» » Tarixdə bu gün - 14 iyul

Tarixdə bu gün - 14 iyul

Müəllif: Vüsal от 14-07-2017, 00:15

14 iyul


İlin 195-ci (uzun illərdə 196-cı) günü

Mühüm hadisələr:

1683 — Osmanlı qoşunu Vyananı ikinci dəfə mühasirəyə alıb.
1789 — Xalq kütlələri Parisin mərkəzindəki mütləqiyyət simvolu olan Bastilya qalasını ələ keçirib. Bu hadisə Böyük Fransa İnqilabının başlanğıcı hesab edilir və hər il bayram kimi qeyd edilir.
1896 — Nijni Novqorodda ilk rus avtomobili təqdim edilib.
1918 — Azərbaycan ordusu Karrar stansiyasını (Kürdəmir) bolşevik daşnak qoşunundan azad edib.
1920 — Azərbaycan SSR İnqilab Komitəsi Bakı Universitetinin müəllim və professor heyətini hərbi səfərbərlikdən azad edib.
1933 — Sovet ekspedisiyası "Çelyuskin" gəmisi ilə Arktikaya yola düşüb..
1990 — Mixail Qorbaçov "Sovet televiziyalarının demokratikləşdirilməsi haqqında" fərman verib.
1969 — Heydər Əliyev Azərbaycan KP MK-nın Birinci katibi seçilib.
1969-cu il iyulun 14-də Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin sədri, general-mayor Heydər Əliyev Azərbaycan KP MK-nın 1-ci katibi seçilib.
BAKI, 14 iyul — Sputnik. 1969-cu il iyulun 14-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumunda təşkilati məsələyə baxılıb.
KP MK-nın 1-ci katibi Vəli Axundovun istefası qəbul olunub. Plenum yekdil qərarla Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin sədri, general-mayor Heydər Əliyevi Azərbaycan KP MK-nın 1-ci katibi seçib. Bu, Azərbaycanın yeni tarixində güclü lider və rəhbər kimi yer tutacaq, Azərbaycanın inkişafı naminə saysız xidmətlər göstərəcək şəxsiyyətin hakimiyyətə və böyük siyasətə gəlişi idi.
Heydər Əliyev 34 il böyük siyasət səhnəsində olub. 1969-1982-ci illərdə sovet Azərbaycanına rəhbərlik edib, 1983-1987-ci illərdə SSRİ rəhbərliyində yer alıb. 1993-cü ildə yenidən siyasi hakimiyyətə qayıdaraq 10 il Azərbaycana rəhbərlik edib.

Tarixdə bu gün - 14 iyul

 

1992 — Azərbaycan Mülki Aviasiya haqqında Beynəlxalq Konvensiyaya qoşulub.

Doğum günləri:

1957 — Azərbaycanın Milli Qəhrəmanı Tahir Əminağa oğlu Bağırov Türkmənistan Respublikasının Krasnovodsk (indiki Türkmənbaşı) şəhərində anadan olmuşdur. Tarixdə bu gün - 14 iyulMilliyətcə azərbaycanlıdır. Şirvan şəhərində 1974-cü ildə 8-ci sinifi bitirmiş, həmin ildə sürücülük sənətinə yiyələnmişdi. 1977-ci ilin may ayıdan 1979-cu ilin sentyabr ayınadək keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. Ordudan tərxis olunduqdan sonra Azneft-1 istehsalat birliyində İES-də nəqliyyat sexində işləmişdir.

Tahir Bagırov Milli Ordu hissələri təşkil edilməyə başlananda onun sıralarına qoşulmuşdur. 1992-ci ilin 1 mart tarixində 843-cu hərbi hissənin komandirinin əmri ilə Tahir təlim komandirinin müavini təyin olunmuş, sonra isə Azərbaycan Respublikası hərbi hava qüvvələrinin Mİ-24 helokopterində bort atıcısı vəzifəsinə keçirilmışdi. Qarabağda Ermənistan ekspedisiya korpusuna qarşı keçirilən hərbi əməliyyatlarda iştirak etmişdir.

1992-ci il 11 oktyabrda gedən döyüşlərdə baş çavuş T.Bağırov qəhrəmancasına həlak olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 9 fevral 1993-cü il tarixli fəmanı ilə Tahir Əminağa oğlu Bagırova Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir.

Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib.

Şirvan şəhərində yaşadığı küçəyə,11 saylı və 59 saylı orta məktəbə onun adı verilib.


Vəfat etmişdir:
 

1992— Azərbaycanın Milli Qəhrəmanı İxtiyar Qasım oğlu Qasımov Vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.

Tarixdə bu gün - 14 iyul İxtiyar Qasımov  1970-ci ildə Ağdam rayonunda anadan olmuşdur. 1977-ci ildə Salahlı kənd orta məktəbinə getmiş və səkkizinci sinfə qədər burada təhsil almışdır. 1985-ci ildlə Bakıya gələrək təhsilini burada davam etdirir. 1992-ci ildə könüllü olaraq hərbi komissarlığa müraciət edərək döyüşlərə göndərilməsini xahiş edir.

 İxtiyarı "N" saylı hərbi hissəyə təhkim edirlər. O, ilk günlərdən özünə ad-sad qazanmışdı seçdiyi düzgün qərarın nəticəsi olaraq Qazançı kəndində ermənilərin üç PDM-si, bir zirehli maşını və onlarla canlı qüvvəsi məhv edildi. 1992-ci il 14 iyul tarixdə ermənilər Canyataq kəndinə hücuma keçdilər, burada bir neçə döyüşçü yaralanır onların erməni qəsbkarlarının əlinə keçməməsi üçün İxtiyar özünü qabağa ataraq əks hücumun qarşısını almağa çalışır. Yaralıları xilas edirlər İxtiyar özü isə qəhrəmancasına həlak olur.

Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 saylı fərmanı ilə İxtiyar Qasım oğlu Qasımov ölümündən sonra  Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.

Salahlı kənd qəbristanlığında dəfn edilib.

Vaxtilə oxuduğu Salahlı kənd orta məktəbi onun adını daşıyır.

 

1997— Tanınmış  şair, tərcüməçi, publisist,  Azərbaycan Lenin komsomolu mükafatı laureatı  İsa Mustafa oğlu  İsmayılzadə  57 yaşında vəfat etmişdir.

İsa İsmayılzadə 1941-ci il martın 15-də Gürcüstanın Qarayazı (indiki Qardabani) rayonunda anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsil almışdır (1958-1963).

 

Ədəbi fəaliyyətə tələbəlik illərində "Aprel çiçəkləri" (1959) almanaxında və "Azərbaycan gəncləri" qəzetində (19 iyun 1961-ci il) çap etdirdiyi ilk şeri ilə başlamışdır. O, Qardabanidə orta məktəbdə müəllim (1963-1964), Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor, Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında elmi redaktor (1966-1968), "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında ədəbi işçi, şöbə müdiri, baş redaktorun müavini, "Ulduz" jurnalı redaksiyasında şöbə müdiri (1968-1981), "Azərbaycan" jurnalı redaksiyasında baş redaktorun müavini vəzifələrində işləmişdir (1981-ci ildən ömrünün sonunadək). Eyni zamanda Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətinin musiqili veriliş baş redaksiyasında (müqavilə ilə) musiqi mətnləri şöbəsinin müdiri kimi fəaliyyət göstərmişdir (1994-cü ildən). Şeir və poemaları keçmiş SSRİ xalqlarının dillərinə, habelə bir sıra xarici dillərə tərcümə edilmişdir.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz