» » 14 avqust Pakistan dövlətinin Müstəqillik Günüdür

14 avqust Pakistan dövlətinin Müstəqillik Günüdür

 

14 avqust    Pakistan dövlətinin Müstəqillik Günüdür

1947-ci ildə Britaniyanın Hindistandakı süqutundan sonra Pakistan suveren dövlət olaraq elan olundu və o vaxtdan hər il avqust ayının 14-ü Pakistan dövlətinin Müstəqillik Günü kimi bayram edilməyə başladı. Pakistan Cənubi Asiyanın şimal-qərb regionunda ilk müstəqil müsəlman dövləti idi və Pakistan hərəkatının nəticəsində yaranmışdı. Hərəkat Məhəmməd Əli Cinnahın liderliyi altında Bütün Hindistan Müsəlman Liqası tərəfindən başlanmışdı. Hadisə Qərbi Pakistan (hal-hazırkı dövrdə Pakistan) və Şərqi Pakistandan (hal-hazırkı dövrdə Banqladeş) ibarət olan Pakistan dominionuna (sonralar Pakistan İslam Respublikası) 1947-ci il Hindistan Müstəqillik Aktına görə Britaniya Hindistanı altında müstəqilliyin verilməsinə gətirib çıxarıb. İslam təqvimində müstəqillik günü müsəlmanlar tərəfindən müqəddəs dəyərləndirilən Qədr gecəsi ərəfəsinə - Ramazanın 27-ci gününə təsadüf etmişdi.
Müstəqillik günü münasibətilə əsas mərasim prezident və parlament binalarında dalğalanan dövlət bayrağının yerləşdiyi İslamabadda keçirilir. Bunun ardınca Dövlət himni səsləndirilir və rəhbərlərin televiziya ilə canlı çıxışları olur. Daha sonra proqramda adi bayram tədbirləri, eləcə də bayrağın qaldırılması mərasimi, paradlar, mədəni tədbirlər və vətənpərvərlik mahnılarının oxunması yer alır. Mükafatlandırma mərasimlərinin çoxu bu gündə baş tutur. Vətəndaşlar milli bayrağı öz evlərinin yuxarısına qaldırır və ya nəqliyyat vasitələrində, eləcə də geyimlərində nəzərə çarpacaq dərəcədə daşımaqla bu bayramı böyük coşqu ilə nümayiş etdirirlər.

14 avqust    Pakistan dövlətinin Müstəqillik Günüdür

Pakistanı təşkil edən ərazi tarixi baxımdan XIX əsrin böyük hissəsi boyu Britaniya Hind İmperiyasının bir hissəsi idi. Britaniyanın "Ost-Hind” şirkətinin Cənubi Asiyada ticarətə başlaması XVII əsrdə - 1757-ci ildə Plessi yaxınlığındakı döyüşdə qələbə qazandıqdan sonra başlamışdır. 1857-ci ildə Sipahilər üsyanının ardından Hindistan hökumətin 1858-ci ildə qəbul etdiyi aktla Hindistan yarımqitəsinin böyük hissəsi üzərində birbaşa nəzarət Britaniya Tacının əlinə keçməsinə gətirib çıxardı. 1905-ci il Benqal bölgüsü və ayrı-ayrı müsəlman dövlətinin yaradılması istiqamətində baş verən hadisələrin kontekstində 1906-cı ildə Dəkkədə Bütün Hindistan Müsəlman Təhsil Konfransı tərəfindən Bütün Hindistan Müsəlman Liqasının əsası qoyuldu.
Birinci dünya müharibəsindən sonrakı dövrdə İngilislər tərəfindən Monteqyu-Çelmsford islahatları keçirildi, ancaq bu da repressiv Rovlatt Aktının qəbulu və Hindistan fəalları tərəfindən idarəetmə üçün sərt çağırışların sübutu idi. Bu dövrün geniş yayılmış narazılığı əməkdaşlıqdan imtina edilməsinə, vətəndaş itaətsizliyinə və bütün ölkə daxilində qeyri-zorakı hərəkatlara təkan verdi. Müstəqil dini zəmində dövlət ideyası 1930-cu ilin dekabrında Müsəlman Liqasının Prezidenti kimi nitq söyləyən Məhəmməd İqbal tərəfindən gətirilib. Üç il sonra, ayrıca dövlət adı kimi "Pakistan" adı Çaudhuri Rəhmət Əli tərəfindən hazırlanmış bəyannamədə irəli sürülüb.
1940-ci illərdə Məhəmməd Əli Cinnahın lideri olduğu Bütün-Hindistan Müsəlman Liqası tərəfindən idarə edilən müsəlman millətçiliyinin yüksəlişi və Hindistanın müstəqillik hərəkatı gücləndi.
1940-ci illər ərzində Britaniya Hindistanında Müsəlman diasporunun maraqlarını təmin etmək üçün siyasi partiyanın olması, Hindistanın müstəqillik hərəkatı və Cənubi Asiyada müsəlman dövləti kimi Pakistanın yaradılmasının arxasında hərəkətverici qüvvənin inkişaf etdirilməsində həlledici rol oynadı. 1940-cı ilin 22-24 martında Bütün Hindistan Müsəlman Liqasının üçgünlük ümumi sessiyası zamanı müsəlmanlar üçün müstəqil dövlətin yaradılmasına çağıran Lahor qətnaməsi kimi tanınan formal siyasi bəyanat təqdim olundu.

14 avqust    Pakistan dövlətinin Müstəqillik Günüdür

1946-cı ildə Britaniyada Leyboristlər Partiyası çoxsaylı qiyamlar və ikinci dünya müharibəsi kimi hadisələrlə zəifləmişdi. Bundan sonra Britaniya başa düşdü ki, artıq o nə həyəcanların artdığı Britaniya Hindistanına nəzarəti davam etdirmək üçün Britaniya Hindistan ordusunun etibarlılığına, nə də öz ölkəsində beynəlxalq səviyyədə dəstəklə səlahiyyətlərini həyəta keçirməyə qadir deyil. Hindistanda getdikcə artan üsyanlar üzərində öz nəzarətini davam etdirmək üçün yerli qüvvələrə etibar azalmışdı və buna görə də hökumət Hindistan yarımqitəsində Britaniya idarəsini bitirmək qərarına gəldi. 1946-cı ildə Hindistan Milli Konqresi dünyəvi partiyası olan vahid dövlət tələb edib. Vahid dövlət ideyası ilə razı olmayan müsəlman əhalisinin əksəriyyəti alternativ kimi ayrıca Pakistan ideyasını vurğulayıb. Hindistan Nazirlər Kabineti Missiyası yerli hökumətlərə mərkəzləşdirilməmiş dövlət təklifi ilə Konqres və Müsəlman Liqası arasında kompromis əldə etməyə çalışmaq üçün göndərilib, ancaq bu tərəflərin hər ikisi tərəfindən rədd edilib və Cənubi Asiyada kütləvi iğtişaşların baş verməsi ilə nəticələnib.
Nəhayət 1947-ci ilin fevralında Baş Nazir Klement Ettli elan etdi ki, Britaniya hökuməti ən geci 1948-ci ilin iyununadək Britaniya Hindistanına tam özünüidarəetmə hüququ verəcək. 3 iyun 1947-ci ildə Britaniya hökuməti Britaniya Hindistanının iki müstəqil dövlətə bölünməsi prinsipinin qəbul edildiyini elan etdi. Bu prinsiplərə əsasən, hökumətlərin davamçısına hakimiyyət statusu veriləcək və şərtşiz olaraq Britaniya Birliyindən çıxmaq hüququ olacaq. Vitse kral Luis Mountbetten səlahiyyətlərin ötürülməsi tarixi kimi ikinci dünya müharibəsində Yaponiyanın təslim olmasının ikinci il dönümünü seçdi. O, Pakistana hakimiyyətin verilməsi mərasiminin tarixi kimi 14 avqustu seçdi, çünki o, həm Hindistan, həm də Pakistanda tədbirlərində iştirak etmək istəyirdi.
Britaniya Hindistanın iki yeni müstəqil dominiona bölünməsini bildirən 1947-ci ilin Hindistan Müstəqillik Aktı Birləşmiş Krallığın parlamenti tərəfindən qəbul edilib: Hindistan dominionu (sonralar Hindistan Respublikası adlandırıldı) və Pakistan dominionu (sonralar Pakistan İslam Respublikası adlandırıldı). Aktda general-qubernator ofisinin yaradılması, müvafiq təsis yığıncaqlarında ona tam qanunvericilik səlahiyyətinin verilməsi və yeni yaranmış iki ölkə arasında birgə mülkiyyətin bölünməsi, iki xalq arasında Benqaliya və Pəncab əyalətlərinin bölgüsü üçün mexanizm nəzərdə tutulub.
14 avqust 1947-ci ildə yeni Pakistan dominionu müstəqil oldu və Məhəmməd Əli Cinnah Kəraçidə ilk general-qubernator kimi and içdi.
Hakimiyyətin təhvil verilməsi avqustun 14-dən 15-nə keçən gecə olmuşdur. 1947-ci ilin Hindistan Müstəqillik Aktı Pakistan və Hindistanın müstəqillik gününü 15 avqust olaraq tanıdı. Aktda deyilir:
"Avqustun on beşi 1947-ci ildə müvafiq olaraq Hindistan və Pakistan kimi adlandırılan Hindistanda iki müstəqil dominion yaradılacaq.” "
Cinnah xalqa ilk dəfə xəbər verən zaman aşağıdakıları bəyan edib:
"15 avqust müstəqil və suverən dövlət olan Pakistanın müstəqillik günüdür. Bu öz vətəni uğrunda son bir neçə ildə böyük qurbanlar verən müsəlman xalqının müqəddəratının həll edilməsini göstərir.”

Ölkənin ilk xatirə poçt markaları 1948-ci ilin iyulunda buraxıldı və müstəqillik günü kimi 15 avqust 1947-ci il göstərildi, lakin sonrakı illərdə 14 avqust Müstəqillik Günü kimi qəbul edilib. 1947-ci ilin 14-15 avqust gecəsi İslam təqviminə görə müsəlmanların müqəddəs gecə kimi qiymətləndirdikləri 1366-cı ilin Ramazan ayının 27-nə təsadüf edir.
Müstəqillik Günü Pakistanın əsas altı dövlət bayramından biridir və bütün ölkə miqyasında qeyd edilir. Müstəqillik günü bayram tədbirləri, görüşlər üçün planların hazırlanması və tamamlanması, yerli hökumət tərəfindən hökumət rəsmiləri, diplomatlar və siyasətçilərin iştirakı ilə əyalət paytaxtlarında keçirilir. Avqust ayı başlayan kimi, milli bayraqlar, bayraq ağacı, elanlar və plakatlar, milli qəhrəmanların şəkilləri və digər bayram əşyaların satışı üzrə bütün ölkə ərazisində xüsusi köşklər və mağazalar yaradılır. Nəqliyyat vasitələri, özəl binalar, evlər, küçələr milli bayraq və bayraq ağacları ilə bəzədilir. Müxtəlif təşkilatlar, təhsil müəssisələri və dövlət idarələri müstəqillik gününə yaxınlaşan günlərdə seminarlar, idman yarışları, sosial və mədəni tədbirlər təşkil edir. Kəraçidə bayram üçün kampaniyalar Mazar-e-Kaydda hazırlıq və təmizləmə işlərinə başlayırlar. 

14 avqust    Pakistan dövlətinin Müstəqillik Günüdür

 

14 avqust    Pakistan dövlətinin Müstəqillik Günüdür

Gün məscid və dini yerlərdə ölkə üçün Pakistanın bütövlüyü, həmrəylik və inkişafı naminə xeyir-dua ilə başlayır. Rəsmi bayram tədbirləri İslamabadda təşkil olunur və paytaxtda 31 yaylım atəşindən , əyalət paytaxtlarında isə 21 yaylım atəşindən sonra Parlament evində və Prezident iqamətgahında dövlət bayrağının qaldırılmasından başlayır. Pakistanın prezidenti və Baş Naziri canlı televiziya verilişlərində çıxış edir. Hökumət rəsmiləri və digər siyasi liderlər Pakistanın nailiyyətlərini vurğulayaraq, müxtəlif aksiyalar və tədbirlər zamanı nitqləri ilə çıxış edir, gələcək üçün məqsədləri müəyyənləşdirir və milli qəhrəmanların mübarizəsini və səylərini yüksək qiymətləndirirlər. Milli bayraqlar Kəraçidə Cinnah məqbərəsinə aparan Şara-e-Feysal, Şara-e-Quaiden və Mazar-e-Kayd yolu boyu nümayiş etdirilir. Lahorda 1940-cı ildə Pakistan qətnaməsinin qəbul edildiyi yerdə yerləşən Minar-e-Pakistan Pakistanın yaradılmasında onun əhəmiyyətini göstərmək üçün müstəqillik günü ərəfəsində tam işıqlandırılır.
Müstəqillik günü paradlar və digər tədbirlərdə iştirak edən vətəndaşlar adətən, Pakistanın rəsmi rəngləri olan yaşıl və ağ rənglərdə paltarlar geyinirlər. Parlament evi, Ali məhkəmə və Prezident evi , o cümlədən müxtəlif hökumət binaları parlaq rənglərlə işıqlandırılır və bəzədilir. Küçə və evlər şamlar, neft lampaları və vımpellərlə bəzədilir və bayramın bir hissəsi kimi atəşfəşanlıq təşkil olunur. Bayrağın qaldırılması ilə yanaşı, müstəqillik günündə müxtəlif dövlət yerləri, məktəblər, yaşayış evləri və qəbirüstü abidələrdə Milli Himn ifa olunur. Pakistan Ordusunun şəhidlərinə və Pakistanın ən yüksək hərbi mükafatı olan Nişan-e-Hayder mükafatı ilə təltif olunmuşlara, siyasi xadimlərə, tanınmış incəsənət xadimlərinə və alimlərə, 1947-ci ildə Pakistanın müstəqilliyi dövründə miqrasiya və kütləvi iğtişaşlarda həlak olmuş insanlara ehtiram göstərilir.
Milli qəbirüstü abidələrdə qvardiyanın növbələrinin dəyişdirilməsi həyata keçirilir. Ölkə şəhərlərində bayraq qaldırma mərasimi müvafiq seçki dairəsinə üzv olan nazim (bələdiyyə rəisi) tərəfindən həyata keçirilir. Müxtəlif özəl təşkilatlarda mərasimi təşkilatın yüksək rütbəli zabiti tərəfindən aparılır. Pakistan diasporu da dünyanın hər yerində müxtəlif ölkələrdə, xüsusilə də böyük Pakistan icmaların olduğu ölkələrdə müstəqillik gününü qeyd edir.
Bu təntənəli bayram günündə ölkədə, xüsusilə əsas şəhərlərdə və problemli ərazilərdə təhlükəsizlik tədbirləri gücləndirilir. Kəşfiyyat və istintaq orqanlarının müxtəlif nümayəndələrinin görüşündən sonra ciddi təhlükəsizlik tədbirləri görülür. Ölkənin paytaxtı kimi həssas ərazilərdə təhlükəsizliyi pozmağa yönəlmiş təhdidləri məhdudlaşdırmaq üçün yüksək xəbərdarlıq elan olunur.
13 avqust 2010-cu ildə ölkə 1600 nəfərin ölümünə və 14 milyon insanın zərər çəkməsinə səbəb olan daşqınlar səbəbindən ölkə prezidenti həmin il müstəqillik günü ilə bağlı tədbirlərin olmayacağını elan etdi.
Avqustun əvvəlindən, radio kanallarında vətənpərvərlik mahnısı olan milli "naghmay” ifa olunur və müxtəlif televiziya proqramlarında Pakistanın nailiyyətlərini, mədəniyyətini, tarixini işıqlandıran verilişlər yayımlanır. "Dil Dil Pakistan” və "Jazba-e-Junoon” kimi ölməz vətənpərvərlik mahnıları bütün ölkədə ifa edilir. 1998-ci ildə buraxılan Cinnah filmində Pakistanın müstəqilliyinə aparan hadisələr və Cinnahın həyat yolu ətraflı işıqlandırılır. Pakistanın müstəqilliyi dövründə baş verən hadisələr bir çox ədəbi və elmi əsərlərdə təsvir edilmişdir. Xuşvant Sinqhin Pakistana "Qatar” romanı, Səadət Həsən Mantonun "Toba Tek Sinq” hekayəsi, Larri Kollinz və Dominik Lapyerin "Gecəyarısı azadlıq” və Faiz Əhməd Faizin şeirləri və s. əsərlər Pakistanın müstəqilliyi ilə əlaqədar hadisələrin xronikasını canlandırır.
 

14 avqust    Pakistan dövlətinin Müstəqillik Günüdür

Mənbə:https://az.wikipedia.org/wiki/M%C3%BCst%C9%99qillik_g%C3%BCn%C3%BC_(Pakistan)

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz