» » Tarixdə bu gün - 11 iyul

Tarixdə bu gün - 11 iyul

Müəllif: Vüsal от 11-07-2017, 00:15

11 iyul

İlin 192-ci (uzun illərdə 193-cü) günü

Doğum günləri:

1903 —Məşhur sovet kəşfiyyatçısı Rudolf Abel Birləşmiş Krallıın   Benuell şəhərində yaşayan bir rusiyalı qaçqının ailəsində dünyaya gəlib. 1920-ci illərdə Rusiyaya Tarixdə bu gün - 11 iyulqayıdıb və 1920-ci illərin sonu və 1930-cu illərin əvvəlində sovet kəşfiyyatında radio operatoru kimi diqqətə alınıb və kəşfiyyata cəlb edilib və DTK üçün çalışmağa başlayıb.
1957-ci ildə Amerika Federal Məhkəməsi onu Sovet agenti olaraq Nyu-yorkda, daha sonralar "Hollow Nickel" hadisəsi il bağlı olmasını iddia edərək 30 il həbsə məhkum etdi və Georgia yerləşən Atlantada federal həbsxanaya köçürülmüşdür. 4 il sonra Rusiyada yaxalanan Amerika U-2 pilotu Frensis Qari Powerslə dəyişdirilib. Sovet İttifaqına qayıdandan sonra, 1971-ci ilə qədər (68 yaşına) öz təcrübələrini gənc çekistlərə öyrətmişdir.  

1955 — Azərbaycanın Milli Qəhrəmanı Etibar Böyükağa oğlu Əliyev Lənkəran şəhərində anadan olmuşdur. Burada 5 saylı orta məktəbdə 8-ci sinfi bitirib. O, Tarixdə bu gün - 11 iyul1969-cu ildə 34 saylı texniki-peşə məktəbində dülgər vəzifəsinə yiyələnmişdir. 1973-cü ildə hərbi xidmətə çağırılmışdır. Etibar Əliyev 1975-ci ildə əsgəri xidmətini başa vurub vətənə dönmüş, Lənkəran şəhər Əhaliyə Məişət Xidməti İdarəsində əmək fəaliyyətinə başlamışdır. Bir müddət burada çalışdıqdan sonra Lənkəran Konserv Kombinatında , sonra isə "Sevinc” kiçik müəssisəsində işləmişdir.

Respublikanın müstəqilliyi uğrunda canından belə keçməyə hazır olan Etibar  1990-cı ildə keçmiş Sovet Ordusunun əsgərləri  tərəfindən 30 gün həbsdə saxlalanılmışdır. Lakin bu hədə-qorxu onu yolundan döndərə bilməmişdir.

1993-cü il avqustun 23-də "Talış-Muğan Respublikası” yaratmaq iddiası ilə dövlətimizi parçalamağa can atan bir qrup azğın separatçı Azərbaycanın cənub bölgəsində qatmaqarışıqlıq saldı. Bu ağır günlərdə neçə-neçə günahsız insan qətlə yetirildi. Azğınlaşmış cinayətkar ünsüllərin həddini aşmasına dözməyən qəhrəman oğullarımız ayağa qalxdılar. Keçirilən əməliyyatlarda Etibar Əlıyev xüsusi fəallıq göstərərək, ön cərgədə gedirdi. O, Vətənin bütövlüyü, suverenliyi yolunda qəhrəmanlıq göstərərək, əbədiyyətə qovuşdu.

Ailəlidir. İki qızı yadigar qalıb.

Azərbaycan Respublikası Prezidentinin 24 avqust 1993-cü il tarixli 740 saylı fərmanı ilə Əliyev Etibar Böyükağa oğluna ölümündən sonra  Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir.

Lənkəran şəhərində Şəhidlər Xiyabanında dəfn edilib.

Adına Lənkəran şəhərində küçə var. Şəhərin "23 Avqust" meydanında büstü qoyulub.


1965 — Azərbaycanın Milli Qəhrəmanı Rafiq Alıcanov Qazax rayonunun Kəmərli kəndində dünyaya göz açmışdır. Muğanlı kənd orta məktəbini bitirdikdən sonra Tarixdə bu gün - 11 iyulKalininqrad şəhərinə gedərək Ali Hərbi Məktəbə daxil olmuşdur. 1988-ci ildə təhsilini bitirib Ukraynada ixtisası üzrə işə başlamışdır. 1988-ci ildə Qarabağ müharibəsi başlayan zaman Azərbaycana qayıtmışdır: Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Kəlbəcər, Ağdam, Tərtər, Füzuli, Zəngilan rayonlarında və Naxçıvan MR-da döyüşlərdə iştirak etmişdir. Kapitan rütbəsinə yüksəlmişdir. 5 noyabr 1993-cü ildə Füzuli rayonunun Kürdmahmudlu kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
Azərbaycan Respubliksı Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə kapitan Alıcanov Rafiq Cəfər oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.
Qəhrəman həmvətənimiz Köçəvəlli kəndində dəfn edilmişdir.
Köçəvəlli kənd orta məktəbi onun adını daşıyır. Məktəbin qarşısında və Ağstafa şəhərinin mərkəzində büstü var. Büstün qoyulduğu ərazidə yerləşən park onun adını daşıyır. Eyni zamanda Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsində və Ağstafa rayonunun mərkəzində adına küçə verilmişdir.
Güləmail Muradla Salatın Əhmədlinin "Vətən sağ olsun" şeir kitabı və Fəridə Ləmanin "Lalələr şəhid qanı" poeması Rafiq Aıcanovun qəhrəmanlığından, keçdiyi həyat yolundan bəhs edir.

Vəfat etmişdir:

1918 — Azərbaycan ədəbiyyatında romantizm cərəyanının nümayəndəsi, məşhur şair, dramaturq və tərcüməçi Abbas Səhhət Gəncə şəhərində vəfat etmişdir.
Tarixdə bu gün - 11 iyulAbbas Səhhət 1874-cü ildə Şamaxıda ruhani ailəsində dünyaya gəlmişdir. Məşhəd və Tehran şəhərlərində tibb təhsili almışdır. 1901-ci ildə Şamaxıya qayıdan Abbas Səhhət tədricən həkimlik sənətindən uzaqlaşaraq məktəblərdə, daha sonra Azərbaycan dilindən dərs deyir. Məhz bu dövrdən etibarən ədəbi fəaliyyətə başlayır. 1903-cü ildən məqalələri Şərqi-Rus qəzetində çap olunur. 1905-ci ildə "Yeni poeziya necə olmalıdır?" adlı məqaləsi, daha sonra "Poetik nitq", "Azadlığa mədhiyyə", "Oyanışın səsi" şerləri işıq üzü görür.
"Yeni üslublu məktəblər" ideyasının yorulmaz müdafiəçisi olan Abbas Səhhət, professor Əli bəy Hüseynzadənin banisi olduğu Azərbaycan romantik ədəbiyyatı cərəyanına qoşulur (Füyuzat jurnalı, 1906-1907-ci illər). Abbas Səhhət o dövrdə Bakıda nəşr olunan bütün jurnal və qəzetlərdə mütəmadi qaydada çıxış edir. Tərcüməçilik fəaliyyəti ilə də məşğul olan yazıçı o dövr Azərbaycan oxucusunu rus (Lermontov, Puşkin, Krılov, Nadson, Maksim Qorki və b.), fransız (Hüqo, Müsse, Sülli-Prüdom və b.), alman şair və yazıçılarının əsərləri ilə tanış edir
1912-ci ildə şairin öz şerlərindən ibarət "Sınıq saz" və Avropa şairlərindən etdiyi tərcümələrdən ibarət "Qərb günəşi" adlı şerlər toplusu işıq üzü görür. Bir qədər sonra "Əhmədin şücaəti" adlı poeması, 1916-cı ildə isə "Şair, şeir pərisi və şəhərli" adında romantik poeması nəşr olunur.
Abbas Səhhətin yaradıcılığına Şərqin Nizami, Hafiz, Sədi kimi şairlərin böyük təsiri olmuşdur. O, türk xalqlarının ədəbiyyatları ilə də yaxından maraqlanmış, xüsusilə Tofiq Fikrət yaradıcılığına xüsusi diqqət göstərmişdir.
Abbas Səhhət Azərbaycanda liberal burjuaziya ideyasını müdafiə etmiş, İslam dəyərlərindən imtinaya qəti etiraz edərək, əsərlərində "ümummüsəlman qərbçiliyi" ideyasını dəstəkləmişdir.
1908-ci ildə baş vermiş İran inqilabına ən gözəl əsərlərini həsr etmişdir.Şair həm də Mirzə Ələkbər Sabir ilə yaxın dost olmuşdur. Hər ikisinin Şamaxıda yaşamağı bu dostluğun güclənməsində böyük rol oynamışdır. Onlar bəzən ikisi birlikdə Bakıya gəlmişdir.

1971— Sovet İttifaqı Qəhrəmanı  Yusif Mədət oğlu Sadıqov 53 yaşında vəfat etmişdir.

Tarixdə bu gün - 11 iyulYusif Sadıqov 1918-ci ildə Tovuz rayonunun Ağdam kəndində anadan olmuşdur. 18 fevral 1942-ci ildə müharibəyə səfərbər olunmuşdur. Starşina rütbəsi ilə 1-ci tank ordusunun 19-cu mexanikləşdirilmiş briqadanın artileriyası dəstəsinin komandiri olmuşdur. Moskva şəhərinin müdafiəsində, Ukrayna və Belorusiyanın azad edilməsində iştirak etmişdir. 1943-ci ildə Sov.İKP (B)-nın (Kommunist Partiyası) üzvülüyünə qəbul edilmişdir.

Berlinə hücumda, Reyxstaqın alınmasında iştirak etmişdir. Berlin şəhərinin alınması uğrunda gedən döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə 31 may 1945-ci ildə Sovet İttifaqı Qəhramanı adına layiq görülmüşdür. "Lenin" və "Qızıl Ulduz" (№ 7071) ordenləri ilə təltif edilmişdir. Müharibədən sonra Tovuz şəhərində "Netbaza"nın direktoru vəzifəsində çalışmışdır.

11 iyun 1971-ci ildə vəfat etmiş, doğma kəndində dəfn edilmişdir. Tovuz şəhərində adına küçə var. Büstü qoyulmuşdur.

Döyüşlərdə iki dəfə yaralanıb.


2006 — Azərbaycan Respublikasının Xalq artisti, kino rejissor və operator Rasim Ocaqov 72 yaşında Bakıda vəfat etmişdir.
Rasim Ocaqov 1933-cü il noyabr ayının 22-də Azərbaycanın Şəki şəhərində anadan olub. 1951-1956-cı illərdə Moskvada ÜDKİ-nin kinooperatorluq fakültəsində Tarixdə bu gün - 11 iyul
təhsil alıb. Daha sonra M.A.Əliyev adına ADİİ-nun rejissorluq fakültəsini bitirib. 1956-cı ildən "Azərbaycanfilm" kinostudiyasında quruluşçu-operator, 1973-cü ildən quruluşçu rejissor işləyib.
50-ci illərin sonlarında Bakı kinostudiyasında ilk çəkilişlərinə başlayıb. 1957-ci ildə ilk dəfə operator kimi "Bir məhəlləli iki oğlan" filmini lentə alıb. Filmdə baş operator Marqarita Pilixina olub. "Onun böyük ürəyi" (1958) filmi R. Ocaqovun ilk sərbəst işi idi. Film Sumqayıt metallurqlarının həyatına həsr olunmuşdu. Bu ağır peşə adamlarının ekran həyatı operatorun kamerası ilə romantik və cəzbedici bir formaya salınmışdır. Bundan sonra lentə aldığı "Əsl dost", "Bizim küçə", "Mən rəqs edəcəyəm", "Sən niyə susursan?" və "Skripkanın sərgüzəşti" filmlərində Rasim Ocaqov Azərbaycan kinosunda operatorluq sənətinin ən layiqli nümunələrini yaradıb.
Onun ən uğurlu rejissor işi "Tütək səsi" filmi oldu. "Tütək səsi" öz orijinal səhnələri, çəkiliş manerası, mövzunun bədii həlli baxımından Azərbaycan kinosuna xeyli yeniliklər gətirdi. Bundan sonra çəkdiri "Ad günü", "Bağlı qapı", "Özgə ömür", "Park", "Ölsəm bağışla", "Həm ziyarət, həm ticarət", "İstintaq" filmlərində R.Ocaqov müasirlərinin əsl obrazını yaratmaqla tamaşaçıları ətrafa diqqətlə yanaşmağa, cəmiyyətdə baş verən neqativ hallara göz yummamağa çağırır. "Təhminə", "Otel otağı" kimi son filmlərində də ciddi mövzulara toxunur, yenə də insanın ətraf aləmə münasibəti mövzusunda söhbət açır.

Tarixi gün və bayramlar:

Dünya Əhalisi Günü

Ümumdünya Şokolad Günü

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz