» » 24 iyul Vüqar Həşimovun doğum günüdür

24 iyul Vüqar Həşimovun doğum günüdür


24 iyul Vüqar Həşimovun doğum günüdür

24 iyul üçqat Avropa çempionu, Avropa və dünya çempionatlarının altıqat vitse-çempionu, Ümumdünya Şahmat Olimpiadasının gümüş mükafatçısı, ömrünün 28-ci ilində dünyasını dəyişmiş Azərbaycan qrossmeysteri Vüqar Qasım oğlu Həşimovun doğum günüdür.
Vüqar Həşimov 11 yanvar 2014-cü ildə beyin xərçəngindən müalicə olunduğu Almaniyanın Heydelberq klinikasında dünyasını dəyişib.
III Fəxri Xiyabanda dəfn edilmişdir.
Vüqar Həşimov FİDE-nin 2011-ci ilin mart ayına olan reytinq siyahısında Teymur Rəcəbovu bir pillə qabaqlayaraq 11-ci yerdə qərarlaşmışdır. 2002, 2004, 2006 və 2008-ci illərin Şahmat Olimpiadalarında Azərbaycan yığmasının tərkibində çıxış etmişdir. Azərbaycan Şahmat Federasiyası ilə arasında yaranmış münaqişəyə görə 2010-cu il Şahmat Olimpiadasında yığma komandanın heyətinə dəvət edilməmişdir. 2009-cu ildə Azərbaycan yığmasının heyətində Avropa Çempionu adını qazanmışdır. 2011-ci ilin yanvarında 1958-ci ildən İtaliyada müntəzəm olaraq keçirilən Recco-Emiliya şahmat turnirinin qalibi olmuşdur.
24 iyul 2014-cü ildə Vüqar Həşimovun qəbirüstü abidəsinin açılış mərasimi olub. Bürüncdən olan abidənin müəllifi məşhur heykəltəraş Azad Əliyevdir.

 

24 iyul Vüqar Həşimovun doğum günüdür

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz