» » Tarixdə bu gün - 28 iyul

Tarixdə bu gün - 28 iyul

Müəllif: Vüsal от 28-07-2017, 00:15
28 iyul

Doğum günləri:

Tarixdə bu gün - 28 iyul1927—Xalq rəssamı Asəf Əli İskəndər oğlu Cəfərov Bakıda —İçərişəhərdə anadan olmuşdur. 1945-1950-ci illərdə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbində ilk rəssamlıq təhsilini almış, 1951-1957-ci illərdə B.İ Surikov adına Rəssamlıq İnstitutunda ali təhsilini davam etdirmişdir. 1957-ci ildə İnstitut tərəfindən Hindistan va Pakistana yaradıcılıq ezamiyyətinə göndərilmişdir. "Bilərzik seçimi" (1957) həmin dövrün seçilən işilərindəndir.

A.Cəfərov tematik tablo, portret, mənzərə və natürmort janrlarında özünə məxsuz kompozisiya, kolorit və işlənilmə üslubu ilə fərqlənən əsərlər qalereyası yaratmışdır. Rəssamın yaradcılığında milli çalarlar, folklora müraciət və ənənəvi məzmunlu mövzular üstünlük təşkil edir. Rəssam bədii estetik təsir yükünə malik süjetli əsərlər yaratmışdır. Buna misal olaraq "Tarlada", "Dəniz kənarında", "Görüş", "Mənim Azərbaycanım", "Musiqiçilər" və başqalarını qeyd etmək olar. Asəf Cəfərov həm də bir çox portretlərin muəllifidir. Buna misal olaraq onun "Ə.Vahid", "V.Mustafazadə", "S.Bəhlulzadə", "Arif Məlikov", "Cəfər Cabbarlı", "Vəcihə Səmədova", "Rəşid Behbudov" və s. portretlərini göstərmək olar. Rəssam bölgələrə yaradıcılıq ezamiyyətlərindən sonra maraqlı əsərlər yaradıb."Bakıda qar", "Qaş-Qaş", "Xəzər dənizi" adlı mənzərələri fırça ustasının belə əsərlərindəndi. O, həmçinin Abşeron mənzərələri silsiləsi üzərində işləmişdir: "Abşeron", "Daş hasarlar", "Maştağa kəndi", "Abşeronun qızıl qumları", "Bakıda qış", "İsti gün", "Qış", "Əncir kolu", "Bahar", " Axşam motivi" və s. A.Cəfərov tarixi janra da müraciət etmişdir. Bu sıradan "Nəsimi azad düşüncəlilərin məclisində", "Oyanış" əsərlərinin adını qeyd etmək olar.

Asəf Cəfərov yaradıcılıq ezamiyyətlərində olduğu xarici ölkələrdə (İtaliya, Avstriya, Almaniya və s.) yeni ruhlu tablolar yaradıb. Rəssam bir çox beynəlxalq sərgilərin iştrakçısı olmuşdur, Avstriyada "Dünya Təsviri Sənət Sərgisi"-də (1980) "Qran Pri" mükafatını qazanmışdır.

Rəssam Asəf Cəfərov 3 aprel 2000-ci ildə Bakı şəhərində vəfat etmişdir.

 

Şair Ağadadaş Münirinin nəvəsidir.


 Tarixdə bu gün - 28 iyul1935 - Xalq artisti, bəstəkar Vasif Adıgözəlov Bakıda məşhur muğam ustası Zülfü Adıgözəlovun ailəsində anadan olub.
İlk musiqi təhsilini konservatoriyanın nəzdindəki 10 illik Musiqi məktəbində pianoçu kimi alıb. 1953-cü ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olmuş və bəstəkarlıq üzrə Qara Qarayevin , fortepiano üzrə Simuzər Quliyevanın sinfində təhsilini davam etdirmişdir.
Vasif müəllim 1959-cu ildə həmin təhsil ocağını iki ixtisas üzrə bitimişdir.
Əmək fəaliyyətinə 1958-ci ildən Radio və Televiziya Komitəsində musiqi redaktoru kimi başlamışdır. Sonralar Azərbaycan Bəstəkarlar İttifaqının mə’sul katibi, M. Maqomayev adına Dövlət Filarmoniyasının baş musiqi redaktoru, A. Zeynallı adına Bakı Musiqi məktəbinin direktoru və s. vəzifələrdə çalışmışdır.
1972-ci ildən Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında dərs demişdir.
1990-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqının I katibi seçilmişdir.
1973-cü ildə Əməkdar incəsənət xadimi, 1988-ci ildə Respublikanın Xalq Aartisti fəxri adlarına layiq görülmüşdür.
1989-cu ildən professor, 1990-cı ildə Dövlət Mükafatı laureatı adlarını almışdır
1995-ci ildə "Şöhrət ordeni" ilə təltif olunmuşdur.
 
