» » Tarixdə bu gün - 20 iyul

Tarixdə bu gün - 20 iyul

Müəllif: Vüsal от 20-07-2017, 00:15
 

20 iyul

İlin 201-ci (uzun illərdə 202-ci) günü

Doğum günləri:

1946 -  Azərbaycanın əməkdar mədəniyyət işçisi, kinorejissor Rafiq Ağahüseyn oğlu Dadaşov Bakı şəhərində anadan olub.
1963-cü ildə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında fəhlə vəzifəsində işə qəbul olunub. 1964-cü ildə rejissor köməkçisi kimi işə başlayıb. Həmin il M.A.Əliyev adına Azərbaycan Dövlət Mədəniyyət Və İncəsənət Universitetinin teatrşünaslıq fakültəsinin qiyabi şöbəsinə daxil olub və 1970-ci ildə universiteti bitirib. 1969-cu ildə Moskva Dövlət Kino Komitəsinin nəzdində olan Ali ikiillik kinorejissor və ssenarist kurslarına daxil olub. 1971-ci ilin dekabrında kursları başa vurub və III dərəcəli kinorejissor ixtisası adı alıb.
1972-1995-ci illərdə "Azərbaycanfilm" kinostudiyasında rejissor vəzifəsində çalışıb.
Daha sonra isə Teleradio Şirkətində "Sabah" yaradıcılıq birliyində rəhbər müavini vəzifəsində çalışıb.
1997-ci ildən yenidən "Azərbaycanfilm" kinostudiyasına qayıdıb.
2002-ci ildə Azərbaycan Televiziya və Radio verlişləri QSC "Aztelefilm" birliiyində kinorejissor vəzifəsində çalışıb.
5 fevral 2017-ci ildə vəfat edib.

Tarixdə bu gün - 20 iyul

1955 - Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi,  "Dan ulduzu" instrumental ansamblının bədii rəhbərii olmuş Həsənağa Qurbanov Naxçıvan şəhərində anadan olmuşdur.
1976-cı ildə A.Zeynallı adına Bakı Orta İxtisas Musiqi Məktəbini, 1981-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir.
Əmək fəaliyyətinə 1978-ci ildən Naxçıvan şəhər Mədəniyyət evində müəllim və C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında pianoçu kimi başlamışdır. Sonralar Ş.Qurbanov adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrında aparıcı dirijor, Naxçıvan Musiqi Texnikumunun direktoru, Azərbaycan Televiziyasının "Dan ulduzu" instrumental ansamblının bədii rəhbəri vəzifələrində çalışmışdır.
2001-ci ildə Bakı Şəhər Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə irəli çəkilmişdir.
Həsənağa Qurbanov gənc yaşlarından musiqiyə böyük maraq göstərmiş, Azərbaycan musiqi mədəniyyətinin tanınmış simalarından birinə çevrilmişdir.
"Dan ulduzu" instrumental ansamblının yaradıcısı, görkəmli musiqiçi Gülarə Əliyevanın layiqli davamçısı olan Həsənağa Qurbanov istedadlı gənc musiqiçilərə böyük diqqət və qayğı göstərmiş, onların peşəkar musiqiçi kimi yetişmələri üçün gərgin əmək sərf etmişdir.
Azərbaycan milli musiqisinin Azərbaycanda və respublikanın hüdudlarından kənarda tanınmasında və təbliğində onun böyük xidmətləri olmuşdur.
Əməkdar incəsənət xadimi H.Qurbanov 2007-ci ilin noyabr ayının 6-da 52 yaşında vəfat etmişdir.
 

Tarixdə bu gün - 20 iyul

1970 - Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Məmmədiyyə qızı Sofiyeva Qax şəhərində anadan olmuşdur.
1986-cı ildə Qax şəhərindəki 1 nömrəli orta məktəbi qızıl medalla bitirərək Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul olmuş və 1991-ci ildə ali təhsilini fərqlənmə diplomu ilə başa vurmuşdur.
1997-2001-ci illərdə Bakı Dövlət Universitetində hüquqşünas ixtisası da almışdır.
1998-2000-ci illərdə Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyində aparıcı mütəxəssis, daha sonra baş hüquq məsləhətçisi vəzifələrində çalışmışdır. İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. 1974-cü ildən idmanın şahmat növü ilə məşğul olur. 6 yaşında gənclər arasında rayon çempionu, 14 yaşında qızlar arasında, 15 yaşında qadınlar arasında Azərbaycan çempionu, 16 yaşında qızlar arasında SSRİ çempionu adını qazanmışdır. 20 yaşında tələbələr arasında dünya çempionu (2 qızıl medal), həmin ildə 20 yaşadək qızlar arasında dünya çempionatının gümüş medalçısı, 1993-cü ildə Azərbaycan komandasının tərkibində 26 yaşadək gənclər arasında dünya çempionatında gümüş medal qazanmış, bir çox beynəlxalq turnirlərin qalibi olmuşdur.1990-cı ildə Azərbaycanın ilk beynəlxalq qrossmeysteri, Islam dünyasında isə qadınlar arasında ilk beynəlxalq qrossmeyster adını qazanmışdır.
2002-2007-ci il tarixlərində Azərbaycan Şahmat Federasiyasının Prezidenti olmuşdur.

Tarixdə bu gün - 20 iyul

1970 - Bakı Şən və Hazırcavablar Klubunun prezidenti və "Bakılı oğlanlar" komandasının kapitanı Anar Məmmədxanov Bakı şəhərində anadan olmuşdur. 1987-ci ildə Bakı şəhər 160 saylı məktəbi bitirmişdir. Həmin il Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olmuş və 1992-ci ildə oranı bitirmişdir. 1992, 1993, 1995-ci illərdə Şən və Hazırcavablar Klubları arasında MDB çempionu, 2000-ci ildə XX əsr çempionu olmuşdur. Avrasiya Radio və Televiziya Akademiyasının üzvü olmuşdur. 1991-ci ildən Bakı Şən və Hazırcavablar Klubunun prezidenti, "Bakılı oğlanlar" komandasının kapitanı olmuşdur.
Bitərəf kimi Azərbaycan Respublikası birinci (1995), ikinci (2000) və üçüncü çağırış (2005) Milli Məclisinin deputatı olmuşdur.
23 Aprel 2011-ci ildə vəfat edib.

Tarixdə bu gün - 20 iyul

Bayramlar və xüsusi günlər:

Tarixdə bu gün - 20 iyul

 1996-cı ildən 20 iyul dünyanın hər yerində Beynəlxalq Şahmat Günü kimi qeyd olunur. Bu bayram əsası 1924-cü ildə qoyulmuş Beynəlxalq Şahmat Federasiyasının (FİDE) qərarı ilə keçirilir.
Bütün rəsmi yarışlar, o cümlədən kişi və qadınlar arasında dünya çempionatları, kişi, qadın, tələbə və yeniyetmələrin komanda birincilikləri, Avropanın komanda birinciliyi, Avropa Çempionlar kuboku, Panamerikan fərdi yarışları FİDE-nin himayəsi altında keçirilir.
FİDE 1950-ci ildən kişilərə, 1976-cı ildən isə qadınlara beynəlxalq qrossmeyster adı verir.
Azərbaycanda şahmat ən populyar idman növlərindən biridir. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2009-2014-cü illərdə şahmatın inkişafına dair Dövlət Proqramı təsdiq edilmişdir. Azərbaycanda şahmat ötən ilin 70-ci illərində inkişaf etməyə başlamışdır. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə respublikada şahmat məktəbləri tikilməyə başlamış, gənclərin bu idman növünə marağı artmış, gənc və istedadlı şahmatçılar pleyadası yetişmişdir.

Tarixdə bu gün - 20 iyul

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz