» » Tarixdə bu gün - 2 avqust

Tarixdə bu gün - 2 avqust

Müəllif: Dəyanət от 2-08-2017, 00:15
2 avqust

Mühüm hadisələr:

1942 - Azərbaycan legionu yaradılmışdır.
1898 - Azərbaycanda çəkilmiş kinosüjetlərin ilk kinoseansı həyata keçirilmişdir.

Doğum günləri:

1955 - Azərbaycan Respublikasının Xalq artisti Fəxrəddin Manafov Xankəndidə anadan olub.
Tarixdə bu gün - 2 avqustO, 1975-1980-ci illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb.
1971-1974-cü illərdə A.M.Şərifzadə adına Aktyor evində kinomexanik, 1976-1978-ci illərdə Tədris teatrında aktyor kimi fəaliyyət göstərib. 1989-1993-cü illərdə "Yuğ" Dövlət teatrında aktyor işləyib. 
1978-ci ildən bu günədək Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında aktyor kimi filmlərə çəkilir.
1987-ci ildə Azərbaycan SSR-nin Əməkdar artisti, 2000-ci ildə isə Azərbaycanın Xalq artisti fəxri adlarına layiq görülub.
Manafovun rol aldığı və ən çox sevildiyi film olaraq "Təhminə”nin adını çəkə bilərik.
Rol aldığı digər məşhur filmlərdən isə "Üzeyir ömrü", "Evləri köndələn yar", "Özgə ömür", "Ölsəm, bağışla", "Qəm pəncərəsi", "Doğma sahillər", "Lətifə", "Ömrün yolları", "Qəm pəncərəsi", "Mahmud və Məryəm", "Əli və Nino"” və başqalarının adlarını qeyd edə bilərik.

Vəfat etmişdir:


1969—Azərbaycanın Xalq artisti,  Azərbaycan səhnəsində çıxış edən ilk qadın müğənnilərindən biri - Həqiqət Əli qızı Rzayeva 62 yaşında vəfat etmişdir.

Tarixdə bu gün - 2 avqust Həqiqət Rzayeva   20 may 1907-ci ildə Lənkəran Lənkəranın Darquba kəndində anadan olmuşdur. Atası Əli kişi o hələ səkkiz aylıqkən dünyasını dəyişir. Həqiqətin anası ikinci dəfə mövhumatçı, dindar bir kişiyə ərə gedir. 1917-ci ildən Həqiqət Lənkəranda məktəbə getməyə başlayır. Azərbaycan sovetləşəndən sonra isə onun ailəsi Bakıya köçür.

Gənc Həqiqətdə operaya və səhnəyə həvəs Bakıda həvəskar teatr dərnəyinə getməsindən sonra yaranır. Bəstəkar Müslüm Maqomayev səsini yoxlayandan sonra onu Azərbaycan Opera Teatrında işə götürür. Bununla da ailəsinin narazılıqlarına baxmayaraq, Həqiqət xanım opera teatrına ömürlük bağlanmış oldu.

1928-1932-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının muğam şöbəsində oxuyur, Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski və Qurban Pirimovdan dərs alır. 1927-1952-ci illərdə Opera və Balet Teatrının solisti, muğam və xalq mahnılarımızın ifaçısı kimi tanınır. Ərəbzəngi ("Şah İsmayıl" - Müslüm Maqomayev), Leyli, Əsli, Telli ("Leyli və Məcnun", "Əsli və Kərəm", "Arşın Mal Alan" - Üzeyir Hacıbəyov), Şahsənəm ("Aşıq Qərib" - Zülfüqar Hacıbəyov) onun yaratdığı əsas səhnə obrazlarıdır.

Həqiqət Rzayevanın kino fəaliyyətinə gəldikdə isə o, çox az filmdə çəkilmişdir. Lakin bu filmlərə baxdıqda onun nəinki bir opera müğənnisi, həmçinin, çox istedadlı bir kino aktrisası olduğunu da görürük. Xüsusilə "Ögey Ana" filmində Qəmər xala obrazını o qədər təbii oynamışdır ki, bu obrazı ondan başqa heç kəs belə oynaya bilməzdi. Qəmər xala filmdə mənfi obrazdır. O kürəkəni Arifin İsmayıla yeni ana gətirməyini qəti surətdə rədd edir və filmin sonuna kimi Dilarənin yaxşı bir ana olacağına şübhə ilə yanaşır. Hətta onun filmdə işlətdiyi "Mən ölü, sən diri. Bundan İsmayıla ana olmayacaq. Yad qızından ana olmayıb, olmayacaq." sitatı yaddaşlara həkk olunmuşdur.

Bəstəkar Azər Rzayevin və Həsən Rzayevin anasıdır.

1980 — Azərbaycanın görkəmli teatr rejissoru, aktyoru və pedaqoqu, Xalq artisti,  Azərbaycan Milli Dram Teatrının baş rejissoru  olmuş Tofiq Səmədmənsur oğlu Tarixdə bu gün - 2 avqustKazımov 57 yaşında vəfat etmişdir.

Azərbaycanda lirik-psixoloji teatr məktəbinin yaranması, inkişafı və formalaşması Tofiq Kazımovun adı ilə bağlıdır. O, görkəmli teatr xadimi, şair Səməd Mənsurun oğludur. Səməd Mənsur Bakıda mövcud olan bir sıra mədəni-maarif cəmiyyətləri (məsələn, "Nicat", "Səfa") teatr truppalarının rəhbərlərindən idi.

Tofiq Kazımov 14 yanvar 1923-cü il Bakıda doğulub və yeddiillik təhsilini burada alaraq teatr məktəbini bitirib (1939-1942). Böyük Vətən müharibəsində iştirak edib. Döyüşlərdə yaralanaraq 1943-cü ildə qayıdıb və Gənc Tamaşaçılar Teatrında aktyor işləyib. Əyyub Abbasovun "Məlik Məmməd", Abdulla Şaiqin "Ana" dramlarının tamaşalarında Bulud və Əmrah rollarını oynayıb.

Tofiq Kazımov 1951-1952-ci illərdə Moskvada ali rejissorluq təhsili almışdır.

Sağlam yenilik və müasirlik ruhuna malik olan Tofiq Kazımovun Akademik Milli Dram teatrında baş rejissor kimi Şekspirin "Hamlet", İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən", "Unuda bilmirəm", "Məhv olmuş gündəliklər", Cəlil Məmmədquluzadənin "Ölülər", Cəfər Cabbarlının "Aydın", Məmməd Səid Ordubadinin "Qılınc və qələm", Əbdürrəhim bəy Haqverdiyevin "Pəri cadu” və s. əsərləri tamaşaya hazırlayıb.

Tofiq Kazımovun yaradıcılıq üslubunda dönüş kimi qiymətləndirilən «Sən həmişə mənimləsən» ilə Milli Dram Teatrında lirik-psixoloji janrın bünövrəsi qoyulub «Sən həmişə mənimləsən»dən sonra «Yalan» (1965), "Ölülər” (1966), "Sənsiz” (1967), "Hamlet” (1968) kimi dolğun tamaşalar Azərbaycan səhnəsini rövnəqləndirib.

Rejissor işi bütövlükdə realist monumentallığı və fəlsəfi dərinliyə geniş meydan açması ilə səciyyələnən Mehdi Məmmədovun (1918-1985) Milli Dram Teatrında quruluş verdiyi ilk işi 1946-cı ildə Şekspirin "On ikinci gecə" komediyasının tamaşası olub. Müəyyən fasilələrlə bu sənət ocağında Cəfər Cabbarlının "Yaşar" (1947), Lope de Veqanın "Rəqs müəllimi" (1949), Əbdürrəhim bəy Haqverdiyevin "Dağılan tifaq" (1950), Nikolay Qoqolun "Müfəttiş", Karlo Haldoninin "Mehmanxana sahibəsi" (1952), Nəcəf bəy Vəzirovun "Yağışdan çıxdıq, yağmura düşdük" (1955), Mehdi Hüseynin "Alov"(1961) , Lev Tolstoyun "Canlı meyit" (1968), Hüseyn Cavidin "Xəyyam" (1970) və "İblis" (1983), Səməd Vurğunun "İnsan" (1974), Maksim Qorkinin "Meşşanlar" (1975), Cəlil Məmmədquluzadənin "Dəli yığıncağı" (1978) əsərlərinə müxtəlif janrlarda səhnə həyatı verib.

1945-1951-ci illərdə Moskvada Ümumittifaq Teatr Sənəti İnstitutunda rejissor təhsili alıb. Tələbə ikən Ağdam Dövlət Dram Teatrında Həsən Qasımovun "Kür sahilində" pyesini tamaşaya hazırlayıb.

1951-ci ildə Akademik Milli Dram Teatrında diplom tamaşası kimi Hüseyn Muxtarovun "Ailə namusu" ("Allanın ailəsi") pyesinə səhnə quruluşu verib. 1952-ci il aprelin 25-də Gənc Tamaşaçılar Teatrına baş rejissor göndərilib, ancaq burada tamaşa hazırlamayıb. Elə həmin il oktyabrın 1-də Akademik teatra rejissor götürülüb. 1964-cü il martın 16-da bu teatra baş rejissor təyin olunub.

Tofiq Kazımovun quruluş verdiyi tamaşalarda iyirminci əsrin hərəkət və təfəkkür sürəti, qlobal ictimai və siyasi proseslərin ritmi, insanların həyat tərzinin dinamikası, düşüncə tərzinin itiliyi müxtəlif bədii, estetik, fəlsəfi, psixoloji formalarda parlaq təcəssümünü tapırdı. Tofiq Kazımovun tamaşalarının finalı özü bir tamaşa idi. Rejissorun əsər üçün seçib qurduğu bədii, estetik, fəlsəfi konsepsiya finalda zahirən həlim, lirik, sakit, yumşaq, ancaq enerji nüvəsində coşğunluq, əzəmət, hayqırtı olan tərzdə tamaşaçılara çatdırılırdı.

1984 — Məşhur azərbaycanlı dirijor və bəstəkar, SSRİ Xalq artisti, SSRİ Dövlət Mükafatı laureatı, 2-dəfə Stalin mükafatı və 2-dəfə Lenin ordeni laureatı, Tarixdə bu gün - 2 avqustBeynəlxalq Nehru mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı Niyazi Zülfüqar oğlu Tağızadə-Hacıbəyov 71 yaşında vəfat etmişdir.

Niyazi 1912-ci il avqustun 20-də Tiflisdə bəstəkar Zülfüqar Hacıbəyovun ailəsində doğulmuşdur.  

Sonralar Zülfüqar Hacıbəyovun ailəsi Bakıya köçür. Niyazinin uşaqlıq illəri görkəmli sənətkarların əhatəsində keçir.

Niyazi əvvəlcə hərbçi, sonra idmançı olmaq istəyir. Futbol hakimliyinə, təyyarə idmanına maraq göstərir. "Dinamo” cəmiyyətinin ağır atletika yarışlarında iştirak edir. Hətta, 56 kiloqram çəki dərəcəsində Bakı və Azərbaycan çempionu olur. Dirijor kimi məşhurlaşdığı illərdə isə Azərbaycanın Ağır Atletika Federasiyasına rəhbərlik edir. 

Niyazi Tağızadə-Hacıbəyov ilk musiqi təhsilini Bakıda alıb. Moskvada Qnesinlərin Musiqi Məktəbində, Leninqrad (indiki Sankt-Peterburq) Mərkəzi Musiqi Texnikumunda, Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb.

Dağıstan Maarif Komissarlığına göndərilən Niyazi Mahaçqalada gələcək ömür-gün yoldaşı Həcər xanımla tanış olub. Həcər xanımın xatirələrindən aydın olur ki, ailə həyatının ilk illərində güzəranları ağır keçib. Niyazinin yeganə kostyumuna hər mövsümə uyğun boyaq vurublar, ayaqqabısına qat-qat qəzet qoyublar ki, su keçirməsin.  Niyazinin dirijorluqda ilk böyük uğuru 1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənəti günləri ilə bağlıdır. O, burada Üzeyir Hacıbəylinin "Koroğlu” və Müslüm Maqomayevin "Nərgiz” operalarına dirijorluq edir.

Niyazi Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Leninqrad Opera və Balet Teatrında, Azərbaycan Dövlət Filarmoniyasında çalışıb. Filarmoniyada işlədiyi illərdə onun təşəbbüsü ilə "Humayun” xalq çalğı alətləri ansamblı yaradılıb. Xarici ölkələrdə işləmək təklifi alan dirijor Türkiyəni seçib, Ankara Opera və Balet Teatrında, İstanbul Opera Teatrında bir sıra uğurlar qazanıb. Dünyanın bir çox ölkələrinə qastrol səfərlərinə gedib.

 Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru Niyazi Şuşa, Xankəndi, Ağdam, Ağcabədi, Bərdə və Yevlaxda simfonik konsertlərin və festivalların təşkilatçısı olub. O deyərdi: "Xalqın - xüsusən gənc nəslin ümumi mədəniyyətinə, mənəvi aləminə, musiqi zövqünün düzgün istiqamətdə formalaşmasına klassik musiqinin təbliği güclü təsir göstərir. Düzgün qurulmuş musiqi təbliğatı bu aktual problemi həll edə bilər”.

Əlbəttə, Niyazinin yaradıcılığında ona dünya şöhrəti gətirən dirijorluq olub. Lakin o, bəstəkarlıqda da uğur qazanıb.  "Rast” simfonik muğamı, "Xosrov və Şirin” operası və "Çitra” baleti Niyazinin bəstəkarlıq fəaliyyətində xüsusi yer tutur. Məşhur hind yazıçısı Rabindranat Taqorun "Çitranqada” fəlsəfi dramı əsasında yazılmış "Çitra” baletinə görə Hindistanın Cəvahərləl Nehru beynəlxalq mükafatını alıb.

Maestro Niyazi bir sıra dövlət mükafatlarına, SSRİ Xalq artisti fəxri adına layiq görülüb, orden və medallarla təltif edilib.

1995— Tanınmış  şair, tərcüməçi, Qabaqcıl maarif xadimi , Əməkdar İncəsənət xadimi  Hikmət Ziya oğlu Əfəndiyev 61 yaşında vəfat etmişdir.

Tarixdə bu gün - 2 avqustHikmət Ziya 1929-cu il mayın 13-də Azərbaycanın Şəki şəhərində anadan olmuşdur. Ağdam şəhərində 1 saylı orta məktəbi bitirdikdən sonra ADU-nun filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil almışdır (1947-1952). "Azərbaycan pioneri" qəzeti redaksiyasında ədəbi işçi, ədəbiyyat və incəsənət şöbəsinin müdiri (1952-1969), "Göyərçin" jurnalı redaksiyasında poeziya şöbəsinin müdiri (1969-1984), məsul katib vəzifələrində işləmişdir (1984).

Ədəbi yaradıcılığa 1952-ci ildə "Azərbaycan pioneri" qəzetində çap edilən "Qeqola" adlı ilk şeiri ilə başlamışdır. Sonra dövri mətbuatda vaxtaşırı çıxış edir. İlk satirik şeirləri, eyni zamanda "Atamın hədiyyəsi" (1957), "Bahar gözəldir, ya qış?" (1959), "Milçək ürəyi" (1960) kitabları Hikmət Əfəndiyev imzası ilə çap olunmuşdur. "Sınaq", "Ekiz qardaşlar" pyesləri tamaşaya qoyulmuşdur. Librettolarına ("Nənəmin nağılı", "İkilərin sərgüzəştləri", "Solğun çiçəklər") və şeirlərinə musiqi bəstələnmişdir. Əsərləri keçmiş SSRİ xalqlarının dillərinə tərcümə olunmuşdur. O özü də bədii tərcüməyə qayğı ilə yanaşmışdır. Ölkənin ayrı-ayrı şəhərlərində keçirilən uşaq və gənclər kitabı həftələrində, eləcə də təşviqat qatarı ilə səfərlərdə, yubiley təntənələrində iştirak etmişdir. "Mozalan" satirik kino-jurnalı bədii şurasının, Ümumittifaq uşaq və gənclər ədəbiyyatı şurasının, "Azərbaycan pioneri" və "Literaturnıy Azerbaydjan" jurnalı redaksiya heyətinin üzvü olmuşdur.

2007— Azərbaycanın Əməkdar artisti, Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru (2006), "Humay" və "Qızıl Dərviş" mükafatları laureatı — uşaqların Tarixdə bu gün - 2 avqustsevimlisi "Ələkbər əmi" kimi tanınan aktyor Ələkbər Adıgözəl oğlu Hüseynov və ya "Ələkbər əmi” 46 yaşında vəfat etmişdir.

Ələkbər Hüseynov 1961-ci ildə Bakıda anadan olub. Ə. Hüseynov 1978-1982-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyorluğu" fakültəsində təhsil almışdır.

Bir müddət təyinatla Şəki Dövlət Dram Teatrında işlədikdən sonra, o, 1988-ci ildə A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında aktyor vəzifəsində çalışmağa başlayır. Teatrın səhnəsində Əbdürrəhim bəy Haqverdiyevin "Pəri cadu" əsərində Qurban, H.X. Andersenin "Bülbül" nağılında Nağılçı və Çin imperatoru, N. Bədəlovun "Qara rəngin nağılı"nda Aydın, R. Əlizadənin "Tıq-tıq xanım"ında dirijor, Qoca və Müğənni, A. Ostrovskinin "Qar qız"da Lel, R. Əlizadənin "Keçəlin toyu"nda Keçəl rollarını oynamışdır.

Ə. Hüseynovun səhnələşdirdiyi "Səadət quşu" və "Möcüzəli tamaşa" pyeslərini Azərbaycan Dövlət Kukla Teatrının rus bölməsində özü də tamaşaya hazırlamışdır. Aktyor "Keçəlin toyu" tamaşasındakı Keçəl rolu ilə İstanbulda, "Bülbül" tamaşası ilə İranda, Türkmənistanda keçirilən beynəlxalq festivalların laureatı olmuşdur.

2006-cı ildə Ələkbər Hüseynov Dövlət Kukla Teatrının baş rejissoru vəzifəsinə təyin olunmuşdur.

2000-ci ildə Ə. Hüseynov Əməkdar Artist fəxri adına layiq görülmüşdür. Ə.Hüseynov bir sıra digər festivalların da iştirakçısı və mükafatçısıdır. Sənətdə qazandığı nailiyyətlərə görə "Humay" və "Qızıl Dərviş" mükafatları laureatıdır. Beynəlxalq Festivallarda iştirak edib. Polşanın "Təbəssüm Ordeni" mükafatına (2007) layiq görülmüşdür.

Tarixdə bu gün - 2 avqust2009 —Aktyor, Xalq artisti Elxan Ağahüseynoğlu 66 yaşında Bakıda vəfat etmişdir.

Elxan Ağahüseynoğlu   1942-ci ildə Bakıda doğulub. Tələbə ikən 1960-cı ildə Akademik Milli Dram Teatrına işə qəbul edilmişdir. Elxan Ağahüseynoğlu qırx ildən çox Akademik Milli Dram Teatrının aktyorudur. O, bu illər ərzində çox səmərəli fəaliyyət göstərib və ən müxtəlif janrlı tamaqalarda əlvan və rəngarəng, bədii tip kimi çox xarakterli rollar oynayıb.

Aktyor "Axırıncı aşırım", "Ömrün səhifələri", "Dantenin yubileyi", "Qəm pəncərəsi" bədii filmlərinə çəkilib.

Elxan Ağahüseynoğlu aktyorluq sənətində qazandığı nailiyyətlərə görə 1991-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 2002-ci ildə isə Xalq artisti fəxri adları ilə təltif olunub.

Prezident təqaüdçüsü idi.


Bayramlar və xüsusi günlər:

Azərbaycan Milli  Kino  Günü

Azərbaycan kino sənətinin tarixi 1898-ci ildən başlayır.
Lümyer qardaşları ilk filmi nümayiş etdirdikdən sonra 1898-ci ildə fotoqraf Mişon Bakıda "Balaxanıda neft fontanı” və "Bibiheybət neft mədənində yanğın” adlı xronikal süjetləri lentə almaqla milli kinomatoqrafiyamızın əsasını qoydu. Bundan sonra onlarla film çəkildi. Onlar arasında ən yadda qalanı Üzeyir Hacıbəyovun "Arşın mal alan” operettası əsasında çəkilmiş ilk milli kinokomediya oldu.
1920-ci ildən sonra isə Azərbaycanda sovet kinosu erası başladı. Həmin illərdə çəkilən "Ulduz”, "Şərikli cörək”, "Bizim Cəbiş müəllim” və digər filmlərin ideoloji xətti olsa da, onları bizə sevdirən milli ruhun, milli adət-ənənələrin özündə əks etdirmələridir. Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycanda çəkilən filmlərin sayında azalma baş verdi. Ötən əsrin sonunda çəkilən filmlər sırasında ən çox yadda qalanları isə Qarabağ münaqişəsindən bəhs edən "Özgə vaxt”, "Biz qayıdacağıq”, "Fəryad”, "Sarı gəlin”, "Lal çinar”, "Arxada qalmış gələcək” kimi kinolentlər oldu.
2001-ci ildən prezident Heydər Əliyevin sərəncamı ilə avqustun ikisi Azərbaycan Milli Kino Günü kimi rəsmiləşdirilmişdir.
 

Tarixdə bu gün - 2 avqust

 

Tarixdə bu gün - 2 avqust

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
SitatCavab
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
Люди кто желает играть в современные игры на высоких настройках с динамичными теняими
даже на самых слабых ПК или ноутах. Без лагов и фризов (Но нужен более менее нормальный интернет).
Читайте статья по настройке компа здесь.
Видео по установке и настройке смотрите тут.
Скачать саму прогу можно здесь.
Играю уже пол года на ведре 2005 г. Буду рад кому помог разорить буржуев игровой индустрии!!!
  • Нравится
  • 0