Vasif Adıgözəlov 15 sentyabr 2006-cı ildə 71 yaşında Bakıda vəfat etmişdir.
 

 

Tarixdə bu gün - 28 iyul1977—Dilçi alim, AMEA Nəsimi adına Dilçilik İnstitutunun Elmi katibi Aynel Ənvər qızı Məşədiyeva Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1998-ci ildə Bakı Dövlət Universiteti şərqşünaslıq fakültəsinin türk filologiyası bölməsinin bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. Həmin ildə də türk dili ixtisası üzrə BDU-nun magistraturasına qəbul olmuş, 2000-ci ildə oranı fərqlənmə diplomu ilə bitirərək AMEA Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri ixtisası üzrə aspiranturasına qəbul olmuşdur. Həmin ildən türk dilləri şöbəsinin əyani aspirantı kimi elmi fəaliyyətə başlayıb dissertasiya işini vaxtından əvvəl başa çatdıraraq, 2004-cü ilin sentyabrında "Türk dillərində ahəng qanununun formal təsviri” adlı namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib Türk dilləri və Dil nəzəriyyəsi ixtisasları üzrə filologiya elmləri namizədi alimlik dərəcəsini almışdır.

2000-ci ildən AMEA - da elmi fəaliyyətə başlamışdır.

2000-ci ildən 2005-ci ilə qədər Dilçilik İnstitutunun Türk dilləri şöbəsində kiçik elmi işçi, 2005-2008-ci ilə qədər elmi işçi, 2008-ci ildən indiyədək böyük elmi işçi vəzifəsində çalışmışdır. 2011-ci il­də Türk dilləri ixtisası üzrə dosent elmi adını al­mışdır. 2013-cü ilin noyabr ayından AMEA Nəsimi adına Dilçilik İnstitutunun Elmi katibi vəzifəsində çalışır.

A. Ə. Məşədiyeva 2011-ci ildə elmlər doktoru hazırlığı ilə 5710.01 – Türk dilləri ixtisası üzrə dissertanturaya qəbul edilmişdir.

Doktorluq dissertasiyası Türk dillərində felin şəxssiz formalarının müqayisəli-tarixi tədqiqinə, onların türk dillərinin dialekt və şivələrində, qədim türk yazılı abidələrində təsvirinə və bu formaların oxşar və fərqli xüsusiyyətlərinin müəyyənləşdirilməsinə həsr olun­muşdur.

Prof. R. Rüstəmovun "Türk dilinin morfologiyası” (Bakı, "Nurlan”, 2007) adlı monoqrafiyasının və Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Türk filologiyası kafedrasının 2014-cü ildə "Türk dil­i” və "Türk ədəbiyyatının tarixi” fənləri üzrə 2 dərs proqramlarının rəyçisi olmuşdur. İnstitutun "Dilçilik İnstitutunun əsərləri” və "Tədqiqlər” jurnallarının Redaksiya Heyətinin üzvüdür.

 Bir çox müxtəlif Beynəlxalq və respublika miqyaslı elmi konfrans və simpoziumlarda çıxışlar etmişdir. Həmçinin, Avropa ölkələrində (İtaliyada, İspaniyada, Türkiyədə və Şimali Kiprdə) keçirilən Beynəlxalq konfranslarda tərcüməçi kimi iştirak etmişdir.

 İnstitutda işlədiyi müddətdə nüfuzlu Beynəlxalq və respub­lika miqyaslı türkoloji elmi konfrans və simpoziumlarda yüksək səviyyədə çıxışlar etmişdi. 2008-ci il oktyabr ayının 20-25-dək Ankarada keçirilən VI Uluslararası Türk Dil Qurultayında, 2017-ci il sentyabr ayının 25-28-dək Rumıniyanın Buxarest şəhərində keçirilən XII Böyük Türk Dil Qurultayında və  2018-ci il sentyabr ayının 25-28-dək Polşanın Varşava şəhərində keçirilən XIII Böyük Türk Dil Qurultayında  və sair mötəbər tədbirlərdə iştirak etmişdir.

110 elmi və elmi-publisistik məqalələrin, o cümlədən 6 kitabın müəllifidir: 4 monoqrafiyanın ( 2004-­cü ildə "Türk dillərində ahəng qanununun formal təsviri”, 2016-cı ildə "Türk dilllərində feilin feili bağlama formaları sistemi (müqayisəli-tarixi аspektdə)”, 2017-ci ildə "Türk dilllərində feili sifətlərin qrammatik statusu və semantikası”, 2018-ci ildə "Türk dillərində məsdərlər və feili isimlər” adlı monoqrafiyalar çap­dan çıxmışdır) müəllifi, "Türk dillərinin tarixi-müqayisəli leksikologiyası” (II cild, Bakı, 2008) və Rusiyanın Moskva şəhərində çap olunmuş «Избранные вопросы современной науки» (часть 4, 31 октября, 2011 г., г.Москва, издательство "Перо") kimi fundamental kollektiv əsərlərin həmmüəllifidir.

Elmi əsərlərinin 35 - i xarici beynəlxalq elmi jurnallarda nəşr edilmişdir (Rusiya, Niderlandın Kranendonk şəhəri, Türkiyə, Almaniya, Qazaxıstan, İngiltərə, İtaliya, İran, Hindistan, Fələstin, ABŞ, Çexiya, Polşa və Kanadada).

 

Tarixdə bu gün - 28 iyul1993  —Qadınlar arasında qrossmeyster (2015) Nərmin Kazımova  Ordubad rayonunun Əylis kəndində anadan olub

2002-ci ildən şahmatla məşğul olmağa başlayıb. O, Bakı şəhərindəki 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat-Dama İdman Məktəbininin yetirməsidir.

 Məşqçi-müəllimi azərbaycanlı beynəlxalq qrossmeyster Rəsul İbrahimovdur.

2008-ci ildə qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatında ikinci yeri tutub. Bundan əlavə həmin ildə 20 yaşa qədər qızlar arasında Azərbaycan çempionatının bürünc mükafatçısı olub.

2009-cu ilin noyabr ayında Türkiyənin Antalya şəhərində keçirilən gənclər arasında şahmat üzrə Dünya çempionatında üçüncü olub.

2010-cu ilin aprelində Yunanıstanın Saloniki şəhərində keçirilən məktəblilərin Avropa çempionatında ikinci yerə sahib çıxıb. Eyni ilin oktyabr ayında Yunanıstanın Haldiniki şəhərində keçirilən dünya birinciliyində 9 xal toplayaraq 18 yaşlı qızlar arasında dünya çempionatının qızıl medalına layiq görülüb.

2011-ci ildə 18 yaşa qədər qızlar arasında Azərbaycan çempionatında üçüncü yeri tutmuşdur.

2012-ci ildə 20 yaşa qədər qızlar arasında Azərbaycan çempionatında üçüncü yeri tutub.

2015-ci ildə qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatında Nərmin Məmmədova və Türkan Həsənova ilə 2-4-cü yerləri bölüşdürmüşdür. Əlavə göstəricilərə görə Kazımova 2-ci, Məmmədova isə 3-cü yerin sahibi olub.

2016-cı ildə qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatında 9 mümkün xaldan 8 xal toplamış Nərmin Azərbaycan çempionu oldu.

Azərbaycanın qadınlardan ibarət milli komandasının tərkibində 2008-ci ildə İtaliyanın Turin[9] və 2016-cı ildə Azərbaycanın Bakı şəhərlərində keçirilmiş Ümumdünya Şahmat Olimpiadalarında və 2009-cu ildə Serbiyanın Novi Sad şəhərində keçirilmiş komandalar arasında Avropa çempionatında çıxış etmişdir.

Nərmin, 2009-cu ildə qadınlar arasında beynəlxalq usta adına, 2015-ci ildə isə qadınlar arasında beynəlxalq qrossmeyster adına layiq görülmüşdür.

FİDE-nin rəsmi saytında dərc olunmuş 2017-ci ilin fevral ayına olan məlumata görə Nərmin 2323 xalla Azərbaycan qadın şahmatçıları arasında 3-cü, "Top 100 Women February 2017" reytinq cədvəlində isə 154-cü yerdə qərarlaşıb.


Vəfat etmişdir:

Tarixdə bu gün - 28 iyul1993 - Görkəmli ədəbiyyatşünas alim, şair Qasım Qasımzadə Qubadlı rayonunun Xocamusaxlı kəndində anadan olmuşdur.
Şəki pedaqoji texnikumunu  bitirdikdən sonra Kəlbəcərdə orta məktəb müəllimi, Yevlax rayon xalq maarifi şöbəsində metodist işləmişdir.
1945-1950-ci illərdə ADU-nun filologiya fakültəsində təhsilini davam etdirmişdir.
1947-1949-cu illərdə  oxuya-oxuya, eyni zamanda  "Azərbaycan gəncləri" qəzeti redaksiyasında ədəbiyyat və incəsənət şöbəsinin müdiri olmuşdur.
Ədəbi fəaliyyətə 1944-cü ildə "Kommunist" qəzetində çap etdirdiyi "Vəfasız olmaz" adlı ilk şeiri ilə başlamışdır. Dövri mətbuatda şeirləri, ədəbi-tənqidi və publisist məqalələri ilə ardıcıl çıxış etmişdir. "Ədəbiyyat və İncəsənət" qəzeti redaksiyasında tənqid şöbəsinin müdiri, Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun aspirantı (1950-1953), baş elmi işçi əvəzi (1953-1954), baş elmi işçi (1954-1959), "Ədəbiyyat və incəsənət" qəzetinin redaktoru (1957-1963) olmuşdur.
1993-cü il iyulun 28-də vəfat etmişdir.

2013 - Azərbaycan Respublikasının Xalq artisti Tələt Qasımov Bakı şəhərində anadan olmuşdur. 

Tarixdə bu gün - 28 iyulO, Zülfi Adıgözəlov, Hacıbaba Hüseynov kimi ustad sənətkarlardan muğamın sirrlərini dərindən mənimsəyərək, onların ənənələrini davam etdirmişdir.

İllər keçdikcə, xanəndə kimi sənətini təkmilləşdirən Tələt Qasımov öz dəst-xətti ilə tanınmışdır. Tələt Qasımovun repertuarı çox zəngindir.

O, bir çox muğamları və təsnifləri məharətlə və xüsusi şövqlə ifa edir. Onun ifasında "Rast”, "Şur”, "Seygah-Zabul” muğam-dəstgahları , "Şüştər” təsnifləri AzTR Fondunda saxlanılır. Tələt Qasımov Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuşdur.

Muğam sənətinin mahir ifaçılarından biri olan Tələt Qasımovun milli musiqi mədəniyyətimizin inkişafında müstəsna xidmətləri vardır. Ustad sənətkarlardan dərs alan T.Qasımov muğam ifaçılığı ənənələrini ömrünün sonunadək müvəffəqiyyətlə davam etdirmişdi. "Rast", "Zabul segah", "Şur", "Hümayun" muğamlarını, habelə Azərbaycan xalq mahnılarını özünəməxsus tərzdə ifa edən sənətkar musiqisevərlərin məhəbbətini qazanmışdır.

O, uzun illər "Azərkonsert" Birliyinin solisti olmuş, musiqi mədəniyyətimizi dünyanın müxtəlif ölkələrində–Türkiyədə, İranda, Almaniyada, Rusiyada, Misirdə, Əlcəzairdə, Tunisdə, Mərakeşdə ləyaqətlə təmsil etmişdir.

Ustad sənətkarın ifa etdiyi muğamlar musiqi mədəniyyəti salnaməsinə daxil olmuşdur.

Tələt Qasımov Azərbaycan Respublikasının Xalq artistidir.

O, 2013-cü il iyulun 28-də ürək tutmasından vəfat etmişdir.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz