» » Tarixdə bu gün - 1 avqust

Tarixdə bu gün - 1 avqust

Müəllif: Vüsal от 1-08-2017, 00:15
1 avqust

Mühüm hadisələr:

1571 – Türklərin Kipri fəth etməsi başa çatmışdır.
1914 – Birinci dünya müharibəsi başlanmışdır.
1975 – Helsinkidə sülh və əməkdaşlıq müqaviləsi imzalanmışdır.

Doğum günləri:


e.ə.356 - Qədim Yunanıstanın Makedoniya çarlığının hökmdarı və Argeadlar sülaləsinin hökmdar nümayəndəsi Makedoniyalı İsgəndər (III İsgəndər, İsgəndər - Zülqərneyn və ya Böyük İsgəndər)  anadan olmuşdur.. Eramızdan əvvəl 356-cı ildə Pellada doğulan İsgəndər atası Makedoniyalı II Filipdən ölümündən sonra 20 yaşında taxta çıxmışdır. O, 30 yaşına qədər qədim dünyanın ən böyük imperiyalarından birini (Yunanıstandan Misirə və Şimal-qərbi Hindistana qədər) yaradana qədər hakimiyyətinin çox hissəsini Asiya və Şimal-şərqi Afrika boyunca hərbi kampaniyalarda keçirib. O, döyüşdə məğlub edilməz idi və tarixdəki ən müvəffəqiyyətli hərbi komandanlardan biri hesab edilir.
E.ə. 323-cü ildə vəfat etmişdir.
Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.


Tarixdə bu gün - 1 avqust 

  1933  — Azərbaycan Respublikasının Xalq artisti Firudin Səttar oğlu  Səfərov  Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Konservatoriyasında zərb Tarixdə bu gün - 1 avqustalətləri üzrə təhsil almış, 1953-cü ildən 1964-cü ilədək dahi dirijor maestro Niyazinin rəhbərlik etdiyi Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrində çalışmışdır. 1968-ci ildə N.A.Rimski-Korsakov adına Leninqrad Dövlət Konservatoriyasının musiqili teatr rejissorluğu fakültəsini bitirmişdir.

1968-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında quruluşçu rejissor kimi fəaliyyətə başlayan istedadlı sənətçi az bir zaman ərzində yüksək yaradıcılıq imkanlarına, dərin səhnə duyumuna malik olduğunu göstərə bilmişdir. O, bir çox opera tamaşalarına quruluş vermiş, teatr aləmində bacarıqlı rejissor kimi nüfuz qazanmışdır. Respublikamızda keçirilən 40-a yaxın dövlət səviyyəli tədbirin hazırlanması Firudin Səfərova həvalə olunmuşdur.

Sovetlər İttifaqı zamanında maraqlı işləri ilə ölkədə tanınan rejissor 1977-ci ildə A.Nəvai adına Daşkənd Akademik Böyük Opera və Balet Teatrına dəvət edilmişdir. F.Səfərov bu günə qədər teatrın baş rejissoru vəzifəsində uğurla çalışır. Bu illər ərzində o, 60-a yaxın opera tamaşalarına, o cümlədən P.İ.Çaykovskinin "Qaratoxmaq qadın", "İolanta", Q.Donisettinin "Sevgi şərbəti", C.Verdinin "Traviata", "Riqoletto", "Trubadur", C.Rossininin "Sevilya bərbəri", S.Prokofyevin "Odlu mələk" və başqa tamaşalara maraqlı səhnə həlli vermişdir.

O, Özbəkistanda keçirilən kütləvi bayramların bədii rəhbəri və quruluşçu rejissoru olmuş, yaradıcı adamlar sırasında Azərbaycanı ləyaqətlə təmsil etmişdir.

Firudin Səfərov hətta ölkədən kənarda çalışdığı vaxtlarda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dahi Üzeyir Hacıbəyovun "Leyli və Məcnun", "Koroğlu", müasir türk bəstəkarı Nevit Kodallının "Van Qoq" və görkəmli Azərbaycan bəstəkarı Vasif Adıgözəlovun "Natəvan" operalarına quruluş vermişdir.

Sənətçinin peşəkar kadrların yetişdirilməsində də xidmətləri böyükdür. O, uzun illərdir ki, Daşkənd Dövlət Konservatoriyasının opera hazırlığı fakültəsində bu istiqamətdə səmərəli iş aparır. Bir çox gənc vokalçılar ilk yaradıcılıq addımlarını məhz ustad rejissorun köməyi ilə atmış, böyük səhnədə öz istedadlarını nümayiş etdirə bilmişdir. Firudin Səfərov 2002-ci ildən Daşkənd Dövlət Konservatoriyasının professorudur.

1981-ci ildə A.Petrovun "Birinci Pyotr" operasının quruluşuna görə Özbəkistanın Dövlət mükafatına layiq görülmüşdür. 

O, 1986-cı ildə Özbəkistan Respublikasının, 1992-ci ildə isə Azərbaycan Respublikasının Xalq artisti fəxri adlarına layiq görülmüşdür.


Tarixdə bu gün - 1 avqust1960 – Kinorejissor, ssenarist, kinoşünas, pedaqoq Ayaz Salayev Bakıda anadan olub. 1977-1982-ci illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinoşünaslıq fakültəsində təhsil alıb.
1983-1985-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasında və "Azərbaycanfilm"də redaktor vəzifəsində çalışıb.
1986-1988-ci illərdə ÜDKİ-nin aspiranturasında oxumaqla bərabər, həmin təhsil ocağında "müasir film" fənnindən dərs deyib.
1995-ci ildə çəkdiyi "Yarasa" filmi Fransa, Almaniya, İspaniya, Yunanıstan, Belçika, İsveçrə, İsveç, Finlandiya, ABŞ, Kanada, Rusiya, Bosniya və Herseqovina, Misir, Türkiyə, Monqolustan və digər ölkələrdə keçirilən təxminən otuz müsabiqədə iştirak edib. Film Fransanın Anje şəhərində keçirilən beynəlxalq Avropa kinosu festivalında Qran-priyə və digər nüfuzlu mükafatlara layiq görülüb.
Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb.
Son 10 ildə müxtəlif ali və orta təhsil ocaqlarında kino tarixindən dərs deyib.
 
Tarixdə bu gün - 1 avqust1965 – "Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi", Olimpiya kateqoriyalı, Beynəlxalq dərəcəli hakim, idman ustası, əmakdar məşqçisi, polis mayoru Hicran Şərifov  Bakının Əmircan qəsəbəsində anadan olub.
1982-ci ildə burdakı 9 illik 97№-li, sonra isə 11 illik 114 №-li orta məktəbi, 1992-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu, 2005-ci ildə isə Polis Akademiyasının hüquqşünaslıq fakültəsini bitirib.
1993-cü ildən daxili işlər orqanlarında işləyir. 1994-cü ildən 2000-ci ilə qədər operativ xidmətdə, 2000-ci ildən DİN-nin Polis Akademiyasında İdman Sağlamlıq Kompleksinin rəisi, eyni zamanda həmin akademiyada Fiziki Hazırlıq kafedrasının müəllimi kimi fəaliyyət göstərir.
26 noyabrın 2015-ci il tarixində Azərbaycan Milli Olimpiya Komitəsində (MOK) tanınmış güləş hakimi, əməkdar idman xadimi Hicran Şərifovun 50 illik yubileyinə həsr olunmuş "Zəhmətlə zəfərə doğru” kitabının təqdimat mərasimi keçirilib.
 
1948 – Əməkdar jurnalist, AzərTac-ın Baş direktorunun müavini Dağbəyi İsmayılov Qubadli rayonunun Çərəli kəndində anadan olub. 1966-cı ildə Qubadlı qəsəbə Tarixdə bu gün - 1 avqustorta məktəbini, 1968-ci ildə Naxçıvan Pedaqoji Məktəbini bitirib. 1968-1970-ci illərdə Çərəli kənd orta məktəbində müəllim işləyib. 1975-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin jurnalistika fakultəsini bitirib.
30 ildən artıqdır ki, mətbuatda çalışır. 1975-ci il avqustun 1-dən 2002-ci il noyabrın 15-dək "Bakı" və "Baku" qəzetləri redaksiyasında müxbir, şöbə müdiri və baş redaktorun müavini vəzifələrində işləyib. 2002-ci ildən Azərbaycan Dövlət İnformasiya Agentliyində (AzərTac) buraxılış redaktoru, 2003-cü ildən AzərTAc-da baş redaktoru, 2005-ci ildən AzərTAc-da Baş direktorun müavini vəzifəsini icra edib.
2008-ci il fevralın 1-dən Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə AzərTAc-ın Baş direktorunun müavini təyin edilib. Yeni Azərbaycan Partiyasının üzvüdür.
1977-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü olan Dağbəyi İsmayılıov 1982-ci ildə həmin təşkilatın "Qızıl qələm" mükafatına layiq görülüb. "Heydər Əliyev və AzərTAc", "AzərTAc-dan AzərTAc-a mürəkkəb və şərəfli yol" kitablarının, eləcə də Azərbaycan mətbuatının problemləri ilə bağlı məqalələrin müəllifi, çoxsaylı kitabların redaktorudur. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 fevral, 2010-cu il 21 iyul tarixli sərəncamlarına əsasən "Tərəqqi" medalı ilə təltif edilib və Azərbaycan Respublikasının Əməkdar Jurnalisti fəxri adına layiq görülüb.


1949 — Azərbaycanın Milli Qəhrəmanı Ələsgər Xanlar oğlu Novruzov Laçın rayonunun Kürdhacı kəndində anadan olmuşdur.

Tarixdə bu gün - 1 avqust1966-cı ildə Kürdhacı kənd orta məktəbini(hal-hazırda Kürdhacı kənd Ə.Novruzov adına orta məktəb) əla qiymətlərlə bitirmişdir. 1968-1970-ci illərdə Ermənistan Sovet Sosialist Respublikasının Leninakan şəhərində hərbi xidmətdə olmuşdur. 1971-ci ildə Şuşa Pedaqoji Texnikumuna daxil olmuş və 1973-cü ildə oranı bitirərək bədən tərbiyəsi müəllimi ixtisasını almışdır. Həmin ildən öz doğma kəndlərindəki məktəbdə ixtisası üzrə əmək fəaliyyətinə başlamışdır. İşlədiyi müddət ərzində müəllim və şagird kollektivinin böyük hörmətini qazanmıdır. Əmək fəaliyyətinə başladığı ilk günlərdən məktəbin futbol və voleybol meydançalarında yenidənqurma işləri aparmış, uşaq və gənclərin idmana marağını artırmışdır. Ələsgər müəllim kənd camaatı arasında da dərin nüfuz sahibi olmuş, yaxşı müəllim olmaqla yanaşı kiçiklərə qayğı, böyüklərə hörmət göstərən nəcib bir insan kimi tanınmışdır. 1979-cu ildə Xocalıya gəlmiş, 1 saylı məktəbdə ixtisası üzrə müəllimlik fəaliyyətini davam etdirmişdir. 1990-cı ildən şəhid olana qədər Xocalı RTŞ-nin təsərrüfat bürosunun müdiri işləmişdir.

Ələsgər Novruzov məsuliyyətli bir işçi olmaqla bərabər Qarabağ döyüşlərində özünü qorxmaz döyüşçü, mahir atıcı, gözəl idmançı, qayğıkeş komandir və dostluqda əvəzedilməz bir insan kimi tanıtmışdır.

Qarabağ müharibəsinin başlandığı ilk günlərdən tam gizli şəkildə yaradılmış Xocalının müdafiə komitəsinin ilk 5 nəfər üzvündən biri olmuşdur. O, 1988-ci ilin fevralından müdafiə üçün gizli silahlı dəstələrin yaradılmasında və onların silahlandırılmasında böyük rol oynamışdır.

1988-ci il sentyabrın 18-də Xankəndidən minlərlə erməni qulduru Xocalıya hücüm edərkən onlara qarşı silahlı müqavimət göstərən 30-40 nəfər igid Xocalı oğlanlarından biri də Ə.Novruzov oldu. Mahir atıcılıq məharətini burada ilk dəfə nümayiş etdirdi, onlarla ermənini məhv etdi və erməni quldurlarının geri oturdulmasında yaxından iştirak etdi.

Həmin günlərdə Xankəndidə azərbaycanlılar döyülüb, təhqir edilir, qovulur, ələ salınırdılar. Bu vaxt Ə.Novruzov öz şəxsi maşını ilə həyatını təhlükəyə ataraq bir neçə dəfə Xankəndiyə girib qızları, qadınları xilas etmişdir.

Getdikcə vəziyyət gərginləşdiyindən yaradılmış gizli silahlı dəstələrdən birinə Ə.Novruzov rəhbərlik etmiş, qeyri-rəsmi komandir kimi tanınırdı.

Xocalının ilk özünümüdafiə dəstələrinin, sonralar isə batalyonun döyüşçülərinə atıcılıq məharətinin, silahlardan istifadə etmək bacarığını öyrədirdi.

Xocalı müdafiə komitəsinin üzvləri ilə birlikdə ermənilərin atəş nöqtələrinin dağıdılması, erməni quldur dəstələrinin məhv edilməsi üçün əməliyyat planlarının hazırlanması və həyata keçirilməsində daima fəal iştirakçı olmuşdur.

1989-cu ilin payızında Daşbulaq kəndində erməni quldurları azərbaycanlılara hücühm edərkən Ə.Novruzov döyüş yoldaşı M.Şükürovla birlikdə ermənilərə arxadan hücüm etmiş, atəşi öz uzərlərində götürərək döyüşə girmişlər. Ermənilər qəfil hücümdan özlərini itirmiş, onlarla itki vermişlər. Ə.Novruzov döyüş yoldaşı ilə sağ-salamat aradan çıxmış, Daşbulaq kəndindən olan 300 nəfərə qədər əhalini sağ-salamat qurtarmışlar.

1990-cı ildə İrəvandan Xankəndinə uçan təyyarələrin qarşısını almaq üçün Ə.Novruzov döyüş yoldaşlarından R.Həsənovla birlikdə uçuş zolağını parıldadıb xeyli müddət təyyarələrin enməsinin qarşısını almışdır.

1991-ci ildə keçirilən əməliyyatların əsas iştirakçılarından biri olmuş Ə.Novruzov dəmir yolunu dağıdılıb Xankəndinə gedən yolun bağlanmasında Xankəndi-Norağuğ yolunda 2 maşın 20-yə qədər erməninin məhv edilməsində yaxından iştirak etmiş, misilsiz qəhrəmanlıq göstərmişdir.

25 fevral 1992-cı il tarixində Ə.Novruzov öz rəhbərlik etdiyi dəstəyə bildirdi ki, döyüş ağır olacaq, ona görə də patrona qənaət etmək lazımdır, havayı güllə atıb mövqeyimizi bildirməmək lazımdır. Təxminən gecə saat 11-ə qalmış başlanan döyüşdə Ə.Novruzovun dəstəsi misilsiz qəhrəmanlıqlar göstərdi. Ə.Novruzov sərrast atıcı olduğundan 20-yə qədər erməni quldurunu məhv etdi. Səhər saat 5-ə qədər öz mövqelərindən çəkilməyən döyüşçülər artıq ermənilərin cinahından çəkilməyə məcbur oldular. Xocalıda olan yeganə beşmərtəbə binaya tərəf döyüşə-döyüşə çəkilərkən Ə.Novruzov ağır güllə yarası almışdır. O son gülləsinə qədər döyüşmüş sonra huşsuz qalmışdır. Ermənilər onu huşsuz halda işgəncələr verərək qətlə yetirmişlər (Bu haqda Respublika Prokurorluğunun istintaq qrupunda izahat və məlumatlar vardır).

Azərbaycan Respublikası prezidentinin 25 fevral 1997-ci il tarixli, 533 saylı fərmanı ilə Novruzov Ələsgər Xanlar oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

Ölümündən sonra "General Məhəmməd Əsədov" mükafatına layiq görülmüşdür.

Ələsgər Novruzovun meyidi 4 nəfər erməni əsiri ilə dəyişdirilib alınmışdır. Laçın rayonunda, doğma kəndi Kürdhacıda dəfn edilib.


1961— Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktor müavini, beynəlxalq münasibətlər, konfliktologiya, gender və dil Tarixdə bu gün - 1 avqustsiyasəti sahələrində mütəxəssis Gülşən Məmmədəli qızı Paşayeva Bakı şəhərində anadan olmuşdur.

1983-cü illdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Fililogiya fakültəsini "Struktur və tətbiqi linqvistika" ixtisası üzrə bitirmişdir.

1983-2001-ci illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsində çalışmışdır. Filologiya elmləri namizədi, dosentdir.

1995-ci ilin avqust-dekabr aylarında ABŞ-ın Merilend Universitetinin Beynəlxalq İnkişaf və Münaqişələrin Həlli Mərkəzinin təşkil etdiyi "Münaqişələrdə tərəfdaşlar – Cənubi Qafqazda sülh körpülərinin yaradılması" proqramında iştirak ermişdir.

1998-ci ilin oktyabrından 1999-cu ilin aprelinədək Fulbrayt proqramı xətti ilə ABŞ-ın Tafs Universitetinin Hüquq və Diplomatiya üzrə Fletçer məktəbində tədqiqatlar aparmışdır.

2000-ci ilin iyun-iyul aylarında Avstriyanın Ştatşlayninq şəhərində yerləşən Sülh və Münaqişələrin həlli üzrə Avstriya tədqiqat mərkəzinin "Vasitəçilik" mövzusu üzrə təşkil etdiyi təlimdə iştirak etmişdir. 2001-ci ilin aprel-may aylarında İsveçin Upsala Universitetinin Sülh və Münaqişələrin Tədqiqatı üzrə Mərkəzin keçirdiyi münaqişələrin həlli ilə bağlı təlimin iştirakçısı olmuşdur.

2001-2006-cı illərdə Birləşmiş Millətlər Təşkilatının Qadınlar üçün İnkişaf fondunun (hazırda "BMT Qadınlar agentliyi") "Qadınlar Cənubi Qafqazda münaqişələrin qarşısının alınması və sülh yaradılması uğrunda" regional layihəsinin Azərbaycan üzrə Milli əlaqələndiricisi vəzifəsində çalışmış, 2007–2009-cu illərdə Birləşmiş Millətlər Təşkilatının İctimai İnformasiya Departamentinin Azərbaycandakı ofisinin məsul işçisi olmuşdur.

2009-2010-cu illərdə Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri olmuşdur. 2011-ci ildən həmin Mərkəzin direktor müavini vəzifəsində çalışır.

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin yaradılmasının 10 illik yubileyi münasibətilə və ölkənin ictimai-siyasi həyatında səmərəli fəaliyyətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 10 noyabr 2017-ci il tarixli Sərəncamı ilə "Tərəqqi” medalı ilə təltif edilmişdir.

1996–2017-ci illər ərzində dünyanın müxtəlif ölkələrində keçirilmiş 110-dan artıq beynəlxalq konfrans, seminar və təlimlərdə iştirak etmişdir.

100-dən artıq elmi-publisistik məqalə və "Müxtəlif sistemli dillərdə cinsin ifadə vasitələri" adlı monoqrafiyanın müəllifidir.

 

Tarixdə bu gün - 1 avqust1983— Jurnalist,  regional məsələlər üzrə təhlilçi, bloqçu və sosial media üzrə təlimçi, münaqişələrin transformasiyası üzrə "Imagine" mərkəzinin həmsədrlərindən biri, münaqişələrin həllində xalq diplomatiyası məsələləri ilə məşğul olan Arzu Qeybulla qızı Qeybullayeva Bakıda anadan olub.

1999-2000-ci illər arasında Amerikada FLEX proqramı ilə oxumuşdur.

Ankara Bilkənt Universitetinin Beynəlxalq Əlaqələr fakültəsində təhsil alıb. 2005-ci ildə İngiltərənin London School of Economics (LSE) and Political Science Universitetindən Qlobal Siyasət üzrə magistr təhsili alıb. Milli Demokratiya İnstitutunun proqramında çalışıb.

Türkiyə ermənilərinin İstanbulda nəşr etdirdikləri "Agos" qəzetində yazar olaraq çalışmışdır.

Müxtəlif vaxtlarda Milli Demokratiya İnstitutunda, Berlində yerləşən Avrasiya Stabillik Təşəbbüsü Mərkəzində çalışıb.

İngilis, Azərbaycan, Türk və Rus dillərini bilir.

Arzu Qeybullayeva 2009-cu ildən Azərbaycan-Ermənistan arasında keçirilən kiçik miqyaslı proyektlərdə daha çox təlimçi kimi iştirak etmişdir. 2011-ci ildə isə "İmagine Center for Conflict Transformation” adında kiçik təşkilata qoşulmuşdur. Bu mərkəz 2007-ci ildə qurulub və münaqişələrin həlli üzərində çalışır. Eyni zamanda Türkiyə-Ermənistan, Gürcüstan-Abxaziya konfliktləri üzərində də işləyir. Çalışdığı mərkəzin məqsədi insanları bir araya gətirib, onlara fikir mübadiləsi şansı yaratmaqdır.


Vəfat etmişdir:

1961 — Azərbaycan bəstəkarı, Azərbaycanın Əməkdar incəsənət xadimi Qəmbər Məşədi Muxtar oğlu Hüseynli  45 yaşında vəfat etmişdir.

Tarixdə bu gün - 1 avqustQəmbər Hüseynli 16 aprel 1916-cı ildə Gəncədə dəmirçi Məşədi Muxtarın ailəsində anadan olub. 1925-ci ildə Gəncədəki birinci dərəcəli məktəbdə təhsil almağa başlayanda balaca Qəmbər artıq Seyid Əzim Şirvaninin, Abbas Səhhətin, Mirzə Ələkbər Sabirin bir çox şeirlərini əzbər bilirdi. Gəncənin musiqi mühiti, çal-çağır məclisləri, xüsusilə Qarabağ el şənlikləri və konsertlərə dəvət olunan görkəmli xalq sənətkarlarından Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Bülbül, Malbəyli Həmid, Xan Şuşinski, Qurban Pirimov, Məşədi Cəmil Əmirov və başqalarının çıxışları musiqiyə sonsuz marağı olan balaca Qəmbərə böyük təsir göstərirdi. O dövrdə Gəncədə tez-tez aşıq musiqisi gecələri də təşkil olunurdu. Aşıq İslam Yusifov, Aşıq Əsəd, Bozalqanlı Hüseyn, Aşıq Nağı, Teymur Hüseynov, Aşıq Qədir və başqalarının sazlı-sözlü dünyası balaca Qəmbərin musiqi sənətinə olan marağını daha da artırırdı.

1927-ci ildə orta məktəbdə oxuya-oxuya Gəncə orta ixtisas musiqi məktəbinin tar sinfinə qəbul olunur. 1929-cu ildə isə Gəncə pedaqoji texnikumuna daxil olur. Təhsil illərini sonralar Azərbaycanın böyük bəstəkarı olan Fikrət Əmirov və tarzən Zərif Qayıbovla birgə addımlayırdı. "Rast”ı, "Şur”u, "Zabul segahı”nı və başqa muğamları tarda məharətlə ifa edən gənc və istedadlı Q.Hüseynli hələ tələbə ikən aşıq və el havalarını toplayıb nota alırdı. Həyatın nəbzini musiqiylə tutanda...

1934-cü ildə texnikumun tar sinfini fərqlənmə diplomu ilə bitirən Qəmbər pedaqoji kollektivin qərarı ilə təhsilini davam etdirmək üçün Bakıya göndərilir. Ona Bakı Musiqi Texnikumunun violonçel sinfində təhsil almaq təklif olunanda tərəddüd etmədən razılıq verir. İki il müddətində tanınmış musiqi pedaqoqu A.S.Şvartsın violonçel sinfində təhsil alır. Qərb ölkələrində geniş yayılan bu aləti öz fitri istedadı ilə "özününküləşdirməyi” bacarır.

Lakin Qəmbərin musiqi bəstələməyə olan hədsiz marağı onu bir an belə, rahat buraxmır. Bu cəhət o dövrdə texnikumda çalışan görkəmli musiqi pedaqoqlarının da diqqətindən yayınmır. Qəmbəri orta ixtisas məktəbinin bəstəkarlıq şöbəsinə keçirirlər. O, burada Q.Z.Buruşteynin sinfində təhsilini davam etdirir. Çox keçmir ki, Qəmbərin bəstəkarlıq üçün çox zəruri olan qabiliyyətləri özünü göstərir. O, görkəmli dramaturq Cəfər Cabbarlının sözlərinə "Tellər oynadı” romans-mahnısını bəstələyir. 50 ildən çox bir müddətdə ağızlardan düşməyən bu gözəl vokal əsəri ilə gənc Qəmbər istedadlı bir bəstəkar olacağını təsdiqləyir.

1939-cu ildə Qəmbər Hüseynli milli musiqimizin beşiyi olan Şuşanın Musiqi Texnikumuna direktor vəzifəsinə göndərilir. O, burada cəmi bir il çalışsa da, əhəmiyyətli işlər görməyə müvəffəq olur.

Bir il sonra Qəmbər Hüseynlini yenidən Bakıya dəvət edirlər. O, filarmoniyanın nəzdində fəaliyyət göstərən Azərbaycan Xalq Çalğı Alətləri Orkestrində dirijor köməkçisi vəzifəsində çalışmaqla yanaşı, Üzeyir bəyin tövsiyəsi ilə həmin illərdə yaranan Sazçı Qızlar Ansamblının həm təşkilatçısı, həm də bədii rəhbəri işləyir.

Gənc bəstəkar 1951-ci ildə yenidən A.Zeynallı adına Bakı Orta İxtisas Musiqi məktəbinin bəstəkarlıq şöbəsinə daxil olaraq professor B.İ.Zeydmanın sinfində təhsilini davam etdirir. Üç ildən sonra tanınmış şair Mirmehdi Seyidzadənin librettosu əsasında diplom işi kimi "Qızıl quş” operasını yazaraq, 1954-cü ildə həmin məktəbi müvəffəqiyyətlə bitirir.

Görkəmli bəstəkarın yaradıcılığında mahnı və romans yaradıcılığı mühüm yer tutur. Unudulmaz sənətkarın romans lirikasının zirvəsi sayılan "Ay işığında”, "Gecələr uzanaydı”, "İlk məhəbbət”, "Düşür yadıma”, "Gülə-gülə”, "Sən-sən” və s. əsərlərindəki zərifliyə heyran qalmamaq mümkün deyil.

Ancaq bəstəkarın mahnı çələngində öz təravəti, xalq təranələri ilə könüllər oxşayan, bütün dünyanı diyar-diyar dolaşan bir sənət incisi də var - "Cücələrim”. Qəmbər Hüseynli deyəndə "Cücələrim”, "Cücələrim”in sədası yayılanda isə Qəmbər Hüseynli yada düşür. Şair Tofiq Mütəllibovla birgə hələ 1948-ci ildə bu gözəl sənət incisini yaratmaq böyük sənət uğuru idi.

"Cücələrim” o vaxtdan indiyə qədər dünyanın 100-dən çox xalqının dilinə tərcümə olunub. Dünyada "Cücələrim” qədər geniş yayılan, yüz milyonlarla uşaqların və böyüklərin - müxtəlif nəsillərdən olan adamların zövqünü oxşayan ikinci bir Azərbaycan mahnısı yoxdur. Sənətşünasların, sənət bilicilərinin yekdil rəyinə görə, indiyə kimi "Cücələrim” qədər öz müəllifini bütün dünyada tanıtdıran ikinci mahnı olmayıb. Bu mahnı sanki Azərbaycanın "vizit vərəqi”nə çevrilib. 1955-ci ilin payızında sovet nümayəndə heyəti İsveçrədə qarşılanarkən qonaqları bir qrup İsveçrə məktəblisi "Cücələrim” mahnısının ifası ilə salamlayır. Bu, Azərbaycan musiqisinin sərhədləri aşması demək idi.Vaxtilə kino xadimlərimiz Fransada olarkən dünya şöhrətli Çarli Çaplin gələnlərin Azərbaycandan olduqlarını biləndə piano arxasına keçərək "Cücələrim”i ifa edir və qonaqlara üz tutuaraq deyir: "Demək siz bu melodiyanın vətənindənsiniz?! Məndən o bəxtəvər bəstəkara salam yetirin!”

Simli kvartet, fortepiano üçün pyeslərin, dram tamaşalarına musiqinin və mahnıların, o cümlədən dünyanın bir çox ölkəsində məşhur olan "Cücələrim" mahnısının müəllifidir.


Bayramlar və xüsusi günlər:

Azərbaycan Dili və Əlifbası Günü

Tarixdə bu gün - 1 avqust

 

1992-ci ildə latın qrafikalı Azərbaycan əlifbasının tətbiqi barədə Qanun qəbul olundu. 2001-ci ildə isə latın qrafikalı Azərbaycan əlifbasına keçid başa çatdırıldı. Latın qrafikalı əlifbanın tətbiqinin Azərbaycan Respublikasının siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq Azərbaycan Prezidenti Heydər Əliyev 2001-ci il avqustun 9-da fərman imzalamışdır. Bu fərmanla avqustun 1-i Azərbaycan Respublikasında Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü elan edilmişdir.

Tarixdə bu gün - 1 avqust

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz