» » Tarixdə bu gün - 23 iyul

Tarixdə bu gün - 23 iyul

Müəllif: Vüsal от 23-07-2017, 00:15

23 iyul


İlin 204-cü (uzun illərdə 205-ci) günü

Mühüm hadisələr:

Tarixdə bu gün - 23 iyul

 

1993 – Bu gün Ağdam şəhəri erməni separatçıları tərəfindən işğal olunmuşdur.

Ağdam rayonu 1930-cu ildə təşkil edilmişdir. Rayonun  sahəsi 1094 km2 olamaqla relyefi əsasən düzənlik, qismən dağlıqdır. Ağdam rayonu Qarabağın mərkəzində, Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. Ermənistanın Azərbaycan torpaqlarının işğalına başladığı müharibəyə ilk olaraq məhz Ağdam rayonu cəlb olunmuş, hadisələrin ilk günlərindən ən böyük ağırlıqlar Ağdam rayonunun və əhalisinin üzərinə düşmüşdür. 

İşğaldan öncə  Ağdam rayonunda ət kombinatı, şərab zavodu, konserv zavodu, barama toxumu zavodu, xalça fabriki, mexanikləşdirilmiş çörək zavodu, avtomaşınlara texniki xidmət stansiyası, məişət xidməti kombinatı, elektrik şəbəkəsi müəssisəsi, dəzgahqayırma zavodu mövcud idi. Eləcə də, kənd təsərrüfatı texnikumu, Kənd təsərrüfatının mexanikləşdirilməsi və elektrikləşdirilməsi texnikumu, Musiqi və tibb texniki peşə məktəbləri , yeddi orta məktəb, bir səkkizillik məktəb, beş məktəbdənkənar uşaq müəssisəsi, bir uşaq bağçası, dörd körpə evi var idi.  Ölkəşünaslıq muzeyi , Çörək muzeyi , üç kitabxana, Mədəniyyət evi, Kinoteatr, Xanoğlu türbəsi (Qarabağ xanı Pənahəli xanın imarəti (18-ci əsr), səkkiz xəstəxana erməni işğalçıları tərəfindən dağıdılmış viran edilmişdir. Dövrünün ən füsunkar rayonlarından olan Ağdam hal-hazırda 20 ”ruhlar şəhəri” siyahısındadır.


Ağdam


 Ərazisi  – 1154 km2

Əhalinin sayı  – 15800

Şəhid olmuşdur  – 538

Əlil olmuşdur  – 587

Milli qəhrəmanlar  – 17


Erməni işğalçıları tərəfindən dağıdılmış, yandırılmış və talan olunmuşdur:

  • Sənaye və tikinti obyekti  – 48
  • Mədəni-məişət obyekti  – 598
  • Qəsəbə və kənd  – 122
  • Tarixi abidə  – 27
  • Dövlət dram teatrı

Tarixdə bu gün - 23 iyul

  

Doğum günləri:

1916 —
 Azərbaycan Xalq rəssamı, Azərbaycan Respublikası Dövlət mükafatı laureatı Maral Rəhmanzadə Bakı şəhərində anadan olmuşdur.1930-1933-cü illərdə Tarixdə bu gün - 23 iyulAzərbaycan Dövlət Rəssamlıq Texnikumunda, 1934-1940-cı illırdə Moskva Rəssamlıq İnstitutunda oxumuşdur.
1940-cı ildə Moskva Rəssamlıq İnstitutunda təhsilini başa vurub, Bakıya qayıdan gənc rəssamın elə həmin ildən
yaratdığı tablolarla Azərbaycanı vəsf etməkdədir. "Mənim bacılarım"da, "Bizim qızlar"da Azərbaycanın bütün qadınlarının obraz payları var. "Doğma Vətənim", "Azərbaycan" və s tablolar belə nümunələrdəndir.
Yaradıcılığının erkən dövründə çəkdiyi dəzgah rəsmləri silsilələrində ("Azərbaycan qadını keçmişdə və indi", 1940, "Qadınlar müharibə illərində", 1942) Azərbaycan qadınlarının həyatı öz əksini tapmışdır.
Kitab qrafikası sahəsində də geniş fəaliyyət göstərmiş, bədii əsərlərə illüstrasiyalar çəkmişdir. Bir sıra xarici ölkələrdə olmuş, həmin ölkələrin həyatından silsilə qravüralar yaratmışdır ("Çexoslovakiyada", 1959-1960).
Əsərləri xarici ölkələrdəki incəsənət sərgilərində (İngiltərə, Fransa, İtaliya, Yaponiya, Avstraliya, Belçika, Suriya, Livan və s.) nümayiş etdirilmişdir. Dəfələrlə Moskvada, Bakıda və Azərbaycanın digər şəhərlərində, eləcə də Şri-Lankada (1958), Kubada (1964) və İranda (1991) fərdi sərgiləri göstərilmişdir. Əsərləri Tretyakov qalereyası (Moskva), R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və s. muzeylərdə, ABŞ və İngiltərədə şəxsi kolleksiyalarda saxlanılır. Qırmızı Əmək Bayrağı ordeni, "Şərəf nişanı" ordeni, Azərbaycanın "Şöhrət" ordeni ilə təltif edilmişdir.
2008-ci il mart ayının 16-da vəfat etmiş və Mərdəkan qəbristanlığında torpağa tapşırılmışdır.
M.Rəhmanzadə milli təsviri sənətin inkişafındakı böyük xidmətlərinə görə bir çox orden və medallara, o cümlədən "Şöhrət" ordeninə layiq görülüb. O, Prezidentin fərdi təqaüdçüsü idi.

 

1941 – Xalq artisti Flora Ələkbər qızı Kərimova Bakıda anadan olmuşdur.
Tarixdə bu gün - 23 iyul1964–cü ildə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunu, 1971-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu, 1977 Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 14 yaşından bədii özfəaliyyət kollektivlərində, Azərbaycan Dövlət Tibb İnstitutunun "Çinar" ansamblında, 1960-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasında çıxış edib. 1983-cü ildən Azərbaycan Teleradio Verilişləri Şirkətinin solistidir.
Klassik Avropa operası ( nümunə üçün "Qayınana" filmində "Dilbərin" ariyası , "Sular qızı" romansı ), milli opera janrı ( doqquz dəfə Üzeyir Hacıbəyovun " Leyli və Məcnun " operasında Leyli ), xalq mahnıları, bəstəkar mahnılarının, klassik art-estrada ( Sovet Estradası ) janrlarının ustad ifaçısıdır. Azərbaycan klassik art-estrada janrının banisidir.
Bəstəkar Elza İbrahimova, məxsusi olaraq Flora Kərimovanın səsi üçün "Afət" operasını bəstələyib. Dövlət Opera və Balet Teatrında "Leyli və Məcnun" operasında Leyli kimi çıxış edib.
"Qanun naminə" (1968) bədii filmində çəkilib. Əsrarəngiz səsi, bəşər tarixində yeganə dörd (4-cü) oktavanı aşan müğənnilərdəndir. Ailəli olub, bir qızı və bir oğlu var.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz