» » Tarixdı bu gün - 9 iyul

Tarixdı bu gün - 9 iyul

Müəllif: Vüsal от 9-07-2017, 00:15

9 iyul

İlin 190-cı (uzun illərdə 191-ci) günü.

Mühüm hadisələr:


1919 – Azərbaycan Cümhuriyyəti Xarici İşlər Nazirliyinin katibliyinə dair müvəqqəti təlimat qəbul edilmişdir.

Doğum günləri:

1835 — XIX əsr Azərbaycan şairi və maarifçisi Seyid Əzim Şirvani 1835-ci il iyul ayının 10-da Şamaxıda ruhani ailəsində anadan olmuşdur. Seyid Əzim kiçik yaşlarında ikən Şamaxının tanınmış, mötəbər şəxslərindən olan atası Seyid Məhəmməd vəfat etmişdir. Seyid Əzim ana babası molla Hüseynin himayəsi altında Tarixdı bu gün - 9 iyulyaşamışdır. Molla Hüseyn Dağıstanda Yaqsay kəndində ruhanilik edirdi. Babasından ərəb və fars dillərini öyrənən Seyid Əzim təxminən 10 il sonra Şamaxıya qayıdır və burada mədrəsədə oxuyub orta ruhani təhsilini tamamlayır.
1856-cı ildə ali ruhani təhsili almaq həvəsi 21 yaşlı gənc Seyid Əzimi İraqa, əvvəl Nəcəf və Bağdada, sonra isə Suriyanın Şam şəhərinə aparır. Gənc şair İraqda oxuyarkən dünyəvi elmlərə də böyük maraq göstərir. Şamaxıya qayıtdıqdan sonra 1869-cu ildə orada yeni üsul üzrə məktəb açaraq ömrünün axırına qədər burada müəllimlik edir. Köhnə mollaxanalardan fərqli olaraq o, bu məktəbdə uşaqlara dini elmlərlə yanaşı, Azərbaycan və fars dillərini təlim edir, tarix, coğrafiya, hesab və s. fənlərdən ibtidai məlumat da verirdi. Təsadüfi deyil ki, Azərbaycanın görkəmli şairi Mirzə Ələkbər Sabir, məşhur yazıçı və pedaqoq Sultan Məcid Qənizadə və bir sıra başqa yazıçılar məhz onun məktəbində oxumuşlar.
Zəngin ədəbi yaradıcılığa malik olan Seyid Əzim Şirvaninin bədii irsi biri azərbaycanca, digəri isə farsca iki böyük külliyyatdan ibarətdir. Azərbaycanca bəddi irsinin əsasını qəzəl janrı təşkil edir.
Şairin əsərləri içərisində müxtəlif Şərq mənbələrindən etdiyi tərcümələr, Sədi, Hafiz və Məhəmməd Füzuli şeirlərinə yazdığı nəzirələr də vardır. Lakin bunlar şairin zəngin bədii irsi içərisində az yer tutur. Seyid Əzim Şirvani yaradıcılığının çox hissəsi lirik janrda yazılmış orijinal əsərlərdən ibarətdir ki, bunların da çoxu qəzəllərdir. Şairin qəzəllərində həyat sevgisi, nikbin əhval-ruhiyyə, dini etiqad xüsusi yer tutur. Onun aşiqanə qəzəlləri daha çoxdur. Müəllifin şeirə hərarət və can verən dərin lirikasını məhz bu qəzəllərdə görmək olur.

Gecə gördüm səni, ey afəti dövran, yuxuda,
Ki, elərdin mənə yüz lütfi-firavan yuxuda.

Seyid Əzim Şirvani yaradıcılığının ikinci mərhələsi onun maarifçi və tənqidi-satirik şeirlərilə başlayır ki, artıq bu zamandan etibarən onun yaradıcılığında realizm üstünlük təşkil edir. Onun realist şeir yaradıcılığı sahəsinə keçməsində "Əkinçi" qəzetinin mühüm rolu olmuşdur. Çünki, məhz "Əkinçi"nin təsirilə şair günün bir çox zəruri məsələləri ilə maraqlanır və yaradıcılığında yeni mövzulara keçir, müasir həyatın tələblərinə uyğun şeirlər yazır, Azərbaycanın ilk mətbu orqanında nəşr etdirir. Maarifçi şair üçün "Əkinçi" xalqa müraciət yeri idi. O, xalqı qəflət və cəhalət yuxusundan oyanmağa çağırır, Həsən bəy Zərdabinin xeyirxah, maarifçi təşəbbüslərini alqışlayır, onu bilikli bir müəllim və xeyirxah bir insan kimi qiymətləndirirdi. O, "Əkinçi"də çap etdirdiyi şeirlərilə müasirlərini bu qəzeti oxumağa, ona kömək etməyə çağırırdı:

Bəs "Əkinçi" cəlalımızdır bizim,
Nasehi xoşməqalımızdır bizim.
Səy edək, ey guruhi-niksifat,
Etməsin ta bizim "Əkinçi" vəfat.

Şairin əsərləri içərisində öyüd, təmsil və didaktik mahiyyət daşıyan mənzum hekayələr vardır ki, bunların da müəyyən bir hissəsi öz ideyaları etibarilə onun maarifçi şeirləri ilə birləşir. Doğruçuluq, mərdlik, dostluq, yoldaşlıqda mətanət, çalışqanlıq, əzilənlərə kömək, insanlarla yaxşı rəftar və s. gözəl və nəcib sifətlərin tərbiyələndirilməsi həmin öyüdlərin əsas məzmununu təşkil edir.
Seyid Əzim Şirvaninin ictimai mahiyyət daşıyan satiraları onun ümumi yaradıcılığında müstəsna mövqe tutur. Onu öz dövrünün böyük realist şairi kimi tanıdan "Yerdəkilərin göyə şikayət etmələri", "Dəli şeytan", "Məkri-zənan", "Bəlx qazisi və xarrat", "Müctəhidin təhsildən qayıtması", "Elmsiz alim", "Alim oğul ilə avam ata" ,"Qafqaz müsəlmanlarına xitab" və s. satiralarıdır.
Öz zəngin yaradıcılığı ilə Azərbaycan ədəbiyyatı tarixinə qızıl səhifələr əlavə edən Seyid Əzim Şirvani 1888-ci il iyunun 1-də Şamaxıda vəfat etmişdir.


1936 –Azərbaycan yazıçısı və geoloqu  Şamo Arif   Qubadlı rayonunun Əyin kəndində anadan olub.
Tarixdı bu gün - 9 iyul1965-ci ilin iyulunda 34 yaşında ikən qəflətən vəfat edən qardaşı Şamonun xatirəsini yaşatmaq üçün atası və anasının razılığı ilə onun adını öz adının qarşısına qəbul edib.
O, həm də geologiya və minerologiya üzrə tanınmış alimdir. 1954-cü ildən Neft Sənayesi Elmi-Tədqiqat Layihə İnstutunda çalışmışdır.
Onun 1961-ci ildə R.Rəhimovla birgə çap etdirdiyi "Xəzər və neft" kitabı bu gün gədər öz aktuallığını saxlayır.
Ədəbi fəaliyyətə 1960-cı illərdən başlayıb. İlk olaraq "Qoşa çinar" hekayəsi çapdan çıxıb. Az sonra 1964-cü ildə "Göz dağı" povesti və "Anamın yuxusuna girməsin" romanını çap etdirib. Ən nəhayət, sonuncu romanı "Qınamayın məni" olub. 
Dövrü mətbuatda tez-tez publisistik və elmi məqalələr ilə çıxış etmişdir.
Şamo Arif 16 iyun 2012-ci ildə 75 yaşında vəfat etmişdir.
 
Vəfat etmişdir:

1488 — Səfəvi təriqətini rəhbəri, Şah İsmayıl Xətainin atası, Səfəviyyə ordeninin başçısı Şeyx Heydər vəfat etmişdir.

Tarixdı bu gün - 9 iyulAtası öləndə hələ doğulmamış olan Şeyx Heydər dayısı Uzun Həsənin sarayında doğulmuşdu. 9 yaşında dayısı Uzun Həsən tərəfindən Ərdəbilə göndərilmiş, 1471-ci ildə dayısının Dəspinə xatundan doğulmuş qızı Aləmşah bəyim ilə evlənmiş, Uzun Həsənin qaraqoyunlular və Teymuri sultanı Əbu Səidlə mübarizəsində fəal iştirak etmişdir.

Siyasi və hərbi mübarizəsi

Teymuri sultanı Əbu Səid 1468-ci ildə Uzun Həsənlə mübarizə aparmaq məqsədilə Heratdan çıxıb Qarabağa gəldi. Şirvanşah Fərrux Yasar əvvəlcə Əbu Səidə kömək göstərsə də, Uzun Həsənin hədələrindən qorxuya düşüb onunla ittifaqdan imtina edərək Uzun Həsənə qoşuldu. Ağqoyunlu hökmdarı başda olmaqla, Şirvanşah Fərrux Yasar və Ərdəbil hakimi, Cüneydin oğlu Şeyx Heydər Səfəvidən ibarət güclü ittifaq yarandı. Danışıqlar üçün Uzun Həsən Şeyx Heydəri Əbu Səidin yanına elçi göndərdi. O, geri qayıdıb Xorasan qoşunlarının həqiqətən ağır vəziyyətdə olduğunu təsdiq etdi və Uzun Həsəni Əbu Səid ilə sülh bağlamaq

fıkrindən daşındırdı və 31 yanvar 1468-ci ildə baş verən döyüşdə Əbu Səidin qoşunları məğlubiyyətə uğradı, özü isə qaçdı, ancaq yaxanladı və edam olundu.

Şirvan maraqları

Şeyx Heydər də atası kimi Şirvanı tutmağa çalışırdı. O, Şirvanşahdan Cüneydin ölümünün qisasını almaq istəyərək "kafir" çərkəzlər əleyhinə mübarizə bəhanəsi ilə 10000 süvari qoşun topladı və Uzun Həsənin 1478-ci ildə ölümündən sonra yerinə keçən oğlu Sultan Yaqubdan Şirvanşah Fərrux Yasara məktub gətirməklə ondan Şirvan torpaqlarına daxil olan Dərbənddən keçərək, Dağıstana, çərkəzlər ölkəsinə getmək üçün icazə alıb yürüşə yollandı, oranı talan edərək çoxlu əsir götürdü və təntənə ilə Ərdəbilə qayıtdı. 1487-ci ildə çərkəzlər üzərinə ikinci dəfə basqın edən Şeyx Heydər 6000 nəfər əsir alaraq, eyni yolla Ərdəbilə döndü.

Növbəti səfər zamanı Şeyx Heydər atasının qisasın almaq üçün Şirvanşaha müharibə elan etdi. Şirvanşah Fərrux Yasar qiymətli əmlakla ailəsini, habelə şəhər əhalisinin bir hissəsini Şamaxı yaxınlığındakı Gülüstan qalasına ötürdü, özü isə qızılbaşlar ilə döyüşə yollandı, ancaq Şeyx Heydər öz qoşunları ilə üzərinə hücuma keçəndə Şirvanşah Gülüstan qalasına çəkilməyə məcbur oldu. Qisas alan Şeyx Heydər Şamaxıda çoxlu adam qırdı və Şamaxını yandırdı. Sonra Heydər Gülüstan qalasını uzunmüddətli mühasirəyə aldı. Yeddi aya yaxın mühasirədə qalan Şirvanşah çıxılmaz vəziyyətə düşüb yardım üçün sultan Yaquba müraciət etdi.

Sultan Yaqub qayınatası olan Şirvanşaha yardım etmək qərarına gəldi. Sultanın yaxınlaşması xəbərini eşidən Şeyx Heydər tələsik Şamaxının ətrafını tərk edərək Şamaxıdan 6 km şimal-şərqdə yerləşən Cabaniyə çəkildi və oradan Dərbəndə tərəf yollandı. Şeyx Heydər Gülüstan qalasını mühasirədə saxlayarkən, Şirvanın müxtəlif yerlərinə dağılmış əmirlər Şirvan əyanlarından Kiçi Bəyin başçılığı altında toplaşaraq, üləmaların və zahidlərin razılığı ilə Şirvan qoşunlarından və əhalisindən 1000000 nəfərədək adam (mənbədəki rəqəm görünür şişirdilib) yığıb Şeyx Heydərə qarşı cihad elan etdilər. Ancaq Şeyx Heydər Gülüstan qalasının mühasirəsindən əl çəkib, əksərən Şirvan kəndlilərindən ibarət bu qeyri-nizami qoşunu darmadağın etdi. Qızılbaş qoşunlarının tələsik getmələrini görən Fərrux Yasar Şeyx Heydərin qorxudan və ərzaq qıtlığından geri çəkildiyini güman etdi və onu təqib etmək məqsədilə qaladan çıxdı. Lakin onun qələbə çaldığını və qayıdıb Gülüstanın mühasirəsini davam etdirmək niyyətində olduğunu biləndə, Şirvanşah Şamaxıdan 20 km şimal-qərbdə yüksəklikdə yerləşən əlçatmaz Sulut qalasına sığınmağa məcbur oldu. Bu vaxt başda sərkərdə əmir Süleyman bəy Bicək oğlu və Ayba Sultan Yaqub olmaqla böyük qoşun Şeyx Heydərlə müharibədə Fərrux Yasara kömək etmək üçün Şirvana yollandı. Şeyx Heydər isə Dərbəndə doğru hərəkət edərək, onu mühasirəyə aldı.

Əmir əl-üməra Süleyman bəy Bicanoğlu qoşunları ilə viran edilmiş Şirvana daxil oldu. Şah Sulut qalasını tərk edərək, qoşunun qalan hissəsi ilə əmirlərə qoşuldu. Süleyman bəy qoşunları ilə Şeyx Heydərin ordusu Təbərsəranda qarşılaşdı. 9 iyul 1488-ci il Şirvanşahın və Ağqoyunlu əmirlərinin birləşmiş qoşunları Şeyx Heydərin qızılbaşlılarına hücum etdi. Hər iki tərəf inadla vuruşurdu. Süleyman bəy vuruşmada yaralanıb, döyüşçüləri tərəfindən kənara çıxarıldı. Bu zaman Şeyx Heydər də oxla boynundan ölümcül yaralandı. Qızılbaşlar onu atdan endirib araya alaraq, düşmənin həmləsini dəf etməyə cəhd göstərdilər. Lakin qızılbaşların qüvvələri tükənmişdi və əmirin qoşunları onların cərgələrini pozdu. Qapıçı Əli ağa Şeyx Heydərin başını kəsərək əmirə gətirdi. Şeyxin həlak olduğunu görən qızılbaşlar döyüş meydanına qayıdaraq mərdliklə vuruşdular. Lakin əmirlərin və Şirvanşahların qoşunları onları məğlub və məhv etdilər. Sultan Yaqubun qərargahına göndərilən qasid döyüşün nəticəsi haqqında xəbərlə yanaşı, Şeyx Heydərin başını da apardı. Sultan Yaqub şeyxin başını bir neçə günlüyə tamaşaya qoyduqdan sonra anasına (Uzun Həsənin bacısına) verməyi əmr etdi.

Ailəsi

1471-ci ildə Aləmşah bəyim ilə evlənmiş və üç oğlu doğulmuşdu:

Şeyx İbrahim

Şeyx Sultan Əli

Şeyx İsmayıl

Şeyx Heydərin Aləmşah bəyimdən 3 oğlu olmaqla yanaşı, digər bir arvaddan daha 4 oğlu olmuşdur. Onunla 1473-cü ildə evlənmişdi, öz əmisi Şeyx Fəridəddin Cəfər ibn Xacə Əlinin qızı idi.

Seyid Həsən mirzə (1473-1525) - Ərdəbil hakimi

Seyid Süleyman mirzə - 1513-cü ildə Şah İsmayıl tərəfindən edam edilmişdir.

Seyid Davud mirzə

Seyid Mahmud mirzə

Qızları:

Fəxr Cahan xanım - Bayram bəy Qaramanlı ilə evlənmişdi.

Mələk xanım - Abdı bəy Şamlı ilə evlənmişdi.

Fatma sultan - Hüseyn bəy Şamlı ilə evlənmişdi.

Dilşad sultan - Sasun bəyliyinin hakimi Şah Əli bəy (ö. 1540) ilə evlənmişdi.


 1992— Azərbaycanın Milli Qəhrəmanı Namiq Müslüm oğlu  Allahverdiyev Vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.

Tarixdı bu gün - 9 iyulNamiq Allahverdiyev 5 oktyabr 1967-ci ildə Beyləqan rayonunda anadan olmuşdur. 1984-cü ildə 1-saylı orta məktəbi bitirmişdir. 1985-ci ildə hərbi xidmətə çağırılmış, 1987-ci ildə hərbi xidmətini Moskva ətrafında başa vuraraq vətənə dönmüşdür.

1988-ci illərdə erməni təcavüzkarları xalqımızı narahat etməyə başlamışdı. Yerli əhali könüllü müdafiə dəstələri yaradıb vətəni müdafiə edirdi. Könüllülər sırasına yazılanlardan biridə Namiq oldu. O ilk döyüşünə Qubadlı rayonunda başladı. Namiq 1991-ci il 31 avqustda DİN-in XTP dəstələrinə daxil olur və yenidən döyüş meydanına atılır. O, Laçın, Əsgəran, Füzuli, Goranboy rayonları uğrunda gedən döyüşlərdə iştirak edir. Axırıncı döyüşü Tərtər rayonunda olur. Burada Şıxarx (keçmiş Marquşevan), Həsənqaya, Birinci Çaylı, İkinci Çaylı və digər kəndləri erməni basqınçılarından azad edilmişdi. 9 iyul 1992-ci il erməni millətçilərinin silahlı qüvvələri Cəmilli yüksəkliyinə hücum edirlər, cəsur əsgərimiz Namiq onların qarşısını almaq üçün yüksəkliyə qalxaraq mövqə tutur, elə bu vaxt güclü partlayış eşidilir, tankdan atılan mərmi onun həyatına son qoyur.

Azərbaycan Respubliksaı Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Namiq Müslüm oğlu  Allahverdiyev  ölümündən sonra  Azərbaycanın Milli Qəhrəmanı fəxri  adına layiq görülmüşdür.

Bakı şəhəri Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Beyləqan rayonundakı 1 saylı orta məktəb qəhrəmanın adını daşıyır.


1996 —  Tanınmış nasir vadov Cəlal Novruz oğlu (Cəlal Bərgüşad) 72 yaşında vəfat etmişdir.

Tarixdı bu gün - 9 iyulCəlal Bərgüşad 1924-cü il iyunun 22-də Azərbaycanın Qubadlı rayonunun Qəzyan kəndində anadan olmuşdur. Orta təhsilini Qubadlı kəndində fəhlə-gənclər məktəbində almış, II dünya müharibəsində iştirak etmiş, 1943-cü ildə ağır döyüşlərin birində kantuziya olduğuna görə tərxis edilmişdir .

Bundan sonra Qubadlı rayon daxili işlər şöbəsində VAQ müdiri işləmişdir (1943-1946). Onun "Cənub taydan əsən meh" adlı ilk şeri də Qubadlıda çıxan "Avanqard" qəzetində dərc edilmişdir (1946). Azərbaycan Dövlət Universitetinin fılologiya fakültəsinin jurnalistika şöbəsini bitirmişdir. "Azərbaycan pioneri" qəzeti redaksiyasında ədəbi işçi təyin olunmuşdur (1951).

1958-ci ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində böyük redaktor vəzifəsində işləmişdir. Onun ssenarisi əsasında "Çoban Boran", "Göy göl", "Suren Adamyan", "Torpağın ətri", "Çinar yarpağı" televiziya fılmləri çəkilmişdir. "Babək" əsəri Tehranda (1984) farsca, "Qaçaq Nəbi" İstanbulda (1979) türkcə kütləvi tirajla çap olunmuşdur. Xidmətlərinə görə birinci dərəcəli "İkinci Dünya müharibəsi" ordeni (1986) və medallarla təltif edilmişdir.

Cəlal Bərgüşad şair Süleyman Rüstəmin bacısıyla ailə qurmuşdur.


2014 —  filologiya elmləri doktoru, professor,  Beynəlxalq Eko-İnformasiya Akademiyasının akademiki,  tərcüməçi və  politoloq Vaqif Arzumanlı vəfat etmişdir.

Tarixdı bu gün - 9 iyulV.Arzumanlı 1947-ci ildə  Quba rayonunda anadan olub.

Onbirillik məktəbi qızıl medalla bitirdikdən sonra 1964-1969-cu illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsil almışdır. 1969-1972-ci illərdə AMEA-nın, M.Qorki adına Dünya Ədəbiyytı İnstitutunun və Litva EA-nın aspiranturalarında oxumuşdur. 1973-cü ildən Nizami adına Ədəbiyyat İnstitutunda elmi işçi işləmiş, 1980-1991-ci illərdə AMEA SSRİ XDRS-da şöbə müdiri vəzifəsində çalışmışdır.

V.Arzumanlı 1991-2002-ci illərdə Azərbaycan EA Milli Münasibətlər İnstitunun (2000-ci ildən Beynəlxalq Münasibətlər İnstitutu) direktoru işləmişdir. 2002-ci ildən AMEA Nizami adına Ədəbiyyat İnstitutunun "Xarici ölkələr ədəbiyyatı və ədəbi əlaqələr" şöbəsinə rəhbərlik edir. 2011-ci ildən AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Beynəlxalq Əlaqələr üzrə direktor müşaviridir.

V.Arzumanlı 1973-cü ildə namizədlik, 1984-cü ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1991-ci ildən professor adı almışdır .

V.Arzumanlı 50-dən artıq xarici ölkədə işgüzar səfərlərdə və elmi ezamiyyətlərdə olmuş,bir sıra Beynəlxalq simpozium,konfrans və müşavirələrdə iştirak etmişdir. V.Arzumanlı 2000, 2005 və 2010-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatliğına namizəd kimi qeydə alınmışdır. Üç dəfə AMEA-nın müxbir üzvlüyünə namizədliyi irəli sürülmüşdür (2001, 2007, 2012). Litva və Belarus Respublikaları Ali Sovetlərinin, Respublikamızın bəzi elm və təhsil ocaqlarının,ayrı-ayrı təşkilatların Fəxri Fərmanları, eləcə də Azərbaycanın, Litvanın, Latviyanın, Estoniyanın, Ukraynanın, İraqın, Tatarıstanın bir sıra ədəbi mükafatları və medalları ilə (1964-2012) təltif olunmuş, Milli qəhrəman Əlif Haciyev adına və görkəmli türkoloq Bəkir Çobanzadə adına Beynəlxalq mükafatlara,eləcə də "Qızıl qələm" və "Mir Cəlal Paşayev" mükafatlarına layiq görülmüşdür.İki monoqrafiyası (" Nizami Gəncəvinin dünya şöhrəti”, "Dəyərli ustad”) Azərbaycan Respublikasının Dövlət mükafatına təqdim olunmuşdur (1997, 2012). 2012-ci ildə Azərbaycan ədəbiyyatının tədqiqi, ədəbi əlaqələr sahəsində səmərəli elmi fəaliyyəti və anadan olmasının 65-illiyi münasibətilə Fədakar alim diplomuna və mükafatına layiq görülmüşdür.

30-dan artıq aspirant, dissertant, doktorantın elmi rəhbəri, elmi məsləhətçisi olmuşdur.

2014-cü ilin iyul ayında Nabrandakı bağ evində ağır xəstəlikdən sonra dünyasını dəyişmiş  və öz vəsiyyəti ilə Xudatda atasının dəfn olunduğu "Şıxlar" qəbiristanlığında torpağa tapşırılmışdır.


Bayramlar və xüsusi günlər:

 9 iyul Azərbaycan  Diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd olunur.
 

 

Tarixdı bu gün - 9 iyul

 


Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz