» » Tarixdə bu gün - 21 iyul

Tarixdə bu gün - 21 iyul

Müəllif: Vüsal от 21-07-2017, 00:15
 
21 iyul

İlin 202-ci (uzun illərdə 203-cü) günü

Mühüm hadisələr:

365 – Dünyanın 7 möcüzəsindən biri olan İskəndəriyyə mayakında yanğından ciddi zərər görüb.
810 – İslam alimi imam Buxari anadan olub.
1774 – Türkiyə və Rusiya arasında Kiçik Qaynarca sülhü bağlanmışdır.
1983
– Sovet ekspedisiyası Antarktidada Yer səthində indiyədək rast gəlinən ən aşağı temperaturu qeydə alıb (-89,2 °C)
1992 – "Kütləvi İnformasiya vasitələri haqqında Azərbaycan Respublikası Qanunu" qəbul edilib.
1992 – Azərbaycan Respublikası BMT-nin "Uşaq hüquqları haqqında" Konvensiyasını ratifikasiya edib.
1992 – Azərbaycan Respublikası "Diplomatik əlaqələr haqqında Vyana Konvensiyası"na və "Konsulluq əlaqələri haqqında Vyana Konvensiyası"na qoşulub.
1997 – İnquşetiyada çoxarvadlılığa icazə verilib.

Doğuml günləri:

1609 – Abbas Həsən oğlu (Aşıq Abbas Tufarqanlı) XVII əsrin başlanğıcında (təxminən 1600-1605-ci illərdə) Təbriz yaxınlığında Tufarqan kəndində doğulmuşdur.
Azərbaycan aşıq şeirinin görkəmli nümayəndələri arasında Aşıq Abbas Tufarqanlı xüsusi yer tutur. Şeirlərində "Qul”, "Şikəstə”, "Bikəs” təxəllüslərini işlədən Abbas Tufarqanlı XVI əsrin sonları-XVII əsrin əvvəllərində Güney Azərbaycanda yaşayıb yaratmış görkəmli şair-aşıqlardandır.
Abbas Tufarqanlının adıyla bağlı olan "Abbas-Gülgəz” dastanı da Azərbaycan folklorunun qiymətli nümunələrindəndir.
Təbriz yaxınlığında yaşayan Abbas mükəmməl təhsil almışdır. Şeirlərindən də aydın görünür ki, Abbas ana dili ilə yanaşı, fars və ərəb dillərini də öyrənmiş, bu dillər vasitəsilə həm zəngin bilik əldə etmiş, həm də müxtəlif təriqətlərə bələd olmuşdur.
Həmin dövrdə Təbrizdə və onun ətrafındakı kəndlərdə aşıq sənəti geniş yayılmışdı və zəngin saz-söz məclislərində yetişən Abbas özü də aşıqlıq sənətinin sirlərini öyrənmişdir. Tufarqanlı Abbasın əsərləri və bioqrafiyası öz dövründə yazıya alınmasa da, bir sıra cünglərdə və əlyazmalarda mühafizə olunmuş lirik şeirlərindən, haqqında yazılmış çoxvariantlı dastanlardan onun həyatı barədə müəyyən məlumat almaq mümkündür.
 
1899 Amerikan yazıçısı Ernest Miller Heminquey Çikaqo yaхınlığındakı Ouk-Park şəhərciyində doğulmuşdu.
Ernest Heminquey yaradıcılığı həm sağlığında, həm də ölümündən sonra diqqət mərkəzində olmuş, davamlı mübahisə və polemika mövzusuna çevrilmişdi. Onun haqqında təriflər də deyilmiş, yazıçını məhdudluqda, üslub bəsitliyində, mövzu kasadlığında, təkrarçılıqda günahlandırmağa cəhdlər də göstərilmişdi. Lakin Heminquey bu gün də dünya miqyasında çoх tanınan, tərcümə olunan və oхunan amerika müəlliflərindən biri olaraq qalmaqdadır. Yazıçının "Qoca və dəniz" povesti, ""Əlvida, silah", "Klimancaro qarları" habelə bir sıra digər əsərləri azərbaycan dilinə də tərcümə edilmişdir.
Heminquey  2 iyul 1961 -ci ildə 61 yaşınada (Ketçum, Aydaxo, ABŞ) vəfat etmişdir.
 

Tarixdə bu gün - 21 iyul1950— Tanınmış müğənni, bəstəkar. Azərbaycanın Xalq artisti Məmmədbağır Bağırzadə Bakının Nardaran kəndində dünyaya gəlmişdir

Məmmədbağır Bağırzadənin sənət yolu toylardan və el şənliklərindən başlamışdır. O adətən öz mahnılarını oxusa da, klassik, müasir bəstəkar və şairlərin yaradıcılığına müntəzəm müraciət edirdi. Xüsusilə də, şairə Zivər Ağayeva ilə qurduğu yaradıcılıq əlaqələri nəticəsində Azərbaycan milli musiqi sənətinə çox sayda gözəl mahnılar bəxş etmişdir.

Məmmədbağır Bağırzadəni televiziyaya gətirən və onun yaradıcılığında xüsusi rol oynayan bəstəkar Ələkbər Tağıyev olmuşdur. Müğənninin repertuarına Oqtay Kazımovun, Nəriman Məmmədovun, Tahir Əkbərin və digərlərinin mahnıları da daxil idi.

30 oktyabr 2005-ci ildə 55 yaşında vəfat etmişdir.

 

1966 — İqtisad elmləri doktoru, AR Iqtisadiyyat Nazirliyi İqtisadi islahatlar ETİ -nun dirktor müaviniArzu Doğru qızı Hüseynova Bakıda anadan olmuşdur.
Tarixdə bu gün - 21 iyulO, Bakı şəhərində 80 saylı orta məktəbdə oxumuş (1973-1983), M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) "İstehsal proseslərinin avtomatlaşdırılması” fakültəsində (1983-1988) təhsil almışdır. Ali təhsilini "Tətbiqi riyaziyyat” ixtisası üzrə almış Arzu Hüseynova 1988-2001-ci illərdə müxtəlif təşkilatlarda aparıcı vəzifələrdə, 2001-2004-cu illərdə isə Dövlət Elm və Texnika Komitəsi nəzdində yaradılan Elmi-Tədqiqat, Təcrübi-Konstruktor İşlərinin və Müdafiə Olunmuş Dissertasiyaların Dövlət Qeydiyyatı Mərkəzində (DQM) baş mütəxəssis vəzifəsində işləmişdir.
Arzu Hüseynova 2005-ci ildə DQM-ə direktor müavini təyin edilmişdir. AR-nın Nazirlər Kabinetinin 22 avqust 2008-ci il 197 saylı qərarı ilə DQM-in adı dəyişdirilərək Azərbaycan Milli Elmlər Akademiyası Elmi İnnovasiyalar Mərkəzi (EİM) adlandırılmışdır. O, 2014-cü ilin aprel ayının 1-nə kimi EİM-də direktorun 1-ci müavini vəzifəsində çalışıb. İndi AR Iqtisadiyyat Nazirliyi İqtisadi islahatlar ETİnin direktor müavini və Azəbaycan Dövlət İqtisad Unversitetinin "İnformasiya iqtisadiyyatı və texnologiyaları" kafedrasının professoru vəzifələrində işləyir. Arzu Hüseynova "Elmi problemlərin araşdırılmasının informasiya təminatı sistemi” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə 27 iyun 2007-ci ildə iqtisad elmləri namizədi alimlik dərəcəsi almış, 5 oktyabr 2010-cu il tarixində ona iqtisadiyyatın riyazi və instrumental üsulları ixtisası üzrə dosent adı verilmişdir. 2016-cı ilin yanvarında "Azərbaycanda innovasiya potensialının idarə edilməsi mexanizminin təkminləşdirilməsi” mövzusunda doktorluq dmüaviniissertasiyası müdafiə etmiş, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə 25 noyabr 2016-ci ildə iqtisad elmləri doktoru alimlik dərəcəsi almışdır.
Arzu Hüseynova proqramçı kimi bir çox AİS proqramlarının müəllifidir. O, 2001-ci ildə "Dissertasiya işlərinin və ETTKİ referativ jurnallarının nəşri üzrə proqram təminatının hazırlanması və tətbiqi”, 2002-2003-cu illərdə "ETTKİ fondu üzrə informasiya axtarış sisteminin yaradılması” layihələrinin, "ETTKİ” və "Azərbaycan elmi sitat indeksi biblioqrafik bazası” AİS-in müəllifi, 2009-cu ildən "Azərbaycan Respublikasında qabaqcıl texnologiya və innovasiya məlumat bazasının yaradılması və milli innovsiya sisteminin hazırlanması” proqramının rəhbəridir.
A.D.Hüseynova respublikada milli innovasiya sisteminin formalaşması və inkişafı məsələləri ilə sıx məşğul olur, respublikada innovasiya proseslərinin vəziyyətini öyrənir, «Azərbaycan Respublikası Milli İnnovasiya Sisteminin konsepsiyası», «Azərbaycan Respublikasının Milli İnnovasiya sisteminin formalaşması və inkişafı proqramı»nın layihələrinin hazırlanmasında yaxından iştirak etmişdir.
Arzu Hüseynova 9 kitabın və 80-ə yaxın elmi məqalələrin müəllifidir. Onlardan 30-u xaricdə nüfuzlu jurnallarda və konfrans materiallarında çap olunmuşdur.
Arzu Hüseynova 1989-cu ildən pedaqoji fəaliyyətə başlamışdır. O, Azərbaycan Xalq Təsərrüfatını İdarəetmə İnstitutunda, Bakı "Atatürk” fakültəsində, Qərb Universitetində, Azərbaycan Dövlət İqtisad Universitetində dərs demişdir. 2010-cu ildən Odessa Milli Hüquq Akademiyasının Kiyev şəhərindəki Əqli Mülkiyyət İnstitutu ilə qarşılıqlı əməkdaşlıq müqaviləsi əsasında "Əqli mülkiyyət”, "İnformasiya təhlili” və "innovasiya fəaliyyətinin idarə edilməsi” ixtisaslar üzrə magistraturaya mütəxəssis hazırlığında buraxılış işlərinin və təcrübə rəhbəri qismində yaxından iştirak edir. EİM-in Ukraynanın adı çəkilən institutu ilə "Müasir şəraitdə informasiya-analitik fəaliyyətin təşkili” üzrə ixtisasartırma kursunda mühazirə oxuyur. O, hazırda bir aspirantın elmi işinə rəhbərlik edir.
O, beynəlxalq təşkilatların qrantlarına layiq görülmüşdür: Kanada cəmiyyəti, Əfqanlarla "Kompüter bilikləri” kursu, lektor; "İqfotek” informasiya və telekomunikasiya texnologiyalarının inkişafı ictimai birliyi, Nazirliklərin kadr işçilərinə "İnformasiya texnologiyaları ilə tanışlıq” kursu, "MS EXCEL elektron cədvəli – işgüzar adamlar üçün”, IATP Məsafəli Təhsil Akademiyası; ABŞ hökuməti tərəfindən maliyyələşən Beynəlxalq Tədqiqatlar və Mübadilələr şurasının (İREX) distant təhsil üzrə məsləhətçi adına layiq görülmüşdür.
A.Hüseynova "Avrasiya” fondu tərəfindən təşkil edilmiş "İşguzar qadın” kursu beynəlxalq sertifikatına layiq görülmüşdür(1998). O, 2007-ci ildə Moskavada keçirilmiş "İnformasiya cəmiyyəti, informasiya və informasiya texnologiyalarının intellektual emalı” adlı beynəlxalq konfransda maraqlı çıxışına gorə Ümumrusiya İnstitutunun diplomuna laiq görülmüşdür. Azərbaycan Respublikası Prezidenti yanında Elmi İnkişaf Fondunun, Ukrayna Respublikası Milli Elm və Təhsil Nazirliyinin, Ukrayna Milli Texnika Universitetinin təşkil etdiyi "Elmi tədqiqatın nəticələrinin kommersiyalaşdırılması və texnologiyalarının transferi” mövzusunda 2013-cü ilin 16-17 avqust tarixlərində keçirilmiş Beynəlxalq seminarda fəal iştirakına görə Sertifikat almışdır.
 
Vəfat etmişdir:
 
1970 —Sovet antropoloqu, arxeoloqu Mixail Mixailoviç Gerasimov 62 yaşında vəfat etmişdir.
Tarixdə bu gün - 21 iyulMixail Gerasimov 15 sentyabr 1907-ci ildə Sankt-Peterburq şəhərində həkim ailəsində anadan olmuşdu.Uşaqlıq və gənclik illərini İrkutsk şəhərində keçirmişdi.11 yaşından qazıntılarda iştirak etmişdi.
Tarixdə bəzi rəvayətlər vardır, lənətlər, qadağalar barədə bütün kitablarda ətraflı məlumatlar verilib. Məsələn, Əmir Teymurla bağlı lənətin, qadağanın mövcudluğu hamıya bəllidir. Rəvayətə görə, böyük fatehin məzarına toxunulsa, bəşər tarixinin ən dəhşətli müharibəsi başlayacaq. Sovet alimləri əlbəttə ki, belə rəvayətlərə fikir verən deyildilər. Səmərqənddə əmir Teymurun məzarının açılması barədə xüsusi qərar verilmişdi. SSRİ-nin ən məşhur antropoloq alimi M.M.Gerasimov kəllə sümüklərinin əsasında rəhm, aman bilməmiş Teymurun sifətini, simasını bərpa etmək fikrinə düşmüşdü. Moskvanın fərmanı qabağında Özbəkistanın partiya təşkilatı nə deyə biləcəkdi? Hazırlıq işləri görüldü, məqbərədə bütün döşəməni söküb sarkofaqın üstünə çıxdılar. Deyilənə görə, sarkofaqın üzərində ərəb dilində bu sözlər yızılıbmış: "Açmayın! Teymurun dövründən də çox insan qanı töküləcək!" Başqa bir səhih məlumata görə, fəhlələr ilk günlərdə külünglə işləyib məzarı dağıdanda üç pirani qoca Gerasimovun yanına gəlir və xahiş edirlər ki, əmir Teymuru narahat etməsinlər, yoxsa fəlakət baş verəcək. Nə məşhur alim, nə də onunla işləyənlər qocaların sözlərini ciddi qəbul etmirlər. Qocaların biri alimin, məmurların inadını görüb dərin ah çəkib dillənir: - - Bizim borcumuz sizi xəbərdar etmək idi. Ona toxunsanız məhşər bərpa olacaq, biz bir şey bilməsək, demərik, insan qanından ümman yaranacaq, yer göy od tutub yanacaq... O, bu sözləri elə tərzdə, elə intonasiya ilə deyir ki, hamı sarsılır, hətta qocaların necə yox olmasını sezmirlər də. Rəhbər məmurlardan biri qocaların ardınca məqbərədən çölə çıxır və heç kimi görmür. O, təəccüblə ətrafa yığılmış adamlardan üç qocanın hara getdiyini soruşur.
Bir nəfər də olsun "Gördüm" sözünü demir, üç qoca elə bir ruh imiş... 1941-ci ilin iyun ayının 22-də sarkofaq açılır. İndi görün M.M.Gerasimovun özü nə danışıb: "Məzarın açılması üçün icazəni alan kimi sarkofaqın üzərinə qoyulmuş böyük daş təbəqə ilə üzləşdik. Onu nə yerindən qaldıra, nə də tərpədə bildik. Bazar günü idi, axtarıb qaldırıcı kran gətirdik və daş təbəqəni qaldırdıq. Mən həmin dəqiqə skeletin ayaqlarına diqqət yetirdim. Axı məlum idi ki, Teymur axsaq olub və mən də bunu dəqiqləşdirmək istədim. Doğrudan da ayağın biri digərindən gödək idi... Elə bu zaman yuxarıdan qışqırdılar - Mixail Mixailoviç! Tez olun çıxın! Molotov radio ilə çıxış edir, müharibə!" Arxeoloqlar hər yeri sahmana salıb qəbirin üstünü örtdülər. Gerasimov isə Teymurun kəlləsini Moskvaya apararaq, bərpa işinə başlayır. Tarixi şəxsiyyətin sifəti bərpa edilərkən kəllənin özü materialın içində qalır. Amma bir neçə ildən sonra Stalinin əmri ilə Teymurun kəlləsi Səmərqəndə gətirilib məzara qoyulur. Orta Asiyada İnsanlar hələ indiyə qədər müharibənin başlanmasını Teymurun məzarının açılması ilə bağlayırlar.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz