərq qapısı" qəzeti redaksiyasında əvvəl korrektor, sonra ədəbiyyat və incəsənət şöbəsinin müdiri olmuşdur. 1943-cü ildə Tbilisidə A.S.Puşkin adına İkiillik Müəllimlər İnstitutunun ədəbiyyat fakültəsinə daxil olmuş, eyni zamanda "Sovet Gürcüstanı" qəzeti redaksiyasında ədəbiyyat şöbəsinə rəhbərlik etmişdir. Ədəbi yaradıcılığa 1939-cu ildən başlamışdır. İlk şerləri Tbilisidə "Gənc nəsil" məcmuəsində və "Sovet Gürcüstanı" qəzetində çıxmışdır. 1941-ci ildə "Sevinc" əsərinə görə "Sovet Gürcüstanı" qəzeti redaksiyası müsabiqəsində 2-ci mükafata layiq görülmüşdür. 1945-1947-ci illərdə "Kommunist" qəzetində ədəbi işçi, tərcüməçi 1947-1949-cu illərdə "İnqilab və mədəniyyət" jurnalında poeziya şöbəsinin müdiri olmuşdur. 1950-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsini bitirmiş, sonra bir müddət Azərbaycan Dövlət Nəşriyyatında bədii ədəbiyyat şöbəsinin redaktoru işləmişdir. 1956-1958-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının İncəsənət və Layihə İnstitutunun aspiranturasında təhsil almışdır. 0, teatrşünas kimi teatr sənəti ilə sıx bağlı olmuş "M.Əzizbəyov adına teatr" (Moskva, 1959), "Şərəfli yol" (1974) monoqrafiyalarını və ədəbiyyatşünaslıq, dramaturgiya və kino sənəti problemlərinə dair çoxlu məqalələrini qələmə almaqla milli teatrın inkişafına kömək etmişdir. Eyni zamanda M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrının ədəbi hissə müdiri olmuş (1956-1964), sonra "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında tənqid şöbəsinin müdiri, məsul katib və baş redaktorun müavini vəzifələrində işləmişdir. 1971-ci ilin avqust ayından ömrünün son gününədək Azərbaycan Yazıçılar İttifaqında bədii tərcümə üzrə məsləhətçi olmuşdur. Onun bədii yaradıcılığı çoxcəhətlidir: "Dağlar qızı", "Yarımçıq portret", "Mənim məhəbbətim", "Qız görüşə tələsir" pyesləri teatr səhnələrində ta-maşaya qoyulmuş əsərləri xarici dillərə və SSRİ xalqlarının dillərinə tərcümə olunmuşdur. Onun yaradıcılığında tərcümə xüsusi yer tutur. Dünya və qardaş xalqlar ədəbiyyatından (V.Şekspir, V.Vişhevski, N.Dumbadze və s.) çoxlu tərcümələr etmişdir.Onun tərcümə etdiyi — V.Vinnikov və Y.Osnosun "Ağ şanaküllə" (1959), Sao-Yuyyanın "Tufan" (1959), Ş.Miloravanın "Tbilisi Haqqında mahnı" (1961), N. Dumbadzenin "Darıxma, ana" (1972), M. Petrieskunun "Ölümü görmüş insan" (1973) pyesləri tamaşaya qoyulmuşdur. 1941-1945-ci illərdə "Əmək igidliyinə görə" medalına layiq görülmüşdür. 


1990 — Azərbaycanın Milli Qəhrəmanı İlham Əliyev 29 yaşında Vətən uğrunda döyüşlərdə mərdlik nümunəsi göstərərək şəhid olmuşdur.
Tarixdə bu gün  - 19 avqustİlham Əliyev 5 may 1961-ci ildə Gədəbəy rayonunda anadan olmuşdur. Orta məktəbi 1978-ci ildə bitirmiş, 1980-ci ildə hərbi xidmətə çağırılmışdır. 1985-ci ildə İlham Əliyev Braynsk Xüsusi Orta Milis Məktəbinə daxil olmuşdur.
19 avqust 1990-cı il leytenant İlham Əliyev torpaqlarımızın müdafiəsinə səfərbər olunan oğullarımızın arasında idi. O, Qazax rayonunun Əskipara kəndində döyüşən İlham qəhrəmancasına həlak olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 6 iyul 1992-ci il tarixli 831 saylı fərmanı ilə İlham Müzəffər oğlu Əliyev ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.
Gədəbəy rayonunda dəfn edilib.
Gədəbəy şəhərindəki 1 saylı orta məktəb onun adını daşıyır. Məktəbin önündə büstü qoyulmuşdur.
2013-cü ildə onunla yanaşı Gədəbəy rayonundan olan digər üç Milli Qəhrəman - İsgəndər Aznaurov, Məzahir Rüstəmov və Aytəkin Məmmədovun həyat və döyüş yollarından bəhs edən "Alınmaz qalanın qəhrəmanları" sənədli-bədii filmi çəkilmişdir.
 

1990 Azərbaycanın Milli Qəhrəmanı Şamoy Məhyəddin oğlu  Çobanov  Vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. 

Tarixdə bu gün  - 19 avqust1982-ci ildə 1 saylı Qazax şəhər ortaməktəbini bitirdikdən sonra, avtonəqliyyat müəssisəsində əmək fəaliyyətinə başlamışdır. Ş.Çobanov 1983-cü ildə Sovet Ordusu sıralarına çağırılır. 1985-ci ildə ordudan tərxis olunaraq, Qazax rayonuna qayıdır. 1989-cu ildə Qazax Rayon Polis Şöbəsində işə qəbul olunur. Ermənilərin Xeyrimli, Yuxarı Əskipara, Bağanis Ayrım kəndlərinə hücuma keçdiyi zaman Ş.Çobanov da xüsusi qəhrəmanlıq nümayiş etdirmişdir. Cəsur polis işçisi tez-tez döyüş bölgələrinə gedir, erməni yaraqlıları ilə üzbəüz gəlirdi. 1990-cı il 19 avqustda Yuxarı Əskipara kəndində gedən döyüşdə Şamoy xüsusi qəhrəmanlıq nümayiş etdirərək, ermənilərə qarşı döyüşür. "Qanlı dərə" deyilən yerdə erməni silahlı qüvvələrinə qarşı rəşadət nümayiş etdirir. Həmin döyüşdə cəsur polis işçisi qəhrəmancasına həlak olur.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Şamoy Məhyəddin oğlu  Çobanova  ölümündən sonra  Azərbaycanın Milli Qəhrəmanı fəxri  adı verilmişdir.

Ağköynək kəndində dəfn edilmişdir.

Ağköynək kənd məktəbi onun adını daşıyır.

2013-cü ildə onunla yanaşı Qazax rayonundan olan digər iki Milli Qəhrəman - Mərifət Nəsibov və Rafiq Alıcanovun həyat və döyüş yollarından bəhs edən "Qartal yuvası" sənədli-bədii filmi çəkilmişdir.

2015-ci ildə Qazax və Ağstafada doğulub boya-başa çatmış üç igidin — Mərifət Nəsibov, Rafiq Alıcanov və Şamoy Çobanov haqqında "İZ Production” studiyası tərəfindən "Ölümə qənşər” adlı bədii-sənədli film çəkilmişdir. Ekran əsərində onların döyüş yolundan söz açılıb, yaxın dostlarının, ailə üzvlərinin və qohumlarının qohumlarının xatirələrinə yer verilib.

 

Tarixdə bu gün  - 19 avqust1999  Azərbaycanın Milli Qəhrəmanı- Mart hadisələri zamanı dövlətçiliyimiz, suverenliyimiz  naminə şücaət göstərmiş Faiq Əliqulu oğlu Cəfərov avtomobil qəzasında həlak olmuşdur.

Faiq Cəfərov 1974-cü il may ayının 1-də Cəlilabad rayonunun Şiləvəngə kəndində doğulmuşdur. 1991-ci ildə Bakı Maşınqayırma Texnikumuna daxil olmuşdur. 1992-ci ilin sentyabr ayından Sərhəd Qoşunları Baş İdarəsinin Naxçıvan Sərhəd Dəstəsində hərbi xidmətə başlamışdır. Sərhəd Qoşunlarında xidmət etdiyi dövrdə Azərbaycanın cənub hüdudlarının mühafizəsində fərqlənmişdir. 1995-ci ilin mart ayında dövlət çevrilişi cəhdinin qarşısının alınması zamanı xüsusi qəhrəmanlıq nümunəsi göstərmiş, həmin döyüşlərdə ağır yaralandığı üçün Faiq Cəfərov ehtiyata buraxılır.

Bir müddət sonra öz həyatını dövlətçiliyimiz və xalqımıza xidmət etməyə bağlayan qəhrəmanımız bir ildən sonra yenidən orduya qayıdır.

Ailəli idi, iki övladı var.

Azərbaycan Respublikasının Prezidentinin 27 dekabr 1995-ci il tarixli 427 saylı Fərmanı ilə gizir Cəfərov Faiq Əliqulu oğlu  Azərbaycan Milli Qəhrəmanı  fəxri  adına layiq görülmüşdür.

Cəlilabad rayonunda dəfn edilmişdir.

 

Tarixdə bu gün  - 19 avqust2011  —  İstedadlı xanəndə, 1969-1993-cü illərdə Gəncədəki Fikrət Əmirov adına "Göy göl" mahnı və rəqs ansamblının solisti olmuş Rövşən Behcət    66 yaşında vəfat etmişdir.

Rövşən Behcət 1945-ci ildə Cənubi Azərbaycanda dünyaya gəlib.

1961-ci ildən ailəsi ilə birlikdə Gəncədə məskunlaşıb.

1984-cü ildə SSRİ vətəndaşlığını qəbul edib. Rövşən Behcət 1969-cu ildən 1993-cü ilədək "Göy göl" xalq çalğı alətləri ansamblında çalışıb.

1993-cü ildə iflic keçirdikdən sonra sənət fəaliyyətini dayandırıb. Onun ifasında bir çox mahnılar, muğamlar, təsniflər və s. "Qızıl fond"da saxlanılır.

Rejissor Miri Rzayev 2007-ci ildə onun həyat və yaradıcılığından bəhs edən "Yorulmamışam" filmini ekranlaşdırıb.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz