» » 29 iyul Azərbaycan Respublikasının Milli Qəhrəmanı Sadıq Hüseynovun doğum günüdür

29 iyul Azərbaycan Respublikasının Milli Qəhrəmanı Sadıq Hüseynovun doğum günüdür

  

29  iyul Azərbaycan Respublikasının Milli Qəhrəmanı Sadıq Hüseynovun doğum günüdür

Bu gün Azərbaycan Respublikasının Milli Qəhrəmanı Sadıq Hüseynovun doğum günüdür.
Sadıq Hüseynov 29 iyul 1969-cu ildə Ağcabədi rayonunun Xocavənd kəndində doğulmuşdur. 1968-1978-ci illərdə kənd orta məktəbində oxumuşdur. 1980-cı ildə ordu sıralarına çağırılmışdır. 1989-cu ildə DİN-nin sərəncamı ilə Şuşa şəhərində sahə müvəkkili olaraq işə başlayır.
Ermənilərin azğınlaşmış silahlı dəstələri Azərbaycan torpaqlarını işğal etdikləri vaxtlarda digər polis əməkdaşları kimi o da, döyüşlərə atıldı. Sadiq bu döyüşlərdə bir neçə dəfə ağır yaralanır, amma buna baxmayaraq, səngəri tərk etmir, düşmənə müqavimət göstərməkdə davam edirdi.
.13 aprel 1992-ci il erməni faşistlərinin silahlı dəstələri Şuşanı ağır raket atəşinə tutmuşdular. Sadıq həmin döyüşlərin birində yoldaşlarını xilas edərkən qəhrəmancasına həlak oldu.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Hüseynov Sadıq Dayandur oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.
Ağcabədi rayonunun Xocavənd kəndində dəfn edilmişdir.
Xocavənd kənd orta məktəbinə onun adı verilmişdir.

Azərbaycan - Nəriman Həsənzadə

Od ürəkli, od nəfəsli diyarımsan

Ocağına canım qurban, Azərbaycan !

Əzilsən də, əyilməyən vüqarımsan

Bu çağına canım qurban, Azərbaycan ! 

***

Savaşlardan alnıaçıq çıxan zaman

Tarixlərə bağışladın neçə qurban.

Hər qonşuda bir parçası əsir qalan

Torpağına canım qurban, Azərbaycan ! 

***

Neçə gizli sərvət yatır qucağında ,

Neçə ölkə od aparır ocağından .

Azadlığın al rəmzi var bayrağında

Bayrağına canım qurban, Azərbaycan ! 

***

Hər uğurun gələcəyə bir yol açır ,

Hər dost elə xoş niyyətin işıq saçır .

Hər millətə, hər məzhəbə isti , açıq

Qucağına canım qurban, Azərbaycan ! 

***

Başım üstdə məğrur-məğrur dalğalanan,

Bayrağına canım qurban , Azərbaycan !

Ruhuma büt, cismim üçün vətən olan

Torpağına canım qurban, Azərbaycan ! 

 

29  iyul Azərbaycan Respublikasının Milli Qəhrəmanı Sadıq Hüseynovun doğum günüdür

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz