» » 3 avqust Sovet İttifaqı Qəhrəman Qəzənfər Əkbərovun Xatirə günüdür

3 avqust Sovet İttifaqı Qəhrəman Qəzənfər Əkbərovun Xatirə günüdür

Müəllif: Anaveusaq.az от 3-08-2017, 00:15
3 avqust Sovet İttifaqı  Qəhrəman Qəzənfər Əkbərovun Xatirə günüdür

Çox eşitmişk və eşidirik yenə : Böyük Vətən müharibəsi bizim xalqın zəfər yürüşü deyil. 1941-1945-ci illərdə vuruşanlar Azərbaycan xalqı uğrunda deyil, Sovetlər ölkəsi , ən çox da Rusiya naminə vuruşublar. Hər bir tarixi hadisəyə baş verdiyi zamanın, ictimai-siyası şəraitin reallıqlarından qiymət vermək lazımdır. Bizim üçün Böyük Vətən Müharibəsində rəşadətlə döyüşən, faşizmə qarşı mübarizədə canından-başından keçən hər bir Azərbaycan əsgəri böyük hərflə yazılan QƏHRƏMANdır.
Onlardan biri də bu gün Xatirə gününü andığımız Sovet İttifaqı Qəhrəman Qəzənfər Əkbərovdur.
Qəzənfər Əkbərov 1917-ci ildə Naxçıvanın Cəhri kəndində anadan olmuşdur. Qəzənfər Əkbərov  1940-cı ildə Naxçıvan Müəllimlər İnstitutunu bitirmiş və 1941-ci ildə Qoşadizə kənd məktəbinin müdiri işləmişdir. Faşist Almaniyası SSRİ-yə hücum etdikdən sonra Sovet Ordusuna səfərbər edilmiş, Tbilisi topçuluq məktəbində təhsil almışdır. Təhsilini başa vurduqdan sonra 1942-ci ildə Şimali Qafqaza göndərilmişdir. Döyüş yoluna Qafqaz dağlarının ətəklərindən başlayan Q. Q. Əkbərov topçu komandir kimi Ukraynanın, Belarusun alman faşistlərindən təmizlənməsində fəal iştirak etmişdir.
1944-cü il avqustun 3-də Belarusun Volojin şəhəri ətrafında gedən döyüşlərdə misilsiz qəhrəmanlıq göstərmişdir. Onun başçılığı altında üç nəfər topçu almanların beş ağır tankına qarşı qeyri-bərabər döyüşə girmişdilər. Bir neçə saat davam etmiş döyüşdə düşmənin 4 tankı, 60-dan artıq əsgər və zabiti məhv edilmişdi. Bu döyüşdə Q. Q. Əkbərov qəhrəmanlıqla həlak olsa da, düşmənin hücumunu dayandırmağa və beləliklə də öz döyüş yoldaşlarının mühasirəyə düşməsinin qarşısını almağa nail olmuşdu. Bu qəhrəmanlığına görə Q. Q. Əkbərov ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü.
Naxçıvan Muxtar Respublikasında Q.Q.Əkbərovun xatirəsi əbədiləşdirilmişdir. Ona Cəhri kəndində abidə qoyulmuşdur. Adına küçə, kolxoz, sovxoz və məktəb vardır.
Hər il Qələbə bayramında,  qəhrəmanın doğum və Xatirə günlərində, həmçinin  tariximizlə, ordumuzla bağlı  keçirilən  görüşlərdə   bütün  qəhrəmanlarımız, o cümlədən Qəzənfər Əkbərov  ehtiramla yad edilir,  xoşbəxt günlərimiz üçün  onların hər biri bizimlə birgə Azərbaycanın daha uğurlu sabahlarına addımlayırlar.

3 avqust Sovet İttifaqı  Qəhrəman Qəzənfər Əkbərovun Xatirə günüdür

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz