» » Tarixdə bu gün - 20 sentyabr

Tarixdə bu gün - 20 sentyabr

Müəllif: Vüsal от 20-09-2017, 06:22

 

20 sentyabr

İlin sonuna 102 gün qalır.


Mühüm hadisələr:


1991- Xankəndi şəhərində Şuşa-Ağdam yolunu birləşdirən Xəlifəliçay üzərindəki körpü partladılmışdır. Cinayəti törətmiş Artur Amramyan həbs olunmuş və 15 il müddətində azadlıqdan məhrum olmuşdur.

1993 –Azərbaycan Parlamenti MDB-yə üzv olmaq bərədə qərar qəbul etmişdir.

1994 –Bakıda ümummilli liderimiz Heydər Əliyevin başçılığı və təşəbbüskarlığı ilə "Əsrin Müqaviləsi" adlı neft sazişi imzalanmışdır. Böyük Britaniyanın "BP", ABŞ-ın "AMOCO", "Penzol", Rusiyanın "Lukoyl" və "TPAO" şirkətləri bir konsorsiumda birləşmişlər.

 

2004 –Naxçıvanda "Azərbaycanlıların soyqırımı mərkəzi" yaradılmışdır.


Doğum günləri:


 1907 - Azərbaycanın Əməkdar Elm Xadimi, akademik Əşrəf İsgəndər oğlu Hüseynov anadan olmuşdur.

Tarixdə bu gün  - 20 sentyabrƏşrəf Hüseynov 1939-1965-ci illərdən Azərbaycan Dövlət Universitetinin (indiki BDU) "Funksiyalar nəzəriyyəsi və cəbr", sonra isə "Funksiyalar nəzəriyyəsi funksional analiz" kafedrasının professoru, müdiri vəzifələrində çalışmış və riyazi analiz, diferensial tənliklər, inteqral tənliklər, riyazi fizika tənlikləri, həqiqi dəyişənli funksiyalar nəzəriyyəsi və qeyri-xətti funksional analizin müxtəlif məsələlərinə dair xüsusi kurslar-mühazirələr oxumuşdur. Azərbaycan dilində "İnteqral tənliklər" və "Çoxluqlar nəzəriyyəsi" dərsliklərinin müəllifidir.Ə.İ.Hüseynov Azərbaycanda sinqulyar inteqral operatorlar və tənliklər nəzəriyyəsinin yara­dı­­cısı olmuşdur. Açıq kontur üzrə Koşi nüvəli sinquliyar inteqral operatorlara nəzərən invariant

Banax fəzalarının qurulması onun adı ilə bağlıdır.

Akademik Ə.Hüseynov indiki MDB ölkələrinin ali təhsil ocaqlarında, Albaniyanın Tirana Universitetində ümumi və xüsusi kurslar oxumuşdur.
Azərbaycan dilində "İnteqral tənliklər" və "Çoxluqlar nəzəriyyəsi" dərsliklərinin müəllifidir.

26 avqust 1981-ci ildə vəfat etmişdir.

 

1918 -Sənətşünas alim, Əməkdar incəsənət xadimi Mürsəl Nəcəfqulu oğlu Nəcəfov Bakı şəhərində anadan olmuşdur.

Tarixdə bu gün  - 20 sentyabrOrta məktəbi bitirdikdən sonra Rəssamlıq Texnikumunda, daha sonra İ.Repin adına Leninqrad (indiki Sankt-Peterburq) Rəssamlıq İnstitutunun nəzəriyyə və incəsənət fakültəsində oxumuşdur. 1936-cı ildən əmək fəaliyyətinə başlamış, Azərbaycan SSR Nazirlər Sovetində Təsviri sənət bölməsinə rəhbərlik etmişdir. İki ildən sonra Rəssamlıq Texnikumunun direktoru təyin olunmuş və Azərbaycan Rəssamlar İttifaqının məsul katibi seçilmişdi. O, sərgilərdən aldığı təəssüratlarını dövri mətbuatda obyektiv şəkildə dərc etdirirdi. İkinci Dünya müharibəsi zamanı könüllü olaraq cəbhəyə getmiş, Yuqoslaviyaya qədər döyüş yolu keçmişdir. "Qırmızı ulduz" ordeni və müxtəlif medallara layiq görülmüşdür. 1946-cı ildə Azərbaycan Rəssamlar İttifaqının sədri seçilmiş, eyni zamanda Bakı Rəssamlıq Texnikumunun direktoru vəzifəsinə təyin olunmuşdur.

Mürsəl Nəcəfov istedadlı sənətşünas, təsviri sənəti varlığı qədər sevən ziyalı idi. 1954-cü ildən onun resenziyaları, məqalələri, kitabları Bakıda, Moskvada və digər şəhərlərdə dərc edilmişdir. O, televiziya və radio üçün yüzlərlə ssenari yazmış, təsviri sənətə həsr olunan verilişlərin çoxunun aparıcısı, ön söz deyəni olmuşdu. 1970-ci ildən onun diqqəti, qayğısı, təşəbbüsü ilə ekrana çıxan "Palitra" verilişi dövrün ən baxımlı və yaddaqalan verilişlərindən biri olmuşdu. O, "Azərbaycan Ensiklopediyası" üçün 67 məqalə yazmışdı. Gərgin əməyi, uğurlu yaradıcılıq axtarışları da vaxtaşırı qiymətləndirilirdi. Əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüş, bir çox mükafat almışdı. Yaradıcılıq, elmi uğurlarına baxmayaraq onu sadə, qayğıkeş insan kimi tanıyırdılar.

1997-ci ildə vəfat etmişdir.


 

1921 — AEA-nın həqiqi üzvü , Respublikanın Əməkdar elm və texnika xadimi, Şamaxı Astrofizika Rəsədxanasının fəxri direktoru olmuş Hacıbəy Tarixdə bu gün  - 20 sentyabrFərəculla oğlu Sultanov Bakının Şağan kəndində anadan olmuşdur. 1942-ci ildə ADU-nun Fizika-riyaziyyat fakültəsini astronomiya, göy mexanikası ixtisası üzrə bitirmişdir. 1951-ci ildə fəlsəfə doktorluğu, 1967-ci ildə elmlər doktorluğu dissertasiyasını müdafiə etmiş, 1972-ci ildə AEA-nın həqiqi üzvü seçilmişdir.
H.Sultanovun elmi fəaliyyəti astrofizika sahəsində müşahidələrin təşkili və təhlili ilə əlaqədardır. Mars və Yupiter planetlərinin orbitləri arasında yerləşən asteroidlərin mənşəyi ilə bağlı riyazi nəzəriyyənin müəlliflərindəndir. Aste- roidlər həlqəsinin Mars və Yupiterin arasında hərəkət edən bir neçə nisbətən böyük ilkin cisimlərin ardıcıl parçalanması nəticəsində əmələ gəldiyini əsaslan­dırmışdır.
Şamaxı Astrofizika Rəsədxanasının təşkili, yaşayış və inzibati binaların, qur­ğuların tikintisinin başlanması, teleskop və başqa astronomik cihazların sifa­rişi, istifadəyə verilməsinə, eləcə də kadrların hazırlanmasına mühüm töhfə vermişdir. Teleskopların (xüsusən 2-metrlik reflektorun) alınıb quraşdırılması, elmi və yaşayış binalarının tikilib istifadəyə verilməsi, hazırlanmış elmi-texniki kadrların artıq rəsədxanada müstəqil fəaliyyətə başlamaları məhz onun rəh­bərliyi altında yerinə yetirilmişdir.
Respublikanın Əməkdar elm və texnika xadimi fəxri adına layiq görül­müşdür.

 

Akademik Hacıbəy Sultanov 2008-ci ildə Bakıda vəfat etmişdir.
 
1932 — Kimya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü , "Şöhrət" ordeni laureatı, Əməkdar elm xadimi Tarixdə bu gün  - 20 sentyabrRəfiqə Əlirza qızı Əliyeva
Naxçıvan şəhərində anadan olmuşdur.
1956-cı ildə Аzərbaycan Dövlət Universitetinin (hazırlıq BDU) kimya fakültəsini bitirmiş, 1970-ci ildə "Germaniumun bəzi üzvi reaktivlərlə əmələ gətirdiyi birləşmələrin spektrofotometrik tədqiqi və onun fotometrik metodla təyini” mövzusunda namizədlik dissertasiyasını,1999-cu ildə "d-,f-elementləri və germaniumun tərkibinə N-,S-,O- olan liqandlarla müxtəlifliqandlı kompleksləri və onların analitik tətbiqi” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
Əliyeva Rəfiqə Bakı Dövlət Universiteti " Analitik kimya” kafedrasının professorudur, 2001-ci ildən təşkil edilmiş "Ekoloji kimya və ətraf mühitin mühafizəsi”elmi-tətqiqat laboratoriyasını rəhbərlik edir. Bakı Dövlət Universitetinin nəzdindəki 02.00.02, 02.00.03,02.00.04 ixtisasları üzrə Dissertasiya Müdafiə Şurasının sədr müavini, BDU-nun və Kimya fakültəsinin Elmi Şurasının üzvü idi.
Rəfiqə Əliyeva 6 may 2017-ci ildə 85 yaşında vəfat etmiş və Fəxri Xiyabanda torpağa tapşırılmışdır.

Tarixdə bu gün  - 20 sentyabr1955 - Azərbaycanın Milli Qəhrəmanı Vahid Həbibulla oğlu Quliyev Cəbrayıl rayonunun Qumlaq kəndində dünayaya göz açmışdır. Uşaqlıq illəri Niyazqullar kəndində keçmişdir. O, 1972-ci ildə Zəngilan rayonunda Hacallıkənd orta məktəbini bitirmişdir. Bir müddət Niyazqullar kəndində təsərrüfat işlərində çalışmışdır. 1974-cü ildə ordu sıralarına çağırılmışdır. O, hərbi xidmətini Özbəkistan Respublikasında və Rusiyanın Obninsk şəhərində keçmişdir. 1976-cı ildə hərbi xidmətini başa vurub, Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə daxil olmuşdur. 1981-ci ildə Universiteti bitirərək, təyinatla Laçın rayonunun Fərəcan kəndinə göndərilmişdir.

O, 1992-ci ilin avqust ayında Yasamal rayon Hərbi Komissarlığına gələrək, cəbhəyə göndərilməsini xahiş edir. Arzusunu nəzərə alıb, onu bir zabit kimi döyüş xəttinə yola salırlar. Vahid Quliyev sentyabrın 7-də Ağdam istiqamətindən döyüşə girir. O, bu döyüşdə düşmənin bir tankını vurur. Beləliklə erməni yaraqlılarının hücumunun qarşısı alınır. Vahidin yoldaşları arasında hörməti getdikcə artırdı. Onu oktyabrın 14-də Qubadlıya göndərirlər. Burada da o, rəşadətlə vuruşur. Düşmənin bir neçə döyüş texnikasını və xeyli canlı qüvvəsini sıradan çıxarır. 28 fevral 1994-cü il… O, yenidən Ağdam döyüş bölgəsinə dönür. V.Quliyev xidmətə başlayan gündən atəşkəs elan olunana qədər düşmənin on zirehli texnikasını sıradan çıxarmışdı. Bunun səkkizi tank, ikisi isə PDM-dır (piyada döyüş maşını) idi

Ailəlidir. İki övlad atasıdır.

Azərbaycan Respublikası Prezidentinin 9 noyabr 1994-cü il tarixli fərmanı ilə göstərdiyi şücaətlərə görə Vahid Həbibulla oğlu Quliyevə Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir

Polkovnik-leytenant Vahid Quliyev hazırda Azərbaycan Silahlı Qüvvələrinin Təlim-Tədris Mərkəzində müəllim işləyir.


Tarixdə bu gün  - 20 sentyabr1966 -Azərbaycanın Milli Qəhərmanı Arif Vəliş Oğlu Qubadov Cəlilabad rayonu Əliqasımlı kəndində anadan olmuşdur.

1983-cü ildə Əliqasımlı kənd orta məktəbini bitirmişdir.

1984-cü ildə hərbi xidmətə çağırılmışdır. Ermənistan Respublikasının torpalaqlarımıza hücum etməsi və işğalçılıq siyasəti onu da bir azərbaycanlı kimi narahat etmişdir.

1992-ci ildən Milli Ordu sıralarında Arif Qubadovun şərəfli döyüş yolu başlamışdır. Arif ata-baba yurdlarımızdan biri olan Naxçıvanın Sədərək bölgəsində döyüşə atılmışdır. Onun komandirlik etdiyi tağım erməniləri geri oturtmuş və onlarla erməni quldurunu məhv etməklə yanaşı, düşmənin çoxlu sayda zirehli texnikalasını da sıradan çıxarmışdır. 1993-cü ildə Arif Ağdam cəbhəsinə göndərilmişdir. Əfətli, Yusifcanlı kəndləri ermənilərdən onun rəhbərliyi ilə təmizlənmişdir. 1993-cü ilin avqustundan cəsur döyüşçünün sorağı Füzuli cəbhəsindən gəlmişdir. Əhmədbəyli, Aşağı Kürmahmudlu və Yuxarı Kürmahmudlu, Alıxanlı kəndləri şəxsən Arifin komandirliyi ilə ermənilərdən azad edilmişdir. O, 1994-cü ildə Tərtər və Ağdərə rayonlarında da rəşadətlə döyüşmüşdür.

Arif Qubadov 1996-cı ildə Bakı Birləşmiş Komandirlər Məktəbini, 2003-cü ildə isə Azərbaycan Respublikası MTN Akademiyasının sərhəd qoşunları bölməsini bitirmişdir.

Ailəli idi, dörd övladı var.

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il 307 saylı fərmanı ilə Qubadov Arif Vəliş oğlu Azərbaycan Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.

Azərbaycanın Milli Qəhrəmanı, ehtiyatda olan polkovnik-leytenant Arif Qubadov 26 sentyabr 2009-cu ildə 43 yaşında Türkiyədə müalicə olunduğu Gülhanə Hərbi Tibb Akademiyasında vəfat etmişdir.


Vəfat etmişdir:

Tarixdə bu gün  - 20 sentyabr1937 - Zaqafqaziya Seyminin və sonradan Azərbaycan Milli Şurasının üzvü Aslan bəy Ağalar bəy oğlu Səfikürdski vəfat etmişdir.

Aslan bəy Ağalar bəy oğlu 30 sentyabr 1881-ci ildə Gəncə şəhərində anadan olmuşdu. İbtiai təhsil alandan sonra klassik gimnaziyada oxumuşdu. 1901-ci ildə gimnaziyanı bitirib Xarkov Universtitetinin huquq fakultəsinə qəbul olmuşdu. Lakin öz xahişi ilə 1902-ci ildə Peterburq Universtitetinə keçmiş və 1907 cu ildə univestiteti tamamlamışdı.

AXC-nin dönəmində Parlamentinə deputat seçilmişdi. Aslan bəy Ağalar bəy oğlu Səfikürdski AXC-nin 3 və 4-cü hökumətində təmsil edilmişdi.

O, rabitə sahəsində kadrların hazırlanmasına xüsusi diqqət verirdi. O, ədliyyə sisteminin işinin təkmilləşdirilməsi sahəsində vacib tədbirlər həyata keçirmişdir. Parlamentdə sosialist blokunu təmsil edirdi. 1920 ci il aprelin 27 də bolşeviklərlə danışıqda təslimçi mövqe tutmuşdur. Aprel işğalından sonra Azərbaycan SSR xalq ədliyyə komissarının müavini kimi məsul işdə işləmişdir.


Tarixdə bu gün  - 20 sentyabr1993- Azərbaycanın görkəmli kino rejissoru, ssenarist, aktyor və pedaqoq, Xalq artisti , Azərbaycanın və Türkmənistanın Əməkdar incəsənət xadimi, SSRİ Xalq artisti , Qırmızı Əmək Bayrağı, Xalqlar Dostluğu və "Şərəf nişanı" ordenli Əjdər Mütəllim oğlu İbrahimov vəfat etmişdir.

Əjdər İbrahimov 29 aprel 1919-cu ildə Aşqabad şəhərində anadan olmuşdur.

1940-cı ildə Aşqabad Teatr Məktəbini, 1952-ci ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsində təhsil alaraq Sergey Yutkeviç və Mixail Rommun sinfini bitirib. İkinci Dünya Müharibəsinin iştirakçısı olub. 1952-ci ildə Aşqabad kinostudiyasında fəaliyyətə başlayıb. 1954-1959-ci illərdə Bakı kinostudiyasında işləyib. 1959-1962-ci illərdə Vyetnamda ilk milli kino məktəbinin yaradılması, milli aktyor və rejissor kadrlarının hazırlanmasında fəal iştirak edib. 1962-ci ildən "Mosfilm" kinostudiyasında işləyib. Azərbaycanın Xalq atisti fəxri adına və Dövlət Mükafatına layiq görülüb.

1993-cü ildə Moskvada vəfat etmiş, Bakıda Fəxri Xiyabanda dəfn edilmişdir.


 Bayram və əlamətdar  günlər:


Azərbaycan Respublikasının Prezidenti H.Əliyevin fərmanı ilə hər il sentyabrın 20-si Neftçilər Günü kimi qeyd olunur.Qeyd edilən tarix

Azərbaycanda 1999-cu və 2004-cü ildə, yəni "Əsrin müqaviləsi"nin imzalanmasının beşinci və onuncu ildönümü rəsmi səviyyədə bayram kimi qeyd edilib. "Neftçilər günü"ndə adətən sənayenin bu sahəsində əldə edilən uğurlar və qarşıda duran əsas məsələlər müzakirə edilir. Həmin gün bu sahədə xüsusi xidmətlər və fədakarlıq göstərən fəhlə və mütəxəssislərə dövlət başçısının fərman və sərəncamları ilə fəxri adlar, orden və medallar verilir.

20 sentyabr 1995-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyevin təşəbbüsü ilə Bakıda, "Respublika" sarayında "Əsrin müqaviləsi"nin imzalanmasının birinci ildönümü münasibəti ilə neft-qaz sənayesi kollektivlərinin nümayəndələri ilə görüş keçirilib.
Bu görüşdən sonra hər il 20 sentyabrda Azərbaycan Prezidenti Heydər Əliyevin neft-qaz sənayesi kollektivləri ilə görüşləri mütəmadi xarakter alıb.

Tarixdə bu gün  - 20 sentyabr

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz